Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1863/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçiləri Nəsibov Kamandar Rəfi oğlunun və Rəsulov Sadiq Akif oğlunun iştirakları ilə, xx xxxxxx il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsili, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, xxxxx qeydiyyatda olan və yaşayan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(107)-153/2022 nömrəli qərarından Məhkum müdafiəçiləri Rəsulov Sadiq Akif oğlu və Bədəlov Fuad Murad oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə və müdafiəçi Rəsulov Sadiq Akif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(091)-100/2021 nömrəli hökmü ilə (hakimlər: R.Əliyev (sədrlik edən), N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 iyul 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli il tarixli qərarı ilə (hakimlər: G.Q.Abbasov (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Bədəlov Fuad Murad oğlu tərəfindən verilmiş kassasiya şikayəti Məhkum ərizəsi əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 22 dekabr 2022-ci il tarixli il tarixli qərarı ilə (hakimlər: İ.S.Qalıcov (sədrlik edən), İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Rəsulov Sadiq Akif oğlu və Bədəlov Fuad Murad oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri və müdafiəçi Rəsulov Sadiq Akif oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 01 iyul 2020-ci il tarixdə saat 07 radələrində Q əbələ rayonu Vəndam qəsəbəsində Vəndam meşəliyinin 7 saylı meşə dolayının, 99-cu kvartalının 16-cı bölməsinin 0,8 ha meşə sahəsinin ərazisində yerləşən, istifadə və sahiblik edilməsi ilə bağlı qardaşı X15 ilə aralarında uzun sürən və mülki qaydada müxtəlif instansiya məhkəmələrində qarşılıqlı iddialar əsasında məhkəmə çəkişmələri ilə müşahidə olunan münaqişəyə səbəb olmuş «Su tayı» adlanan istirahət mərkəzinə gedib, orada bir gün əvvəl qardaşı X2 və bacısı oğlu Zərərçəkmiş şəxs2 tərəfindən istirahət mərkəzinin ərazisinə buraxılmamasına görə qeyd olunan mülk üstündə baş vermiş mübahisəni davam etdirib onlardan istirahət mərkəzinin ərazisini tərk etmələrini tələb etmək, öz istəkləri ilə tərk etmədikləri təqdirdə X2u və uzun sürən münaqişədə sonuncunun tərəfini tutan və onunla birlikdə istira hət mərkəzində ola biləcək digər qohumlarını həmin ərazidən zor tətbiq edəcəyi hədəsi ilə qorxudub oradan uzaqlaşdırmaq məqsədi ilə oğlu Şahid2 ilə birlikdə bir ədəd balta və bir ədəd 5 litrlik kanistrdə benzini özləri ilə götürüb özünə məxsus x markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına əyləşərək həmin istirahət mərkəzinə yollanmış, istirahət mərkəzinə çatmağa 50 metr qalmış avtomaşını saxlayıb yolun kənarındakı kolluqda mələfəyə bükülmüş vəziyyətdə oğlu Şahid2 məlumatı olmadan bir gün əvvəldən gizlətmiş olduğu zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-18” modelli, "E 37716”N-li yivsiz təklüləli ov tüfəngini götürüb avtomaşının arxa oturacağı üzərinə qoymuş, yolda oğlu X3ə əmisi X2dan və sonuncunun tərəfini tutan digər qohumlarından istirahət mərkəzindən getmələ rini tələb edəcəklərini, tələblərinə əməl etmədikdə isə əmisi X2u və onunla birlikdə olan digər qohumlarını qorxutmaq üçün özləri ilə götürdükləri odun baltası ilə onların avtomaşınlarının aynasını sındırmasını, od vurub yandıracağı görüntüsünü yaratmaq üçün maşınlarının içərisinə benzin tökməsini tapşırmış, özünün isə ov tüfəngi ilə X2u və digər qohumlarını qorxudub istirahət mərkəzinin ərazisindən çıxaracağını bildirmiş, istirahət mərkəzinə çatdıqda qardaşı oğlu Zərərçəkmiş şəxs1 məxsus VAZ-2106 markalı və bacısı oğlu Zərərçəkmiş şəxs2 məxsus Lada-Qranta markalı avtomaşınların mərkəzin giriş qapısının qarşısında saxlanıldığını, giriş qapısından özünün asdığı 2 ədəd qıfılların isə dəyişdirildiyini görüb onun içəri daxil olmaması üçün qəsdən bunları etdiklərini anlamış, bundan sonra oğlu X 3lə birlikdə piyada giriş qapısının kənarında olan ağacın arasındakı kiçik boşluqdan obyektin ərazisinə keçərək istirahət mərkəzinin mətbəxinə tərəf getdikdə X2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 orada olduqlarını görmüş, həmin vaxt sonuncular ona aid nəyi varsa götürüb istirahət mərkəzinin ərazisindən çıxmağını tələb etdikdə, cavab olaraq həmin mərkəzin özünə məxsus olduğunu bildirib bu mövzuda mübahisə etməyə başlayaraq, onlara istirahət mərkəzinin ərazisindən çıxıb getmələrini bildirmiş, bunu etmək niyyətində olmadıqlarını görüb onları qorxutmaq üçün oğlu X3i çağırıb birlikdə avtomaşınlarının yanına qayıtmış, orada avtomaşından mələfənin arasında arxa oturacaq üzərinə qoymuş olduğu 16 kalibrli, “İJ-18” modelli “E 37716” N-li yivsiz təklüləli ov tüfəngini götürmüş, oğlu Şahid2 isə a vtomaşından özləri ilə gətirdikləri odun baltasını və 5 litrlik kanistrdə benzini götürüb yenidən istirahət mərkəzinin ərazisinə qayıtmış, qayıdarkən Şahid2 mərkəzin giriş hissəsində dayanmış Zərərçəkmiş şəxs2 məxsus Lada-Qranta markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını balta ilə vurub sındıraraq avtomaşına 80 manat məbləğində zərər yetirdikdən sonra avtomaşının içərisinə gətirdiyi kanistrdən bir qədər benzin tökmüş, daha sonra birlikdə istirahət mərkəzinin içərisinə gedən yolla irəliləyərək Şahid2 atası ilə aralarında olan sövdələşməyə əsasən istirahət mərkəzinin yuxarı istiqamətinə gedib özü ilə gətirdiyi balta ilə orada dayanmış vəziyyətdə olan əmisi X2un “Nissan-Sunny” markalı avtomaşının sürücü tərəfdən olan sol yan aynasını sındırıb avtomaşına 90 manat məbləğində ma ddi zərər yetirib avtomaşının içərisinə gətirdiyi kanistrdən benzin tökməyə başlamış, özü isə bu ərəfədə qardaşı X2a nalayiq ifadələr işlətməklə «rədd ol obyektimdən çıx, imkan verin işimi görüm» deyərək qardaşı X2, onun oğlu Zərərçəkmiş şəxs1 və bacısı oğlu Zərərçəkmiş şəxs2 mərkəzin ərazisindən çıxmaqlarını tələb etmiş, sonuncuların onun tələbinə məhəl qoymadıqlarından və ünvanına nalayiq ifadələr işlətdiklərindən hiddətlənib oğlu Şahid2 ilə qohumlarını qorxudub istirahət mərkəzindən çıxarmaları barədə əvvəlcədən razılaşdıqları ümumi niyyətdən kənara çıxaraq, Şahid2 təxminən 30 metr aralıda dayanmış əmisi X2un avtomaşınının aynasını sındırıb avtomaşının içərisinə benzin tökdüyü vaxt tüfəngi mələfənin arasından çıxarıb doğma qardaşı X2u, onun yaxınlığında dayanan Zərərçəkmiş şəxs1 və Zərə rçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə ondan təqribən 10-15 metr məsafədə dayanmış bacısı oğlu Zərərçəkmiş şəxs2, qardaşı oğlu Zərərçəkmiş şəxs1 və qardaşı X2un üzərinə gedərək qəsdən 7 mm diametrli karteç tipli patronla doldurmuş olduğu tüfəngi onların hər üçünə doğru istiqamətləndirib bir dəfə atəş açaraq daha yaxınlıqda olan Zərərçəkmiş şəxs2 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən "sol bazunun bayır yuxarı 1/3-nin qaçırı” xəsarətini yetirmiş, bu zaman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 ayrı-ayrı istiqamətlərdə qaçmağa başladıqda, cinayətkar niyyətinin davamı olaraq qardaşı X2a nalayiq ifadələr işlətməklə «qaçma, bura gəl» deyib silahı ardıcıl şəkildə doldurmaqla arxası ilə gedərək onu təqib etmiş, X2 istirahət mərkəzinin ərazisində yerləşən yay yeməkxanası bin asına çatmağa 3-4 metr qalmış sonuncunun oğlu Zərərçəkmiş şəxs1 orada bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, onun gözü qarşısında xüsusi iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, qəsdən öldürmək məqsədilə tüfəngi qardaşı X2un kürək nahiyəsinə istiqamətləndirib 2 metrdən artıq məsafədən nişan alıb 2 dəfə atəş açaraq onu vurmuş, nəticədə ona daxili qanaxma, hər iki ağ ciyərləri və aortanı dəlib keçən odlu silah yaralanması, döş qəfəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ kürəkaltı hissədə bir ədəd döş boşluğuna daxil olan, döş qəfəsinin ön sağ bir qədər yuxarı hissəsində iki ədəd döş boşluğundan xaric olan ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ bazunun içəri orta 1 /3-də bir ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, döş qəfəsinin sağ yan aşağı hissəsində bir ədəd xaricdən sürtüb keçən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid odlu silah yaraları və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən burun sıyrığı qismində bədən xəsarətləri yetirərək X11 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, X2 yerə yıxıldıqdan sonra qəsdinin davamı olaraq eyni istiqamətdə qaçan Zərərçəkmiş şəxs2 arxası ilə gedərək ona doğru da bir atəş açmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına, ərazi meşəlik olduğundan ətr afdakı ağacların və tikililərin atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsində Məhkum bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni onları ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin və əlavələrinin dəlilləri: Məhkum müdafiəçiləri kassasiya şikayətlərini və kassasiya şikayətlərinə edilmiş əlavəni onunla əsaslandırmışlar ki, məhkəmələr sübutları düzgün tədqiq edibqiymətləndirilməmiş, nəticədə Məhkum zərərçəkmiş şəxs (qardaşı olmuş) X9 ehtiyatsızlıqdan ölümünə səbəb olan cinayətini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə təqsirli bilinməli olduğu halda, əsassız və qanunsuz ol araq xüsusi amansızlıqla X2u qəsdən öldürməkdə - Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə, habelə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinmişdir. Əməlin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hallar kimi müdafiəçilər xüsusilə ona istinad etmişdilər ki, Məhkum zərərçəkmiş şəxsi öldürmək məqsədi olmamış, qarşılıqlı mübahisə zamanı məhkumun bacısı oğlu Zərərçəkmiş şəxs2 müdaxiləsi səbəbindən Məhkum yerə yıxıldığını və təsadüfən silahdan açılmış atəş nəticəsində ehtiyatsızlıqdan qardaşını həyatdan məhrum etmişdir (qeyd olunan dəlilər xüsusi ilə Zərərçəkmiş şəxs2 ifadəsinin dəyişməsi il ə əlaqələndirilir). Həmçinin kassatorlar iddia edirlər ki, Zərərçəkmiş şəxs1 hadisə yerindən qaçdığı üçün atasına atəş açılmasını görməmiş, belə olan halda məhkumun mərhum X2u Zərərçəkmiş şəxs1 gözü qarşısında öldürməsi və ona xüsusi əzab verməsi də istisna olunur. Məhkum Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə əsassız olaraq təqsirli bilinməsi barədə iddialarını isə müdafiəçilər onunla izah edirlər ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 onlara arxadan güllə atıldığı ümumiyyətlə görməmişlər. Müdafiəçi S.A.Rəsulov Məhkum əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarı nı dəyişdirərək, onun əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş edir. Məhkumun müdafiəçisi F.M.Bədəlov isə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə cinayət təqibinə xitam verilməsini, məhkum edilmiş şəxs Məhkum əməlləri CM-nin 120.2.4-ci maddəsindən CMnin və 124.1 və ya 120.1-ci maddəsinə tövsif edilməsini və ya Şəki Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli qərarı ləğv edilərək Məhkum barəsində istinad edilən əməllərə düzgün hüquqi qiymət verilməsi üçün işi yenidən apellyasiya instansiya məhkəməsində baxışa təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdud larını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən e dir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçilər S.A.Rəsulov və F.M.Bədəlov ayrı-ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində və müdafiəçi S.A.Rəsulov tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci və ya 120.1-ci maddəsi ilə (ehtiyatsızlıqdan və ya qəsdən adam öldürmə kimi) tövsif edilməli olduğu halda, düzgün olmayaraq Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə (xüsusi amansızlqla qəsdən adam öldürmə, həmçinin ümumi təhlükəli üsulla və iki şəxsi öldürm əyə cəhd kimi) tövsif olunduğunu, müvafiq olaraq da ona həqiqi əməlinə uyğun olmayan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsini Məhkum əməllərinin Cinayət Məcəlləsinin 124.1-ci və ya 120.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddələr ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdilər. Odur ki, kollegiya Məhkum müdafiəçiləri S.A.Rəsulovun və F.M.Bədəlovun kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavəni Azərbaycan Respublikası C PM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməli n Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdaf iəçilərin Məhkum əməlinə şamil edilməli olan cinayət-hüquqi norma olduğunu iddia etdikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124-cü maddəsi zərərçəkmiş şəxsin ölməsi kimi ictimai-təhlükəli nəticənin təqsirkarın ehtiyatsızlığından baş verməsini, yəni təqsirkarın həmin nəticəni nəinki arzu etməməsini, hətta bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməməsini, yəni şüurunda belə nəticənin baş verə biləcəyini istisna etməsini ehtiva edir. Məhkum törətdiyi (sadə tərkibi Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş) qəsdən adam öldürmə cinayəti isə əksinə, qəsdən törədilən cinayət olduğu üçün təqsirkarın öz hərəkətlərinin ictimai-təhlükəli xarakterini dərk etməklə yanaşı zərərçəkmiş şəxsi həyatdan məhrum etməyi arzu etməsini (CM-in 25.2-ci maddəsində təsvir edilən birbaşa qəsd) və yaxud arzu etməsə də, əməlinin bu ictimai-təhlükəli nəticəni törədə biləcəyini öncədən görməsini, bununla belə həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməsini (CM-in 25.3-cü maddəsində təsvir edilən dolayı qəsd) ehtiva edir. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində isə (baxılan işin kontekstində) “xüsusi amansızlıqla adam öldürmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir ki, müdafiəçilər cinayəti ağırlaşdıran bu əlamətin də R.Rahimova aid edilməsini mübahisələndirmişlər. Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə baxdıqda, aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab ver məyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Çünki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin məzmununa görə zərərçəkmiş şəxsə və yaxud zərərçəkmişin həyatdan məhrum edilməsinə yönələn təqsirkarın hərəkətlərini görən zərərçəkənin yaxınlarına xüsusi əzab, iztirab vermək kimi xüsusi amansızlığa dəlalət edən hallar maddənin dispozisiyasında təqsirkarın kriminal hərəkətlərinin məqsədi kimi deyil, onları müşayiət edən xüsusatlar kimi ehtiva edilmişlər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla tö rədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında m övcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəclləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxsin niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsi onun özünə və yaxud yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsə, onun yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlı ğı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Hazırki işin şərh edilən məsələ ilə əlaqədar müəyyən olunmuş halları isə həm də aşağıdakılardan ibarətdir: Məhkum ilə qardaşı X15 (həmdə digər yaxın qohumları ilə) arasında Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən «Su tayı» adlanan istirahət mərkəzinə görə uzun sürən münaqişəli vəziyyət olmuş, hadisədən bir gün öncə Məhkum qardaşı X2 və bacısı oğlu Zərərçəkmiş şəxs2 tərəfindən istirahət mərkəzinin ərazisinə buraxılmamış, qeyd olunan mülk üstündə baş vermiş mübahisəni davam etdirmək məqsədi ilə Məhkum oğlu Şahid2 ilə birlikdə bir ədəd balta, bir ədəd 5 litrlik kanistrdə benzini və bir gün əvvəldən gizlətmiş olduğu zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJ-18” modelli, "E 37716”N-li yivsiz təklüləli ov tüfəngini (Şahid2 məlumatı olma) götürüb həmin yerə gedib qardaşı X2, onun oğlu Zərərçəkmiş şəxs1 və bacısı oğlu Zərərçəkmiş şəxs2 mərkəzin ərazisindən çıxmaqlarını tələb etmiş, sonuncuların onun tələbinə məhəl qoymadıqlarından və ünvanına nalayiq ifadələr işlətdiklərindən hiddətlənib oğlu Şahid2 ilə qohumlarını qorxudub istirahət mərkəzindən çıxarmaları barədə əvvəlcədən razılaşdıqları ümumi niyyətdən kənara çıxaraq, tüfəngi mələfənin arasından çıxarıb doğma qardaşı X2u, onun yaxınlığında dayanan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə ondan təqribən 10-15 metr məsafədə dayanmış bacısı oğlu Zərərçəkmiş şəxs2, qardaşı oğlu Zərərçəkmiş şəxs1 və qardaşı X2un üzərinə gedərək qə sdən 7 mm diametrli karteç tipli patronla doldurmuş olduğu tüfəngi onların hər üçünə doğru istiqamətləndirib bir dəfə atəş açmış, bu zaman Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və X2 ayrı-ayrı istiqamətlərdə qaçmağa başladıqda, cinayətkar niyyətinin davamı olaraq qardaşı X2a nalayiq ifadələr işlətməklə «qaçma, bura gəl» deyib silahı ardıcıl şəkildə doldurmaqla arxası ilə gedərək onu təqib etmiş, X2 istirahət mərkəzinin ərazisində yerləşən yay yeməkxanası binasına çatmağa 3-4 metr qalmış sonuncunun oğlu Zərərçəkmiş şəxs1 orada bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, onun gözü qarşısında xüsusi iztirab verdiyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, qəsdən öldürmək məqsədilə tüfəngi qardaşı X2un kürək nahiyəsinə istiqamətləndirib 2 metrd ən artıq məsafədən nişan alıb 2 dəfə atəş açaraq onu vurmaqla X11 qəsdən öldürmüş, X2 yerə yıxıldıqdan sonra qəsdinin davamı olaraq eyni istiqamətdə qaçan Zərərçəkmiş şəxs2 arxası ilə gedərək ona doğru da bir atəş açmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 isə vaxtında açılan atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdıqlarına, ərazi meşəlik olduğundan ətrafdakı ağacların və tikililərin atəşlərin dəqiq şəxsə tuşlanmasına maneə törətməsində Məhkum bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən öldürməyə, yəni onları ümumi təhlükəli üsulla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Baxılan iş üzrə keçirilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəməpsixiatrik ekspertizası nın 10 sentyabr 2020-ci il tarixli, 509/228 saylı rəyi ilə Məhkum psixi cəhətdən sağlam olması, öz hərəkətlərinin mənasını dərk etməsi, onları ölçüb-biçmək iqtidarında olması müəyyən edilmiş, Məhkum öz hərəkətlərinin mənasını dərk etməsini, o cümlədən təklüləli ov tüfənginin xassələrini bilməsini, tüfəngdən açılacaq atəş nəticəsində hansı nəticələr doğura biləcəyini anlamasını müdafiə tərəfi də bütöv proses boyu şübhə altına almamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 03 saylı rəyinə görə mərhum X10 daxili qanaxma, döş boşluğunda bir ədəd metal kütəcik (karteş), hər iki ağ ciyərləri və aortanın dəlib keçən odlu silah yaralanması, döş qəfəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ kürəkaltı hissədə bir ədəd döş boşluğuna daxil olan, döş qəfəsinin ön sağ bir qə dər yuxarı hissəsində iki ədəd döş boşluğundan xaric olan, sağ bazunun içəri orta 1/3də bir ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd, döş qəfəsinin sağ yan aşağı hissəsindən bir ədəd xaricdən sürtüb keçən odlu silah yaraları və burun sıyrığı kimi xəsarətləri vardır. Həmin xəsarətlər qərarda göstərilən tarixdə, yəni 01 iyul 2020-ci ildə törənməsinə uyğun gəlir. Daxili qanaxma, hər iki ağ ciyərləri və aortanı dəlib keçən odlu silah yaralanması, döş qəfəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ kürəkaltı hissədə bir ədəd döş boşluğuna daxil olan, döş qəfəsinin ön sağ hissəsində iki ədəd döş boşluğundan xaric olan, sağ bazunun içəri orta 1/3-də 1 ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd, döş qəfəsinin sağ yan aşağı hissəsində bir ədəd xaricdən sürtüb keçən odlu silah yaraları içərisi səpələnən metal kürəciklərlə (karteşlərlə) doldurulmuş odlu silahdan açılan atəşin təsirindən, burun nahiyyəsindəki xəsarət isə küt alətin (əşyanın) təsirindən törənmişlər. Daxili qanaxma, hər iki ağ ciyərləri və aortanı dəlib keçən odlu silah yarlanması, döş qəfəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ kürəkaltı hissədə bir ədəd döş boşluğuna daxil olan, döş qəfəsinin ön sağ hissəsində iki ədəd döş boşluğundan xaric olan xəsarətlər ağır ölümlə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın, sağ bazunun içəri orta 1/3-də bir ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmanın, döş qəfəsin in sağ yan aşağı hissəsində bir ədəd xaricdən sürtüb keçən xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə və burun nahiyyəsindəki xəsarət isə sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. X3 ölümünə səbəb aortanın və hər iki ağ ciyərlərin zədələnməsi nəticəsində baş verən kəskin daxili qanaxma olmuşdur. Onun ölümü ilkin inkişaf etmiş meyit ləkələrinin inkişaf səviyyəsinə və işə dair toplanmış məlumatlara əsasən meyitin müayinəsi aparılan vaxtdan, yəni 01 iyul 2020-ci ildən saat 11:20-dən 3-4 saat əvvəl baş verməsinə uyğun gəlir. X3 meyiti üzərində olan xəsarətlər daxili qanaxma, hər iki ağ ciyərlərin və aortanı dəlib keçən odlu silah yarlanması, döş qəfəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ kürəkaltı hissədə bir ədəd d öş boşluğuna daxil olan, döş qəfəsinin ön sağ hisəində iki ədəd döş boşluğundan xaric olan, sağ bazunun içəri orta 1/3- də bir ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd, döş qəfəsinin sağ yan aşağı hissəsində bir ədəd xaricdən sürtüb keçən odlu silah yaraları qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 01 iyul 2020-ci il tarixdə odlu silahdan, o cümlədən ov tüfəngindən açılmış atəş nəticəsində törənməsinə uyğun gəlir. X3 döş qəsəsinin sol arxa kürəkaltı hissəsində iki ədəd, sağ arxa kürəkaltı hissədə bir ədəd xəsarətlər metal kürəciklərin (karteşlərin) giriş dəlikləri, döş qəfəsinin ön sağ bir qədər yuxarı hissəsində iki ədəd xəsarətlər isə metal kürəciklərin (karteşlərin) çıxış dəlikləri olub metal krəciklərin (karteşin) biri döş boşluğunda iliş ib qalmışdır. Sağ bazunun içəri orta 1/3dəki xəsarət metal kürəciyin (karteşin) giriş dəliyi bazunun bayır yuxarı 1/3-dəki xəsarət isə metal kürəciyin (karteşin) çıxış dəliyi, döş qəfəsinin sağ yan aşağı hissəsindəki xəsarət isə metal kürəciyin (karteşin) arxadan-önə istiqamətdə sürtüb keçən xəsarətinə aiddir. Meyitin bədəni üzərində qeyd edilən xəsarətlərin yerləşmə nahiyyələrinə istiqamətlərinə, formasına ölçüsünə və digər morfoloji əlamətlərinə görə həmin xəsarətlər içərisi səpələnən metal kürəciklərlə (karteşlərlə) doldurulmuş odlu silahdan açılan bir atəşin təsirindən onun ayaq üstə duran vəziyyətində törənməsinə uyğun gəlir. X3 bədəni üzərində qeyd edilən xəsarətlərin yerləşmə nahiyələrinə, istiqamətlərinə, formasına və digər morfoloji əlamətlərinə görə həmin xəsarətlər onun ayaq üst ə duran vəziyyətində açılan atəşin istiqaməti arxadan önə, sağdan bir qədər sola və aşağıdan bir qədər yuxarıya olmuşdur. Odlu silahdan açılan atəşin məsafəsi xəsarətlərin ara məsafələrinə, nahiyələrinə və formasına görə uzaq məsafədən, yəni 2 (iki) m-dən artıq məsafədən açıla bilər. X3 bədəni üzərində odlu silahdan açılan atəşin təsirindən törənən xəsarətlərdən başqa burun nahiyəsinin bir ədəd sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət sərt küt alətin(əşyanın) təsirindən törənməsinə uyğun gəlir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 305 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol bazunun bayır yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə, yəni 01 iyul 2020-ci ildə törən ə bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 306 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində sol bazunun bayır aşağı 1/3-nin qançırı kimi xəsarətləri vardır. Həmin xəsarət küt alətin təsirindən qərarda göstərilən tarixdə, yəni 01 iyul 2020-ci ildə törənə bilər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Lifli materialların tədqiqi ekspertizasının 27 avqust 2020-ci il tarixli, 6/1398 saylı rəyindən görünür ki, mərhum X2un dırnaq kəsiklərində Məhkum geyim paltarlarının tərkib liflərindən yoxdur. Məhkum dırnaq kəsiklərində mərhum X2a məxsus geyim paltarlarının tərkib liflərindən yoxdur. Məhkəmə-daktiloskopik, ballistik, trasoloji və lifli materialların kriminalistik ekspertizasının 27 avqust 2020-ci il tarixli, 805/806/807/808 saylı rəyindən görün ür ki, tədqiqata təqdim edilmiş edilmiş bir ədəd ov tüfənginin və üç ədəd bıçağın səthlərindəki, papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığından, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah- zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ-18” modelli, “KH 54413” N-li lüləsi və lüləaltı yatağı eyni modeldən olan ‘E 37716”N-li tüfəngin lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş, daxili çaxmaqlı, təklüləli, yivsiz odlu ov tüfəngidir. Silahın üzərindəki zavod işarələrində hər hansı bir dəyişiklik eyni zamanda hissə və mexanizmlərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin silah saz vəziyyətdədir, at əşə yararlıdır. Tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır və çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 1,5 kq qüvvə ilə təsir etmək tələb olunur (zavodun müəyyən etdiyi texniki xarakteristikasında 1,5-2 kq olaraq müəyyən olunmuşdur). Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmlar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 1000 metr məsafədəki hədəfdə (o cümlədən canlı hədəfdə) zədəyetirmə qabiliyyətinə malikdirlər Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron - zavod üsulu ilə istehsal edilmiş 16 kalibrli olmaqla həmin kalibrə malik hamarlüləli (yivsiz) odlu ov tüfənglərində, həmçinin tədqiqata təqdim eilmiş “İJ-18” modelli, “KH 54413” N-li lüləsi və lüləaltı yatağı eyni modeldən olan ‘E 37716”N-li tüfəngin lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş ov tüfəngində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Təqdim olunan patrondan istifadə edilməklə təqdim olunan silahdan rəyin tədqiqi hissəsində sadalanan şərtlər nəzərə alınmaqla atəş açıldıqda, 7 mm diametrli karteclər 2 m məsafədə hədəf üzərində təxminən 2 - 4 sm, 4 metr məsafədə isə təxminən 4-9 sm diametr sahədə yayılacaqdır. Tədqiqata təqdim edilmiş 4 (dörd) ədəd giliz - zavod üsulu ilə hazırlanmış yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 16 kalibirli patronların atəşlə ayrılmış hissələridir - gilizləridir. Həmin gilizlər hazırlanma üsuluna və kalibrlərinə görə təqdim edilmiş patronla eynidir. Həmin gilizlər tədqiqata təqdim edilmiş “İJ-18” modelli, “KH 54413” N-li lüləsi və lüləaltı yatağı eyni modeldən olan ‘E 37716”N-li tüfəngin lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş ov tüfəngindən atılmışdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd metal predmet - hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissəsidir - 7 mm diametrli karteçdir. Həmin karteçin üzərindəki atıldığı tüfəngin lülə kanalının divarından qalmağa xarakterik i zlər xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun “İJ-18” modelli, “KH 54413” N-li lüləsi və lüləaltı yatağı eyni modeldən olan ‘E 37716”N-li tüfəngin lüləsi və lüləaltı yatağı ilə komplektləşdirilmiş ov tüfəngindən atılıb-atılmadığını, eləcədə atəşdən əvvəl təqdim edilmiş gilizlərin hər hansı biri ilə vahid bütövlük təşkil edib-etmədiyini müəyyən etmək mümkün deyil. Təqdim edilmiş karteç ilə təqdim edilmiş patronun daxilindəki karteclərin diametrləri bir birinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə istehsal edilmiş, 5.45x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “AK-74”, “AKS-74”, “AKS-74U” avtomatlarda, “RPK74” əl pulemyotlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən patro nların atəşlə ayrılmış hissələridir - gilizlərdir. Pistonların üzərində kalibrlərinə uyğun odlu silahın vurucusundan qalmağa xarakterik iz var. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bıçaq - zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçaqlarıdır, soyuq silah hesab edilmirlər. Tədqiqata təqdim edilmiş 1 ədəd predmet - predmet zavod üsulu ilə hazırlanmış, müxtəlif obyektləri müfahidə etmək (görmək) üçün nəzərdə tutulmuş durbindir (binokl) hər hansı bir odlu silahın komplekt hissəsi və ya döyüş sursatı hesab edilmir. Tədqiqata təqdim edilən hadisə yerinə baxış keçirilərkən götürülmüş 3 nömrə ilə şarələnmiş “Xiomi” markalı, MCG3B/modelli, gümüşü rəngli bir ədəd mobil telefon, 7 nömrə ilə işarələnmiş ağ rəngli üzərində qırmızı rəngli gül şəkilli naxışları olan bir ədəd mələfə, 10 nömrə ilə işarələnmiş “X” markalı, ** BD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq ön oturacaqlarının qara rəngli iki ədəd üzlüyü, sürücü oturacağının üzərində olan bir ədəd ağ rəngli döşəkçə, 13 nömrə ilə işarələnmiş “LADA GRANTA” markalı, ** BK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq ön oturacaqlarının qara rəngli iki ədəd üzlüyü üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş X2a məxsus bir ədəd qəhvəyi rəngli uzunqol gödəkçə, bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd boz rəngli şalvar, bir ədəd boz rəngdə alt tumanı, boz rəngdə bir cüt corab, bir ədəd cib dəsmalı, bir cüt sarımtıl boz rəngli ayaqqabı üzərində atəşin əlavə faktoru olan tam yanmamı ş barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Şahid2 məxsus bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd mavi rəngli cins şalvar, bir cüt qara rəngli idman ayaqqabısı üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd tünd göy rəngli şalvar, bir ədəd tünd göy rəngli uzunqol idman geyimi, bir cüt qəhvəyi rəngli ayaqqabı üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Məhkum məxsus bir ədəd tünd qırmızı rəngli qısaqol köynək, bir ədəd qara rəngli şalvar, sağ və sol əllərindən (dirsəkdən barmaqların ucunadək) pambıqla sürtmə izləri üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikl əri aşkar edildi. Tədqiqata təqdim edilmiş X2a məxsus bir ədəd qəhvəyi uzunqol gödəkçəsi, bir ədəd ağ rəngli qısaqol köynək üzərində olan zədələr odlu silahdan açılmış atəş nəticəsində seçmələrin əsirindən yetirilməyə xarakterikdir. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodika olmadığından qərarda qoyulan Sonuncu atəş silah təmizlənməmişdən əvvəl, yoxsa təmizlənməmişdən sonra açılmışdır”və atəşin vaxtı təyin edilsin” suallarını cavab vermək mümkün deyildir. Təqdim edilmiş 4, 5, 6, 15 nömrə ilə işarələnmiş dörd ədəd giliz, 17 nömrə ilə işarələnmiş ərazidən “İJ-18” markalı E37716 nömrəli, 16 kalibrli bir ədəd təklüləli ov tüfəng in içərisində olan bir ədəd 16 kalibrli patron üzərində atəşin əlavə faktoru olan tam yanmamış barıt hissəcikləri aşkar edildi Məhkəmə-tibbi-kriminalistik materiallarının tədqiqi ekspertizasının 16 oktyabr 2020ci il tarixli, 71513 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum X12 məxsus gödəkçənin arxa sol nahiyəsində aşkar olunmuş iki ədəd deşilmiş zədə onun bədəninin döş qəfəsinin sol arxa kürəkaltı hissəsində olan iki ədəd yarası ilə; gödəkçənin arxa sağ nahiyəsində aşkar olunmuş bir ədəd deşilmiş zədə onun bədəninin sağ kürəkaltı hissədə bir ədəd yarası ilə; gödəkçənin ön sağ yaxalığında aşkar olunmuş beş ədəd deşilmiş zədədən yalnız biri onun bədəninin döş qəfəsinin sağ yan aşağı hissəsində olan bir ədəd yarası ilə; gödəkçənin arxa sağ nahiyəsində aşkar olunmuş bir ədə d deşilmiş zədə onun bədəninin sağ kürəkaltı hissədə olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Bədən üzərində aşkar edilmiş digər xəsarətlər - döş qəfəsinin ön sağ bir qədər yuxarı hissəsində iki ədəd, sağ bazunun içəri orta 1/3-də bir ədəd daxil olan, bazunun bayır yuxarı 1/3-dən xaric olan bir ədəd, xaricdən sürtüb keçən odlu silah yaraları onun paltarı üzərində öz əksini tapmamışlar. Bu da paltarın yer dəyişməsi ilə izah oluna bilər.Ekspertizaya təqdim edilmiş şahid Zərərçəkmiş şəxs2 məxsus köynək, idman gödəkcəsi, idman şalvarı və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində göstərmişdir ki, əmisi Məhkum tüfəngdən atəş açmış, onlar, yəni, atası X15, bibisi oğlu Zərərçəkmiş şəxs2 və o, həmin vaxt bir yerdə olmuş, ilk atəş açılan anda əmisi ilə x4ın arasında təxminən 10 metr məsafə olmuş, x4 isə ondan 7-8 metr solda dayanmış, atası isə onlardan 6-7 metr arxada olmuşdur. İlk atəşdən sonra onlar çaşqınlıqdan yerindən tərpənməmiş, ikinci atəşdən sonra onlar hamısı ərazindən qaçaraq uzaqlaşmağa başlamış, bu zaman x4 və atası x6 də qaçmağa başlamış, onlar artıq başa düşmüşlər ki, əmisi x5 onları öldürmək istəyir. Hadisə vaxtı x5 ilk olaraq x4 istiqamətində 1 dəfə atəş açmış, ardınca isə ona tərəfə atəş açmış, ərazi meşəlik və kolluq olduğu üçün və ərazidə ağaclar olduğu üçün x4 ilə o, atəşdən yayına bilmiş, atası x6 isə yaşlı olduğuna görə qaça bilmədiyi üçün x5 atasını kürəyindən vurmuş, həmin anda atası telefonla danışırmış. x5 onl ara təxminən 10 metr məsafədən atəş açmış, ərazi meşəlik və kolluq olduğundan, bundan başqa ərazidə besedka və tikililər olduğundan x5 onu vura bilməmiş və o qaçmağa nail olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, x5 əlindəki tüfənglə onun üstünə gəlmiş, orada ilk olaraq o, ondan arxada x6 dayısı dayanmış, onlardan bir az kənarda isə dayısı oğlu x7 durmuşdur. O, qorxmuş və qaçmağa cəhd edən zaman x5 ona bir dəfə atəş açmış, o elə hiss eləmişdir ki, sol qoluna nəsə dəymişdir. Bundan sonra o, oradan qaçmağa başlamış, ərazi ağaclıq və kolluq olduğundan x5 onu vura bilməmişdur. O, qaçan zaman ondan arxada olan dayısı x6ə "qaç-qaç” deyib qışqırmış, bu zaman dayısı x6 də qaçmağa başlamış, onlar artıq başa düşmüşlər ki, x5 onları öldürmək istəyir. Həmin vaxt x6 dayısının rəngi ağarmış, möhkəm qorxmuşdur. O və x6 dayısı qaçanda yenə də təxminən 6-7 dəfə atəş səsləri eşitmiş, sonra qaçaraq "Xəzər” adlanan istirahət mərkəzinin ərazisinə çəpərləri aşaraq daxil olmuş, ancaq x6 dayısı arxada qalmış, o, arxasına baxmadan qaçırmış. Hadisə vaxtı dayısı x5 ilk olaraq ona 1 dəfə atəş açmış, ancaq ərazi kolluq və meşəlik olduğu üçün onu vura bilməmiş, ondan təxminən 4-5 metr arxada x6 dayısı, onlardan 7-8 metr aralıda isə dayısı oğlu x7 dayanmışdı. Bundan sonra x6 dayısının maşını tərəfdən səs gəlmiş, ola bilsin X3in maşının şüşəsini vurub sındırmağını silah kimi başa düşmüş, sonra ardıcıl bir neçə silah səsi daha eşitmiş, o, "Xəzər” istirahət mərkəzinin içərisində olduğu zaman x7 onun mobil telefonuma zəng edər ək necə olmağı ilə maraqlanmış, o isə sağlam olduğunu, heç bir problemi olmadığını demişdir. O, təxminən 5 dəqiqə sonra digər yollardan yenidən hadisə olan Su Tayı istirahət mərkəzinə gəlmiş, həmin vaxt dayısıoğlu x7 qışqırırmış. O, oraya yaxınlaşdıqda dayısı x6in yerdə uzanıqlı vəziyyətdə üzəri qanlı olduğunu görmüş, artıq x5in x6i tüfənglə ataraq öldürdüyünü bilmişdir. Şahid qismində dindirilmiş Şahid2 (məhkumun oğlu) ifadəsində göstərmişdir ki, orada olan şəxslər, yəni x6, x4 və əmisi oğlu x7 onu və atası x5i gördükdə quraqlığın biraz yuxarısında dayanırmış, atası mələfəni aralamış və mələfənin arasından atasının tüfəng çıxardığını görmüş, lakin o elə bilmiş ki, mələfinin arasında armatur var imiş, atası 1 dəfə tüfəngdən yerə atəş açmış, sonra isə təkrar tüfəngi doldurub yerə atəş açmış dır. Bu zaman orada olan hər üç şəxs mətbəxdən sonrakı binanın qabağından müğənnilər oxuması üçün nəzərdə tutulan tərəfə səhnəyə doğru qaçmışlar. Atası isə atəş açmağa davam edərək onların arxası ilə getmiş, çünki orada olan şəxsləri qovub obyektdən çıxarmağa çalışırmış. Bundan başqa o, maşının içərisində olduğunu düşündüyü həmin istirahət mərkəzinə aid sənədləri də axtarmış, ancaq tapa bilməmiş, başqa bir neçə sənəd tapsa da onları oraya atmış, baltanı əyilib maşının içərisindən götürmək istəyərkən atasının qışqırıqlarını eşitmiş, atası x5 "X3, X3” deyib qışqırırmış. O, atasının yanına getmiş, atası çıxış qapısına doğru gedirmiş. O, atasına çatanda atası ona demiş ki, "tez gəl gedək”. Bu vaxt əmisi oğlu x7 qışqıraraq ona "getmə, getmə” deyirmiş. O, atasına "ata x7 niyə qaçmadı, niyə bizi çağırır” demiş, atası da ona demiş ki, "güllə əmin x6ə dəydi, əmin yıxıldı, biz batdıq”. O, başa düşmüş ki, atası əmisini vurmuş və o bu hadisədən şoka düşmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 x oğlu ifadəsində göstərmişdir ki, 2017-ci ildən sonra isə x6 istirahət mərkəzinin adından x5 tərəfindən çıxarıldığını öyrəndikdən sonra onlar arasında məhkəmə mübahisələri başlamış, həmin məhkəmələrdən sonra x5 x6in, onun, xın, x8ın, x4ın ailəsi və özlərini öldürməklə hədələməyə başlamışdır. Səbəb kimi isə onların məhkəmə ilə bağlı x6i dəstəkləməklərini göstərmişdir. Ard-arda 2 dəfə atəş səsi eşitmiş, sonra öz bağından da 1 dəfə atəş səsi eşitmiş, bağa çatanda isə x7i toyxana tərəfdən ona doğru gələn görmüşdür. x5 ilə oğlu X3 isə "Su tayı”nın giriş qapısından çı xırlarmış. Ancaq əllərində nəsə olubolmadığını uzaq olduğu üçün görməmişdir. Sonra x4 firlanıb yanlarına gəlmişdir. X17 soruşmuş, x4 ona görmədiyini demişdir. Daha sonra x7 qışqırmışdır ki, "atamı vurub x5, atam ölüb”. Onlar dərhal toyxana tərəfə gələndə görmüşlər ki, x6 arxası üstə uzanıb çiynində, burnunda və ağzında qan var. Bir neçə dəqiqə sonra təcili tibbi yardım gəlmiş, həmin anda polislər də gəlmişlər. Hadisə vaxtı o, hadisə yerindən aralıda olduğu üçün ona atəş açan olmamışdır. Qeyd edilən halların və məlumatların fonunda müdafiəçilərin X9 ölümünün Məhkum ehtiyatsızlığından baş verməsi, yəni bacısı oğlu Zərərçəkmiş şəxs2 onu itələməsi səbəbindən yerə yıxılması və ondan asılı olmayaraq səbəblərdən tüfənqdən təsadüfən atəş açması və nəticədə qardaşı X2un ölümcül xəsarətlər almasını qabaqcadan görməməsi (şüurunda x9un həyatdan məhrum edilməsi kimi ictimai təhlükəli nəticəni istisna etməsi) barədə mülahizələri (məhkəmə-tibbi ekspertizasının və məhkəmə ballistik ekspertizasının rəyləri ilə təkzib olunur, odlu silahdan atəş heç də ehtiyatsızlıqdan açılmamış, təqsirləndirilən şəxs Məhkum əlindəki odlu silahdan bilərək-istəyərək, özü də onun qeyd etdiyi kimi yaxın məsafədən yox, əslində kifayət qədər uzaq məsafədən atəş açmış ), eləcə də Məhkum zərərçəkmiş şəxsin oğlu Zərərçəkmiş şəxs1 hadisə yerində olmasına baxmayaraq, sonuncunun atasının bilavasitə ölməsini görməməsi, yəni Zərərçəkmiş şəxs1 hadisə anında iztirab keçirməməsi, özünün də bunu dərk etməməsi barədə iddiaları əsaslı, işin həqiqi hallarından və məhkəmədə baxılmış sübutlardan irəli gələn mülahizələr kimi qiymət ləndirilə bilməz. Əksinə, məhz məhkəmələr sübutlardan və yuxarıda təsvir edilən faktiki hallarından düzgün nəticələr çıxarıb Məhkum zərərçəkmiş X11 xüsusi amansızlıqla qəsdən öldürməsi, onun bu əməlinin məhz Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində göstərilən cinayətin tərkibini yaratması barədə qənaətə gəlmişlər. Göstərilənlərlə yanaşı Zərərçəkmiş şəxs2 işin halları ilə bağlı yeni məzmunlu ifadə verməsinə (bu məzmunda ərizə verilmiş) və həmin halda çıxış edərək müdafiə tərəfinin kassasiya şikayətində istinad etmiş olduğu dəlilərinə münasibətdə məhkəmə kollegiyası onu da, qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2022-ci il tarixli 1(107)-130/2022 nömrəli qərarının məzmunundan aydın olur ki, Zərərçəkmiş ş əxs2 CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olan Məhkum həmin cinayət işi üzrə verdiyi apellyasiya şikayətindən imtina edərək Zərərçəkmiş şəxs2la barışmış və onun barəsində azadlıqdan məhrum etməklə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. Belə olan halda Məhkumla barışıq əldə etmiş Zərərçəkmiş şəxs2 özünə borc bilərək Məhkum ona münasibətdə apellyasiya şikayətindən imtina etməsi kimi xeyirxahlığının cavabında o, da Məhkum cəzasının yüngülləşdirilməsi üçün cəhd göstərərək yeni məzmunda ərizə yazmışdır ki, həmin ərizənin hadisələrin gerçək mexanizminin təsvir etməsi məhkəmə kollegiyasında əsaslı şübhələr yaradır. Məhz bu səbəbdən apellyasiya məhkəməsi qeyd olunan ərizəni hadisələri təhrif edən, düşünülmüş şəkildə məhkəmə k ollegiyasını çaşdırmaq məqsədi güdən ərizə hesab etmiş və Zərərçəkmiş şəxs2 ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha mötəbər sübut kimi qəbul etmişdir. Yuxarıda şərh olunan iddialar kimi müdafiəçilərin Məhkum əsassız olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsinə görə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinməsi haqqında iddiaları da sübutlarla uzlaşmır. Belə ki, «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istəyərkən şüurlu surətdə elə vasitə seçir ki, b u vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Qeyd olunan Plenum qərarında göstərilmişdir ki, ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-nin müvafiq maddəsi ilə də tövsif edilməlidir. Partlatmaqla, yandırmaqla və dig ər ümumi təhlükəli üsulla adam öldürmə özgə əmlakının məhv edilməsi ilə müşayiət olunarsa təqsirkarın əməli CM-nin 120.2.4-cü maddəsi ilə yanaşı özgə əmlakının məhv edilməsinə görə məsuliyyət nəzərdə tutan CM-nin 186 və 349-cu maddələri ilə də tövsif edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, Məhkum təqsirli bilindiyi, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə yəni ümumi təhlükəli üsulla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməsi və həmin əmələ görə Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirliliyi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilən liyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərində irəli sürdükləri – Məhkum qeyd olunan ittiham üzrə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə iddiaları apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddiaların və onların əsaslandırılması üçün müdafiəçi və məhkum tərəfinin gətirdiyi dəlillərin məhkumun qismən etirafedici ifadələri ilə deyil, məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin (Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X6, şahidlər Şahid2, Şahid1 x oğlu, Şahid7, Şahid3, Şahid5), istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəylərini (məhkəmə-ti bbi, daktiloskopik, ballistik, trasoloji və lifli materialların kriminalistik ekspertiza rəyləri), sənədlər, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə Məhkum hərəkətlərində ittihamda təsvir edilən yəni sonuncunun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etməsi cinayətinin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellya siya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin işin faktiki halları, Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilərək, bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə obyektiv müqayisə edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şə rh edilməsini zəruri saymır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətlərinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Müdafiə tərəfinin Məhkum təyin olunmuş cəzanın mübahisələndirilməsi üzrə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətinin müəllifləri ilə razılaşmaq üçün əsas tapmır. İlk növbədə ona görə ki, müdafiəçilər cəzanın həddindən artıq ağır olduğunu iddia edərkən məhkumun əməlində Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində deyil, CM-nin 124 və ya 120-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında əsassız dəlilərdən çıxış etmişlər. Digər tərəfindən, istər Məhkum Cinayət Məcəlləsinin 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri cəzanı təyin edən birinci instansiya məhkəməsi, istərsə də həmin məsələ üzrə birinci instansiya məhkəməsinin çıxardığı nəticələri yoxlayıb cəzanı dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu (cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kimi) məsələlər üzrə müəyyən edilmiş halları birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirmiş, cəzanın təyini məsələsini tənzimləyən cinayət qanunu normalarının, o cümlədən ədal ət prinsipinin (CM, maddə 8) tələblərini pozmamışlar. Qeyd olunan səbəblərdən müdafiəçilərin məhkəmələrin sübutları düzgün qiymətləndirməmələri və Məhkum zərərçəkmiş X2un həyatdan məhrum edilməsində ifadə olunmuş əməlini Cinayət Məcəlləsinin 124-cü maddəsi (o cümlədən CM-nin 120-ci maddəsi) ilə deyil, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif etməklə və onu Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə təqsirli bilməklə Məhkum əməllərinin hüquqi tövsifində səhvə yol verib onu həddindən artıq ağır cəzaya məruz qoymaları, yəni baxılan işdə Cinayət-Prosessual Məcəllənin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş qanun pozuntularının olması barədə iddiaları əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsinə dair müdafiəçilərin, təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçiləri Rəsulov Sadiq Akif oğlu və Bədəlov Fuad Murad oğlu tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri və müdafiəçi Rəsulov Sadiq Akif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2022-ci il tarixli 1(107)153/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçiləri Rəsulov Sadiq Akif oğlu və Bədəlov Fuad Murad oğlu tərəfindən ayrı-ayrılıqda verilmi ş kassasiya şikayətləri və müdafiəçi Rəsulov Sadiq Akif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 25 may 2022-ci il tarixli 1(107)-153/2022 nömrəli qərarı verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1863/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1863/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver