Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1865/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Məhkum iştirakları ilə, Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarından məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Telman Hüseynov (sədrlik edən və məruzəçi), Fikrət Qəribov və Əli Məmmədov) 28 iyun 2022-ci il tarixli, 1(101)-273/2022 nömrəli hökmü ilə xx xxxx 1961-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonu Qıvraq kəndində anadan olmuş, ali təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmış; xx xxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Bolt” taksi şirkətində sürücü işləyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 28 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Məhkum i lə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X11 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd verərək, sonuncunun anası X6 aldığı 8500 manat pulu ünvan 4 ünvanda yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında Məhkum vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Məhkum geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində çavuş kimi xidmət edən Zərərçəkmiş şəxs3 gizir rütbəsi verdirəcəyinə, rütbə aldıqdan sonra Bakı şəhərində xidmətini davam etdirəcəyinə dair yalandan vəd verərək, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə 1N manat, bir neçə gündən sonra isə həmin yerdə 7000 manat, ümumilikdə 23000 manat pulu Məhkum vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş və bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərə k, ona tanışı Zərərçəkmiş şəxs5 qardaşı oğlu X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən Bakı şəhərində dislokasiya olunmuş “N” saylı hərbi hissələrin birinə N manat pul müqabilində xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Şahid1 qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Məhkum verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə ö zgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, tanışı Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb bacısı X10 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi “Şam İşığı” massivində 17 “B” ünvanında “Qavurma” restoranında 15000 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, ona tanışı X4 qardaşı oğlu Zərərçəkmiş şəxs4 H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan oğlu İlham Abdullayevi həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə 5000 manat pul müqabilində dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Firudin Zərərçəkmiş şəxs1ovun vasitəsi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Məhkum verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan b aşqa, təkrarən o, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı Şahid2 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidməti iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Təqsirləndirilən şəxs ilə birlikdə verdikləri vədə əməl e tmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Məhkum pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid2 geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs6 dostu Məhərrəm adlı şəxsin arvadını A zərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə işə düzəldəcəyinə yalandan vəd verərək, ondan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Qəbələ - Görüş” restoranının həyətində 14000 manat məbləğində pul aldıqdan sonra sonuncu Təqsirləndirilən şəxs ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs və Məhkum pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs6 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu dostu Məhərrəmə geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını e tibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid5 tanışı X1 Daxili İşlər Orqanına 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X2 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bildirdikdə, Şahid5 həmin təkliflə razılaşmadıqda, Z ərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pulu Məhkum və Təqsirləndirilən şəxs geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid5 geri qaytarmış, nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyul ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, bu məqsədlə Zərərçəkmiş şəxs1 Suraxanı rayonu İcra hakimiyyətinin Başçısının müavini vəzifəsinə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, onda n 120000 ABŞ dolları, milli pul vahidi ilə 204000 manat məbləğində pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər” parkında alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin iyul ayının ortalarında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun xalası oğlu Azərbaycan Ali Hərbi məktəbin 1-ci kurs tələbəsi X7 aviasiya mühəndislik ixtisası üzrə seçim etməkdə köməklik göstərməsi adı ilə aldatmaqla, ilk dəfə, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Stimul” hos pitalın yanında 5000 manat, ikinci dəfə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2-də yerləşən məscidin qarşısında 400 manat məbləğdə nağd pulunu ümumilikdə 5400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 cəmi 5400 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Məhkum ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zə rərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisindən təxris olunacağının qarşısını alacağına dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 2020-ci avqust ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray" şadlıq evinin yaxınlığında ilkin olaraq 4000 manat, həmin ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 500 manat, məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-isti fadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X11 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd verərək, sonuncunun anası X6 aldığı 8500 manat pulu ünvan 4 ünvanda yerləşən “Ağ Saray” şadlıq evinin yaxınlığında Məhkum vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Məhkum geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edər ək, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisində çavuş kimi xidmət edən Zərərçəkmiş şəxs3 gizir rütbəsi verdirəcəyinə, rütbə aldıqdan sonra Bakı şəhərində xidmətini davam etdirəcəyinə dair yalandan vəd verərək, 2020-cİ ilin mart ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilk dəfə 1N manat, bir neçə gündən sonra isə həmin yerdə 7000 manat, ümumilikdə 23000 manat pulu Məhkum vermiş, sonuncu isə həmin məbləğdə pulu Təqsirləndirilən şəxs ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş və bu məqsədlə özünü tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, ona tanışı Zərərçəkmiş şəxs5 qardaşı oğlu X9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kürdəmir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsindən Bakı şəhərində dislokasiya olunmuş “N” saylı hərbi hissələrin birinə N manat pul müqabilində xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Şahid1 qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” ş adlıq evinin yaxınlığında Məhkum verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, tanışı Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində 3 sot torpaq sahəsi alıb bacısı X10 adına rəsmiləşdirəcəyinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Şam İşığı” massivində 17 “B” ünvanında “Qavurma” restoranında 15000 manat mə bləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olaraq bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı X4 qardaşı oğlu Zərərçəkmiş şəxs4 H.Əİiyev adına Azərbaycan Ali Hərbi Məktəbin quru qoşunları fakültəsində təhsil alan oğlu İlham Abdullayevi həmin məktəbin hərbi hava qüvvələri fakültəsinə 5000 manat pul müqabilində dəyişdirəcəyinə dair yalandan vəd verib aldadaraq, qeyd olunan məbləğdə pulu Firudin Zərərçəkmiş şəxs1ovun vasitəsi ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında Məhkum verdikdən sonra sonuncu Təqsirləndirilən şəxs ilə verdikləri vədə əməl etməyərək qeyd olunan məbləğdə pulu birlikdə ələ keçirərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid2 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” s aylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidməti iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 35 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Təqsirləndirilən şəxs ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və Məhkum pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid2 geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-c i ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs6 dostu Məhərrəm adlı şəxsin arvadını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat şöbəsinə işə düzəldəcəyinə yalandan vəd verərək, ondan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Qəbələ - Görüş” restoranının həyətində 14000 manat məbləğində pul aldıqdan sonra sonuncu Təqsirləndirilən şəxs ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs və Məhkum pulu geri istədikdə, sonun cular pulu qaytarmaqdan imtina etməklə o, öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu dostu Məhərrəmə geri qaytarmış və nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirməklə Zərərçəkmiş şəxs6 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Şahid5 tanışı X1 Daxili İşlər Orqanına 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, Zərərçəkmiş şəxs1 ünvan 6 ü nvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X2 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütəbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bildirdikdə, Şahid5 həmin təkliflə razılaşmadıqda, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pulu Məhkum və Təqsirləndirilən şəxs geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Şahid5 geri qaytarmış, nəticədə Məhkum və Təqsirləndirilən şəxs həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin iyul ayının ortalarında tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun xalası oğlu Azərbaycan Ali Hərbi məktəbin 1-ci kurs tələbəsi X7 aviasiya mühəndislik ixtisası üzrə seçim etməkdə köməklik göstərməsi adı ilə aldatmaqla, ilk dəfə, 2020-ci ilin iyul ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Stimul” hospitalın yanında 5000 manat, ikinci dəfə, 2020-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu 2-də yerləşən məscidin qarşısında 400 manat məbləğdə nağd pulunu, ümumilikdə 5400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 cəmi 5400 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, 2020-ci avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisindən təxris olunacağının qarşısını alacağına dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 ilin 2020-ci avqust ayının əvvəllərind ə ünvan 10 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında ilkin olaraq 4000 manat, həmin ilin avqust ayının ortalarında Nərimanov rayonu, Təbriz küçəsi 35 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 500 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Təqsirləndirilən şəxs ilə birlikdə ələ keçirib verdikləri vədə əməl etməyərək, Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Cavid Hüseyn) 09 sentyabr 2022-ci il tarixli 1(103)-1607/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(101)-273/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumlar Təqsirləndirilən şəxs və Mə hkum, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək haqqında olan məhkəmə qərarlarını yenidən araşdırılmasını və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməli sübuta yetmədiyindən ona bəraət verilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarı qeyri-obyektiv, bir tərəfli, səthi, qərəzli, əsassız, ədalətsiz, qanunsuz, subyektiv, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş bu səbəbdən də ləğv edilməli və ya dəyişdirilməli və kassasiya şikayəti təmin edilməlidir. İbtidai istintaq aparan müstəntiq cinayət-prosessual qanunvericiliyin tələbini pozaraq sübutların ən vacibi və mötəbəri hesab olunan ifadəsində göstərilənləri qətiyyən nəzərə almamış, yalnız ittiham tərəfin mövqeyini qorumaq və möhkəmləndirməklə kifayətlənmişdir. İbtidai istintaq dövründə özünü təqsirli bilməmiş və ifadəsində bunu göstərərək əməlində cinayət tərkibinin olmadığını isbat etmişdir. Barəsində olan cinayət işini aparan müstəntiq cinayət-prosessual qanunvericiliyin tələblərini pozaraq yalnız Zərərçəkmiş ş əxs1 ifadələrində göstərdiklərini mötəbər sübut kimi qəbul edərək yalan və böhtanı həqiqət kimi qələmə verməklə ona CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Digər Məhkum isə məsuliyyətdən boyun qaçıracağına ümid edərək guya Zərərçəkmiş şəxs1 aldığı pulu həqiqətə uyğun olmayan ifadəsində ona verdiyini bildirməklə yalan ifadə vermişdir. Məhkum taksi sürürmüş, o da onun xidmətlərindən vaxtaşırı istifadə edib. Zərərçəkmiş şəxs1 da etibardan sui-istifadə edərək pulu Məhkum alıb. Yalnız məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə guya pulu ona verdiyini bildirmiş, halbuki, bunu özündən başqa heç kim təsdiq etmir. Beləliklə, ibtidai istintaq orqanı yalnız Məhkum yalan və iftira ifadəsinə əsaslanaraq Zərərçəkmiş şəxs1 aldığı pulları guya ona verdiyini mütləq və mötəbər sübut kimi qəbul etməklə onu CPM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində imtina etməmiş, əksinə günahsız şəxsi ittiham etmişdir. İbtidai istintaq orqanı “sübutların qiymətləndirilməsi qərarında” yalnız ittiham tərəfin mövqeyini nəzərə alaraq müdafiə tərəfinin, o cümlədən onun və vəkilinin təqdim etdiyi əsaslı, danılmaz və şübhə doğurmayan mötəbər sübutlara nəinki diqqət yetirməmiş, ümumiyyətlə nəzərə almayaraq, hüquqi qiymət belə verməmişdir. Bununla da cinayətprosessual qanunvericiliyin müddəası dəfələrlə və sistematık şəkildə kobudcasına pozulmuşdur. İbtidai istintaq orqanı isə həqiqəti aşkar etmək əvəzinə barəsində CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürərək ittiham aktını baxılması üçün məhkəməyə göndərmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi istintaqını formal a pararaq yalnız görüntü üçün ittiham aktında göstərilən şəxsləri çağıraraq dindirmiş, reallıqda isə heç bir istintaq hərəkəti aparmamışdır. Məhkəmənin hökmünün təsviri əsaslandırıcı hissəsi ittiham aktı ilə eynilik təşkil edir. Məhkəmə istintaqı zamanı onun və müdafiəçisinin çoxsaylı sualları, vəsatətləri ilə təqsirləndirilən şəxs Məhkum tərəfindən guya Zərərçəkmiş şəxs1 aldığı pulları nə vaxt və harada ona verilməsini aydınlaşdırmaq mümkün olmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək özünü təqsirli bilmədiyini göstərmiş, həmin apellyasiya məhkəməsinin iclasının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədə özü və müdafiəçisinin vəsatəti təmin edildiyindən görüntü xatirinə bir neçə məhkəmə baxış iclası məhkəmə istintaqı aparılmaqla keçirilmi ş, sonra isə apellyasiya şikayəti təmin edilməmiş, məhkəmə qərarında hökmdə qeyd edilənləri kompüter üsulu ilə köçürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərarı cinayət-prosessual qanunvericiliyin müddəalarının pozulması ilə qəbul edilmiş və bu kassasiya şikayətində sadalanan nöqsanlar bir neçə dəfə qərarın ləğv edilməsinə kifayət edə bilər. Məhkum isə kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, bu onun törətdiyi ilk cinayətdir. Himayəsində 1 azyaşlı övladı var. Atası 2-ci qrup əlildir. Ağır xəstəlikdən əziyyət çəkən yaşlı anası var. Ailədə işləyən adam tək odur. Özü ehtiyatda olan hərbi qulluqçudur. Zərər vurduğu şəxsə dəymiş maddi zərəri ödəmişdir. Sonuncunun ondan şikayətçi deyil. Birinci instansiya məhkəməsi qərar verərkən heç bir yüngül ləşdirici halı nəzərə almayıb. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara h üquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr barəsində cəza təyin edərkən barəsində yüngülləşdirici hallar nəzərə alınmadan ağır cəza təyin etmişdir. Məhkum Təqsirləndirilən şəxs isə kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun barəsində həm birinci instansiya məhkəməsinin hökmü, həm apellyasiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ittihamın cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamasına baxmayaraq, məhkəmələr cinayət işi üzrə ədalətli araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, nəticədə əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü və həmin hökmün dəyişdirilmədən saxlanması barədə qərar çıxarmışlar. Məhkəmə kollegiyası ilk öncə Təqsirləndirilən şəxs kassasiya şikayətinin bu dəlilini iş materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İşin materiallarından görünür ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmünün təsviri hissəsində göstərilən hallarda zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi ilə əlaqədar əməl ləri tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsiri digər təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında yuxarıda sadalanan sübutlar kifayət qədər ətraflı təsvir edilmişdir. Məhkəmə kollegiyası təkrar olaraq həmin sübutların təsvir edilməsinə zərurət görmür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı s übutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında müdafiə tərəfinin apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olmaması, digər sübutlarla təkzib edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək heç kimə qarşı dələduzuq etmədiyini gös tərmişdir. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər və şahidlər bunun əksini söyləyərək məhkəmə istintaqı zamanı hökmün təsviri hissəsində müəyyən edilmiş halları təsdiq etmişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübuta yetirilmişdir. Kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkum Təqsirləndirilən şəxs əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin fakti ki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə ( 42.1.4). Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apellyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və m ötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin əsas dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını a lmaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının hə yata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü m addələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il 6(altı) ay müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmçinin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişlər. Məhkəmə kollegiyası məhkumların törətdiyi cinayətin xarakterini nəzərə alaraq qeyd edir ki, bu kateqoriya cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsi mülkiyyət əleyhinə olan cinayət əməllər i ilə bağlıdır. Cinayət işinin materiallarından göründüyü kimi məhkumların törətmiş olduqları cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan hal-hazırkı mərhələyədək tam şəkildə aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə alınmışdır. Belə ki, Məhkum cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsə də, kollegiya qeyd edir ki, məhkum tərəfindən törətdiyi cinayətin epizodlarının çoxluğu həmin cinayət əməlin ictimai təhlükəlilik dərəcəsini artır. Ona görə də məhkəmə kollegiyası Mə hkum kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri c əzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs barələrində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum və Təqsirləndirilən şəxs barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən hall arı nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 sentyabr 2022-ci il tarixli məhkumlar Təqsirləndirilən şəxs və Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1865/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1865/2023
22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver