Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-186/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayev Mustafa Əli oğlu) Məhkum, xx xxxxxx il tarixdə Şəmkir rayonunun Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, heç yerdə işləməyən, əvvəllər Şəmkir Rayon Məhkəməsinin 28 fevral 2018-ci il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü m addəsinin tələbləri nəzərə alınmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 mart 2019-cu il tarixli 1049 saylı Sərəncamı ilə əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyatda olan və yaşayan, CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası müddətinin məhkumu olunmuş Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək Şəmkir rayonu, Kür qəsəbəsində yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin isə hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 134-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 29 fevral 2020-ci il tarixdə saat 02:45 radələrində sərxoş və ziyyətdə yaşadığı evdən mətbəx bıçağını və istintaqla müəyyən olunmayan oturacaq stulunu götürərək qonşuluqda yaşayan X8 ona çaxır vəd etdiyini bəhanə edib sonuncunun yaşadığı evə gedərək arvadı X4 qarşı bıçaq və stulu nümayiş etdirərək hədənin icra ediləcəyi üçün real əsaslarla X5 öldürməklə hədələmişdir. Birinci instansiya məhkəməsi Məhkum törətdiyi cinayət əməlini CM-nin 134-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edərək işin faktiki hallarını belə müəyyən etmişdir ki, Məhkum 29 fevral 2020-ci il tarixdə saat 02:45 radələrində sərxoş vəziyyətdə yaşadığı evdən mətbəx bıçağını və istintaqla müəyyən olunmayan oturacaq stulunu götürərək, heç bir əsaslı səbəb olmadan, yalnız qonşuluqda yaşayan X8 ona çaxır vəd etdiyini bəhanə edib sonuncunun yaşadığı evə gedərək X22un arvadı X4 qarşı bıçaq və stulu nümayiş etdirərək onu soyüb təhqir etmiş və öldürməklə hədələmiş, bununla da o, xuliqanlıq cinayətini törətmişdir. Hökmdən dövlət ittihamçısı Verdiyev Mövlanverdi Allahverdi oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə) 16 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, məhkumun barəsindəki Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Əsasən iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən, bununla bağlı cinayət və cinayət-prosessual qanunvericiliklərinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun bir sıra qərarlarına istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-14 6-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, məhkumun əməli düzgün tövsif edilməmiş, nəticədə ona əsassız və qanunsuz olaraq yüngül cəza təyin edilmişdir. Xuliqanlıq və öldürməklə hədələmə cinayətlərinin mütləq əlamətlərini təfsir edən dövlət ittihamçısının mövqeyinə görə, Məhkum zərər çəkmiş şəxsə hücum edərək onu öldürməklə hədələyərkən əlində mətbəx bıçağının və stulun olması, hadisə vaxtı sərxoş olması zərər çəkmiş şəxs qapını açdıqda sürətlə onun üzərinə getməsi, əvvəllər törətdiyi cinayətə görə CM-nin 221.3-cü maddəsi ilə məhkumluğunun olması və eyni zamanda psixi cəhətdən qeyri-sabit olması halları məhz qeyd olunan hədənin reallığını əks etdirən əsaslara aiddir. Məhkəmə Məhkum cinayət əməlini araşdırarkən onun tərkibini düzgün müəyyən etməmiş, sübut növlərini işin bü tun halları ilə bağlı surətdə düzgün qiymətləndirməmiş, hökmdə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin motivlərini əsaslandırmamış və məhkəmə iclasında tədqiq edilmiş bütün sübutların məcmusuna deyil, yalnız təqsirləndirilən şəxsin xeyrinə olan sübutları əsas götürmüş, bununla da, cinayət qanunvericiliyinin qanunçuluq, təqsirə görə məsuliyyət prinsipləri pozulmuşdur. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini CM-nin 134-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif etməklə məhkəmə baxışının hədlərini aşmış, bununla da CPM-nin 318-ci maddəsinin tələblərini pozmuş, digər tərəfdən isə ona CM-nin 221.1-ci maddəsi ilə təyin olunmuş cəza da törədilmiş cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamış, apellyasiya instansi ya məhkəməsi isə yol verilmiş bu pozuntuları aradan qaldırmamışdır. Qeyd olunanlara əsaslanaraq kassasiya protestinin müəllifi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında Məhkum və zərərçəkmiş x66 qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, onlar naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərərçəkmiş x66nının iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-c ü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Göründüyü kimi, işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı R.N.Alıkişiyev öz kassasiya protestində sübutların qanuna müvafiq qaydada tədqiq edilməyərək düzgün qiymətləndirilməməsini, Məhkum əməlinin düzgün tövsif edilməməsini və nəticədə ona yüngül cəzanın təyin edilməsini iddia edərək bunlarla bağlı apellyasiya instan siyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, törədilmiş əməlin tövsifində səhvə yol verdikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Belə olan halda, məhkəmə kollegiyası dövlət ittihamçısı R.N.Alıkişiyevin protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası əvvəlki qərarlarında olduğu kimi yenə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırıl ması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şik ayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin v əziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin h alları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması v ə tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməy ə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, istər şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olubolmamasına, istərsə onun barəsində cəza tədbirinin s eçilməsinə dair sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Kassasiya protestinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin q eyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kə sin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməs ini də ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, nəzərdə tutur. Cinayət mühakimə icraatının qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəb ər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək süb ut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunu n bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir -biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutl arın qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi ) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəza dan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər v ə mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəl ləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o de məkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət M əcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə h əmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə gəldikləri nəticəyə görə, Məhkum 29 fevral 2020-ci il tarixdə saat 02:45 radələrində sərxoş vəziyyətdə yaşadığı evdən mətbəx bıçağını və istintaqla müəyyən olunmayan oturacaq stulunu götürərək, heç bir əsaslı səbəb olmadan, yalnız qonşuluqda yaşayan X8 ona çaxır vəd etdiyini bə hanə edib sonuncunun yaşadığı evə gedərək X22un arvadı x66ya qarşı bıçaq və stulu nümayiş etdirərək onu soyüb təhqir etmiş və öldürməklə hədələmiş, bununla da o, xuliqanlıq cinayətini törətmişdir. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin belə nəticəsinə uyğun olaraq Məhkum əməli CM-nin 134-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən Məhkum əməlinin bu cür tövsifi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum CM-nin 134-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, 29 fevral 2020-ci il tarixdə saat 02:45 radələrində sərxoş vəziyyətdə yaşadığı evdən mətbəx bıçağını və istintaqla müəyyən olunmaya n oturacaq stulunu götürərək qonşuluqda yaşayan X8 ona çaxır vəd etdiyini bəhanə edib sonuncunun yaşadığı evə gedərək arvadı X4 qarşı bıçaq və stulu nümayiş etdirərək hədənin icra ediləcəyi üçün real əsaslarla X5 öldürməklə hədələmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin 134-cü maddəsində “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə” cinayəti aşağıdakı şəkildə təsbit edilmişdir: “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda...” Bu təsbitdən hasil olan tələb ondan ibarətdir ki, şəxsin törətdiyi əməlin CM-nin 134cü maddəsi ilə tövsif edilməsi üçün əvvəla təqsirkar şəxs həmin maddənin dispoziyasında göstərilən hədəni söyləməli, hədənin gerçəkdən icra edilə bilməsinə əsaslar müəyyən edilməsi, bu həd ənin icra ediləcəyinə zərər çəkmiş şəxs də inandırılmalı, yəni hədə real olmalı, digər tərəfdən isə zərər çəkmiş şəxs də həmin hədənin reallaşa biləcəyinə əmin olmalıdır. Belə əminlik isə təqsirkarın öldürməklə və ya sağlamlığa zərər vurmaqla hədəqorxu söyləməsi zamanı müəyyən üsullardan və ya predmetlərdən istifadə etməsi, nümayiş etdirməsi nəticəsində yarana bilər. Məsələn, təqsirkarın zərər çəkmiş şəxsi öldürməklə hədələməsi zamanı kəsicideşici alət, odlu silah, partlayıcı maddə və ya qurğu nümayiş etdirməsi, yaxud da zərər çəkmişin gözü qarşısında başqa şəxsi öldürməsi, ya da başqa şəxsin sağlamlığına ağır zərər vurması ünvanına belə əməllərin törədiləcəyi hədəsi söylənilmiş zərər çəkmişdə həmin hədənin real olaraq icra ediləcəyinə əminlik yarada bilər. Eyni zamanda öldürməklə və ya sa ğlamlığa ağır zərər vurmaqla hədələmənin real olmasına əsas kimi təqsirkarın mövcud vəziyyəti və şəxsiyyətini səciyyələndirən hallar da çıxış edə bilər. Təqsirkarın zərərçəkmişə hədə-qorxu söyləyərkən alkoqollu içkilər və ya narkotik vasitələr istifadə etməsi nəticəsində sərxoşluq vəziyyətində olması, yaxud onun əvvəllər qəsdən adamöldürmə və ya sağlamlığa ağır zərər vurma, ya da hər hansı ağır və ya xüsusilə ağır cinayətlər törətdiyinə məhkum olunması kimi hallar da zərər çəkmiş şəxsdə hədənin real olması, yəni icra edilə biləcəyinə dair fikir formalaşdıra bilər. Yalnız sözdə ifadə olunmuş bu xarakterli hədənin real hədə kimi qəbul edilməsi üçün heç bir əsas müəyyən edilmədikdə əməl CM-nin 134-cü maddəsinin dispozisiyası baxımından həmin maddədə nəzərdə tutulmuş cinayət kimi qiymətləndiri lə bilməz. Cinayət işinin materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin də dəyişdirmədən qüvvədə saxladığı Şəmkir Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmünə, habelə həmin məhkəmədə aparılmış araşdırmanın materiallarına əsasən, məhkəmə istintaqı zamanı dindirilmiş Məhkum, zərər çəkmiş x66 və şahidlər ibtidai araşdırma zamanı verdikləri ifadələr ilə üst-üstə düşən ifadələr vermiş, həmçinin məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş ekspertiza rəyləri və iş üçün sübut əhəmiyyətli sənədlər elan olunub tədqiq edilmiş, apellyasiya instansiyası məhkəməsi də bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməmişdir. İbtidai araşdırma orqanı kimi, məhkəmələr də araşdırılmış sübutlara əsasən yalnız onu müəyyən etmişlər ki, Məhkum 29 fevral 2020-ci il ta rixdə saat 02:45 radələrində sərxoş vəziyyətdə yaşadığı evdən mətbəx bıçağını və istintaqla müəyyən olunmayan oturacaq stulunu götürərək qonşuluqda yaşayan X22un ona çaxır alacağını vəd etdiyini bəhanə edərək onun yaşadığı evə gedib sonuncunun arvadı x66ya bıçağı və stulu nümayiş etdirərək hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. İbtidai araşdırma orqanından fərqli olaraq, məhkəmələr həmçinin Məhkum bu əməlləri heç bir səbəb olmadan törətməsi barədə nəticəyə gəlmişlər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayəti də həm müəyyən səbəblərə görə, həm də heç bir səbəb olmadan da törədilə bilər və bu baxımdan əməlin CM-nin 134-cü maddəsi ilə tövsif edilməsi üçün əsas meyar kimi əməlin törədilməsi nin səbəbi və ya motivi deyil, hədənin real olmasını təsdiq edən hal və ya hallar çıxış edir. Belə hədələmə ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması ilə müşaiyət edildikdə törədilmiş əməlin xuliqanlıq kimi qiymətləndirilməsi məsələsi nəzərdən keçirilə bilər. Çünki, CM-nin 134.1-ci maddəsindən fərqli olaraq əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün zərər çəkmiş şəxsin sağlamlığına zərərin vurulması və ya onun əmlakının məhv edilməsi və ya zədələnməsi barədə hədə qorxunun söylənilməsi kifayət etmir və belə əməlin törədilməsi zamanı təqsirkarın ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi də müəyyən olunmalıdır. Bu tələb CM-nin 221.1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilə n aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud surətdə pozulması; -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; -vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalana n əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətl əndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 17 fevral 2006-cı il tarixli və 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndir ən başlıca əlamət sözü gedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgə yaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özü nün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə aşıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenu munun 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxun an hərəkətlər etməsi başa düşülür. Qərarın 3-cü bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən h ərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, təqsirkarın özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırki i ş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla sərxoş vəziyətdə olmuş Məhkum 29 fevral 2020-ci il tarixdə ona ittiham olunmuş əməli törədərkən, yəni bıçaq və oturacaq stulunu zərər çəkmiş şəxs x66ya nümayiş etdirərək onu öldürməklə hədələyərkən həmçinin ictimai qaydanı pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi müəyyən edilməmiş və məhkəmələr də belə hərəkətlərin edilməsi barədə nəticəyə gəlməyərək məhkumun əməlinin xuliqanlıq kimi qiymətləndirilməli olmasını yalnız onun ittiham olunduğu əməli heç bir səbəb olmadan törətməsi ilə əsaslandırmışlar. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-nin 134 və 221-ci maddələrinə yuxarıda göstərilən şəkildə verilmiş təfsirə görə öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədəl əmə əməlinin yalnız bir əlamətə görə - həmin əməlin heç bir səbəb olmadan törədidilməsi xuliqanlıq kimi qiymətləndirilə və buna görə CM-nin 221.1-ci maddəsi ilə tövsif edilə bilməz. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, apellyasiya instansiyası məhkəməsinin də razılaşlığı Şəmkir Rayon Məhkəməsinn 27 avqust 2020-ci il tarixli hökmü ilə Məhkum cinayət əməlinin CM-nin 134-cü maddəsindən CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi nəticəsində məhkəmə baxışının hədlərini müəyyən edən CPM-nin 318-ci maddəsinin tələbləri də pozulmuş, digər tərəfdən isə Məhkum barəsində cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi mümkünlüyünü nəzərdə tutan cinayət qanunvericiliyinin müvafiq normalarının tətbiqinin qarşısı alınaraq məhkumun həmin normalardan yararlana bilməsi və barəsində güzəştli qərar ın qəbul edilməsinə nail olmaq hüququ da pozulmuşdur. Belə ki, CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CPM-nin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qeyd olunduğu kimi, CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir və həmin maddənin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin Xüsusi hissəsində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir, obyektiv cəhətdən isə CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunur. CM-nin 134-cü maddəsində (həmin maddənin sank siyasına bu maddədə göstərilən cinayəti törətmiş şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə cinayətinin obyekti isə insan həyatının və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Həmin cinayətin obyektiv cəhəti iki mümkün əməlin-adam öldürmənin və sağlamlığa ağır zərər vurmanın törədilməsinə yönəlmiş niyyətin ifadə edilməsindən ibarətdir. Belə niyyət hədələmə vasitəsi ilə həyata keçirilir. İşin hallarından göründüyü kimi, Məhkum hərəkətlərində CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin qeyd olunan obyektiv cəhətin in əlamətləri mövcud olsa da və məhkəmələr də bununla razılaşsalar onun bu əməlini xuliqanlıq kimi tövsif edərkən ibtidai araşdırma orqanının elan etdiyi ittihamda göstərilməyən yeganə bir hala – cinayətin heç br səbəb olmadan törətməsinə (birinci instansiya mhkəməsinin özünün müəyyən etdiyi, subyektiv cəhətə aid olan əlamətə) əsaslanmış, bununla da Məhkum təqsirləndirilmədiyi və özünü müdafiə etmədiyi, başqa növ cinayətlərə aid olan, mahiyyətinə görə faktiki olaraq daha ağır cinayətə görə təqsirli bilinərək məhkum olunmuşdur. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, cinayət məsuliyyətindən azad etmə əsasları və qaydası nəzərdə tutulmuş CM-nin Xİ fəslinin normalarına əsasən xuliqanlıq cinayətini törətmiş şəxsin bu normalarda göstərilən hər hansı əsasla cinayət məsuliyyətindən azad edilməsi mümkün olmasa da, həmin fəslin 73.2-ci maddəsində CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərər çəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi hallarında imperativ şəkildə cinayət məsuliyyətindən azad edilməsi təsbit edilmişdir. Həmçinin CM-nin 80-1 maddəsinə əsasən, məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətindən azad etmə ilə bağlı CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Göründüyü kimi, qanunvericiliyin göstərilən normalarda CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin CM-nin 73.2-ci maddəsində göstərilən şərtlər yerinə yetirdikdə həm cinayət məsuliyyətindən, həm də cəzadan azad edilməsini müəyyən etdiyi halda, xuliqanlıq cinayətini törətmi ş şəxsin barəsində bu normaların tətbiqini mümkünsüz etmişdir. Təhlil edilən məsələ ilə bağlı cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, zərər çəkmiş x66 birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum şikayətçi olmasını bildirərək ona qanuni cəza təyin olunmasını xahiş etsə də, apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestinə məhkəmə baxışı iclasında onun sonradan təqsirləndirilən şəxslə barışıb-barışmaması, ona qarşı hər hansı tələbinin olub-olmaması məsələləri ümumiyyətlə aydınlaşdırılmamış, məhkum olunmuş şəxsin cəza çəkdiyi dövrdə zərər çəkmiş şəxslə belə barışıq əldə edib-etməməsini isə iş materialları ilə müəyyən etmək mümkün deyil. Kassasiya protestində qeyd edildiyi kimi, Məhkum CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinməsi halında isə on un zərər çəkmiş şəxslə barışıb-barışmamasından asılı olmayaraq barəsində CM-nin 73.2 və ya 80-1-ci maddəsində nəzərdə tutulmuş güzəştli qərarların qəbul edilməsini istisna edlir və bu hal onun hüqüqlarını pozmuş olur. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və Məhkum əməlinin düzgün tövsif edilməməsi haqda kassasiya protestinin dəlilləri ilə razılaşaraq, digər tərəfdən isə hazırki mərhələdə Məhkum yüngül cəzanın təyin edilməsinə dair kassasiya protestinin dəlillərinə cavab verilməsinə lüzum görməyərək, apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş a pellyasiya instansiyası məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti qismən təmin edilməli və Məhkum CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 16 iyul 2021-ci il tarixli qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-186/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-186/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver