Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1865/2024 16.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından məhkum X3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 30 avqust 2023-cü il tarixli 1(033)-14/2023 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 28 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-in 79.1-ci maddəsi tətbiq edilərək, himayəsində olan 31 oktyabr 2019-cu il təvəllü dlü X4 adlı övladı on dörd yaşına çatanadək ona hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkməsi təxirə salınmış, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. 12 fevral 2024-cü il tarixdə məhkum S.N.Qocayevanın Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunmasına dair ərizəsi Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 12 mart 2024-cü il tarixli, 1(033)-14/2023 nömrəli qərarı ilə S.N.Qocayevanın Zaqatala Rayon Məhkəməsinin 1(033)- 30 avqust 2023-cü il tarixli 14/2023 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair və satəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Xəqani Səmədov) 15 aprel 2024-cü il tarixli, 1(107)-247/2024 nömrəli qərarı ilə məhkum S.N.Qocayevanın apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından məhkum S.N.Qocayeva tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Sevinc Qocayeva kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hüquqi savadı olmadığı üçün və eyni zamanda xəstə olduğu üçün hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. O qeyd etmişdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir, həm də kəskin varikoz xəstəliyinə görə hərəkət etmək qabiliyyəti məhdudlaşmışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərindən varikoz xəstəliyi daha da kəskinləşdiyindən, həkimin göstərişinə görə ümumiyyətlə bir neçə ay yaşadığı mənzildən heç yerə gedə bilməmişdir. Həmçinin hüquqi savadı olmadığı üçün bu hökmdən istənilən vaxt şikayət edə biləcəyimi düşünmüşdür. Ona görə də bu hökmdən nə vaxt şikayət edə bilməcəyini bilməmişdir. Bundan əlavə, həmin bu halları təsdiq edən müvafiq sənədlər cinayət işinin materiallarında olsa da, məhkəmə tərəfindən onlara düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda məhkumun hüquqi savadının olmaması da cinayət işinin materialları ilə öz təsdiqini tapır. Yəni bu halın da təsdiq olunması üçün onun tərəfindən hər hansı əlavə sübut un məhkəməyə təqdim edilməsinə zərurət yaranmadığı halda, məhkəmə əsassız olaraq bu sübutu da ondan tələb etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya şikayətinin başlıca dəlili apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərp asına dair vəsatətin əsassız olaraq təmin olunmamasıdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin qənaətlərini aşağıdakılara əsasən qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda (yəni məhkumun həbsdə saxlanıldığı halda) isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Məhkum S.N.Qocayeva barəsində olan Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmü elan olunduğu andan 20 gündən artıq vaxt keçməklə həmin müddət buraxılmışdır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 1(033)-14/2023 nömrəli, 30 avqust 2023-cü il saylı hökmü elan olunduqdan sonra 11 sentyabr 2023-ci il tarixdə S.N.Qocayevaya təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı 30 avqust 2023-cü il tarixdən başlamış və 19 sentyabr 2023-cü ildə başa çatmışdır. İş materiallarından isə görünür ki, S.N.Qocayevanın apellyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi 12 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olaraq qeydə alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum S.N.Qocayeva tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətdə göstərdiyi dəlilləri apellyasiya şikayətinin verilmə müddətini ü zrlü səbəbdən buraxılması kimi qiymətləndirmək olmaz. Ona görə də məhkum S.N.Qocayeva apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsinə dair vəsatəti əsassız olduğundan rədd edilməlidir. Apellyasiya məhkəməsi cinayət işinin materiallarına əsaslanaraq, birinci instansiya məhkəməsinin qərarı ilə razılaşıb nəticəyə gəlmişdir ki, məhkum S.N.Qocayeva tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərə görə buraxıldığı öz təsdiqini tapmamışdır. Məhkumun apellyasiya şikayətini vaxtında verməsinə hər hansı bir maneə olmamışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində gö stərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Kollegiya qeyd edir ki, iş materiallarından və kassasiya şikayətindən məhkum S.N.Qocayevanın Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmündən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsinə mane olan heç bir üzrlü səbəb müəyyən edilmir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən işə baxan məhkəmələrin məhkum S.N.Qocayevanın vəsatətinin təmin edilməməsi barədə gəldikləri qənaətlərini əsaslı hesab edir, kassatorun bununla bağlı dəlillərini isə əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, kassasiya şikayətinin dəlillərini cinay ət işinin materiallarında olan sənədlərlə müqayisəli tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və məhkum S.N.Qocayevanın apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair Şəki Apellyasiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunm ası barədə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1865/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1865/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver