Məhkəmə qərarları › İş №1(102)-1863/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1863/2025

16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1863/2025 16.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), oğlu və Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X1, Müdafiəçi – Müdafiəçi2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi təqsirli bilinib məhkum olunması barədə hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(039)-51/2023 saylı (hakim K.Əliyev) hökmü ilə, xx.xx.1968-ci ildə Yevlax rayonu, Xanabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Yevlax rayon Suvarma sistemləri idarəsində mexanik vəzifəsində işləyən, məhkumluğu olmayan, Yevlax rayonu, Xanabad kəndində qeydiyyatda olan və yaşayan, Penitensiar Xidmətin Şəki Penitensiar Müəsissəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə bəraət verilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Yevlax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(039)-51/2023 saylı hökmündən dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 fevral 2024cü il tarixli, 1(107)-82/2024 saylı qərarı ilə dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(039)-51/2023 nömrəli hökmü baxılmış apellyasiy a protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli, 1(107)-82/2024 saylı qərarından Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(102)-1958/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.C.Seyidov, hakimlər T.L.Kazımov və N.R.Mövsümovdan ibarət məhkəmə tərkibi) kassasiya protesti təmin olunmuş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə bəraət verilməsinə, eyni zamanda Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə ləğv edilmiş, cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Aplleyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 fevral 2025-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilindiyi CM-in 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən verilmiş ittihamın həmin hissəsi üzrə cinayət təqibinə xitam verilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 145.2.5-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 1(03 9)-51/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi olan 11 ay 05 gün müddət iki günə bir gün hesablanmaqla hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində 02 (iki) il 06 (altı) ay 10 (on) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 fevral 2025-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İşin halları: İstintaq orqanının mövqeyinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdə sa at 07:30 dəqiqədə Zərərçəkmiş şəxs onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib Zərərçəkmiş şəxs qisas almaq məqsədilə sonuncunu Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüşotlaq sahəsində olmasını əvvəlcədən bilib özünə məxsus “VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Yevlax rayonunun Xanabad kəndi ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Xanabad kənd sakini Zərərçəkmiş şəxs yanına gedərək avtomobildən düşüb Zərərçəkmiş şəxs nə üçün onun qızı Gülcan Rəsulovanın adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək Zərərçəkmiş şəxslə mübahisə edib sonuncunun həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki istintaqa məlum olmayan ağacla bir neçə dəfə Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran sol almacıq sümüyünün çatı, sol gözaltı nahiyəsinin qançırı, sol gözün ağlı qişasının yayılmış qansızması, sol çiyin qurşağının qançırı, başın təpə-ənsə nahiyəsinin, sol əlin arxa səthinin sıyrığı, sol tərəf sifətin şişkinliyi və qançırı, boynun sol yan səthinin sıyrığı, sağ və sol qabırğaüstü nahiyəsinin qançırları xəsarətlərini yetirərək yerə yıxıb Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə onun iradəsi əl eyhinə zidd olaraq əllərini arxadan bir-birinə təsərrüfat ipi ilə bağlayaraq sonuncunu məcburi formada zorla idarə etdiyi VAZ 2107” markalı, “**-CB-***” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağına otuzdurmaqla Zərərçəkmiş şəxs faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra sonuncunun əynində olan şalvarını çıxardaraq özü avtomobilin sükanı arxasına əyləşib avtomobili idarə edib təxminən 15 dəqiqə ərzində Zərərçəkmiş şəxs qanunsuz olaraq azadlıqdan məhrum edib psixi iztirablar verməklə avtomobili Xanabad kəndinin ərazisindəki örüş-otlaq sahəsindən 3 km məsafədə yerləşən həmin kəndin mərkəzində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısına gətirib orada özü avtomobildən düşdükdən sonra Zərərçəkmiş şəxs qolları bağlı halda orada olan insanların gözü qarşısında avtomob ildən düşürdüb öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla təpiklə vurub zor tətbiq etməklə sonuncuya kömək edəcək orada olan çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədərək onlara qarşı zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaqla qəsdən zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişd ir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, Məhkum CM-in 145.2.5-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib həmin cəzadan, təqibinə xitam verilmiş CM-in 221.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini çıxarkən cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. CM-in 221.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CM-in 17.1-ci maddəsinə əsasən mövcud vəziyyətdə Məhkum əməlləri cinayətlərin məcmusunu yaratmamış, belə olan halda isə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi qaydasını müəyyən edən CM-in 68-ci maddəsinə istinad etməklə ona cəza təyin edilməsi düzgün olmamışdır. Eyni zamanda CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini n CM-in 145.2.3-cü maddəsi ilə təyin edilmiş cəzadan çıxılması həmdə ona görə əsaslı olmamışdır ki, məhkuma hər iki maddə ilə cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməmişdir. Məhkum СМ-in 221.1-ci maddəsi ilə təqsirli bilinib cəza çəkdiyi müddət ərzində CM-nin 145.2.3-cü maddəsi ilə bəraət almış şəxs olmuş, CM-nin 145.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırıldığı zamanda isə barəsində CM-nin 221.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmiş, beləliklə hər iki maddə üzrə təyin edilmiş cəzalar bir-birilə kəsişməmişdir. Bir-birilə toplanmamış, üst-üst düşməyən cəzalardan birinin çəkilmiş hissəsinin digər cəzaya hesablanması ilə bağlı hazırki iş üzrə məhkəmənin mövqeyi əsasız olmuşdur. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən dövlət ittihamçısı hesab etmişdir ki, məhkəmə tərəfindən Məhkum CM-in 145.2.5-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib həmin cəzadan təqibinə xitam verilmiş CM-nin 221.1-ci maddəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin çıxılması əsassız olmuşdur. Protestə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 145.2.5 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 24 fevral 2025-ci il tarixli hökmünün ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi xahiş olunur. Kassasiya şikayətində şikayət müəllifi məhkumun əməlinin CM-in 145.2.5-ci maddəsindən 145.1-ci maddəsinə tövsif edilməsini vurğulayaraq, apellyasiya instansiya məhkəməsinin qərarının əsassız olduğundan ləğv edilməsini və işin yeni apellyasiya ba xışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protsesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya protesti və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asıl ı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxsin ifadəsinə və şahidlərin ifadələrinə habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Kassasiya protestində CM-nin 221.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi, CM-in 145.2.5-ci maddəsi ilə məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin cəzadan təqibinə xitam verilmiş CM-nin 221.1-ci mad dəsi ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin çıxılmasının əsassız olduğu bildirilir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma istinad edilən cinayətin törədilməsində əməlinin düzgün tövsif edilməməsi və məhkuma ağır cəza təyin edilməsi mübahisə olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə da ir” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsi z bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaq ında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun CM-in 145.2.5 və 221.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq məhkumun, zərərçəkmiş şəxsin və şahidlərin ver diyi ifadələri və digər sübutları məhkəmə qərarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmə tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 145.2.5-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X2rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından ası lı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə istintaqı zamanı verilmiş ifadələrin mötəbərliyi şübhə doğurmadığından və iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığınd an, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş, obyektiv sübutların məcmusu ilə Məhkum apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən maddə üzrə cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Məhkumna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5 və 221.1-ci maddələri ilə təqsirli bilinməsinə dair işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-146-ci maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun qeyd edilən cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək iş in faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü ləğv etmiş və iş üzrə yeni ittiham hökmü çıxarmaqla iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum barəsində olan cinayət işinin apellyasiya instansiya məhkəməsinin yeni baxışına təyin edilməsi və ya qərarın dəyişdirilməsi üçün də əsaslar yoxdur. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edil məmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum əməlinin tövsifi ilə bağlı istər birinci instansiya, istərsə də ap ellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun CM-in 145.2.5-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin həmçinin kassasiya şikayətinin dəlillərini və cinayət işinin materialla rını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-51/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində eləcədə kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin hissədə cinayət təqibinə xitam verilməsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-51/2025 nömrəli 24 fevral 2025-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar