Məhkəmə qərarları › İş №1(102)-1864/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1864/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1864/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi Quliyev Azər Şahbala oğlunun iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olu nmamış, x küçəsində yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli 1(107)-122/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(016)-4/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim B.N.Qasımov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, Məhkum davranışına nəzarətin həyata keçirilməsi Ağsu Rayon Probasiya İdarəsinə həvalə edilmiş, onun üzərinə sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Ələkbərova Fidan Vaqif qızı tərəfindən apellyasiya protesti verilmiş, hökm üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixl i qərarı ilə, (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apellyasiya protesti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(016)-4/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmiş, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum üzərində Ağsu Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 1(016)-4/2023 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 16 aprel 2024-cü il tarixdən hesablanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Azər Şahbala oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən, Məhkum xx.xx.1988-ci ildə anadan olmaqla yetkinlik yaşına çatdığı halda tanışı xx.xx.2006-cı ildə anadan olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Ağsu rayon Yenilik kəndində yerləşən evin ikinci mərtəbəsində ilk dəfə qeyri təbii yolla, 2021-ci ilin iyul ayının əvvəllərində isə həmin evin ikinci mərtəbəsində təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə seksual xarakterli hərəkətlər etmiş və cinsi əlaqədə olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Quliyev Azər Şahbala oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum münasibətdə apellyasiya instans iyası məhkəməsi hökmdən azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsinə dair müddəaları xaric edib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinə dair qərar qəbul etməklə sonuncunun şəxsiyyətinə uyğun olmayan həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qoymuşdur. Halbuki Məhkum Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilməsi üçün, həmçinin CM-in 62-ci maddəsinin tətbiqi üçün real əsaslar, o cümlədən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, əməlindən səmimi peşman olması, CM-nin 61ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olmaması, zərərçəkmiş şəxslərlə barışması kimi məsuliyyəti yüngülləşdirən hallar mövcud olmuşdur. Buna baxmayaraq apellyasiya məhkəməsi göstərilən halları nəzərə almadan onu təqsirli bildiyi Ci nayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasi ya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Quliyev Azər Şahbala oğlu kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən (CM-in 62-ci və 70-ci maddələrinin tətbiqinə əsas yaradan) halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hal ilə əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəz a sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyə n, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyy ətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli resdivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirka rın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakt eri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, şərti məhkum etmə cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı re al olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. - məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü - törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi - məhkumun şəxsiyyəti - cəzanı yüngülləşdir ən və ağırlaşdıran hallar Məhkum Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmişdir. Məhkum tərəfindən törədilən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayətinin bilavasitə obyekti şəxsiyyətin cinsi toxunulmazlığıdır və həmin cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla həmin əmələ görə cinayət qanunu əsas cəza qismində 3 ilədək müddətə azadlıqdan məhrum etmə (alternativsiz) cəzasını nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunvericilik qeyd edilən qəbildən olan əməlin cəzalandırılmasında daha sərt cəza n övünün tətbiq edilməsinə önəm verməklə təqsirkarın barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin, yəni yalnız azadlıqdan məhrum etmə növündə cəza çəkməklə islah olunması tətbiqini nəzərdə tutur. Bundan başqa öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum himayəsində dörd azyaşlı uşağın olmasının, zərərçəkmiş şəxslə barışıq əldə edilməsinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsinin və digər halların cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilməsi ilə razılaşmışdır. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi işin gerçəkdən də diqqətəlayiq həqiqi halından, yəni 33 yaşlı Məhkum 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyun ayının ortalarında ilk dəf ə qeyri təbii yolla, 2021-ci ilin iyul ayının əvvəllərində isə təbii yolla cinsi əlaqədə olmaqla sonuncuya münasibətdə seksual xarakterli hərəkətlər etməsindən, həmdə onunla cinsi əlaqədə olmasından çıxış etməklə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əks etdirən amilləri də, nəzərdən qaçırmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsindən fərqli olaraq, apellyasiya məhkəməsi məhkumun şəxsiyyəti ilə bağlı olan məlumatları, həmçinin onun cəzanı yügülləşdirən əsas halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən cəzanın müəyyən edilməsinə təsir göstərən digər əsaslarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, CM-in 41.2-ci maddəsində təsbit edilən cəzanın məqsədləri, o cümlədən sosial ədalətin bərpası, cəzanın təqsirk arın islah olunmasına, digər şəxslər tərəfindən cinayətlərin törədilməsinin qarşısının alınmasına təsiri ilə birlikdə götürməklə nəzərdən keçirmiş, beləliklə də Məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş şərti məhkum etmənin sosial ədalətin bərpası, Məhkum islah edilməsi və cəzanın xəbərdaredici funksiyasının təmin edilməsi üçün kifayət etməməsi, onun azadlıqdan məhrum etmə cəzasına real olaraq məhkum edilməsinin daha məqsədəuyğun olması haqqında nəticəyə gəlib, cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyət kəsb edən halların məcmusunun daha yaxşı, tarazlaşdırılmış şəkildə nəzərə alınmasını təmin edə bilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hökmdən Məhkum şərti məhkum edilməsinə dair müddəaları xaric edib Məhkum üzərində azadlıqdan məhrum etmə cəzasını saxlamaqla, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər məqsədləri ilə birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən həmin məhkəmə tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini və yaxud onun barəsində Cinay ət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət - prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar müdafiəçinin kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin, həmçinin kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsini n Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli 1(107)-122/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 aprel 2024-cü il tarixli 1(107)-122/2024 nömrəli qərarı müdafiəçi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar