Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-186/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102) 186/18 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, Məhkum, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi iştirakları ilə, B akı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyul 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Həsənova Şəlalə Akif qızı) xx.xx.1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şəri rayonu, Dizə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəli məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan Məhkum A zərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə qazancının 20 (iyirmi) faizi dövlət nəfin pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirpaşa Süleyman oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 16 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərç əkmiş şəxs kassasiya şikayəti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 07 iyun 2016-cı il tarixdə, saat 12 radələrində ünvan 3 ünvanda yerləşən xxx kafesinin qarşısında, yolun kənarında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək əsaslı səbəb olmadan özünü digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq, ətrafdakıların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb baş və bədən nahiyələrinə yumruqla bir neçə dəfə vurub Zərərçəkmiş şəxs astenik vəziyyətlə fəsadlaşan başın sol təpə nahiyəsinin qançır-şişkinliyi, sağ almacıq nahiyəsinin sıyrıqlı qançır-şişkinliyi, burunun sağ yan səthinin, sol yanağı boyunun sağ yan səthinin sıyrıqları, boyunun sağ yan səthinin, sağ çiyinüstü nahiyənin və döş qəfəsinin sağ yarısının ön səthinin qançırları ilə kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə, habelə ətrafdakıların və kafedə olan müştərilərin dincliyini və rahatlığını pozmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum cəza təyin edərkən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməməli olan qanun norması tətbiq edilmiş və ona daha yüngül cəza təyin edilmişdir. Yəni, Məhkum cəza təyin edilərkən CM-nin 62-ci maddəsi qanunsuz və əsassız olaraq tətbiq edilmişdir. Bununla da, CM-nin 8, 18.1 və 83-cü maddələrinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi, residivlə və CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların hökm və qərardan çıxarılması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilməli, residiv və CM-nin 62-ci maddəsinin tətbiqi ilə bağlı müddəalar məhkəmə aktlarından çıxarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumun barəsində CM-nin 62-ci maddəsinin əsassız tətbiq edilməsi və təyin edilmiş cəzanın yüngüllüyü göstərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cina yətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunu nun 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiyası məhkəməsinin hökmü ilə Məhkum müəyyən edilmiş cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halları nəzərə alınaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsi düzgün olaraq məhkuma təyin edilən 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını barəsində C M-nin 62-ci maddəsi tətbiq edilməklə qazancının 20 (iyirmi) faizi dövlət nəfin pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin etməklə islah oluna biləcəyi nəticəsinə gəlmişdir. Belə cəza cəzanın məqsədi barədə Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələbinə də uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi əmələ görə təyin edilmiş cəza CM-nin 8.1-ci və 58.3-cü maddələri ilə müəyyən edilmiş hədlərə müvafiqdir, ona görə də zərərçəkmiş şəxsin kassasiya şikayətinin bu barədə dəlilləri təmin edilməməlidir. Bundan başqa Məhkum cəza təyin edilərkən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 08 aprel 2015-ci il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 08.10.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır Məhkumun törətdiyi hazırkı cinayət(CM-nin 221.1-ci maddəsi) böyük ictimai təhlükə törətməyən cinayətdir. Bununla əlaqədar Məhkum barədə məhkəmə aktlarından Cinayət Məcəlləsinin 61.1–ci və 18.1-ci maddəsi (cinayətin residivi) ilə olan ifadələr çıxarılmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2017-ci il tarixli Azərbay can Respublikası Qanunu 01 dekabr 2017-ci il tarixdən qanuni qüvvəyə minmişdir. Göstərilən qanunun 1.97.2-ci maddəsinə əsasən 221.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilmişdir: “min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”; Göründüyü kimi, Məhkum barəsində olan cəzanı ağırlaşdıran hal - cinayətin residivi məhkəmə qərarlarından çıxarıldığından, Məhkum təqsirli bilindiyi CM-nin 221.1-ci maddəsinin sanksiyasında islah işləri cəzası nəzərdə tutulduğundan artıq onun barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas olmamışdır. Ona görə də, Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddənin tətbiqinə dair müddəalar da məhkəmə qərarlarından çıxarılmalıdır. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilməməli, cinayət işi üzrə məhkəmə qərarlarından CM-nin 18.1, 61.1 (cinayətin residivi) və 62-ci maddələrinə aid müddəalar çıxarılmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayətin təmin edilməsin. Məhkum Az ərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilsin. Məhkəmə aktlarından Məhkum barəsində olan cinayət Məcəlləsinin 18.1, 61.1 (cinayətin residivi) və 62-ci maddələrinə aid müddəalar çıxarılsın. Qalan hissədə qərar dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-186/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-186/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver