Məhkəmə qərarları › İş №1(102)-1867/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1867/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1867/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Məhkum2, Məhkum2 müdafiəçisi İ.H.Həsənov və Məhkum1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə2 tərəfindən birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Zeynal Ağayev) 15 fevral 2022-ci il tarixli, 1(101)-269/2022 saylı hökmü ilə xx xxxx 1986-cı ildə Laçın rayonu, Bozlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi, nömrəsiz fərdi tikilidə yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 178.3.2 və 188.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 188.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun həbsdə və ev dustaqlığında saxlandığı 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmış, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. xx xxxxxx 1975-ci ildə Laçın rayonu, Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Laçın rayonu, Qarakeçi ƏİD, Qarakeçi kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında saxlandığı 2 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmış, CM-in 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza şərti məhkum etmə tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qarşı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 151.500 manat mülki iddia qismən - irəli sürülmüş ittiham üzrə məhkəmədə təsdiqini tapmış 66.000 ma nat məbləğində təmin edilmiş, ibtidai istintaq mərhələsində vurulmuş maddi ziyanın - təmin olunan mülki iddia məbləğinin 60.000 manatının Zərərçəkmiş şəxs2 ödənildiyi nəzərə alınmış və təqsirləndirilən şəxs Məhkum1 tərəfindən Dövlət Xəzinədarlıq Agentliyində depozit hesabına qoyulmuş 6.000 manat pul təmin edilmiş mülki iddia məbləğinin ödənilməmiş qalan hissəsi üzrə ödənişin təmin edilməsi üçün Zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum2 qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq özbaşına tikinti işləri aparmış, həmçinin Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ ke çirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Belə ki, Məhkum2 2019-cu ilin əvvəllərində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Abşeron rayonu, Saray Bələdiyyəsinin ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq həmin torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla birmərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Bundan başqa Məhkum2 qohumu Məhkum1 ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Məhkum2 tanışı Zərərçəkmiş şəxs1 özü və Məhkum1 torpaq sahələ rinin alğı-satqısı İlə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 1,5 sot torpaq sahəsi satacaqlarına, həmçinin sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına dair yalandan vəd verərək Zərərçəkmiş şəxs1 inandırmış, bu məqsədlə sonuncudan 28 aprel 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən 43 saylı Notariat Kontorunun qarşısında 7.000 manat məbləğində nağd pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Məhkum1la aralarında bölməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Məhkum2 qohumu Məhkum1 ilə özgənin külli miqdarda əmlakını təkrarən ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halı nda birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Məhkum2 tanışı Zərərçəkmiş şəxs2 özü və Məhkum1 torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 13,5 sot torpaq sahəsi satacaqlarına, həmçinin sonradan həmin torpaq sahəsinə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına və tikinti işlərinə icazə verilməsində köməklik edəcəklərinə dair yalandan vəd verərək onu inandırmış, bu məqsədlə sonuncudan 2019-cu ilin may ayının əvvəllərində ünvan 3 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Çinar” kafesində 15.000 manat, 2019-cu ilin may ayının əvvəllərində həmin ünvanda 15.000 manat, 2019cu ilin may ayının ortalarında həmin ünvanda 10.000 manat, 2019-cu ilin may ayının ortalarında ünvan 3 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin qarşısında 6.000 manat, 2019-cu ilin may ayının ortalarında ünvan 3 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Şirin Çay” çay evində 7.000 manat, 2019-cu ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 501-ci məhəllədə yerləşən Fövqəladə Hallar Nazirliyinin qarşısında 4.000 manat, 2019-cu ilin may ayının sonlarında ünvan 7 ünvanında yerləşən ofisdə 3.000 manat, 2019-cu ilin iyun ayının ortalarında ünvan 3 ünvanında “Yeni Bakı Yaşayış Kompleksi”-nin yaxınlığında yerləşən “Çinar” kafesində 6.000 manat olmaqla ümumilikdə 66.000 manat məbləğində nağd pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Məhkum1la aralarında bölmək lə Zərərçəkmiş şəxs2 külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Bundan başqa Məhkum2 qohumu Məhkum1 ilə özgənin xeyli miqdarda əmlakını təkrarən ələ keçirmək barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qrupun üzvü Məhkum2 tanışı Zərərçəkmiş şəxs3 özü və Məhkum1 torpaq sahələrinin alğı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim edib ona Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən birmərtəbəli fərdi yaşayış evi satacaqlarına, həmçinin sonradan həmin tikiliyə mülkiyyət hüququ barədə adına çıxarış alacaqlarına dair yalandan vəd verərək Zərərçəkmiş şəxs3 inandırmış, bu məqsədlə sonuncudan 5 sentyabr 2020-ci il tarixdə ünvan 9 ünvanında ilkin ödəniş adı ilə 5.500 manat məbləğində nağd pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Məhkum1la aralarında bölməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Qədim Babayev) 1(103)-841/2021 nömrəli 08 iyun 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 1(101)-269/2022 saylı hökmü ilə dəyişdirilmədən saxlanılmış, məhkumlar, məhkumların müdafiəçiləri, zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protestində və Zə rərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 kassasiya şikayətində xahiş edirlər ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərarın qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Cinayət qanununun şərti məhkum etmə institutunu tənzimləyən normalarının təhlilindən məlum olur ki, məhkəmə yalnız CM-in 70.1-ci maddəsində təsbit edilən dörd növ əsas cəzaya (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırm a, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) münasibətdə məhkumun cəza çəkmədən İslah olunmasını mümkün saydıqda həmin cəzanın şərti hesab edilməsi haqqında qərar çıxara bilər. Göründüyü kimi, şəxsin cəza çəkmədən islah edilməsinin mümkün sayılması üçün törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, yekunda cəza şərti tətbiq edilsə də, bununla cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq olmasın və cəzanın məqsədləri təmin edilmiş olsun. Yəni, belə halların törədilmiş cinayətlə əlaqəsi, onun ictimai təhlükəliliyinə təsiri, bu təsirin müsbət mənada kifayət qədər olması məhkəmələr tərəf indən elə əsaslandırılmalıdır ki, cinayət prosesinin tərəfləri həmin arqumentləri anlamalı, onun ağlabatanlığını inkar etməməlidir. İşdən görünür ki, məhkəmələr yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını Məhkum2 və Məhkum1 münasibətdə cəzalarını yüngülləşdirici hal qismində nəzərə almaqda haqlı olmamışlar. Belə ki, əksər cinayət işlərində rastlanılan, xasiyyətnamələrə istinad etməklə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halı hökmdə əsaslandırmadan ona münasibətdə yüngülləşdirici hal qismində nəzərə almaq yolverilməzdir. Hansı ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxslərin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Bundan başqa, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qay dasına əməl olunmasının nəticəsidir. Müsbət xasiyyətləndirmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 davranışları qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgələrə məxsus xeyli və külli miqdarda əmlakı ələ keçirib dələduzluq etmələri, həmçinin Məhkum2 əlavə olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına hasarlayaraq özbaşına tikinti işləri aparmasından ibarət cinayətləri törətməkdən ibarət olmuşdur. Lakin məhkəmələr CM-in 59.2-ci maddəsinin tələbinə zidd olaraq şəxslərin məhz hansı müsbət keyfiyyətlərinə görə səciyyələndirilmələrini və bu halların konkret olaraq nədə ifadə olunmasını, cəzanı yüng ülləşdirməyə imkan verən amilin nədən ibarət olmasını, hansı əsasla bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə almanın motivlərini və belə bir nəticəyə gəlmənin səbəblərini hökmdə və yekun qərarda əsaslandırmamışlar. Təqsirləndirilən şəxs Məhkum2 və Məhkum1 zərərçəkmiş şəxslərin əmlaklarını ələ keçirtməyə yönəlmiş dələduzluq hərəkətlərinin üsulu qismində aldatma və etibardan suiistifadə etmə əsas rol oynamışdır. Burada digər bir hədəf isə iqtisadi sistemdə mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydaları pozulur, torpaqların təyinatının dəyşdirilməsinə, kənd təsərrüfatı təyinatlı torpaqların yararsız hala salınmasına səbəb olur. Qeyd olunan halların mövcudluğu şəraitində belə məhkəmənin təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 şə xsiyyətinə, törətdikləri cinayətlərin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən onların barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanı şərti olaraq çəkməsi qənaətinə gəlməsi əsassızdır. Ən əsası məhkəmələr tərəfindən nəzərə alınmamışdır ki, Məhkum2 və Məhkum1 əməlləri nəticəsində zərər çəkmiş şəxslərin heç biri təqsirkarlarla barışmayaraq şikayətçi olmuş və şikayətlərlə yuxarı instansiya məhkəməsinə müraciət etmiş, qeyd edilən əməllər nəticəsində onlar əlavə zərərə də məruz qalaraq, sair əmlaklarından da məhrum olmuşlar. Nəticə etibarilə, birinci və apellyasiya instansiyası məhkəmələrinin hər iki təqsirkarın barəsində şərti məhkum etmə institutunun tətbiqinə əsas gördükləri hallar işdəki və yuxarıda qeyd edilən digər xüsusatlar məcmu halında təhl il edildikdə, heç də onların cəza çəkmədən islah olunacağını mümkün hesab etməyə əsas vermir. Beləliklə də, məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın şərti tətbiq olunması həm onlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, məhkəmələr təqsirləndirilən şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən cinayət qanunu normasını düzgün şərh etməmişlər. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə2 Kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 18 8.3cü maddələrinin, Məhkum1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddində azadlıqdan məhrumetmə cəza təyin edilməli, onlara şərti məhkum etmə tətbiq edilməməklə, cinayət əməlləri nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs2 vurulmuş 151.500 (yüz əlli bir min beş yüz) manat məbləğində maddi ziyan sonuncunun xeyrinə tutulmalıdır. Cinayət qanunvericiliyində təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmasını məcburi norma kimi nəzərdə tutmuşdur. Mövcud halda isə təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərlə barışmamışlar. Məhkum2 və Məhkum1 ittiham olunduqları maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulması, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, onların islah edilməsi və həm onlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 cəmiyyətdən təcrid etmədən mümkün deyildir. Göründüyü kimi təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 külli miqdarda, yəni 66.000 manat pulunu ələ keçirmələrindən başqa, yuxarıda qeyd edilən cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 151.500 (yüz əlli bir min beş yüz) manat məbləğində maddi ziyan vurulmuşdur. İstintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 Məhkum2 və Məhkum1 cinayət əməlləri nəticəsində ona vurulmuş 151.500 (yüz əlli bir min beş yüz) manat məbləğində maddi ziyana görə mülki iddiaçı kimi, məhkəmə baxışı zamanı isə təqsirləndirilən şəxslərMəhkum2 və M əhkum1 həmin 151.500 manat məbləğində maddi ziyana görə mülki cavabdeh qismində tanınmışlar. Lakin Məhkum2 və Məhkum1 151.500 (yüz əlli bir min beş yüz) manat məbləğində maddi ziyanı ödəməmişlər. Ona görə də məhkəmələr tərəfindən qeyd olunan halların mövcudluğu şəraitində təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 şəxsiyyətlərinə, törədikləri cinayətlərin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən onlar barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə onlara təyin olunmuş cəzanı şərti otaraq çəkmələri qənaətinə gəlməsi əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Dövlət ittihamçısının kassasiya protestinin, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətinin başlıca dəlili məhkumlar Məhkum2 və Mə hkum1 barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsinin əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 70.1ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngüll əşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən məhkumlar Məhkum2 və Məhkum1 barələrində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilmişdir. Belə ki, Azərbaycan Respublik ası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəs ində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 cinayət nəticəsində dəymiş maddi ziyan t am olaraq ödənilmişdir. Həmçinin təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 66.000 manat maddi ziyandan 60.000 manat ödənilmiş və iş materiallarında olan "xxxx" ASC-nin Abşeron filialının 13516 saylı olan qəbzindən görünür ki, 6.000 manat təqsirləndirilən şəxs Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 ödənilməsi üçün Dövlət Xəzinədarlıq Agentliyində depozit hesabına qoyulmuşdur. Hökm və qərardan görünür ki, məhkəmələr məhkumlar Məhkum2 və Məhkum1 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan tam olaraq ödəməsini, məhkumlar Məhkum2 və Məhkum1 himayələrində azyaşlı uşaqlarının olmasını, məhkumların yaşayış yerləri üzrə müsbət xarakterizə olunmalarını və məcburi köçkün olmalarını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alaraq onlara təqsirli bilindikləri maddələrlə sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və onların cəza çəkmədən islah olunmalarını mümkün sayıb, həmin cəzanın onlara şərti olaraq tətbiq edilməsini əsaslı və qanunauyğun saymışdır. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum2 və Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün əsasları müəyyən edərkən cinayət-prosessual qanunu tələblərinə riayət etmiş, eləcə də sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvaf iq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr məhkumların cəmiyyətdən təcrid etmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normala rına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Hökm və qərardan görünür ki, məhkəmələr Məhkum2 və Məhkum1 cəza çəkmədən islah olunmalarının mümkünlüyünü müzakirə edərək məhkumların şəxsiyyətlərini və işin hallarını düzgün nəzərə almış və öz mövqeyini əsaslandırmışlar. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr məhkumlar Məhkum2 və Məhkum1 barələrində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq edərkən qanunun normasını düzgün tətbiq etmişlər. Odur ki, kassasiya protestinin və kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Zərərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətinin digər dəlili isə mülki iddianın tam təmin olunmamasının əsassız olmasıdır. Şikayətin dəlilinə gəlincə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə görə cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, habelə ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, zərərçəkmiş şəxsin müalicəsi və ona qulluq göstərilməsi, habelə zərərçəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və p ensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. İş materiallarından görünür ki, bilavasitə cinayət nəticəsində Zərərçəkmiş şəxs2 66.000 manat miqdarında maddi ziyan vurulmuşdur. Məhz bu məbləğlə əlaqədar Məhkum2 və Məhkum1 ittiham irəli sürülmüş və həmin məbləğdə dələduzluq əməli törədilməsində onlar təqsirli bilinmişlər. Məhkumlar tərəfindən cinayət əməlinin törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 181.3-cü maddəsinə nəzərdə tutulmuş hallarla bağlı zərərçəkmiş şəxsə ziyanın vurulması müəyyən edilməmişdir. Buna görə də məhkəmələr əsaslı olaraq hesab etmişlər ki, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 qarşı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 151.500 manat mülki iddia qismən, yəni irəli sürülmüş və məhkəmədə təsdiqini tapmış ittihamın çərçivəsində - 66.000 manat məbləğində təmin edilməli və bu barədə qərar qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 60.000 manatın ödənilməsini, həmçinin təqsirləndirilən şəxs Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 ödənilməsi üçün 6.000 manat pul məbləğinin depozit hesabına qoyulmasını Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası mülki iddianın tam təmin edilməməsi ilə əlaqədar zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı hesab etmir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, hazırki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli Məhkum2 və Məhkum1 haqqında qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarda heç biri müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya dəlilləri ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayəti münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar