Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1862/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 oktyabr tarixli, 1(102)-557/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Cəlil Nəbiyevdən ibarət tərkibdə) 2023-cü il 31 may tarixli, 1(099)-64/2023 saylı hökmü ilə, xx xxx 1980-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.2 və maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Dövlət ittihamçısı2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5 (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və İlkin Abdullayevdən ibarət tərkibdə) 2023-cü il 18 oktyabr tarixli, 1 (106)-557/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin olunmadan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 may 2023-cü il tarixli 1(099)-64/2023 saylı hökmü müdafiəçi Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Məhkum məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,753 q ram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlayaraq daşımış, 27 iyul 2022-ci il tarixdə saat 21 radələrində Biləsuvar şəhəri, M.İbrahimov küçəsi 263 saylı fərdi yaşayış evinin qarşısında 0,753 qram çəkidə narkotik vasitə heroini tanışı Şahid1 10 (on) manata satmışdır. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında gizlədilmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram və 0,944 qram olmaqla ümumilikdə 1,484 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 28 iyul 2022-ci il tarixdə saat 22:35 radələrində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən «Uğur» marketin yaxınlığında ona məxsus «Runna» markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış vəziyyətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq avtomobillə birlikdə Biləsuvar RPŞ-yə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitə heroinin 0,9 44 qramı bir ədəd şəffaf rəngli sellofan bükümdə olmaqla əynindəki şalvarın arxa sol cibindən, avtomobilə baxış keçirilən zaman narkotik vasitə heroinin qalan hissəsi 4 (dörd) ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram olmaqla ümumilikdə 0,540 qramı avtomobilin salonundan bir ədəd siqaret qutusunda olmaqla aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, aşağıda göstəilən hallar yəni-istintaq orqanı cinayət-prosessual qanunvericiliyi kobud surətdə pozaraq təhqiqatçının material toplayarkən müdafiəçi çağırmaq səlahiyyətinin olmaması, təqsirləndirilən şəxs tutularkən hal şahidlərinin dəvət edilməməsi, sax takarlıqla müdafiə olunan şəxsə aid edilməyən narkotik vasitənin aşkar edilməsi, müstəntiq tərəfindən təqsirləndirilən şəxsin öz arzusu ilə müdafiəçinin təmin edilməməsi, əməliyyat-axtarış fəaliyyətinin saxtakarlıqla sənədləşdirilməsi (həmin gün, həmin saatda), işgəncə və qəddarcasına rəftar nəticəsində özünə qarşı ifadənin alınması birbaşa Azərbaycan Respublikası CPM-in 243-247-ci maddələrinin tələblərinin açıq surətdə pozulmasına dəlalət edir. Bundan başqa, məhkəmələr aparılan əməliyyat tədbirinin qanuniliyini qiymətləndirmək, hüquq normalarına riayət edilməməsinə münasibət bildirmək əvəzinə, həmin əməliyyat tədbirinin nəticələrini qanunun tələbinə zidd olaraq və eyni zamanda açıq-aşkar qərəzli olaraq polis əməkdaşlarının hüquq pozuntularını davam etdirməklə əldə etdikləri digər məlumatl arı da sübut kimi qəbul etmişdir. Məhkumun müdafiəçisi həm kassasiya şikayətində həm də Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında iştirak edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-ci il 18 oktyabr tarixli, 1(106)-557/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum oglu barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinə xitam verməklə, bəraət qərarının qəbul edilməsini xahiş edtmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilm ədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fa ktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiə tərəfi məhkuma bəraət verilməli olma sını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma işgəncə verilməsi və məhz işgəncə nəticəsində etiraf ifadəsi verdiyini göstərmişdir. Qeyd edilən məsələ birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, Biləsuvar rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə işgəncə ilə bağlı şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi də hökmdə göstərmişdir ki, məhkəmədə tədqiq edilmiş sübutlarla polis əməkdaşları və ya digər şəxslər tərəfindən Məhkum qarşı zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan halların baş verməsi müəyyən e dilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlili əsassızdır. Müdafiəçinin digər dəlili məhkum tutularkən hal şahidlərinin dəvət edilməməsi ilə bağlıdır. Lakin CPM-in 147-ci maddəsində şəxs tutularkən hal şahidlərinin dəvət edilməsi nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxsin üzərinə baxış isə videoçəkilişdən istifadə etməklə keçirilmiş, bu barədə protokol tərtib edilmiş və video disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkumun əməlinin tövsifi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, Məhkum CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə ittiham irəli sürülmüşdür. CM-in 234.4.1-ci maddəsi CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini, CM-in 234.4.2-cü maddəsi isə cinayətin təkrar törədilməsini nəzərdə tutur. Məhkum CM-in 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə razılığa gələrək qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən istintaqa məlum olmayan tarixdə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yerləşən "xxxx" MMC-nin yaxınlığında gizlədilmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,179 qram, 0,130 qram, 0,095 qram və 0,944 qram olmaqla ümumil ikdə 1,484 qram narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımışdır. Məhkumun əməlinin CM-in 234.4.1-ci maddəsi ilə tövsif edilməsi üçün qabaqcadan əlbir olan bir qrup şəxsin mövcud olmasını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarında “qabaqcadan əlbir olan bir qrup şəxs” anlayışının şərhini vermişdir. Konstitusiya Məhkəməsinin həmin məsələ ilə bağlı hüquqi mövqeyinə görə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin törədilməsində birgə icraçı olmadıqda, yəni cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (tam və ya bir hissəsinin) icrasında iştirak e tmədikdə, bir icraçı tərəfindən törədilən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunub-olunmaması və bütün iştirakçıların əməllərinin müvafiq tövsifedici əlamət üzrə tövsif edilib-edilməməsinə dair təcrübədə müxtəlif cinayətlər üzrə fərqli mövqelər mövcuddur. İştirakçılıq törədilmiş cinayət əməlinin tövsifində və cəza təyinində nəzərə alınaraq cinayətkar fəaliyyətin xüsusi forması kimi çıxış edir. İştirakçılığın aksessor (müstəqil olmayan, törəmə) və müstəqil hüquqi təbiətə malik olmasına dair iki nəzəriyyə mövcuddur. Birinci nəzəriyyəyə görə, icraçının cinayət əməli iştirakçılığın əsası kimi çıxış edir və digər iştirakçıların cinayətkar fəaliyyəti törəmə (aksessor) xarakter daşıyır. Yəni digər iştirakçıların məsuliyyətə cəlb edilməsi icraçının t örətdiyi əməldə cinayət tərkibinin əlamətlərinin olmasından asılıdır. Digər nəzəriyyəyə görə isə iştirakçıların cinayət məsuliyyəti icraçının cinayət əməli ilə şərtləndirilmir və müstəqil xarakter daşıyır. İştirakçılığın subyektiv cəhəti həmçinin cinayətin müştərək törədilməsi barədə qarşılıqlı məlumatlandırılma ilə səciyyələnir. Cinayətdə iştirakçılığın formalarına gəlincə, onlar Cinayət Məcəlləsinin 34.2, 34.3 və 34.4-cü maddələrinə müvafiq olaraq, cinayətin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi kimi müəyyən edilmişdir. İştirakçılığın formaları Məcəllənin 61.1.3-cü maddəsində həm cəzanı ağırlaşdıran hal kimi, həm də Məcəllənin Xüsusi hissəsində cinayət əməllərinin tövsifedici əlaməti kimi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli Qərarı). Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir. İttiham tərəfinin və məhkəmələrin mövq eyi ondan ibarətdir ki, Məhkum əldə edib saxladığı və polislər tərəfindən aşkara çıxarılan narkotik vasitəni onun qabaqcadan əlbir olduğu istintaq orqanına məlum olmayan şəxs və ya şəxslər Məhkum götürdüyü yerə qoymuşlar və bununla da qabaqcadan əlbir olan bir qrup mövcud olmuşdur. Məhkəmə kollegiyası bu mövqe ilə razılaşmayaraq qeyd edir ki, bu məlumat yalnız Məhkum istintaq zamanı vermiş olduğu ifadədə göstərilmişdir və sonradan Məhkum həmin ifadədən imtina etmişdir. Lakin Məhkum qabaqcadan əlbir olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Məhkum həmin şəxslərlə hansı vasitə ilə əlaqə saxlaması araşdırılmamış, yalnız Məhkum istintaq zamanı vermiş olduğu ifadəyə görə ona CM-in 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Halbuki Məhkum qrupun digər üzvləri ilə telefon vasitəsi ilə əlaqə saxlamasını təsdiq edən ittiham tərəfinin heç bir sübutu mövcud deyil. Çünki Məhkum telefonuna baxış keçirərkən bu əlaqənin mövcud olmasını təsdiq edən heç bir məlumat aşkar edilməmişdir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Qabaqcadan əlbirliyi təsdiq edən sübut mövcud deyil. Belə ki, cinayətin digər iştirakçıları, onların rolları barəsində sübutlara əsaslanan məlumatların cinayət işində olmaması da qeyd edilən əlamətin kifayət qədər sübut edilmədən məhkuma şamil edildiyinə dəlalət edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş itt iham qabaqcadan əlbir olan bir qrup şəxsin mövcud olub-olmamasını müəyyən etmək mümkün olmadığından, qabaqcadan əlbir olan bir qrupun olmasını təsdiq edən heç bir sübut mövcud olmadığından və məhz bu səbəbdən həmin maddə ilə təqsirliliyi sübuta yetirilmədiyindən (CPM-in 42.1.4-cü maddəsi) CPM-in 318.1-ci maddəsinə əsəsən ümumi ittihamdan çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunur və müdafiə tərəfinin məhkumun həmin maddə ilə təqsirsizliyi barədə irəli sürdüyü bütün dəlillər məhkəmələr tərəfinən hərtərəfli, tam və obyektiv yoxlanılmış və təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkuma CM-in 234.4.2-ci maddəsi ilə təyin edilmiş cəza maddənin sanksiyasının ən aşağı həddində olmaqla onun tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün hər hansı faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilməli, Məhkum qarşı irəli sürülmüş ittihamdan CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarı lmalı, ona CM-in 234.4.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti maddənin sanksiyası həddində azaldılmalı, qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 31 may tarixli, 1(099)-64/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 oktyabr tarixli, 1(102)-557/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham çıxarılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 31 may tarixli, 1(099)-64/2023 saylı hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 oktyabr tarixli, 1(102)-557/2023 nömrəli qərarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməsinə və ona cəza təyin edilməsinə dair müddəlar çıxarılsın. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ona 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 18 okty abr tarixli, 1(102)-557/2023 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1862/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1862/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver