Məhkəmə qərarları › İş №1(102)-1859/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1859/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1859/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 m art 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Nahid Mirzəyev (sədrlik edən və məruzəçi), Xaliq Məmmədov və Bilal Məmmədov) 16 yanvar 2023-cü il tarixli,1(091)19/2023 nömrəli hökmü ilə xx xxxxxx 1975-ci il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qəsdən satış məqsədi ilə qanunsuz olaraq 1,929 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlamış, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri, H.Əliyev prospekti 14 saylı binanın qarşısında 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla, cəmi ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroini tanışı Şahid1 75 manat pul qarşılığında satmış, Şahid1 06 avqust 2022-ci il tarixdə saat 21:00 radələrində Yevlax şəhəri H.Əliyev prospektində narkotik vasitənin qanunsuz satış ında şübhəli bilindiyinə görə saxlanılıb Yevlax Rayon Polis Şöbəsinə gətirilərək həmin tarixdə saat 21:30 radələrində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynində olan şalvarın sağ yan cibində olan siqaret qutusunun içərisində qəsdən satış məqsədilə Məhkum 75 manat pul müqabilində alaraq əldə edib saxladığı 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,840 qram, 0,185 qram, 0,277 qram, 0,195 qram, 0,191 qram, 0,036 qram, 0,032 qram, 0,029 qram, 0,037 qram, 0,033 qram, 0,035 qram və 0,039 qram olmaqla cəmi ümumi təmiz çəkisi 1,929 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Məhkum qəsdən təkrarən satış məqsədi ilə qanunsuz olaraq 0,883 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib üzərində saxlamış, 08 avqust 2022-ci il tarixdə, saat 18:30da Məhkum narkotik vasitənin qanunsuz satışında şübhəli bilindiyinə görə polis əməkdaşları tərəfindən Yevlax şəhəri Q.Quliyev küçəsində tutularaq polis şöbəsinə gətirilib üzərində həmin günü saat 19:05-dən 19:17-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarının sol yan cibindən qəsdən təkrarən satış məqsədi ilə əldə edib 01(bir) ədəd qara sellofan bükümdə saxladığı 0,883 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Akif Eyvzazov (sədrlik edən və məruzəçi hakim), İmanverdi Şükürov və Xəqani Səmədov) 29 mart 2023cü il tarixli, 1(107)-123/2023 nömrəli qərarı i lə Şəki Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 1(091)-46/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Müdafiəçi kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli, 1(107)-123/2023 nömrəli qərarının dəyişdirilərək, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özü nü AR CM-in 234.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 07 avqust 2022-ci il tarixdə axşam saat 19-20 radələrində Yevlax şəhəri Xəqani küçəsində Nəsimi adlı şəxslə görüşərək sonuncuya 45 manat verərək onun müqabilində bir bükümdə 1,5 qram narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra ondan ayrılmışdır. Bundan sonra o, həmin narkotik vasitə heroindən bir qədər istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 08 avqust 2022-ci il tarixdə saat təxminən 18:30 radələrində Yevlax şəhəri Q.Quliyev küçəsində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdirərək onu Yevlax rayon Polis Şöbəsinə aparmışlar. Daha sonra onun üzərinə şəxsi axtar ış keçirilmiş, həmin vaxt əynində olan şalvarın sol yan cibindən 01 ədəd qara rəngli bükümdə olan narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Sorğu-sual zamanı bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin heroini özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırmaqla götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, heç kimə, 0 cümlədən Şahid1 narkotik vasitə satmamışdır. Şahid1 çox güman ki, polis əməkdaşlarını təzyiqi nəticəsində ondan aldığını bildirmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən törətdiyi oğurluq cinayətinə görə axtarışda olmuş, saxlanıldıqdan sonra onun üzərinə narkotik vasitə heroin qoyulmuş və həmin heroini Sənan adlı şəxsdən alması ilə bağlı ifadə verməyə məcbur edilmişdir. Polis əməkdaşları tərəfindən edilmiş təzyiq nəticəsində məcbur qalıb üzərindən aşkar olunan narkotik vasitəni Məhkum aldığını bildirmiş, həmçinin aralarında keçirilən üzləşdirmə zamanı Məhkum üzünə qarşı bunları deyərək ifadəsində bildirdiyi xüsusatları təsdiq etmişdir. Hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəni təsdiq edir və bir daha bildirir ki, Məhkum heç vaxt narkotik vasitə almamışdır. Cinayət işinin materiallarında olan 19 avqust 2022-ci il tarixli 17/638 saylı ekspert rəyindən görünür ki, Məhkum üstündən aşkar edilmiş 01 ədəd bükümdə 0,883 qram olan narkotik vasitə heroin ilə Şahid1 üzərindən aşkar olunmuş 12 ədəd bükümdə 1,929 qram narkotik vasitə olan heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlidir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli 1672 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Narkoloji Dispanserinin Yevlax rayon Narkoloji Kabinetindən 19 avqust 2022-ci il tarixli 1366 nömrəli arayışından görünür ki, Məhkum həmin kabinetd ə 18 aprel 2022-ci il tarixdən qeydiyyatda durur. Bundan başqa məhkəmənin nəzərinə çatdırmışdır ki, onun üzərindən çıxan narkotik vasitənin onu məcbur edərək Sənandan alınmasını onun boynuna qoymuşlar. Verilən suallara cavab olaraq bildirir ki, heç bir narkotik vasitəni heç bir şəxsə satmamışdır. Ancaq işdə yeganə sübut kimi edilən mənbə digər bir narkomanın onun üzünə qoyulmasıdı. Məhkəmə əməlin qiymətləndirilməsində cinayət normasını düzgün müəyyən etməkdə səhv nəticəyə gəlmiş, müdafiə etdiyi şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinə tövsif edilməklə qiymətləndirilməli idi. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibi nin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesidir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Məhkəmə əsas sız olaraq onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif etməməklə edilən cinayətin kateqoriyasına, ictimai təhlükəlilik dərəcəsinə xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan yuxarı həddə cəzanı təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddəsinin həyata keçirməsini təmin etməmişdir. Azərbaycan Respublikası Ali Məcəlləsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarında məhkəmələrin diqqətini narkotik vasitələrin psixotrop maddələrinin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi bu barədə BMT-nin Konvensiyaların tələblərindən irəli gələn müddəalara ciddi əməl olunması işin bütün hallarının tam, hərtərəfli və ob yektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zərurililiyinə cəlb edilməsini zəruri hesab etmişdir. Göründüyü kimi Apellyasiya Məhkəməsi Məhkum əməlinə qiymət verərək Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda qeyd edilən hallar tam və hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Yeganə sübut olaraq hesab edilən X2 nə üçün məhkəmədə vermiş olduğu ifadə qiymətləndirilməməlidir. Onda məhkəmə nə üçün lazımdı? Məhkəmə əgər ilkin ifadə və üzləşmə ilə kifayətlənirdisə bu şahidlərin məhkəmədə dindirilməsi nəyi həll edir? Şəxs yalan ifadə veribsə buna məcbur edilib. Təəssüflər olsun ki, heç bir məhkəmə bu məcbur etməni aydınlaşdırmaq belə istəmir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinc i və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə tövsif etmişdir. Müdafiəçinin fikrincə məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü madd əsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə təkrar törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “təkrar törədilməsi” CM-in 234.4.2-ci maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə i craat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni Məhkum özünün qismən etiraf edici ifadələri ilə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəməkimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum hökmün təsviri hissəsində göstərilən narkotik maddələri satış məqsədi ilə təkrar əldə edilməsi və saxlaması, yəni Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum tutulduqdan əvvəl 12 bükümdə olan 1,920 qram narkotik vasitə heroinin Şahid1 satması və yenidən öz tərkibinə görə satılmış narkotik vasitədən fərqli olan heroini əldə edilərək üzərində saxlamasını narkotik vasitənin satış məqsədi ilə təkrar əldə etməsini və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişdir ki, məhkumun Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan heroini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu s übutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istər sə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olması nəticəsinə gəlir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 9 mart 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar