Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-186/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxx 1988-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 271.2.1 və 27 2.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 iyul 2022-ci il tarixli qərarından məhkum və onun müdafiəçisi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ülvi Ziyadxan oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ilə (hakim A.A.Qurbanova) Məhkum - Azərbaycan Respublikası CM-in 271.2.1 və 272.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 271.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə c əzasına, Azərbaycan Respublikası CM-in 272.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4.000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunmuş, CM-in 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, o, qəti olaraq 2 (iki) il müddətinə kompyuter texnologiyaları sahəsində əmək fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6.000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Mur ğuzov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum kompyuter sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompüter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qəsdən təkrarən daxil olmuş, həmçinin obyektinin kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə qəsdən təkrarən ələ keçirmişdir. Belə ki, Məhkum kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə müxtəlif adlı istifadəçilərə məxsus “facebook”, “instagram” sosial şəbəkələrinə və “elektron” poçt” qutusuna aid (ad və şifrə) kompyuter məlumatlarını əldə etmək üçün istifadə edilən 48.57 Mb tutumunda 2.1.20 nömrəli buraxılışı olan “Surveymonkey” proqram təminatını istifadə etdiyi içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı “SM-G570F” modelli “**********42100”, “**********42108” İMEİ kodlu, “R58J34JYB8P” seriya nömrəli mobil smartfonuna “Google Play Store” adlı “google”a məxsus rəsmi mənbədən yükləyib quraşdırmış, həmin proqramın iş prinsipinə uyğun olaraq öz kompyuter məlumatlarını “Surveymonkey” proqram təminatına əlavə etməsi üçün “Ozon optik” adlı instagram səhifələrinin istifadəçisi Şahid özünü instagram sosial şəbəkəsinin Türkiyə Respublikasındakı rəsmi nümayəndəliyinin Azərbaycandakı nümayəndəsi olduğunu bildirməklə, 300 manat müqabilində “Ozon optik” instagram səhifəsinə “İnstagram” sosial şəbəkəsi tərəfindən təsdiqlənmiş və hesabın müəyyən marka və tanınmış hesab olduğunu göstərən “mavi tık” əlavə edə biləcəyini, həmin şəxsdə özünə inam yaratmaq üçün “Mavi tık”-a sahib olduqdan sonra 300 manatı ödəyəcəklərini bildirmiş, Şahid razılığını aldıqdan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən “Ozon Aptekdə” istifadə olunan ***-***-**-** saylı mobil nömrəyə “Surveymonkey” proqramının linkini göndərməklə həmin linkə daxil olaraq orda qeyd edilmiş “Ozon optik” adlı instagram hesab barədə şəxsi məlumatları, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məluma tları doldurmasını Şahid bildirmiş, Şahid rəqəmsal kompyuter məlumatı hesab edilən “Ozon optik” adlı instagram sosial şəbəkə hesabının şəxsi məlumatlarını, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məlumatları “Surveymonkey” proqramının linkinə daxil etmiş, həmin zaman Məhkum həmin proqramın vasitəsilə Şahid proqrama daxil etdiyi şəxsi məlumatları qanunsuz olaraq əldə edərək 2020-ci ilin avqust ayının ortalarında yaşadığı Bakı şəhəri, ünvan 2 istifadəsində olan “Samsung” markalı “SM-G570F” modelli mobil telefon vasitəsilə “Ozon optik” adlı instagram hesabına buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmuş, həmçinin “Ozon optik” adlı instagram hesabının istifadə çi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal kompyuter məlumatı hesab edilən “Ozon optik” adlı instagram hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə etməklə ələ keçirmişdir. Bundan başqa, Məhkum təkrarən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə qanunsuz daxil olmaq məqsədilə “Ozon Aptekdə” işləyən Şahid 2020-ci ilin avqust ayının ortalarında “Surveymonkey” proqramının linkinə daxil etdiyi “Ozon optik” instagram səhifəsinin kompüter məlumatlarının, yəni adı, şifrə, həmin hesaba bağlı olan elektron poçt ünvanın və sair məlumatla rın “Ozon aptekdə” online satışın həyata keçirildiyi “Ozon aptek” adlı instagram səhifəsi ilə eyni olmasından istifadə edərək 2020-ci ilin dekabr ayının əvvəllərində yaşadığı ünvan 2 evdən istifadəsində olan “Samsung” markalı “SM-G570F” modelli mobil telefon vasitəsilə “Ozon aptek” adlı instagram hesabına buna hüququ olmadan mühafizə tədbirlərini pozmaqla orada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və başqa şəxsi niyyətlə təkrarən qanunsuz daxil olmuş, həmçinin “Ozon aptek” adlı instagram hesabının istifadəçi adı, şifrəsini və sair şəxsi məlumatları qanunsuz olaraq dəyişərək kompyuter sistemi daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan rəqəmsal kompyuter məlumatı hesab edilən “Ozon aptek” adlı instagram hesabını buna hüququ olmadan texniki vasitələrdən istifadə et məklə təkrarən ələ keçirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz əsassızdır. Belə ki, Məhkum Şahid “Ozon optik” instagram səhifəsinə daxil olması sonuncunun öz razılığı ilə olmuş, “Ozon aptek” instagram səhifəsinə daxil olması isə ehtiyatsızlıq və məsuliyyətsizlik səbəbindən baş vermişdir. Şikayətdə həmçinin qeyd olunur ki, hər iki əməlin heç bir ictimai təhlükəli nəticəsi olmadığından Məhkum hərəkətlərində hər hansı bir cinayətin tərkibi yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının pr edmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalar ının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, məhkumun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya şikayətində məhkum barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu mübahisə edilir. Azərbaycan Respublikası CM-in 271.1-ci maddəsində “Kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olma “ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 271.2-ci maddəsinə görə “Eyni əməllər: 271.2.1. təkrar törədildikdə– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 272.1-ci maddəsində “Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektroma qnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi”nə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 272.2-ci maddəsinə görə “Eyni əməllər: 272.2.1. təkrar törədildikdə– üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub -olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prose ssual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyay a qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qə rarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət m ühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, Zərərçəkmiş şəxs, şahidlər Şahid ifadələri, məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 5/144 nömrəli rəyi, məhkəmə-kompyuter texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 5/219 nömrəli rəyi, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 271.2.1 v ə 272.2.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən ilk dəfə az ağır cinayət əməlini törətməsi, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirici hallar kimi, əməlində cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın o nun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlə rdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla tə kzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2022-ci il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-186/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-186/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver