Məhkəmə qərarları › İş №1(102)-186/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-186/2020

12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-186/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili Məmmədova Adilə İsa qızının iştirakları ilə xx xxxxxx 1989-cu ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, ünvan qeydiyyatda olan və həmin ünvand a yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili Məmmədova Adilə İsa qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Z.A.Şirinov) Məhkum – Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddiaçı Zərərçəkmiş şə xs1 cavabdehlər Məhkum və avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 qarşı mülki iddia tələbi qismən təmin edilmiş, cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə xəstəxanada çəkilmiş xərclə bağlı 21.000 manat məbləği, ekspert rəyinə görə avtomobilə dəymiş ziyanla bağlı 5310 manat məbləği, istintaq və məhkəmədə hüquqi yardıma görə vəkilə ödənilən 800 manat məbləği və mənəvi zərərə görə 1000 manat məbləği, ümumilikdə 28.110 manat məbləği Məhkum və avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmiş və iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş-mülki cavabdeh Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarix li qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, mülki iddiaçı Zərərçəkmiş şəxs1 cavabdehlər Məhkum və mülki cavabdeh X8 qarşı mülki iddia tələbi qismən təmin edilmişdir. Cinayət əməli nəticəsində vurulmuş maddi ziyana görə xəstəxanada çəkilmiş xərclə bağlı 21.000 manat məbləği, ekspert rəyinə görə avtomobilə dəymiş ziyanla bağlı 5310 manat məbləği, istintaq və məhkəmədə hüquqi yardıma görə vəkilə ödənən 800 manat məbləği və mənəvi zərərə görə 1000 manat məbləği, ümumilikdə 28.110 manat məbləği Məhkum və mülki cavabdeh X4 tutularaq, mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2018-ci il tarixdə saat 06:30radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan **-JR-*** dövlət qeydiyyat nişanlı “HOWO” markalı yük avtomobili ilə Sabunçu rayonu, Zabrat- Maştağa yolu ilə Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Maştağa Olimpiya Kompleksinin qarşısındakı yol ayrıcında svetoforun qadağanedici siqnalı verildikdə nəqliyyat vasitəsini stop-xətt qarşısında dayandırmalı olduğu halda, həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saatdan yüksək sürətlə idarə etməməli olduğu halda, cinayətkarcasına etinasızlıq nəticəsində, yəni öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu halda və görə biləcəyi halda onları görməyərək, nəqliyyat v asitəsini 65 km\saat sürətlə idarə etməklə svetoforun qadağanedici siqnalında yol ayrıcına daxil olaraq "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, svetoforun yaşıl işığında Ramana qəsəbəsi istiqamətindən yol ayrıcına daxil olan Zərərçəkmiş şəxs1 tərəfindən idarə olunan **-DA-*** dövlət nömrə nişanlı "Mercedes-Benz C240" markalı avtomobilin sol yan tərəfi ilə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq toqquşmuş, nəticədə sürücü Zərərçəkmiş şəxs1 kəllə və üz skelet sümüklərinin sınıqları ilə əlaqədar baş beyinin ağır dərəcəli əzilməsi, iki tərəfli hemopnevmotoraksa (döş qəfəsinə qan və havanın yığılması) səbəb olan hər iki ağ ciyər toxumasının əzilməsi və so l tərəfli İİİ qabırğanın yerini dəyişən, İ, İİ, V, Vİ, Vİİ, Vİİİ qabırğaların yerini dəyişməyən qapalı sınıqları sol təpə-ənsə, sol gözyuvasıaltı, sol almacıq nahiyələrinin əzilmiş yaraları ilə nəticələnən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almış, **-DA-*** dövlət nömrə nişanlı "Mercedes-Benz C240" markalı avtomobil zədələndiyindən Zərərçəkmiş şəxs1 5310 manat, **-JR-*** dövlət qeydiyyat nişanlı "HOWO" markalı yük avtomobili zədələndiyindən Zərərçəkmiş şəxs2 1040 manat maddi ziyan dəymişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs1 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 1 mülki cavabdehlər Məhkum, Zərərçəkmiş şəxs2 və X8 qarşı ümumilikdə 28.110 manat məbləğində iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin Zərərçəkmiş şəxs1 cavabdehlərdən biri olan Zərərçəkmiş şəxs2 qarşı iddiasının təmin edilməməsinə dair qəbul etdiyi qərar qanunsuz və əsassızdır, çünki təqsirləndirilən şəxs Məhkum avtoqəza hadisəsini törədərkən idarə etdiyi avtomobilin rəsmi sənədlər əsasında mülkiyyətçisi F.Bayramov olsa da, avtomobil faktiki olaraq Zərərçəkmiş şəxs2 sahibliyində olmuş və sonuncu avtomobili idarə etmək üçün Məhkum vermişdir. Ona görə də Zərərçəkmiş şəxs2 də digər cavabdehlərlə birlikdə vurulmuş ziyana görə məsuliyyət daşımalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsi A.Məmmədovanın, kassasiya şikayəti üzrə mülki qanunvericiliyin tələblərinə müvafiq qərar qəbul edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qey d olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində zərərçəkmiş şəxs və mülki i ddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdehlər X5, Zərərçəkmiş şəxs2 və X8 qarşı ümumilikdə 28.110 manat məbləğində iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İş materiallarından görünür ki, mülki iddiaçı Azərbaycan Respublikası MPM-nın 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair birinci instansiya məhkəməsinə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edərək mülki iddia tələbi üzrə cavabdeh X11 deyil, X6 tanınmasını, cavabdehlər Məhkum, avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs2 və X4 xəstəxanada çəkilmiş xərclərdən 7116 manatı Məhkum tərəfindən ödənildiyindən həmin məbləğ çıxılmaqla qalan 21.000 manat məbləğində xəstəxanada çəkilmiş xərcin, 5310 manat ekspert rəyinə görə avtomobilinə dəymiş ziyanın, istintaq və məhkəmədə hüquqi yardıma görə vəkilə ödənən 800 manatın, təkrar əməliyyat üçün tələb olunan 8000 manat məbləğin və mənəvi zərərə görə 10000 manat məbləğin, ümumilikdə 45110 manat məbləğinin müştərək qaydada tutulmasını xahiş etmiş və xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə əlavə ilə müraciət edərək təkrar əməliyyat üçün tələb olunan 8000 manat məbləğə dair sübut təqdim edə bilməməsinə görə 45.1xx xxxxxxxx 8000 manat çıxılmaqla ümumilikdə cavabdehlərdən 37.110 manat məbləğinin müştərək qaydada tutularaq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 016-94906-1218 nömrəli məktubdan görünür ki, “HOWO ZZ3317N3567W” yük markalı **-JR- *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi baş verən vaxtı X1 olmuşdur. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülki yyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddənin məzmunundan da, göründüyü kimi ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı nəqliyyat vasitəsinin fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə (hazırkı vəziyyətdə nəqliyyat vasitəsi) mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən vəziyyətdə isə yüksək təhlükə mənbəyinin mü lkiyyətçisi, mülkiyyət hüququ üzrə mülki cavabdeh X8 mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə: “152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş im kanıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əssən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliy in normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əssən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər Həmin-Məcəllənin 181.1.1-ci maddəsinə əsəsən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. İş materiallarından görünür ki, X12 ilə Zərərçəkmiş şəxs2 arasında 2018-ci ilin iyul ayının əvvəllərində “HOWO ZZ3317N3567W” yük markalı **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair şifahi razılaşma olmuş, lakin Zərərçəkmiş şəxs2 həmin avtomobilə mülkiyyət hüququnun yaranması üçün zəruri olan, qanunvericiliklə nəzərdə tutulmuş sənədləşmə aparılmamamışdır. Belə olan halda, mülki qanunvericiliyin yuxarıda şərh olunan tələblərinə görə Zərərçəkmiş şəxs2 qeyd edilən avtomobil üzərində mülkiyyət hüququ yaranmadığından Məhkum törətdiyi avtoqəza hadisəsi zamanı vurulmuş ziyana görə Zərərçəkmiş şəxs2 məsuliyyə t daşıya bilməz. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM- nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri, 06 saylı Vəkil Bürosunun vəkili Məmmədova Adilə İsa qızı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar