Məhkəmə qərarları › İş №1(102)-1860/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1860/2023

31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1860/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Abdurəhmanlı Umud Xudaverdi oğlunun iştirakları ilə, Şəki Ağ ır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(091)-176/2022 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonunda doğulmuş, Gürcüstan Respub likasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, xxx-da qeydiyyatda olan və tutulanadək xxx-də kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi, CM-in 52.1-ci maddəsinə əsasən Məhkum əcnəbi olduğudan, barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarında n kənara məcburi çıxarma cəzasının tətbiq edilməsi və ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra məcburi qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması hökm edilmiş, iş üzrə maddi sübutlar və ekspertiza xərcinin ödənilməsi ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023cü il tarixli 1(107)-21/2023 nömrəli (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Xəqani Hacı oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayət inə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti, müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən isə kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi ilə istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 189,115 qram olan psixotrop maddə metamfetamin, külli miqdarda, yəni ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin və külli miqdarda, yəni ümumi təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək əldə etmiş, qeyd edilənlərdən psixotrop maddə olan metamfetaminin 4,757 qram çəkidə hissəsini üzərində, qalanını, yəni 184,358 qram çəkidə olan hissəsini, eləcə də çəkisi 31,045 qram olan narkotik vasitə heroin və çəkisi 79,974 qram olan narkotik vasitə tiryəki 19 mart 2022-ci il tarixdə, saat 14:20 radələrində Zaqatala şəhəri, Bakı küçəsində idarə etdiyi “Mercedes-Benz E 220” markalı GE FF-534XX qeydiyyat nişanlı avtomobildə satış məqsədilə qanunsuz olaraq saxlayıb daşıyarkən Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin avtomobillə birgə Zaqatala Rayon Polis Şöbəsinə gətirilib üzərində həmin gün saat 15:05 radələrində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin sol yan cibindəki siqaret qutusunun içərisində bir ədəd sellofan bükümdə təmiz çə kisi 4,757 qram olan psixotrop maddə metamfetamin və içərisində cüzi miqdarda metamfetamin hissəcikləri olan 1 ədəd şüşə lampa, daha sonra həmin gün saat 15:40 radələrində idarə etdiyi “Mercedes-Benz E 220” minik markalı GE FF-534-XX qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən sol ön oturacağın altındakı qara rəngli sellofan torbanın içərisindən yapışqan parça lentə bükülmüş iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 17,271 və 13,774 qram, ümumi təmiz çəkisi 31,045 qram olan narkotik vasitə heroin, yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə təmiz çəkisi 184,358 qram olan psixotrop maddə metamfetamin və yapışqan parça lentə bükülmüş bir ədəd sellofan bükümdə, təmiz çəkisi 79,974 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKA YƏTİNİN, KASSASİYA ŞİKAYƏTİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. Cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və prosessual pozuntulara yol vermişdir. Belə ki, o, narkotik vasitə istifadəçisi olduğu üçün onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə ona cəza təyin edilməli idi. Odur ki, göstərilənlərə əsasən, Şəki Apellyasiya Məhkəməsinin qərarının ləğv edərək barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Abdurəhmanlı Umud Xudaverdi oğlu kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, kobud prosessual pozuntulara yol verilmiş, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, Şahid1 Məhkum ətrafında “Təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərar qəbul etdiyi, qərarın nəticə hissəsində həmin qərarın surətinin Zaqatala rayon prokuroruna göndərilməsi qərarda göstərildiyi halda, həmin qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsinə və məhkəmənin həmin qərarın qanuniliyinin yoxlanılmasına dair qərar qəbul etməmişdir. Qərarın qanuniliyinin məhkəmə qaydasında yoxlanılmasına dair cinayət işinin materiallarında da hər hansı bir məlumat olmamışdır. Bu da qanunvericiliyin tələbinə əsasən sübut növü kimi qəbul edilə bilməz. Eyni zamanda, Zaqatala Rayon Məhkəməsinin sədrinə xx.xx.2023-cü tarixli 19VB-461/23 saylı vəkil sorğusu göndərilərək, Zaqatala RPŞnin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 hüquqlarını müdafiə etdiyim Məhkum ətrafında “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq qanuniliyinin yoxlanılması ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət olunub-ol unmaması, əgər müraciət olunmuşsa, qəbul edilən qərarın və ona əlavə edilən sənədlərin məhkəməyə daxil olması, qərarın qanuniliyinə baxılması vaxtları ilə əlaqədar rəsmi məlumat verilməsini, eləcə də məhkəməyə göndərilən sənədlərin və həmin işə baxılmasına dair məhkəmənin qəbul etdiyi qərarın surətinin müdafiə tərəfinə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Həmin sorğuya Zaqatala Rayon Məhkəməsinin sədri Vüqar Məmmədovun verdiyi xx.xx.2023-cü il tarixli 11-A-43-1/2023 saylı cavab məktubunda göstərilmişdir ki, “Məhkum ətrafında “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanuniliyinin yoxlanılması ilə bağlı Zaqatala Rayon Məhkəməsinə müraciət daxil olmamışdır.” Bundan əlavə, Məhkum ifadəsində göstərm işdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Zaqatala şəhər bazarının yaxınlığında idarə etdiyi “Mercedes” markalı GE FF 534 XX dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Zaqatala RPŞ-nin 5-6 nəfər əməkdaşı tərəfindən yaxalanmasını, polis əməkdaşlarının avtomobilin açarlarını ondan almaları, onlardan birinin avtomobili idarə etməsi, digər polis işçilərinin də avtomobilə əyləşmələrini, onu Zaqatala RPŞ-nin inzibati binasının ikinci mərtəbəsinə qaldırmaları, avtomobilinin açarlarının polis əməkdaşında qalması, üzərində aşkar olunan 5,01 qram psixotrop maddə metamfetaminin ona məxsus olduğu və özü istifadə etmək üçün saxladığı, baxış zamanı avtomobilindən çıxarılmış narkotik vasitə və psixotrop maddələrin isə ona aidiyyətinin olmaması, həmin narkotik vasitələri və psixotrop maddəl əri onun avtomobilinə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının onu polisə gətirməsindən sonra yerləşdirilməsini, üzərində aparılan şəxsi axtarış və götürmənin, avtomobilnə baxışın videoçəkilişinin aparıldığını, avtomobilinə baxışda videoçəkiliş zamanı oradan aşkar olunan narkotik vasitə və psixotrop maddənin ona aidiyyətinin olmamasını bildirməsini və bu məlumatların videogörüntülərdə qeydə alınmasını göstərmişdir. Məhkum məxsus “Mercedes” markalı, GE FF-534-XX avtomobilinə baxış keçirilməsinə dair videogörüntülərə baxdıqda müəyyən edilmişdir ki, videogörüntülərin 40cı saniyəsində Zaqatala Rayon Polis X3 baş təhqiqatçısı, polis mayoru X11 bildirir ki, “xx.xx.2022-ci il tarixdə Məhkum üzərində şəxsi axtarış aparılarkən onun üzərindən sağ yan cibindən metamfetaminə bənzər maddə aşkar ed ilərək tərəfimdən götürülmüşdür. Araşdırma zamanı X-in idarə etdiyi Mercedes markalı, GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zərurəti yaranmışdır”. Belə olan halda sual yaranır ki, məgər Məhkum avtomobilinə baxış keçirilməsi zərurəti indi yaranıb? Nə üçün onun üzərində şəxsi axtarış aparılarkən, elə oradaca dərhal onun ardınca onun avtomobilinə baxış keçirilməyib? Həmin istintaq hərəkəti də onun üzərində “şəxsi axtarışla” eyni vaxtda həyata keçirilməli idi. Bundan əlavə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə məhkəmə sübutlara qiymət verərkən göstərmişdir ki, Məhkum polis şöbəsinə gətirilməsi ilə onun üzərində şəxsi axtarış aparılması 30-40 dəqiqə vaxt aparmış, bu da müdafiəçinin və tərcüməçinin gəlməsi ilə bağlı olmuşdur. Lakin bu məlumat işdə olan digər sü butlarla təkzib olunur. Belə ki, Məhkum ifadəsində Zaqatala şəhər bazarının yaxınlığından polis əməkdaşları tərəfindən polis şöbəsinə saat 11 radələrində polisə gətirildiyini bildirir. Cinayət işində olan şəxsi axtarış və götürülmə aparılması haqqında protokolda (cinayət işində həmin istintaq hərəkətinin keçirilməsi ilə bağlı qərar yoxdur) istintaq hərəkətinin saat 15:05-də başlayıb, saat 15:21-də qurtardığı, Məhkum avtomobilinə baxış keçirilməsinə dair protokolda isə saat 15:40 da başlayıb, saat 16:05-də qurtarması göstərilmişdir. Belə olan halda Məhkum şəxsin üzərində şəxsi axtarış onun saxlanmasından 4 saat, avtomobilinə baxış isə onun saxlanmasından 4 saat 40 dəqiqə sonra həyata keçirilmişdir. Odur ki, göstərilənlər nəzərə alınaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 26 yanvar 2023-cü il tarixli qərarının ləğv edilərək, Məhkum barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Abdurəhmanlı Umud Xudaverdi oğlu çıxış edərək, iş materiallarında olan DVD diskə baxan zaman nəqliyyat vasitəsinin qapılarının və yan şüşəsinin açıq olduğunu, narkotik vasitənin maşında sürücünün oturduğu oturacağın altında tapıldığını, lakin bu hadisənin inandırıcı olmadığını, çünki iş materiallarında sürücünün özünün polis idarəsinə gəldiyinin qeyd olunduğunu bildirib, polis idarəsinə gələn adamın oraya maşında narkotik vasitə ilə gəlməsinin absurd olduğunu bildirdi. Həmçinin, materiallarda həmin narkotik vasitənin tanımadığı İran İslam Respublikasının vətəndaşından nis yə alındığını, heç kimin tanımadığı adama 7500 AZN dəyərində narkotik vasitəni nisyə verməyəcəyini bildirib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən ittihamı qəbul etmədiklərini qeyd etdi. Əlavə olaraq məhkumun telefonuna baxış keçirilən zaman mobil telefonda narkotik vasitənin satışı ilə əlaqədar hər hansı bir sübut tapılmadığını bildirib, şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, nəqliyyat vasitəsindən tapılan narkotik vasitənin ona aid olmadığını, sadəcə üstündən çıxan narkotik vasitənin ona aid olduğunu bildirib, verilmiş kassasiya müraciətlərinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respubl ikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyas ının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və təyin edilmiş cəzanın həddən artıq ağır olduğu iddia edilmiş, həmçinin məhkəmələr tərəfindən əməlinin düzgün tövsif edilmədiyi, əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, əsassız olaraq həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə tövsif edildiyi, bununla da sübutlar və sübutetməyə dair cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya şikayətinə əlavədə isə məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahi sələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, hökmün əsasının yolverilməz sübutların təşkil etməsinə, sübutların tədqiqindən əsassız imtina edilməsinə istinad edərək bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olara q sübutları tədqiq etmədikdə) və 416.1.3-ci (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini və ona əlavəni CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərə kətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 3 49.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üz rə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. İlkin olaraq işə baxan Şəki Ağır Cinayətlər Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokolu, baxış keçirilməsi haqqında protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti qismən etiraf etməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla təkzib olunduğun u nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündə və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarında Məhkum təqsirinin məhkəmə iclasında tədqiq edilmiş və mötəbərliyi şübhə doğurmayan cinayət işinin materiallarında olan sübutlar toplusu ilə onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilməsi barədə nəticəyə gəlinmişdir. Apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, “ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyekti v araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Məhkum qarşı irəli sürülən cinayət əməlinin onun tərəfindən törədilməsi haqqında işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçisinin kassasiya müraciətlərinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək yuxarıda göstərilən normalara istinadən hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yan var 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya müraciətlərini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmələr cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam araşdırmamış, Azərbaycan Respublikası CPM-in 143146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verməmişlər. Daha doğrusu məhkəmələr iş üzrə müəyyən olunmuş sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə pred metinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə t oplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik, sübutların qanunla müəyyən edilmiş qaydada tədqiqindən əsassız imtina edilməsini, hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tədqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsin in əsası kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun təqsirliliyi üçün istinad olunan sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini müəyyən edərək aşağıdakıları qeyd edir. Belə ki, məhkəmələrin Məhkum ittiham olunmuş əməlin törədilməsində təqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi sübutlar təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, “Şəxsi axtarış və götürmə haqqında” və ““Baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokollar, müvafiq ekspertiza rəylərindən və cinayət işi üzrə toplanılmış digər sübutlardan ibarətdir. Məhkum edilmiş şəxs birinci instansiya məhkəməsində m əhkəmə baxışında ifadə verərək ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Həmin ifadədə şikayətə uyğun dəlillərə istinad edərək, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini, həmin cinayət əməlini törətmədiyini, üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olsa da, avtomobilindən aşkar olunan kütlələr ona məxsus olmadığını, həmin kütlənin ora kim tərəfindən qoyulduğunu bilməməsini, saxlanıldıqdan sonra polis şöbəsinə gətirilməsini, bir müddət avtomobilinin onun nəzarətindən kənarda polislərin nəzarətində qalmasını, haradasa 30-40 dəqiqə sonra onun da iştirakı ilə avtomobilə baxış keçirilməsini və bu zaman ona aid olmayan narkotik vasi tələrin avtomobildən aşkar edilməsini, ibtidai istintaq zamanı təzyiqə məruz qalmasını və ona görə də həmin kütlənin ona məxsus olması barədə ifadə verməsini, lakin cinayət işi materialları ilə tanış olduğu zaman (cild 1, səh.165) yenədə avtomobildən aşkar olunan narkotik vasitənin ona aid olmadığın qeyd etmişdir. Azərbaycan Respublikası CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin q ərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessu al hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riay ət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-nin tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-nin 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Məhkəmələrin şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi istinad etdiyi, iş materiallarında olan 19 mart 2022-ci il tarixli “Raport”un, “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19 mart 2022-ci il tarixli qərarın, məhkəmədə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifa dələrinin, “Şəxsi axtarış və götürmə haqqında” 19 mart 2022-ci il tarixli və ““Baxış keçirilməsi haqqında” 19 mart 2022-ci il tarixli protokolların mahiyyətindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Zaqatala Rayon Polis Şöbəsinin NMQ-ın baş əməliyyat müvəkkili Şahid1, Zaqatala Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X6 və Zaqatala Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, daha sonra isə məhkumun üzərində şəxsi axtarış və götürmə, avtomobildə isə baxış istintaq hərəkətləri aparılmışdır. İş materiallarında olan (İ cild, səh.5) Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərara diqqət yetirdikdə görünür ki, qərarın “müəyyən etdi” hissəsində qeyd edilmişdir ki, Məhkum qanunsuz olaraq üzərində və avtomaşınında narkotik vasitə saxlaması müəyyən edilmişdir. Həmin qərarın “qərara aldım” hissəsində isə qeyd edilmişdir ki, Məhkum ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilsin. Məhkəmə kollegiyası qeyd edir ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İ bəndində əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən bu Qanunla müəyyən edilmiş qaydada məhz hansı əməliyyat-axtarış tədbirləri tətbiq edə bilməsi mümkünlüyü konkret göstərilmişdir. Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə Qərar qəbul edən şəxs Qanunun 10-cu maddəsinin İ bəndində göstərilən əməliyyat-axtarış tədbirlərindən məhz hansının tətb iq olunmasını əsaslandırmalı və bu əməliyyat tədbiri barəsində konkret qərar qəbul etməlidir. Zaqatala RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərarın nə müəyyən etdi hissəsində “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, həmin maddənin İV və V hissələrinin, CPM-nin 445.2-ci maddəsinin tələblərinin rəhbər tutulduğu göstərilmiş lakin nə həmin hisssdə, nə də qərara aldım hissəsində konkret hansı əməliyyat-axtarış tədbiri keçirilməsi zəruri olduğu göstərilməmiş, əvəzinə Məhkum ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd edilmişdir. Bundan əlavə “Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə” qərarın 3-cü bəndində həmin qərarın yalnız 48 saat müddətində şəhər prokurorluğuna təqdim edilməsi qeyd edilmişdir. “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunun10-cu maddəsinin İİİ bəndində göstərilmişdir ki, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin Qanunun 10-cu maddəsinin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində m əhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərarda, qəbul edilmiş qərarın və tərtib olunmuş protokolun surətlərinin, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim edilməsi da qeyd olunmalı olmasına baxmayaraq, yalnız ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi göstərilmişdir. Araşdırma zaman müəyyən olundu ki, əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərar 19 mart 2021-ci il tarixdə qəbul olunsa da, 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təqdim olunmalı olduğu halda təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tar ixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat- axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası, CPM-nin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin Plenum qərarında göstərilir ki, “Qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanımı, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-nin 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər". Göründüyü kimi cinayət prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Əməliyyat-axtarış tədbiri keçirilməsi barədə qərarın qanuniliyi və əsaslığı məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və bu məsələ ilə bağlı məhkəmə qərar qəbul etməmişdir. Daha sonra məhkəmə kollegiyası hesab edir ki, tərtib edilmiş avtomobilə baxış keçirilməsi haqqında protokola iş üzrə mühüm əhəmiyyətə malik olan sübut kimi qiymət verilməli və ilk növbədə qeyd edilən protokolların keçirilmiş əməliyyat tədbirlərinə aidiyyətini müəyyən etmək üçün CPM-nin 236 və 242-ci maddələrinin mahiyyətini izah etmək zəruridir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsin ə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası CPM-nin 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Cinayət prosessual qanunvericilik baxış istintaq hərəkəti ilə axtarış istintaq hərəkətin fərqləndirmi şdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əgər avtomobildə və ya mənzildə əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər avtomobildə və ya mənzildə şəraiti (qapıda zədələnmənin olub-olmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək zərurəti varsa bu baxışın keçirilməsi üçün əsasdır. Axtarış istintaq hərəkətinin adından da göründüyü kimi, bu istintaq hərəkətinin məqsədi sübut əhəmiyyətinə malik olan əşyaların və sənədlərin axtarılıb tapılmasıdır. İş materiallarında olan məhkəmə iclas protokollarına əsasən müəyyən olunur ki, Zaqatala Rayon Polis Şöbəsinin NMQ-ın baş əməliyyat müvəkkili işləyən Şahid1, Zaqatala Rayon Polis Şöb əsinin KTQ-in baş inspektor kriminalisti işləyən Şahid2 və Zaqatala Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili işləyən Şahid3 birinci instansiya məhkəməsində şahid qismində ifadə verərkən Məhkum onun razılığı əsasında idarə etdiyi “Mersedes-Benz E 220” markalı GE FF-534-XX dövlət qeydiyyat nişanlı avtomobildə məhz baxış apardıqlarını bildirsələr də, məhz axtarış nəticəsində avtomobildən 4 ədəd sellofan bükümlərin içərisində narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə və narkotik vasitə tiryəkə oxşar kütlələr aşkar olunaraq elektron tərəzidə çəkilməklə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Eyni zamanda “Baxış keçirilməsi haqqında” protokolun mahiyyətinə əsasən də müəyyən olunur ki, əməliyyat müvəkkillərinin Məhkum idarə etdiyi “Mersedes-Benz E 220” markalı GE F F-534-XX dövlət qeydiyyat nişanlı avtomobildə apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir. Zaqatala Rayon Polis Şöbəsinin NMQ-ın baş əməliyyat müvəkkili Şahid1 prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmişdir və bunula da axtarış istintaq hərəkəti barədə müvafiq prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası CPM-nin 242.1-ci maddəsinin tələbinə əsasən axtarış istintaq hərəkətini aparmaq müstəntiqin səlahiyyətinə aiddir. Yəni, bu da onu göstərir ki, Zaqatala Rayon Polis Şöbəsinin NMQ-ın baş əməliyyat müvəkkili Şahid1 səlahiyyəti olmadan müvafiq istintaq hərəkətini aparmışdır. Bundan əlav ə CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə görə təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aşağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən ə şya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Beləliklə tədqiq olunmuş iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyəti olmayan şəxs tərəfindən cinayət işi başlamazdan öncə müvafiq istintaq hərəkəti aparılmış və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı bu halı araşdırmamışdır. Bundan başqa kassasiya məhkəmə kollegiyası şəxsin narkot ik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən mötəbər sübutlardan birinin də şəxsin istifadəsində olan mobil telefonunda zənglər, o cümlədən, yazışmalar barədə məlumatların olmasını nəzərə alaraq və cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum istintaqa verdiyi ifadəsində mobil telefon nömrəsinin ***-***-**-** olmasını bildirməsinə baxmayaraq, ibtidai istintaq və məhkəmə istintaqı zamanı həmin nömrənin telefon zəngləri və mesajları araşdırılmaması, ümumiyyətlə onun mobil telefonun götürülməsi və onun yaddaşına baxış keçirilməsi ilə bağlı hər hansı bir məlumatın cinayət işinin materiallarında olmamasını müəyyən edir. Halbuki məhkəmələr tərəfindən qeyd edilən mobil telefonun anten dairəsinin müəyyən edilməsi ilə əlaqədar araşdırma aparılsaydı ən azından müdafiə tərəfinin mübahisələndirdiyi məhkumun saxlanma vaxtının müəyyən edilməsinə dair dəlillərə aydınlıq gətirilə bilərdi. Nəhayət kassasiya məhkəmə kollegiyası Məhkum üzərindən tapılmış 4,757 qram çəkidə psixotrop maddə olan metamfetaminin ona aid olmasına dair bütün instansiya məhkəmələrində verdiyi ifadələrə, həmçinin kassasiya şikayətində də etiraf etməsinə dair qeyd edilənlər qiymət verərək hesab edir ki, CPM-nin 141.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə raz ılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi qeyd edilən norma proses iştirakçıların (həm ittiham, həm də müdafiə tərəfinin) razılığı ilə sübutlar tədqiq edilmədən işin hallarının təsdiq olunması imkanını əks etdirir. Belə olduğu halda baxılan iş üzrə faktiki sübutlar tədqiq edilmədən baş vermiş halın - yəni narkotik vasitələrin məhkumun üzərindən çıxması halı mübahisəsiz təsdiqini tapmış olur. Qeyd edilən halı kassasiya məhkəmə kollegiyası CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmənin cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi kimi qiymətləndirir. Eyni zamanda, bu kimi hallar məhkəmələr tərəfindən ədalətli məhkəm ə araşdırması aparılmamasını, bununla da İnsan Hüquqları haqqında Avropa Konvensiyası 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməsini təsdiq edən hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan i barətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici ca vab verdiyi və məhz CPM-nin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki halların a dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər t utaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Məhkəmələr tərəfindən aparılmış araşdırmanın keyfiyyətli və onun n əticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş halları (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sü butlar təşkil etdiyinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarıda sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Abdurəhmanlı Umud Xudaverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instans

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar