Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1858/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum2 iştirakları ilə, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə məhkum edilməsinə dair Ş irvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli, 1(106)-313/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən və məruzəçi ), Nizami Quliyev və Aqil Musayevdən ibarət tərkibdə) 2023-cü il 30 yanvar tarixli hökmü ilə, xx xxxx 1980-ci il tarixdə Cəlilabad rayonu Pokrovka (hazırda - Günəşli) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olan, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 11 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən Məhkum1 da CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 11 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Kamil Bəşirovdan ibarət tərkibdə) 2023-cü il 27 aprel tarixli, 1(106)-313/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 30 yanvar tarixli, 1(106)-313/2023 nömrəli hökmü təqsirləndirilən şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 öz aralarında və barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı Azərbaycan Respublikası vətəndaşı, eləcə də İran İslam Respublikası (bundan sonra - İİR) vətəndaşı olan başqa şəxsə sonuncunun İİR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi kül li miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İİR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmin kütlələrin göstərilən üsul və məqsədlə İİR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, 2022-ci ilin iyun ayında İİR vətəndaşı tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbə dən satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 6 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirərək qeyd edilən bağlamada və çəkidə olan narkotik vasitə heroini 21 iyun 2022-ci il tarixdə gecə vaxtlarında keçmiş Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191 -ci kilometrliyində üzərində "191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanına çatdırıb gizlədərək bu barə də Azərbaycan Respublikası vətəndaşı digər şəxsə və onunla əlbir olaraq eyni niyyətlə hərəkət edən Məhkum2 və Məhkum1 mobil telefon vasitəsilə məlumat verməyi təmin etdikdən sonra qrup üzvləri olan Məhkum1 və Məhkum2lə həmçinin onlarla birlikdə olan digər şəxs göstərilən tarixdə Məhkum2 idarə etdiyi "Dacia Logan” markalı 77DP463 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd edilən lövhənin yanına gedərək orada gizlədilmiş altı ədəd bağlamada, ümumi təmiz çəkisi 6020,0 qram olan narkotik vasitə heroini onlara məlum olan yerdən Məhkum1 tərəfindən götürüldükdən sonra əldə etdikləri külli miqdarda narkotik vasitə heroini Məhkum2a məxsus olan "Dacia Logan” markalı 77DP463 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə - nəqliyyat vasitəsinin döşəməsinin üzərinə qoyub Masallı rayonu istiqa mətində hərəkətdə olduqları zaman bu barədə əməliyyat məlumatları almış Lənkəran şəhər-rayon Polis şöbəsinin əməkdaşlarının 21 iyun 2022-ci il tarixdə saat 04:30 radələrində həmin ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvü digər şəxs polis əməkdaşlarından yayınaraq uzaqlaşmağa nail olsa da Məhkum1 qrup üzvü Məhkum2 ilə birlikdə qeyd edilən nəqliyyat vasitəsi ilə Lənkəran rayonu Qumbaşı kəndinin ərazisində saxlanılaraq polis şöbəsinin ünvanı olan ünvan 2 Məhkum2 idarə etdiyi "Dacia Logan” markalı 77DP463 qeydiyyat nişanlı nəqliyyat vasitənə baxış keçirilən zaman qeyd edilən bağlamada və çəkidə narkotik vasitə heroin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindən - döşəmənin üzərindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN ÇİXİŞLARİ: Məhkum2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittihamda qeyd edilən narkotik vasitə ona məxsus deyil və o hadisə yerinə taksi sürücüsü kimi getmişdir. Məhkum2 əlavə olaraq bildirmişdir ki, o Bakı İstintaq Təcridxanasına aparılarkən ona işgəncələr verilmişdir. Bundan başqa, o qeyd etmişdir ki, ailəlidir, 1 azyaşlı övladı var, 1-ci Qarabağ müharibəsi şəhidinin qardaşıdır. Göstərilənlərə əsasən məhkum T.X4 Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 27 aprel tarixli, 1(106)-313/2023 nömrəli qərarının ləğv edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəmə sində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum2 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticəl əri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum təqsirsiz olduğunu, qanunsuz məhkum edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.2, 416.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqs irkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Məhkum2 CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Məhkum2 qarşı CM-in 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, verilmiş həmin ittihama əsasən T.X6 Respublikası vətəndaşı olması güman edilən şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədilə qanunsuz olaraq külli miqdar təşkil edən sonuncunun İİR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəklərinə, gizlədəcəklərinə və həmin narkotik vasitəyə sərəncam verəcəklərinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun Azərbaycan Respublikasında və İİR-də olan üzvləri ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanmasi və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və sonuncudan həmi n kütlələrin göstərilən üsul və məqsədlə İİR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətlərinə uyğun olaraq, 2022-ci ilin iyun ayında İİR vətəndaşı tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edilmiş 6 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 990,0 qram, 1015,0 qram, 990,0 qram, 1010,0 qram, 1015,0 qram, 1000,0 qram, ümumi təmiz çəkisi 6020,0 qram olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirərək qeyd edilən bağlamada və çəkidə olan narkotik vasitə heroini 21 iyun 2022-ci il tarixdə gecə vaxtlarında keçmiş Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən 191 -ci kilometrliyində üzərində "191” rəqəmi əks olunmuş məsafə göstərən yol nişanının yanına çatdırıb gizlədərək bu barədə Azərbaycan Respublikası vətəndaşı digər şəxsə və onunla əlbir olaraq eyni niyyətlə hərəkət edən Məhkum2 və Məhkum1 mobil telefon vasitəsilə məlumat verməyi təmin etdikdən sonra qrup üzvləri olan Məhkum1 və Məhkum2lə həmçinin onlarla birlikdə olan digər şəxs göstərilən tarixdə Məhkum2 idarə etdiyi "Dacia Logan” markalı 77DP463 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə qeyd edilən lövhənin yanına gedərək orada gizlədilmiş altı ədəd bağlamada, ümumi təmiz çəkisi 6020,0 qram olan narkotik vasitə heroini onlara məlum olan yerdən Məhkum1 tərəfindən götürüldükdən sonra əldə etdikləri külli miqdarda narkotik vasitə heroini Məhkum2a məxsus olan "Dacia Logan” markalı 77DP463 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə - nəqliyyat vasitəsinin döşəməsinin üzərinə qoymuşdur. Cinayət işinin materiallarında ittiham tərəfinin Məhkum2 münasibətdə CM-in 32.5, 206.2-ci maddə ilə irəli sürülmüş ittihamı təsdiq edən heç bir sübutu mövcud deyil. Belə ki, Məhkum2 bu cinayət əməlinə taksi sürücüsü kimi qoşulmuş, ümumiyyətlə, cinayət əməlinin planlaşdırılmasından öncədən məlumatı olmamış, İİR vətəndaşını tanımamış, onunla heç bir əlaqəsi, danışığı olmamış, ümumiyyətlə, CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində hər hansı qaydada bir rolu, iştirakı, köməkçiliyi olmamışdır. B ununla bağlı ittiham tərəfinin heç bir sübutu mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 CM-in 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən, CPM-in 42.1.4-cü maddəsinə əsasən ona qarşı CM-in 32.5,206.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkuma qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin maddələr üzrə məhkumun təqsirliliyi qanunla müəyyən edilmiş qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkumun idarə etdiyi avtomaşında narkotik vasitələr daşınmış və aşkar edilmiş, narkotik vasitənin mövcudluğundan məhkum T. Əliyevin məlumatı olmuş, könüllü şəkildə cinayət əməlinin törədilməsində iştirak etmi şdir. Məhkumun ibtidai istintaq zamanı ona işgəncə verilməsi ilə bağlı kassasiya şikayətində göstərdikləri ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ məhkum tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən də qaldırılmış və bununla bağlı məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, həqiqətən də ibtidai istintaq zamanı məhkuma işgəncə verilməsi faktı müəyyən edilmiş, işgəncə yolu ilə ondan alınmış ifadə sübutlar siyasından xaric edilmiş, lakin onun CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış digər mötəbər sübutların məcmuyu ilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkuma CM-in 234.4.1 və 234.4.3-cü maddəsi təyin edilmi ş cəza onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün hər hansı faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(099)-29/2023 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı Məhkum2 CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum2 barəsində CM-in 32.5, 206.2-ci maddəsi ilə olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli, CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar Məhkum2 münasibətdə hökm və qərardan xaric edilməli, hökm və qərar Məhkum2 aid qalan hissədə, kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(099)-29/2023 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli 1(106)-313/2023 saylı qərarı Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirl i bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəalar Məhkum2 münasibətdə hökm və qərardan xaric edilsin. Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin edilmiş 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılsın və çəkilməsi davam etdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 1(099)-29/2023 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 1(106)-313/2023 saylı qərarı kassasiya şikayətinə münasibətdə Məhkum2 aid qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1858/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1858/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver