Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1862/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Yusubov Orxan Hümbət oğlunun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhk əməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 308.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı ilə cinayət əməli CM-nin 308.2-ci maddəsindən CM-nin 308.1-ci maddəsinə tövsif edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi O.H.Yusubov və mülki iddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) Məhkum, xx xxxxxx 1985-ci il tairxdə Şəmkir şəhərind ə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə mütəxəssisi vəzifəsində, sonradan isə "xxxx" MMC-də anbardar vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində yerləşən nömrəsiz evdə yaşamış, CM-nin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmlə həmçinin Məhkum vurulmuş maddi ziy anın əvəzi olaraq 75.000 manat və dövlət rüsumunun əvəzi olaraq 315,47 manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinə dair mülki iddia rədd edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Məhkum "xxxx" ASC-nin idarə heyəti sədrinin 7 may 2018-ci il tarixli, 169f-k nömrəli əmri ilə "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə aparıcı mütəxə ssisi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən 7 yanvar 2021-ci il tarixədək qeyd edilən vəzifədə işləyərkən onunla bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə və vəzifə təlimatına əsasən, bankın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun həyata keçirmək, ona etibar edilmiş nağd pul və digər qiymətlilətin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün Bankın nizamnaməsinin tələblərini, reqlamentini və Mərkəzi Bankın normativ xarakterli aktlarında nəzərdə tutulan digər vəzifələri yerinə yetirmək, bankın daxili qaydalarına əsasən, İdarə Heyətinin qəbul etdiyi xidmət bölməsinin mütəxəssislərinin kassa əməliyyatları üzrə hədəfləri və tələblərə əsasən öz səlahiyyətləri çərçivəsində əməliyyat planlarını yerinə yetirmək, əməliyyat gününün əvvəllində xidmət bölməsinin 1-ci xəzinə inzibatçısından müvafiq məxaric əməliyyatlarını icra etmək üçün avans şəklində müəyyən məbləğdə vəsait almaq, əməliyyat gününün sonunda avans şəklində alınmış vəsaitin qalığını və digər mədaxil olunan məbləği xidmət bölməsinin 1-ci xəzinə inzibatçısına müvafiq qaydada təhvil vermək, müştərilərin müraciətlərinə əsasən kommunal, büdcə və digər xır da ödənişləri həyata keçirmək, ödəniş terminallarını inkassasiya etmək, təyin edilmiş valyuta məzənnəsinə uyğun olaraq xarici valyutaların mübadiləsini həyata keçirmək, filial üzrə sifariş verilmiş plastik kartları müvafiq şəxslərdən qəbul etmək, müştərilərin müraciətlərinə əsasən pos terminal vasitəsilə nağd vəsaitlərin kassadan məxaric edilməsini həyata keçirmək, müştərilərin müraciətlərinə əsasən onların hesablarına nağd vəsaitlərin mədaxil və məxaric əməliyyatlarını bank əməliyyat sistemində təsdiq etmək, gündəlik fəaliyyəti ilə əlaqədar hazırlamış olduğu bütün sənədləri qovluğa yerləşdirərək müvafiq qaydada arxivləşdirilməsini həyata keçirmək və qovluqların struktur bölmədə təhlükəsiz şəraitdə saxlanılmasını təmin etmək, birbaşa rəhbəri, İH sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, filialın əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək, əmək müqaviləsi, filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etmək və əmək müqaviləsi, bankın nizamnaməsi, idarəetmə orqanlarının və/və ya filialın əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirən funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə "xxxx" ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləyən X4 göstərişi əsasında 16 aprel 2020-ci il tarixdə Şahid4 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid1 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaiti ni "xxxx" ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “ "xxxx" ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini kredit müqavilələrinin rəsmiləşdirildiyi müvafiq tarixlərdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri X4un sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına s ərf edilməklə, "xxxx" ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəsaitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Hökmdən Məhkum və onun müdafiəçisi O.H.Yusubov tərəfindən ayrı-ayrılıqda və zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının (hakimlər Hüseyn Cavid Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Allahverdiyev Elbəy Hidayət oğlundan ibarət tərkibdə) 25 aprel 2023-cü il tarixli qərarı ilə məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməmiş, zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsinin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum cinayət əməli CM-nin 308.2-ci maddəsindən CM-nin 308.1-ci maddəsinə tövsif edilərək ona həmin maddə ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, iş üzrə verilmiş mülki iddia təmin olunaraq Məhkum 75000 (yetmiş beş min) manat məbləğində maddi ziyan və ödənilmiş 315,47 (üç yüz on beş, qırx yeddi) manat məbləğində dövlət rüsumu, cəmi 75315,47 (yetmiş beş min üç yüz on beş, qırx yeddi) manat məbləğində pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş və Məhkum barəsində cinayət təqibinə xitam verilmiş şəxsə (vərəsələrinə) qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququ izah olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi O.H.Yusubov və zərər çəkmiş və mülki iddiaçı - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X14 kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - müdafiəçi O.H.Yusubov – qərarın ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, habelə mülki iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini; - nümayəndə X14 – qərarın dəyişdirilərək Məhkum daha ağır cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini. Həmçinin nümayəndə X14 müdafiəçi O.H.Yusubovun kassasiya şikayətinə yazılı etiraz verərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin Plenumunun bəzi Qərarlarına, Məhkum təq sirli bilindiyi ittihama, onun barəsində çıxarılmış hökmə və apellyasiya instansiyası məhkəməsinin qərarına, habelə apellyasiya şikayətinə məhkəmə baxışı iclasında araşdırılmış sübutlara, o cümlədən Məhkum və şahidlərin ifadələrinə istinad edərək işin faktiki hallarına mübahisələndirən müdafiəçi O.H.Yusubov kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş üzrə araşdırılmış sübutlarla Məhkum qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərini mühüm zərər vurmada ifadə olunan nəticələrinin qabaqcadan görməsi, bu nəticələrin baş verməsinin arzu etdiyi müəyyən edilməmişdir. Çünki o, "xxxx" ASC-nin Xəzər filialının müdiri X4 göstərişlərini yerinə yetirərək sonuncunun saxta müqavilələr əsasında verilən kre ditlər üzrə pul vəsaitini mənimsəmək niyyətində olmasını bilməmiş və bilə də bilməzdi. İş üzrə şahid qismində dindirilmiş şəxslər də təsdiq etmişlər ki, müvafiq təlimatlara əsasən "xxxx" ASC-nin Xəzər filialında vətəndaşlara kreditlər verilərkən müştərilər əvvəlcə kredit mütəxəssislərə yaxınlaşırlar, kredit mütəxəssislər kreditin götürülməsi barədə ərizə, müqavilə blankı və sair zəruri sənədləri tərtib edirlər və vətəndaşlar həmin sənədləri məhz kredit mütəxəssislərin yanında imzalamalıdırlar. Sənədlər vətəndaşlar tərəfindən imzalandıqdan sonra bu barədə müvafiq məlumatlar bankın (filialın) daxili elektron bazasına (bank əməliyyat sisteminə) yerləşdirilərək təsdiq edilir və bu sənədlər kredit mütəxəssisləri və mühasibatlıq tərəfindən elektron qaydada təsdiq edildikdən, xəzinədə işləyən kas sir səni görəndən sonra pul vəsaiti vətəndaşa verə bilər. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələri ilə müəyyən edilmişdir ki, filial müdiri direktor X4un göstərişlərini yerinə yetirməyə görə heç kim, o cümlədən Məhkum hər hansı xüsusi imtiyazlara, digər əməkdaşlar nisbətən hansısa üstünlüyə malik olmamış və o, hamı kimi, əmək intizamına daim əməl etmişdir. Məhkum həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclaslarında dəfələrlə bildirmişdir ki, kreditlər üzrə pul vəsaitlərinin verilməsi barədə bank əməliyyat sistemində sənədlərin dövriyyəsini o, xəzinədar olaraq yalnız bütün işçilərdən sonra, yəni əməliyyatın sonunda təsdiq edirdi, pullar da nağd şəkildə verilmirdi, restruktizasiya edilirdi. O, həmçinin göstərmişdir ki, keçmiş müdiri X4la dəfələrlə mübahisə et mişdir ki, «VİP müştərilərə» verilən kreditlərlə bağlı kassa məxaric qəbzlərini ona versin, X4 isə hər dəfə bəhanə edirdi ki, «VİP müştəriləri» incitmək olmaz, qəbzləri özü imzalatdıracaq. Daha sonra müdafiəçi qeyd etmişdir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən mübahisəsiz şəkildə qəbul edilmişdir ki, Məhkum xəzinədar kimi vəzifə təlimatına uyğun olaraq bank daxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirmək öhdəliyi daşımış və belə olan halda onun hər hansı niyyətlə vəzifədən sui-istifadə etməsindən söhbət gedə bilməz, çünki o,filial müdiri X4un istisna olmadan göstərişlərini yerinə yetirməyə borclu idi. Bu baxımdan da saxta müqavilələr əsasında kreditlər üzrə pul vəsaitlərinin çatışmazlığına, yəni mənimsənilmə sinə görə Məhkum yox, direktor X4 məsuliyyət daşımalı idi. Bundan başqa, iş materiallarından görünür ki, ittihamda göstərilən kredit müqavilələri filialın digər əməkdaşları tərəfindən tərtib edilib X4a təqdim olunduqdan sonra həmin müqavilələr elektron bazaya məhz həmin əməkdaşlar tərəfindən yerləşdirilmiş və Məhkum da elektron sistemdə bu müqavilələri, habelə mühasibatlığın da razılığını gördükdən sonra kreditlər üzrə pul vəsaitlərini X4un göstərişinə əsasən ona vermişdir. Məhkum isə sonradan X4dan dəfələrlə pul vəsaitlərinin alınması barədə imzalanmış qəbzləri ondan tələb etməsi bir daha onun ittiham olunduğu cinayəti törətməkdə təqsirsiz olmasına dəlalət edir, onun ittiham olunduğu əməli törədərkən isə məqsədinin fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cə miyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmağa yönəlməsi, törətdiyi əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması isə sübuta yetirilməmişdir. Kassasiya şikayətinin müəllifi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun ailə vəziyyətini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və iş üzrə müəyyən olunmuş digər cəzanı yüngülləşdirən halları nəzərə almamış və ona bu hallara uyğun olmayan həddindən artıq ağır cəza təyin etmişdir. Kassasiya şikayətində bir çox sübutlara istinad edərək daha geniş dəlillər irəli sürən müdafiəçi O.H.Yusubov sonda onun həmin şikayətinin təmin edilməsini xahiş edir. Zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçının - "xxxx" ASC-nin nümayəndəsi X 14 kassasiya şikayətində cəza təyin etmənin əsasları və şərtləri təsbit edilmiş CM-nin müvafiq maddələrinə və CPM-nin kassasiya icraatına aid normalarına istinad edərək öz şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbiri seçərkən onun törətdiyi cinayət əməli nəticəsində təmsil etdiyi kredit təşkilatına mühüm ziyanın vurulmasını, bu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, habelə onun iş üzrə verilmiş mülki iddianı qəbul etməməsini və vurduğu ziyanı ödəməkdən imtina etməsini kifayət qədər nəzərə almamış və ona həddindən artıq yüngül cəza təyin etmişdir. Qeyd olunanlara əsaslanaraq nümayəndə X14 onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayə tlərinə baxılması üzrə məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş hüquqi şəxsin və mülki iddiaçının - "xxxx" ASC-nin nümayəndəsi X14 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası qeyd olunan məsələ ilə bağlı proses iştirakçılarıının rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya müraciətlərinə Məhkum və nümayəndə X14nin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslar la baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Müdafiəçi O.H.Yusubovun kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin müraciətin müəllifi hazırki cinayət işinin faktiki hallarını mübahisələndirərək sübutlara qanuna müvafiq qaydada qiymət verilməməsini, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmamasına baxmayaraq əsassız və qanunsuz olaraq məhkum edildiyini, eyni zamanda ona cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın t əyin olunmasını iddia edir və bunlarla bağlı dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrində nəzrdə tutulmuş hallarla əlaqələndirir. Zərər çəkmiş şəxsin və mülki iddiaçının nümayəndəsi X14 isə kassasiya şikayətində Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilərək məhkuma daha ağır cəzanın təyin olunmasını CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.11 və 416.1.21-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, cinayət təqibini istisna edən halların mövcudluğuna bax mayaraq ittiham hökmü çıxardıqda və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi O.H.Yusubovun və nümayəndə X14nin kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və Məhkum barəsində cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlə rini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassas iya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz hə min maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləli klə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etm əməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamand a hər bir insanın və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, bunun üçün hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini, cinayət əməllərinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin hüquqlarının pozulmuş hüquqlarının bərpa olunması, onlara vurulmuş zərərin aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini də ehtiva edir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qor umaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutl arı axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edi lməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin II hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud ol duğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-nin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün mü əyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respub likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, m əhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci madd əsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirl iliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkü n sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və y a cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş möt əbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmi ş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsas lılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məh kəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandı rıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Daha sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəz ifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliyin təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin, o cümlədən subyektiv cəhətin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. Təsvir edilən normaların mənası həmçinin onu ehtiva edir ki, faktiki olaraq ictimai təhlükəliliyinə görə yüngül əməl törətmiş şəxsin ona qarşı daha ağır cinayətin törədilməsinə görə irəli sürülmüş ittiham üzrə cinayət işlərinə baxarkən məhkəmələr həmin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şü bhələri təqsirkarın xeyrinə həll etməklə sonuncunun əməlini CM-nin bir maddəsindən digərinə tövsif etmək, şəxsə qarşı irəli sürülmüş ittihamdan bu və ya digər epizodu xaric etmək hüququna da (CPM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş hüquq) malikdirlər o şərtlə ki, bu haqda hökmün çıxarılması və ya qərarın qəbul edilməsi ilə cinayət törətmiş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması ilə nəticələnməsin. İttiham tərəfinin isə vəzifəsidir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamı təsdiq edən mötəbər sübutları qanuni üsullarla toplasın, həmin sübutları məhkəməyə təqdim edərək onların araşdırılmasına nail olsun, habelə müdafiə tərəfinin irəli sürdüyü əks dəlilləri qanuna müvafiq qaydada (sübutlara əsaslanmaqla) təkzib etsin. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında ” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi ittihama (apellyasiya instansiyası məhkəməsinin mövqeyi nəzərə alınmaqla) və hazırki iş üzrə ibtidai araşdırma zamanı heç bi r qanun pozuntusuna yol verilmədən toplanmış, birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında isə - araşdırılmış sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum son olararaq təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, Məhkum "xxxx" ASC-nin idarə heyəti sədrinin 7 may 2018-ci il tarixli, 169f-k nömrəli əmri ilə "xxxx" ASC-nin Xəzər filialının Xidmət bölməsinin kassa üzrə aparıcı mütəxəssisi vəzifəsində işləyərkən müvafiq normativ sənədlər əsasında üzərinə qoyulmuş vəzifələri həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni birbaşa tabeçiliyində işlədiyi filial müdirinin yanında nüfuz əldə etmək məqsədilə "xxxx" ASC-nin Xəzər filialın müdiri vəzifəsində işləmiş X4 göst ərişi əsasında 16 aprel 2020-ci il tarixdə Şahid4 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 16 aprel 2020-ci il tarixli ATKE1867090A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 20000 manat, 12 avqust 2020-ci il tarixdə Şahid1 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 12 avqust 2020-ci il tarixli ATKE2501531A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 40000 manat, 18 noyabr 2020-ci il tarixdə Şahid2 adına, xəbəri olmadan, həmin filialda imzası saxtalaşdırılmaqla hazırlanmış 18 noyabr 2020-ci il tarixli GTKR3243166A117 nömrəli kredit müqaviləsi üzrə verilməli olan 15000 manat olmaqla, ümumilikdə 75000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-nin İdarə Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilm iş “ "xxxx" ASC-nin filial və şöbələrində nağd pul və digər qiymətlilərlə əməliyyatların aparılması proseduru”na əsasən nağd pulun məxarici pul çekinə və kassa məxaric orderinə əsasən həyata keçirilməli olduğu və həmin sənədlərdə adı göstərilən şəxsə verilməli olduğu halda qeyd olunan tələbləri qəsdən pozmaqla öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək həmin pul vəsaitini kredit müqavilələrinin rəsmiləşdirildiyi müvafiq tarixlərdə ünvan 3 ünvanında yerləşən filialın kassasından məxaric edərək adına kredit müqaviləsi bağlanması rəsmiləşdirilmiş şəxslərə deyil, filial müdiri X4un sərəncamına verməsi nəticəsində sonuncu tərəfindən həmin pul vəsaiti şəxsi ehtiyaclarına sərf edilməklə, "xxxx" ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə vəs aitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bu ittiham üzrə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrə uyğun məzmunda ifadələr verərək göstərmişdir ki, o, 09 dekabr 2015-ci il tarixdən 07 yanvar 2021-ci il tarixədək "xxxx" ASC-nin Xəzər filialında kassa üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, 07 yanvar 2021-ci il tarixdə isə öz xahişi ilə işdən azad olunmuşdur. Şahid4 adına 16 aprel 2020-ci il tarixdə açılmış və Şahid5 tərəfindən "xxxx" əməliyyat sisteminə daxil edilmiş ATKE1867090A117 saylı kredit müqaviləsi, Şahid1 adına 12 avqust 2020-ci il tarixdə açılmış və Şahid6 tərəfindən sistemə daxil edilmiş ATKE2501531A117 saylı kredit müqaviləsi və Şahid2 adına 18 noyabr 2020-ci il tarixdə açılmış və Şahid7 tərəfindən həmin sistemə daxil edilmiş GTKR3243166A117 saylı kredit müqaviləsi üzrə kassa məxaricləri onun tərəfindən icra olunmuşdur. Hər üç halda filial müdiri X4 həmin şəxslərin bankın özəl müştəriləri olduğunu bildirərək gözləməmələri üçün kassa məxaric orderlərini qabaqcadan hazırlanıb təqdim edilməsi barədə göstəriş vermiş və müştərilər imza etdikdən sonra qaytaracağını vəd etmişdir. Kassa məxaric sənədlərini dəfələrlə geri istəməsinə baxmayaraq ala bilməmişdir. Göstərilən müqavilələrinin icra olunması tarixlərindən çox müddət keçdiyindən və gün ərzində çoxsaylı əməliyyatlar icra etdiyindən X4a əməliyyatlarla bağlı kassadan nağd pulları verməsini xatırlamır. Ola bilsin ki, xəzinədən ümumiyyətlə pul çıxarılmamış və kreditlər üzrə pul vəsaitləri X4un göstərişi əsasında onun müəyyənləşdirdiyi bir hesabdan digər hesaba məxaric edilmişdir. Lakin adları müqavilələrdə göstərilən şəxslər həmin bankda olmamışlar və onların pulu əldə edib-etməmələri barədə o bilmir. Verilən suallara cavab olaraq Məhkum göstərmişdir ki, X4 övladının xəstəliyi ilə bağlı belə əməlləri törətmiş, yəni ona sonradan məlum oldğu kimi, saxta müqavilələrdə göstərilən pul vəsaitlərini ələ keçirməklə mə nimsəmiş, lakin onun dəfələrlə tələb etməsinə baxmayaraq, ona məxaric orderlərini təqdim etməmişdir. X4 VİP müştəriləri həmişə öz iş otağında qəbul etmiş, onun göstərişinə əsasən yerinə yetirdiyi o, yəni Məhkum heç bir mənfəət əldə etməmişdir. Cinayət işi üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, Məhkum qarşı irəli sürülmüş ittiham göstərilən kredit müqavilələrinin saxta olması, bu müqavilələr üzrə pul vəsaitlərinin həmin sənədlərdə adları göstərilən şəxslər tərəfindən əldə etməmələri, əksinə, həmin pul vəsaitlərinin filial müdiri X4 tərəfindən ələ keçirilərək mənimsənilməsi iş üzrə ibtidai araşdırma və məhkəmə iclaslarında dindirilmiş şahidlər Şahid1, Şahid4, Şahid2, Şahid3, Şahid9 ifadələri, məhkəmə-xətşünaslıq ekspertizasının 21 iyun 2022-ci il tarixli 4/801 nömrəli rəyi ilə, "xxxx" ASC-nin ibtidai araşdırma orqanına və məhkəmələrə təqdim etdiyi məktublarla, sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarla (həmin qərarla X4un barəsində CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən, yəni təqsirləndirilən şəxs öldüyünə görə xitam verilmişdir) təsdiq edilir. Qeyd edilməlidir ki, istər yuxarıda qeyd olunan sübutların qiymətləndirilməsi haqqında 22 iyun 2022-ci il tarixli qərarla, istərsə də ibtidai araşdırma zamanı iş üzrə toplanmış sübutlarla X4un digər cinayət əməllərini törətməsi ilə yanaşı Məhkum qarşı irəli sürülmüş ittihamda göstərilən kredit müqavilələri üzrə pul vəsaitlərini ələ keçirərək mənimsəməsi təsdiq olunmuşdur. Şahid6 məhkəmə iclaslarında verdiyi ifadələ rindən görünür ki, o, 16 mart 2015-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmişdir. Hazırda Xəzər filialında müştərilərlə iş üzrə baş mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-nin Xəzər filialının müdiri X4un yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən aparılmış yoxlama zamanı bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Belə ki, Şahid1 adına rəsmiləşdirilmiş 40.000 manat məbləğində 12 avqust 2020-ci il tarixli kredit müqaviləsini o, filial müdiri X4un tapşırığı əsasında hazırlayaraq vətəndaş tərəfindən imza edilməsi üçün xidməti otağında X4a təqdim edilmişdir. X4 müştərinin bankın xüsusi müştərisi olduğunu bildirərək müştərini gözlətməmək üçün ona həmin müqaviləni vətəndaş gə lənədək hazırlanmasını tapşırmışdır. O, sonradan kredit müqaviləsini imzalı şəkildə X4dan almış, lakin imzaların müştəri tərəfindən imzalanıb-imzalanmaması barədə onun heç bir məlumatı yoxdur. Sonradan kredit müqaviləsi digər kredit mütəxəssis Şahid8 tərəfindən təsdiq edilmişdir. X4 ona Şahid1 adına tərtib olunmuş kredit müqaviləsində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verməmişdir. Şahid1 İİbrahim qızının adına tərtib olunmuş kredit müqaviləsinə əsasən həmin pul vəsaitinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə isə məlumatı yoxdur. Şahid5 həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında göstərmişdir ki, o, 18 may 2018-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-nin Xəzər filialında müxtəlif vəzifələrdə işləmiş, 2020-ci ilin sentyabr ayından hazıradək isə həmin filialda müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-nin Xəzər filialının müdiri X4un yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən filialda yoxlama təyin edilmiş və yoxlamanın nəticəsinə görə, bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Yoxlamanı aparan şəxslər onun da izahatını almış, Şahid4, Şahid1 və Şahid2 xəbərləri olmadan, imzaları saxtalaşdırılmaqla adlarına kredit müqavilələrinin rəsmiləşdirildiyini və banka külli miqdarda ziyan vurulduğunu müəyyən etmişlər. Qeyd olunmuş şəxslər bankın Xəzər filialının müştəriləri olmuş və o, hər iki xanımı bankın filialında dəfələrlə görmüşdür. Şahid4un adına rəsmiləşdirilmiş 20.000 manat məbləğində kredit vəsai tinin verilməsi barədə 16 aprel 2020-ci il tarixli müqavilə onun tərəfindən hazırlanaraq X4un tapşırığı ilə ona təqdim edilmişdir. X4 müştərinin depozit hesabının olması səbəbindən ona xüsusi diqqət yetirilməli olduğunu və gözlətməmək üçün müqavilənin qabaqcadan hazırlanmasını tapşırmışdır. Həmçinin X4la Şahid4 arasında yaxın münasibətlər olduğundan Nigarın X4un otağında müqaviləni imza edəcəyini düşünmüşdür. X4 ona Şahid4 adına tərtib olunmuş kredit müqaviləsində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verilməmiş, lakin yoxlama zamanı saxtalaşdırma faktı ona məlum olmuşdur. Şahid4 və Şahid1 adlarına tərtib olunmuş kredit müqavilələrindən sonra pul vəsaitlərinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi onun, yəni Şahid5 məlumatı yoxdur. Şahid7 ibtidai a raşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında göstərmişdir ki, 27 sentyabr 2017-ci il tarixdən hazırki vaxtadək "xxxx" ASC-in Xəzər filialında müxtəlif vəzifələrdə işləmiş, hazırda isə Xəzər filialında müştərilərlə iş üzrə mütəxəssis vəzifəsində işləyir. "xxxx" ASC-nin Xəzər filialının müdiri X4un yaşadığı evdə intihar etməsindən sonra bankın baş ofisi tərəfindən aparılmış yoxlama zamanı bir neçə şəxsin adına saxta kredit müqavilələrinin rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Belə ki, Şahid2 adına rəsmiləşdirilmiş 18 noyabr 2020-ci il tarixli kredit müqaviləsini o, filial müdiri X4un tapşırığı ilə hazırlayıb xidməti otağında ona təqdim etmiş, sonuncu kredit müqaviləsini özü imza etdirərək təqdim edəcəyini, kassa məxaric orderini isə xəzinəyə özü verəcəyini bildirmişdi r. Həmin kredit müqaviləsinin həqiqətən müştəri tərəfindən imzalanıbimzalanmaması barədə onun məlumatı olmamış, X4 ona Şahid2 və Şahid1 adlarına tərtib olunmuş kredit müqavilələrində imzaların saxtalaşdırılması barədə heç bir göstəriş verməmişdir. Onların adına tərtib olunmuş kredit müqavilələrinə əsasən pul vəsaitlərinin kim tərəfindən və hansı qaydada bankın xəzinəsindən götürülməsi barədə məlumatı yoxdur. Lakin həmin şəxslər bankın Xəzər filialının müştəriləri olmuşlar və o, hər iki xanımı bankın filialında dəfələrlə görmüşdür. Şahid9 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilərkən göstərmişdir ki, o, "xxxx" ASC-nin “Hüquq və komplayens idarəsinin Fraud və dələduzluğa qarşı mübarizə” şöbəsinin baş mütəxəssisi vəzifəsində işləyir. 17 may 2021-ci il tarixdə "xxxx" ASC-nin Xəzər filialının müdiri X4 intihar etməsindən sonra rəhbərliyin göstərişi əsasında işlədiyi şöbə tərəfindən filialın fəaliyyəti yoxlanılan zaman bir sıra əmanət hesabları olan müştərilərin adlarına kredit rəsmiləşdirildiyi və həmin şəxslər tərəfindən kredit götürülərkən məxaric və mədaxil orderlərinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda, yoxlama aparılan şəxslər kredit müqavilələrindəki imzaların əmanət qoyulması zamanı çəkilmiş imzalardan fərqli olmasını müəyyən edərək həmin müqavilələrinin saxta olmasından şübhələnmişlər. Belə ki, bankın müştərilərindən olan və bankda 25500 manat əmanət hesabı olan Şahid4 əmanət hesabından 20200 manat məbləğində pul vəsaitinin silinməsi barədə müraciət etmişdir. Söhbət zamanı Şahid4 adına 16 aprel 2020-ci il tarixdə 20000 manat məblə ğində kredit rəsmiləşdirildiyi və əmanət hesabından 18 may 2021-ci il tarixdə 20200 manat məbləğində pul vəsaitinin kredit borcunun bağlanması üçün silindiyi bildirildikdə Şahid4 kredit müqaviləsi barədə məlumatının olmadığını, hər hansı məbləğdə kredit götürmək üçün müqaviləyə imza etmədiyini bildirmişdir. Onun adına 20000 manat məbləğində kredit rəsmiləşdirilməsi barədə müqavilə və kassa məxaric orderi tapılmadığından onların araşdırmaya təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə, Xəzər filialının VİP müştərisi Şahid1 filiala əmanət olaraq 02 avqust 2018-ci il tarixdə qoyduğu 200000 manat məbləğində pul vəsaiti ilə 12 avqust 2020-ci il tarixdə 40000 manat kredit rəsmiləşdirilməsi həyata keçirildiyi üçün müştəri baş ofisə dəvət edilmiş və o, heç bir müqavilədən xəbəri olmadığını və i mza etmədiyini bildirmişdir. Aparılan audit yoxlaması zamanı Şahid1 aktiv kreditlərinin rəsmiləşdirilməsində iştirak edən mütəxəssislər Şahid5 və Şahid6 öz izahatlarında kreditləri sabiq filial müdiri X4 tapşırığı əsasında müştəri filialda olmadan rəsmiləşdirərək sənədləri təqdim etdiklərini və sonradan imzalanmış sənədlərin geri qaytarıldığını bildirmişlər. 12 avqust 2020-ci il tarixdə rəsmiləşdirilmiş kreditlə bağlı vəsaitin sabiq kassir Məhkum tərəfindən filial müdirinin otağına aparılmasına şübhə yaradan məqamlar video görüntülər zamanı aşkarlanmışdır. Bundan əlavə, Şahid2 adına 18 noyabr 2020-ci il tarixində 15000 manat kredit rəsmiləşdirildiyi üçün müştərinin kürəkəni Məhəmməd adlı şəxs banka dəvət edilmişdir. Söhbət zamanı sonuncu Şahid2 uzun müddətdir yataq xəstəsi olduğunu, hər hansı bankla heç bir kredit müqaviləsi bağlamadığını və borcunun olmadığını bildirmişdir. 18 noyabr 2020-ci il tarixdə verilmiş və hal-hazırda aktiv olan 15000 manat məbləğində krediti rəsmiləşdirən mütəxəssis Şahid7 izahatında filial müdiri X4un tapşırığına əsasən krediti rəsmiləşdirdiyini, müştəri tərəfindən imzalanması üçün filial müdirinin otağına apardığını və həmin zaman otaqda bir neçə nəfərin olduğunu bildirmişdir. Kreditin sistemdə təsdiqləndiyi vaxt, yəni 18 noyabr 2020-ci il tarixdəki video görüntülərə baxış zamanı sabiq kassir Məhkum həmin tarixdə müştəriyə xidmət etməsi müəyyən olunmamışdır. "xxxx" ASC tərəfindən müştəri məmnunluğu nəzərə alınaraq yuxarıda qeyd edilən öhdəliklərin bank hesabına ödənilməsi təmin edilmiş, lakin banka külli miqdarda ziyan dəymişdir. Bütün bu əməl iyyatlara dair kassa məxaric orderləri tapılmadığından onların araşdırmaya təqdim edilməsi mümkün olmamışdır. Təsvir edilmiş ifadələri Məhkum elan olunmuş ittihamla müqayisə edib həmin ittiham üzrə sonuncunun barəsində tətbiq edilmiş maddi hüquq normasının tələblərinə müraciət edərək məhkəmə kollegiyası onun təqsirliliyi ilə bağlı bir sıra halların aydınlaşdırılmadığını və həmin hallara qiymət verilmədiyini müəyyən edir. Belə ki, 308.1-ci maddəsinə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslə rin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyəti yaradır. CM-nin 308-ci maddəsinin məzmunundan göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd) (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəs ində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarı). Daha sonra məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-nin 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur ki, bu qənaət həmin maddəyə aşağıdakı şəkildə verilən təfsirdən də irəli gəlir. Qeyd edilməlidir ki, vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi məqsədi izləmədən səhvən başa düşdüyü və qəbul etdiyi xidməti maraqlar naminə vəzifəsində sui-istifadə etməsi CM-nin 308.1-cı mad dəsinin tələbləri baxımından həmin cinayətin tərkibini yaratmır. Qanunsuz üstünlük əldə etmə məqsədi şəxsin öz qulluq səlahiyyətlərindən suiistifadə etmə yolu ilə dövlətin və ya ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olunmasında, qeyri-əmlak xarakterli mənfəət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı güzəştin və ya imtiyazın əldə olunması istəyində ifadə olunur. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, təhlil olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin vəzifədən sui-istifadə etmə cinayətini törətməsinə görə təqsirli bilinməsi üçün mütləq qaydada onun məhz CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlə cinayət əməlini törətməsinə dəlalət edən hallar müvafiq sübutlar vasitəsilə araşdırılmalı, digər tərəfdən vəzifəli şəxsin törətdiyi əməllə həmin maddədə göstərilən nəticələr (mühüm zərərin vurulması) ümumi şəkildə deyil, konkret olaraq müəyyən olunmalı, törədilmiş əməllə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilməlidir. Yuxarıda göstərilən təfsirdən çıxış edib bir daha cinayət işinin materiallarına müraciət edərək məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr Məhkum "xxxx" ASC-nin Xəzər filialının müdiri X4un göstərişinə əsasən ittihamda göstərilən saxta müqavilələr üzrə kredit vəsaitinin verilməsinə dair kassa məxaric orderlərini müqavilədə göstərilən şəxslərin özlərinə imzalatdırmadan sonuncuya verərkən, sonradan isə müqavilələrdə göstərilən pul vəsaitlərini də ona təqdim edərkən və ya başqa yolla kassadan məxaric edərkən bu hərəkətləri hansı məqsədlə etməsi aydınlaşdırılmamış, bununla bağlı istər məhkum olunmuş şəxsə, istərsə də iş üzrə dindirilmiş şahidlərə suallar belə verilməmişdir. Hərçənd, həm Məhkum, həm də şahidlərin ifadələri ilə məhkumun ona ittiham olunmuş əməli törədərkən bankın əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsi və belə qazancın onun tərəfindən əldə olunması, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olmaq, qeyri-əmlak xarakterli mənfəət əldə etmək, yaxud da hər hansı güzəşt və ya imtiyaz əldə etmək məqsədi izləməsi müəyyən olunmamış, məhkumun təqsirli bilindiyi ittihamda da bu kimi halların olması əksini tapmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin də qismən razılaşdığı həmin ittihamda Məhkum törətdiyi vəzifədən sui-istifadə cinayəti nəticəsində vurulmuş mühüm ziyanın nədə ifadə olunması göstərilməyərək yalnız mücərrəd şəkildə qeyd olunmuşdur ki, Məhkum öz əməli ilə "xxxx" ASC-nin maliyyə ehtiyatlarının qorunub saxlanılması, maliyyə v əsaitlərindən bankın fəaliyyət istiqamətlərinə uyğun, rentabellilik gözlənilməklə istifadə olunması, bununla əlaqədar bank daxili prosedurlara əməl olunmaqla tabelilik münasibətlərində şəxsi maraqlara uyğun davranışa yol verilməməsi ilə əlaqədar fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə və əmlak hüquqlarına mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Lakin, həmin ittihama nəzər yetirildikdə görünür ki, bu nəticə göstərilməzdən əvvəl X4un törətdiyi əməl, yəni onun kreditlər üzrə pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına sərf etməsi təsvir olunmuş və buradan yuxarıda göstərilən nəticələrin onun və ya Məhkum ittiham olunduqları əməlləri törətdiklərinə görə baş verməsi aydın şəkildə müəyyən edilməmiş və bu məsələ üzrə də apelly asiya instansiyası məhkəməsi tərəfindən lazımi araşdırma aparmamışdır. Eyni zamanda, Məhkum törətdiyi əməl nəticəsində həqiqətən də "xxxx" ASC-nin və ya onun Xəzər filialının fəaliyyətinə məhz mühüm zərərin vurulmasında ifadə olunan nəticə, bu ziyanın maddi zərərin vurulmasında və ya başqa neqativ hallarda əksini tapması da dəqiqləşdirilməmişdir. Yeri gəlmişkən, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə nəticəyə gəlsə də, öz qərarında qeyd etmişdir ki, 2020-ci ildən fərqli olaraq sonrakı illərdə "xxxx" ASC-nin nizamnamə kapitalında artım olmuş, həmçinin, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci il 4-cü dövr, 2021 və 2022-ci il üzrə xalis mənfəət artmış, eyni zamanda, baş vermiş cinayət hadisəsi nəticəsi ndə "xxxx" ASC-nin Xəzər filialı öz fəaliyyətini dayandırmamış, işçilərin kütləvi ixtisarı olmamış, müraciət edən müştərilərin azalması müşahidə edilməmiş, bunun əksini, yəni bu kimi nəticələrin olmasına dəlalət edən sübutların olması iş materilları ilə müəyyən edilməmişdir. Bununla yanaşı, iş üzrə ibtidai aradırma zamanı toplanmış sübutlarla X4un başqa cinayət əməllərini törətməsi ilə yanaşı bankın əmlakını mənimsəməklə həmin kredit təşkilatına 75.000 manat məbləğində pul şəklində külli miqdarda ziyan vurması dəqiq təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, həm ibtidai araşdırma orqanı, həm də işə mahiyyəti üzrə baxan məhkəmələr Məhkum işlədiyi təşkilatın müdiri X4un göstərişinə əsasən kassa məxaric orderlərini və Şahid1, Şahid4 və Şahid2 adlar ına yazılmış kreditlər üzrə pul vəsaitlərini yalnız kredit müqavilələri bankın əməliyyat bazasına işlənildikdən sonra X4a verərkən bu əməli həqiqətən də qəsdən və ya öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq verməsi də aydınlaşdırılmamış, bu məsələ ümumiyyətlə müzakirə edilməyərək onunla bağlı yekun məhkəmə aktlarında da heç bir təhlil aparılmamışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi O.H.Yusubov kassasiya şikayətində göstərilən dəillərə uyğun, lakin özünün hüquqi mövqeyinə uyğun olaraq daha geniş şəkildə əsaslandırılmış apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi 25 aprel 2023-cü il tarixli qərarında bu dəlilləri əsas lı və inandırıcı şəkildə təkzib etməyərək yalnız məhkumun əməlinin CM-nin 308.2-ci maddəsindən CM-nin 308.1-ci maddəsinə tövsif etməklə və iş üzrə verilmiş mülki iddianı təmin etməklə kifayətlənmişdir. Qeyd olunanlardan əlavə, məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətində də mübahisələndirilən daha bir məsələ uzrə dəlillərə Məhkum qarşı "xxxx" ASC tərəfindən qaldırılmış mülki iddianın təmin edilməsi məsələsinə münasibət bildirməyi zəruri bilir. Belə ki, cinayət işinin materiallarında olan "xxxx" ASC-nin mülki iddia ərizəsindən görünür ki, zərər çəkmiş həmin hüquqi şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum 75000 (yetmiş beş min) manat maddi ziyanın və ödənilmiş 315,47 (üç yüz on beş, qırx yeddi) manat dövlət rüsumu məbləğində pul vəsa itinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin iddia rədd edilsə də, apellyasiya instansiyası məhkəməsi bu iddianı təmin edərək iddia ərizəsində ərizəsində göstərilən 75.000 manat vurulmuş maddi ziyanın əvəzi kimi və dövlət rüsumu kimi 315,47 manat, cəmisi isə 75.315,47 manat məbləğində pulun Məhkum tutularaq bankın xeyrinə ödənilməsi barədə qərar qəbul etmişdir. Bu haqda öz qərarını əsaslandırarkən apellyasiya instansiyası məhkəməsi xüsusən ona əsaslanmışdır ki, Məhkum törətdiyi əməl nəticəsində "xxxx" ASC-yə 75.000 manat məbləğində ziyan vurulmuşdur və buna görə də ona qarşı qaldırılmış iddia təmin olunmalıdır. Lakin məhkəmənin nəzərindən qaçmışdır ki, Məhkum qarşı irəli sürülmüş və təqsirli bilindiyi ittihamda onun "xxxx" ASC -yə iddiada göstərilən məbləğdə maddi ziyan vurması kimi hal əz əksini tapmamış, yəni ona qarşı bu əlamətlə ittiham irəli sürülməmiş, əksinə, həmin ittihamda bu zərərin X4 tərəfindən həmin məbləğdə pulun mənimsənilməsi nəticəsində vurulması qeyd olunmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, təhlil edilən məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin müəyyən olunmuş halları ilə yanaşı həmçinin qanunvericiliyin tələblərinə və Ali Məhkəmənin Plenumu tərəfindən “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələr zidd olmuşdur. Belə ki, CPM-nin 179.1-179.3-cü maddələrinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olu nur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsində təsbit edilmişdir ki, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Qeyd olunan normaların mənasına görə, maddi tərkibli cinayətlərin törədilməsi nəticəsində zərər çəkmiş fiziki və ya hüquqi şəxsə maddi ziyanın vurulması barədə nəticə təqsirkara qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamda da əksini tapmalı, məhkəmə isə həmin ittihamdan kənara çıxmamaq şərti ilə, iş üzrə mülki iddia verildikdə, həmin iddianı ittihamda göstərilən həcmdə təmin etməlidir. Məhkəmə Kollegiyasının bu qənaəti həmçinin CPM-nin 181.2-ci maddəsinin tələblərindən də irəli gəlir. Belə ki, həmin maddəyə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181. 2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. CPM-nin 181.3-cü maddəsinin tələblərindən görünür ki, maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzə rinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 65, 74 və 75-ci bəndlərində məhkəmələr izah edilmişdir ki, məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidirlər. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda n əzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin Qərarın 70-ci bəndində qeyd edilir ki, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Ayrılmış icraat üzrə təqsirləndirilən şəx sin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. Lakin cinayət işi toplanmış sübutlarla Məhkum X4la istər qabaqcadan əlbir olaraq, istərsə də başqa qismdə (köməkçi, təhrikçi və ya təşkilatçı qismində) 75.000 manat məbləğində pul vəsaitinin mənimsənilməsində iştirak etməsi, yaxud özünün bu məbləğin hər hansı hissəsini mənimsəməsi, digər tərəfdən isə onun törətdiyi əməllə əlaqədar CPMnin 181.3-cü maddəsində sadalanan halların baş verməsi müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsi də qeyd olunan məbləğdə ziyanın X4un törətdiyi əməl nəticəsində vurulması ilə razılaşaraq eyni zamanda göstərilən hallar üzrə heç bir araşdırma aparmamamı və mövcud olmayan əsasla Məhkum qarşı verilmiş mülki iddianın təmin edilməsi haqda əsaslandırılmamış qərar qəbul etmişdir. Bütün yuxarıda şərh olunanlara əsaslanaraq və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini, yəni araşdırılmış sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymətləndirilmədiyini, digər tərəfdən hökmdən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsaslı və inandırıcı şəkildə cavab verilmədiyini qeyd edərək belə qənaətə gəlir ki, belə pozuntularla qəbul edilmiş yekun qərar qanuni və əsaslı qərar kimi səciyyələndirilə və qüvvədə saxlanıla bilməz və buna görə də həmin qərar ləğv edilməklə cinayət işi yeni apellyasi ya baxışına təyin edilməli, bununla da müdafiəçi O.H.Yusubovun kassasiya şikayəti qismən təmin olunmalıdır. Yeni apellyasiya baxışı zamanı isə hazırki qərarda təsvir edilmiş çatışmazlıqlar, uyğunsuzluqlar və ziddiyyətli hallar aradan qaldırılmalı və yalnız bundan sonra Məhkum törətdiyi əmələ qanunvericiliyin tələbi baxımından düzgün qiymət verilməklə onun barəsində qanuni və əsaslandırılmış qərar qəbul edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası hazırki vəziyyətdə Məhkum təyin olunmuş cəzanın həddindən artıq ağır və ya yüngül olması barədə həm müdafiəçi O.H.Yusubovun, həm də zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - "xxxx" ASC-nin nümayəndəsi X14nin kassasiya şikayətlərində göstərilən dəlillərin qanunvericiliyə uyğun olaraq təftiş edilməsini və həmin dəlillərə cavab verilməsini müm kün bilməyərək hesab edir ki, müdafiəçi O.H.Hümbətovun kassasiya şikayəti təhll edilən məsələyə aid hissədə, nümayəndə X14un kassasiya şikayəti isə bütövlükdə təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə kollegiyası yuxarıda təsvir onunların fövqündə Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarının ləğv edilərək cinayət işinin icraatına hər hansı, o cümlədən bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi üçün kifayət qədər əsaslar görmür və buna görə müdafiəçi O.H.Yusubovun kassasiya şikayətində bununla bağlı tələbin təmin edilməsini mümkünsüz sayır. Beləliklə müdafiəçi O.H.Yusubovun kassasiya şikayətinin dəlilləri ilə yalnız qismən razılaşan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən hazı rki iş üzrə CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsini müəyyən edərək, digər tərəfdən isə hazırki mərhələdə zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - "xxxx" ASC-nin nümayəndəsi X14nin kassasiya şikayətinin təmin edilməsini mümkün bilməyərək və hər iki kassasiya şikayətinin təmin edilməməsi haqda dövlət ittihaçısı H.B.İmranovun, onun tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, nümayəndə X14nin kassasiya şikayətinin isə təmin olunmaması barədə müdafiəçi O.H.Yusubovun çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, sonuncunun kassasiya şikayəti qismən təmin olunmalı, nümayəndə X14nin kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayə t Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı isə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya d igər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D I: Zərər çəkmiş hüquqi şəxs və mülki iddiaçı - "xxxx" ASC-nin nümayəndəsi X14nin kassasiya şikayəti təmin edilməsin. Müdafiəçi O.H.Yusubovun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 aprel 2023-cü il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin olunsun.
Məhkəmə qərarları › İş №1(102)-1862/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1862/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver