Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1866/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mar t 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribov (sədrlik edən və məruzəçi), Telman Hüseynov və Əli Məmmədov) 1(101)-233/2021 nömrəli 25 oktyabr 2021-ci il tarixli hökmü ilə 24 avqust 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, mənzil 9-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 Mingəçevir şəhəri ərazisində dörd orta məktəb binasının tikintisinin onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə ümumilikdə 96.000 manat ödəyəcəyi təqdirdə həmin məktəbləri n tikinti layihəsinin icrasını ona verəcəyinə dair yalan vəd verib aldatmaqla qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 21 oktyabr 2015-ci il və 27 aprel 2016cı il tarixlərdə formal podrat müqavilələri bağlayaraq Halil Kırbalidən "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 21 oktyabr 2015-ci il tarixdə 24.000 manat, 27 aprel 2016-cı il tarixdə həmin ofisdə Məhkumla birlikdə 48000 manat və 2016-cı ilin may ayının əvvəllərində şəxsiyyəti istintaqa məlum olmayan “Şirəli” adlı şəxsin vasitəsi ilə 24.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Halil Kırbaliyə ümumilikdə külli miqdarda 96.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs9 və onun şəriki Zərərçəkmiş şəxs4 Göygöl rayonu ərazisində üç orta məktəb və bir otel binasının tikintisinin direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu, Qırıqlı kəndi Ramiz Əsgərov adına 264 şagird yerlik, Göygöl şəhəri 480 şagird yerlik 4 saylı, Göygöl rayonu Topalhəsənli kəndi Elzam Bayramov adına 264 şagird yerlik orta məktəb binalarının və Göygöl şəhərində otel binasının tikinti layihələrinin icr asını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə həmin layihələrlə bağlı 10 aprel və 16 may 2017-ci il tarixlərdə formal konsaltinq müqavilələri bağlamış və İranə Talışxanova və Məhkum sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs4 07 mart 2017-ci il tarixdə 26.000 manat, 10 mart 2017-ci il tarixdə 40.000 manat, 03 aprel 2017-ci il tarixdə 31.000 manat, 16 may 2017-ci il tarixdə 43.000 manat, 2017-ci ilin may ayının sonlarında 45.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 125.000 manat, Zərərçəkmiş şəxs9 60. 000 manat məbləğində ümumilikdə külli miqdarda 185.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə Məhkum tanışı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs6 Göygöl rayonu, Hacıkənd yolunun sağ hissəsində yerləşən ərazisində “OtelSağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 100.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “O tel-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını ona verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 23 aprel 2018-ci tarixdə formal tikinti müqaviləsi tərtib etmiş və Məhkum Zərərçəkmiş şəxs6 2017-ci ilin sentyabr ayının sonlarında "xxxx" MMCnin ünvan 2 ünvanında yerləşən ofisinin qarşısında həmin dövrün məzənnəsi ilə 170.080 manat təşkil edən 100.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs6 külli miqdarda 170.080 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qr up şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova və Məhkum tanışları Zərərçəkmiş şəxs2 gəlini Şahid2 müəllimə işlədiyi Bakı şəhəri 175 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirilməsinə köməklik edəcəklərinə dair yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 23 noyabr 2017-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Məhkum idarə etdiyi Hyundai Elantra markalı **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobildə İranə Talışxanova ilə birlikdə həmin dövrün məzənnəsi ilə 85.010 manat təşkil edən 50.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 külli miqdarda 85.010 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri- rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışları “Amal+A” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 və onun şəriki Zərərçəkmiş şəxs1 Göygöl rayonu ərazisində orta məktəb və bağça binasının tikinti layihələrinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə Göygöl rayonu Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının və Göygöl şəhərində bağça binasının tikinti layihələrinin icrasını onlara həvalə edəcəklərini yalandan vəd edərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə Topalhəsənli kəndi 264 şagird yerlik orta məktəb binasının tikin ti layihəsinin icrası ilə bağlı 06 sentyabr 2017-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış, İranə Talışxanova və Məhkum sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs1 05 dekabr 2017-ci il tarixdə 20.000 manat və 13 dekabr 2017-ci il tarixdə 13.000 manat pulu "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 33.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək b ir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zərərçəkmiş şəxs7 və onun şəriki Şahid1 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Resort Otel Kompleksinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 ABŞ dolları ödəyəcəyi təqdirdə həmin “Resort Otel Kompleksinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 17 yanvar 2018-ci il tarixdə formal konsaltinq müqaviləsi bağlamış və Məhkum İranə Talışxanova ilə birlikdə Zərərçəkmiş şəxs7 18 yanvar 2018-ci il tarixdə "xxxx" MMCnin ün van 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə həmin dövrün məzənnəsi ilə 255.015 manat təşkil edən 150.000 ABŞ dolları məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs7 külli miqdarda 255.015 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri-rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs8 nümayəndəsi Şahid10 Göygöl rayonu Hacıkənd yolunun sağ tərəfində yerləşən ərazidə “Ot el-Sağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasının direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə 150.000 manat ödəyəcəyi təqdirdə həmin “OtelSağlamlıq Bərpa Mərkəzinin” tikinti layihəsinin icrasını onlara verəcəklərini yalandan vəd verərək qarşı tərəfi inandırmaq və törətdiyi cinayət əməllərini pərdələmək məqsədilə 31 yanvar 2018-ci tarixli formal konsaltinq müqaviləsi bağlamış və 05 fevral 2018-ci tarixdə İranə Talışxanova və Məhkum sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı ilə Zərərçəkmiş şəxs8 MMCnin "xxxx" ASC-də olan rəsmi hesabından "xxxx" MMC-nin "xxxx" ASCdə olan rəsmi hesabına köçürülmüş 150.000 manat pulu Bakı şəhəri ərazisində ələ keçirərək Zərərçək miş şəxs8 MMC-yə külli miqdarda 150.000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qeyri rəsmi nikahda olduğu X2 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə İranə Talışxanova öz qulluq mövqeyindən istifadə etməklə tanışı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid9 Göygöl rayonu ərazisində “Buğda Nişastası Derin Emalı Zavodu” və Göygöl rayonu ərazisində məktəb tikintisinin layihələrinin icrasının onun direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edildiyini yalandan bildirməklə həmin layihələrin icrasını ona verəcəklərini yalandan vəd verərəkqarşı tərəf i inandırmaq və törətdiyi cinayət əməlini pərdələmək məqsədilə 18 və 21 yanvar 2019-cu il tarixlərdə formal tikinti müqavilələri bağlamış, Şahid9 müqavilələri tanışı Zərərçəkmiş şəxs5 təqdim edərək "xxxx" MMC-yə “konsaltinq haqqı” ödəyəcəkləri təqdirdə həmin layihələri birgə icra edib yüksək qazanc əldə edəcəklərini bildirib sonuncunun razılığını aldıqdan sonra Məhkum və İranə Talışxanova "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində sığorta, brokerlik, sənədlərin hazırlanması və sair xidmətlərə görə tikintinin başlanmasına qədər ilkin ödəniş adı 25 yanvar 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 məxsus 85.000 manat, 05 fevral 2019-cu il tarixdə 35.000 manat, 22 fevral 2019-cu il tarixdə 15.000 manat, 05 mart 2019-cu il tarixdə 5.400 manat, 15 mart 2019-cu il tarixdə 50.000 manat, 05 iyun 2019-cu il tarixdə 10.000 manat, 26 iyul 2019-cu il tarixdə 11.000 manat olmaqla ümumilikdə 211.400 manat pulu Şahid9 vasitəsilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 külli miqdarda ümumilikdə 211.400 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Zəki Babayev) 1(103)-201/2022 nömrəli 10 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 (al tı) il müddətinə artırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarı cəzanın sərtliyinə görə dəyişdirilməklə ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş cəza ağır olduğundan, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ona təyin edilmiş 6 il müddətinə a zadlıqdan məhrum etmə cəzasının yarısını çəkmiş, bununla əlaqədar ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan və ya daha yüngül cəza təyin edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respubl ikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edərkən Zərərçəkmiş şəxs7 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində (xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X8) iki azyaşlı uşaqlarının olmasını, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsini, Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanı qismən ödəməsini, Zərərçəkmiş şəxs7un iş üzrə heç bir şikayət və tələbinin olmamasını, həmçinin onun Birinci Qarabağ m üharibəsinin iştirakçısı olmasın, idman sahəsində nailiyyətlər əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək Məhkum təyin olunmuş cəzanı artırmasını onunla əsaslandırmışdır ki, iş üzrə doqquz nəfər zərərçəkmiş şəxslərə ümumilikdə 1.185.505 (bir milyon yüz səksən beş min beş yüz beş) manat məbləğində zərər vurmuş, bundan dörd nəfərə 618.025 (altı yüz on səkkiz min iyirmi beş) manat məhkəmə istintaqı zamanı ödəmiş, bir nəfərə isə 20.000 (iyirmi min) manat qismən ödəniş etmişdir. Lakin beş nəfər zərərçəkmiş şəxsə 554.480 (beş yüz əlli dörd min dörd yüz səksən) manat vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmə kollegiyası işin bu hallarını nəzərə alaraq nəticəyə gəlir ki, apel lyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə cəzasına alternativ cəza nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən beş nəfər zərərçəkmiş şəxsə külli miqdarda vurulmuş maddi ziyan ödənilməməsi ilə əlaqədar cinayətin ictimai təhlükəli nəticələrini nəzərə almadan təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 58.3-cü maddələrinin tələblərinə uyğun gəlmir. Ona görə də məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma təyin ediləcək cəzanın həddini müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edərək cəzanı yüngülləşdirən hallarla və məhkumun şəxsiyyəti ilə yanaşı əsaslı olaraq onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə almaqla, həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də işin hallarına və onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası işə baxan apellyasiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, cəza təyini zamanı işin halları düzgün nəzərə alınmışdır və cəza növünün dəyişdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1866/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1866/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver