Məhkəmə qərarları › İş №1(102)-186/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-186/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-186/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(105)-492/2024 nömrəli qərarından məhkumun müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-376/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə (X11 (sədrlik edən və məruzəçi), Nurəddin Hüseynli və Nahid Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxx 1986-cı ildə Quba rayonu, Barlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olmuş, Quba rayonu, Barlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234. 1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 23 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi X5 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 2024-cü il 8 avqust tarixli, 1(105)-492/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum satış məqsədi olmad an, külli miqdarda, qanunsuz olaraq psixotrop maddə əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, külli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 23 iyun 2023-cü il tarixdə saat 20:30 radələrində Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Quba şəhəri, Ə.Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVL ƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işinin başlanmasına səbəb Məhkum Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 23 iyun 2023-cü il tarixdə, saat 20:30-da Quba şəhərinin Ə.Əliyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli şalvarın sağ arxa cibindən bir ədəd bükümdə təmiz çəkisi 11,910 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı, əsas isə fakt üzrə toplanmış materiallar olmuş, həmin maddələri Məhkum avtobus dayanacağından əldə etməsi qeyd edilmişdir. Lakin bu halların təsdiq edilməsi üçün mühüm əhəmiyyət kəsb edən Məhkum xx.xx.2023-cü il tarixə dair ərazi anten dairələri müəyyən edilərək tədqiq edilməmiş, həmin tarixədək olan bütün anten dairələri iş materiallarına əlavə edilsə də, məhz xx.xx.2023-cü il tarixə dair məlumatlar müstəntiq tərəfindən məhv edilərək iş materiallarına əlavə edilməmiş və gizlədilmişdir. Eyni zamanda, müvafiq psixotrop maddənin götürüldüyü qeyd edilmiş avtobus dayanacağının da kamera görüntüləri əldə edilməmiş və tədqiq olunmamışdır. Bununla da müəyyən olunur ki, ibtidai istintaq orqanı müvafiq maddələrin həqiqətən şəxsə aid olmasını və şəxsin təqsirliliyini sübut edən faktları araşdırmamış, sadəcə olaraq, təzyiq altında yoxsa azad iradəylə verildiyi məlum olmayan şifahi izahatlar əsasında Məhkum qarşı ittiham irəli sürmüşdür. Məhkumun müdafiəçisi bildirmişdir ki, Məhkum ibtidai istintaq zamanı verdiyi əlavə ifadə də bildirmişdir ki, 23 iyun 2023-c ü il tarixdə saat 12 radələrində özünə məxsus olan "Opel Astra" markalı AZ **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Quba rayonu Barlı kəndindəki evindən həyat yoldaşı X12, oğlu Sadiq Amanov və qardaşı Natiq Amanovun arvadı X3 ilə birlikdə Quba şəhəri bazar ərazisinə gəlmişlər. Aynurə və Rəqsanəni bazar ərazisində düşürüb oğlu Sadiqlə birlikdə avtomobil təmiri sexinə getmiş, avtomobili Əli adlı ustaya təmir etdirdikdən sonra Quba şəhəri ərazisində yerləşən "Mahir Lahmacun" adlı yeməkxanaya gedib oğlu Sadiqlə birlikdə orada nahar etmişlər. Sonra avtomobilə əyləşib Quba-Qəçrəş yolu istiqamətində hərəkət edərkən "Meydan" ərazisini keçdikdən bir qədər sonra YPX əməkdaşları onu saxlayıb sənədlərini təqdim etməyi bildirən zaman yaşıl rəngli, "Niva" markalı avtomobil onun avtom obilinin önünə keçib qarşısında saxlamış, avtomobildən 3 nəfər mülki geyimdə olan şəxslər düşüb ona yaxınlaşaraq əvvəlcə avtomobilinin ön oturacağından mobil telefonunu götürmüşlər. Həmin vaxt oğlu Sadiq avtomobilin arxa oturacağında əyləşmişdi və qorxmuşdur. Uşağı mülki geyimdə olan şəxslərdən biri sakitləşdirmiş, sonra onu və oğlu Sadiqi həmin "Niva" markalı avtomobilə mindirib polis şöbəsinə gətirmişlər. Şöbədə onları təxminən 2 saat saxladıqdan sonra Sadiq çox ağlamağa başladığından və sakitləşmədiyindən onu rəisin qəbuluna aparıb uşağın ağladığını və sakitləşmədiyini məruzə etmişlər. Rəis də məruzə edən əməkdaşa onu nə üçün uşağla birlikdə gətirmələrinə irad bildirmişdir. Sonra rəis onun mobil telefonunu saxlamağla onu və oğlunu buraxmalarım bildirmiş, ona mobil telefonunu növbəti gün gəlib götürə biləcəyini demişdir. Bundan sonra Məhkum öz oğlu Sadiqlə birlikdə polis şöbəsinin həyətindəki duracaqda olan avtomobilinə əyləşib tanışı, diş həkimi Vüqarın evinə getmişdir. Özü diş texniki olduğundan Vüqarla işlə bağlı görüşüb təxminən 5-10 dəqiqə söhbət etmiş və Quba şəhəri, Bazar ərazisinə doğru getmişdir. Köhnə Avtovağzal dairəsinə çatdıqda oğlu Sadiq anası Aynurənin taksi maşına əyləşdiyini ona bildirmişdir. O, da avtomobilini həmin taksinin qarşısına sürüb dayanmışdır. Avtomobilini görən Aynurə, qardaşı Natiq və Natiqin həyat yoldaşı Rəqsanə taksidən düşüb onun avtomobilinə əyləşmişlər. Bundan sonra onlarla birlikdə yaşadığı evə qayıtmışdır. Evə gəldikdən təxminən 10 dəqiqə sonra qara rəngli, "Hyundai" markalı avtomobil evinin qarşısına gəlmiş və avtomobildən düşmədən Ş əmsəddin adlı polis əməkdaşı onu əl ilə işarə edərək avtomobilinə çağırmış və onu yenidən polis şöbəsinə aparmışlar. Bütün bu hadisələr olarkən bunlara bilavasitə şahidlik etmiş, Məhkum azyaşlı övladı X8, həyat yoldaşı X9, qardaşı X6, həyat yoldaşı X2 ifadələri ibtidai istintaq zamanı alınmış olsa da, müstəntiq tərəfindən bütün bunlar ittiham aktında qeyd edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, qeyd olunan psixotrop maddələrin həqiqətən Məhkum aid olmasının müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri qurulsa da, hər hansı əməliyyat həyata keçirilməmiş, formal xarakterli cavablarla iş materiallarına əlavə edilmişdir. Lakin hər hansı əməliyyat-axtarış tədbiri həyata keçirilmiş olmamasına və mötəbər nəticələr əldə edilmiş olmamasına baxmayaraq, Quba Rayon Məhkəməsinin qəra rı ilə müvafiq əməliyyat axtarış fəaliyyətinin nəticələri qanuni hesab edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(105)492/2024 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust qərarının dəyişdimədən saxlanması barədə qərar qəbul e dilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma bəraət verilməli olduğunu iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq cinayət işinin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya insta nsiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə k ollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilmiş, cəzanın növü düzgün müəyyən edilsə də, lakin həddi düzgün müəyyən edilməmiş, məhkumun cəzasını yüngülləşdirən hallar məhkəmələr tərəfindən kifayət qədər nəzərə alınmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza təqsirli bilindiyi maddənin sanksiyası həddində yüngülləşdirilməlidir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.1 0.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 8 avqust tarixli, 1(105)-492/2024 nömrəli qərarı Məhkum müdafiəçisi X5 tərindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilsin. Qərar Məhkum müdafiəçisi X5 tər əfindən verilmiş kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar