Məhkəmə qərarları › İş №1(102)-1863/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1863/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1863/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səfərova Aynur Elman qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Hüseynli Əfqan Qurban oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi H üseynli Əfqan Qurban oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1980-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamışdır. 2. 07 mart 2019-cu il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 aprel 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə ki, Əsədli X2 X8 İdarəsinin Təmir-Tikinti şöbəsinin mühəndisi, eyni zamanda Masallı Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsini faktiki olaraq icra edərkən, Masallı rayonu Sığıncaq kənd sakini X6 məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızması olması barədə məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısının alınması üçün heç bir tədbir görməmiş, bu səbəbdən 08 dekabr 2018-ci il tarixdə həmin evdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfər şəxsin, yəni Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ö lümünə səbəb olan səhlənkarlıq etmişdir.

5. Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 mart 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X7 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual qanunvericiliyinin tələbləri pozulmuş, o cümlədən sübutlar düzgün qiymətləndirilməmiş, nəticədə Məhkum iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq cinayətinə aidiyyəti olmadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmışdır. Belə ki, Məhkum hadisə baş verən dövrdə “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran X8 İdarəsinin Təmir-Tikinti Şöbəsinin mühəndisi vəzifəsində işləmişdir. Vəzifəsinin icrası ilə əlaqədar olaraq o, tədbirlər planına əsasən 16 iyun 2018-ci il ta rixdən 16 dekabr 2018-ci il tarixədək Masallı rayonunda yeni qaz xətlərinin çəkilməsi, qaz təmizləyicilərin quraşdırılması və cari təmir işləri ilə bağlı Lənkəran X8 İdarəsinin Masallı xidmət sahəsində işə cəlb edilmişdir. Buna baxmayaraq Məhkum Masallı xidmət sahəsinə ezam olunmasına, eləcə də ona həmin xidmət sahəsinin Təmir–bərpa xidmətinin rəisi vəzifəsinin həvalə edilməsinə dair əmr və ya idarədaxili hər hansı bir sənəd verilməmişdir. Masallı xidmət sahəsində işlədiyi 6 ay ərzində o, üzərinə qoyulmuş öhdəliyi tam yerinə yetirmiş və yeni qaz xətlərinin çəkilişini təmin etmişdir. Masallı xidmət sahəsində işlədiyi müddətdə həmin xidmət sahəsinin təmir-bərpa xidmətinin rəisi vəzifəsi boş olduğundan, Məhkum təmir-bərpa xidmətinin işinə köməklik etsə də, mühəndislər arasında iş bölgüsü apar mamış və naryad yazmamışdır. Buna baxmayaraq 08 dekabr 2018-ci il tarixdə Masallı rayonunun Sığıncaq kəndində yerləşən X4 fərdi yaşayış evində qaz sızması nəticəsində baş vermiş partlayışa görə Məhkum Lənkəran X8 İdarəsinin Masallı xidmət sahəsinin təmir– bərpa xidmətinin rəisi kimi cinayət məsuliyyətinə cəlb olunması əsassızdır.

8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-1/2023 nömrəli, 29 avqust 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və onun müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayət ləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri mahiyyəti üzrə eynidir, məhkum və müdafiəçisi həmin dəlilləri təkrarlamaqla, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə Məhkum barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsa sən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Məhkum və müdafiəçi kassasiya şikayətlərində Məhkum təqsirliliyinin sübuta yetirilmədiyini iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.6-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yax ud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

17. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azər baycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).

20. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətində təsvir edilən, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, bu dəlillər bütövlükdə həmin şikayətin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında geniş təfsir edilməklə hərtərəfli, dolğun və əsaslı cavablandırma verilmişdir. Kassasiya müraciətlərinin müəllifləri hazırda mübahisəsini etdiyi qərarda müəyyən edilən nətic ələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmırlar.

21. Məhkəmə kollegiyası bu halı kassasiya müraciətlərinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya şikayətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadala nan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.

22. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10. 1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Hüseynli Əfqan Qurban oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-750/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar