Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1867/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlunun iştirakları ilə, xx xxxxxx il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanı nda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli, 1(103)-908/2023 nömrəli qərarından məhkumun müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1 (008)369/2023 nömrəli hökmü ilə (hakim N.A.İmanova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 69.3-cü maddəsinə əsasən 06 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.A.İbrahimli (sədrlik edən), H.H.Əhmədov və Z.A.Şirinovdan ibarət tərkibdə) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü verilmiş apellyas iya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,990 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keç irilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2022-ci il tarixdə, saat 14:30-da Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağlarında "Karyer yolu” adlanan ərazidə saxlanılıb 42-ci PB-yə aparılaraq xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,990 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi İbayev Şamxal Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən, onun məsuliyyətini yüngülləşdirən halları nəzərə almamış, əksinə əsassız olaraq qərarında hüquqlarını müdafiə etdiyi şəxsi əvvəllər məhkumluq həyatını yaşamasına istinad etməklə onun cəzasını artmışdır. Halbuki Məhkum heç vaxt məhkum olunmamış və Məhkum barəsində hazırki işdən başqa digər məhkəmənin ittiham hökmü və barəsində qanuni qüvvəyə minmiş və icra olunmuş ittiham hökmü yoxdur. Müdafiəçi Ş.M.İbayev hesab edir ki, məhkəmələr tərəfindən ədalət prinsipini, cəzanın məqsədlərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri pozulmuşdur. Müdafiəçi İbayev Şamxal Məhəmməd oğlu kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234. 1ci maddəsində nəzərdə tutulmuş minimum həddə cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ş.M.İbayev kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, əksinə yekun məhkəmə aktında əsassız olaraq hüquqlarını müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmasına istinad edilməsini bunun nəticəsində sonuncunun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olara q apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2023-cü il tarixli qərarını kassasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərk ən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəz asını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarda elə nəzərə alınmalıdır ki, təyin olu nmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçi Ş.M.İbayevin hüquqlarını müdafiə etdiyi şəxsə həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsaslı olduğunu müəyyən edilir. Belə ki, Məhkum törətdiyi cinayət əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əməlində cəzanı ağırlaşdıran halların olmamasını, yüngülləşdirən hallar kimi isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini səmimi etiraf etməsini nəzərə alaraq ona 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası (sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan daha ağırını) təyin etmişdir. Birinci instansiya məhkəməsinin baxılan işdə cəzanı yuxarıda sadalanan yüngülləşdirən halların olmasına və ağırlaşdıran halların olmamasına dair qənaəti işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmiş, həmçinin Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlini səmimi etiraf etməsi CM-in 59.1.159.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsindən çıxış edərək həmin halları sonuncunun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışıdır. İşə apellyasiya protesti əsasında baxan məhkəmə kollegiyası məhkum olunmuş şəxs Məhkum təyin edilmiş cəza məsələsini müzakirə edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi cəza məsələsini həll edərkən sonuncuya yüngül cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktına diqqət etdikdə, məhkəmənin narkotik v asitələrin qanunsuz dövriyyəsi ilə bağlı son zamanlar hüquqi-mühafizə orqanları tərəfindən mütəmadi olaraq xüsusi əməliyyatlar keçirməsi, narkomaniya ilə mübarizənin prioritet təşkil etməsi kimi ifadələrə istinad etməklə birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılmamasının əsası kimi aşağıdakı hallarla əlaqələndirmişdir. _ onun əvvəllər məhkum olunması, _ onun narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, Digər tərəfdən tərəfindən yekun məhkəmə aktında apellyasiya məhkəməsi qanunvericiliyə istinad etməklə (ümumi sözlərlə) göstərilən halların cəza təyini zamanı nəzərə alınmasının tələb olunmadığını qeyd edərək, həmin halları məhkum olunmuş şəxsin şəxsiyyətini mənfi cəhətdən səciyyələndirilən hallar kimi qiymətləndirmiş və qeyd o lunanlara əsaslanaraq Məhkum Sabunçu Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü ilə təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 01 (bir) il qədər artırmışdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununun humanizm prinsipi təsbit edilmiş CM-nin 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun bu və digər normalarının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən həmçinin bu məsələyə fərdi yanaşma prinsipinə də əsaslanmalı, bunlarla bağlı həmin məsələnin həllinə bu və ya digər şəkildə təsir göstərə bilən halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin özünün şəxsiyyətini və ailə vəziyyətini səciyələndirən, habelə onun cəzasını yügülləşdirən və ya ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edilməsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas olar. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin normalarının sanksiyalarının təh lili göstərir ki, təkcə CM-nin 234.1-ci maddəsinin sanksiyasında deyil, həm də bir çox başqa cinayətlərin törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmiş maddələrin sanksiyalarında həm alternativ cəzalar, həm də bu cəzaların aşağı və yuxarı hədləri nəzərdə tutulmuşdur. Qanunverici belə maddələrin sanksiyalarını bu şəkildə təsbit edərkən əvvəla cəza tədbirinin seçilməsi zamanı məhkəmələrə ilk növbədə sui-istifadə hallarına yol vermədən bu məsələyə fərdi yanaşma prinsipinə əməl etməklə cəzanın növünü və həcmini seçmələrinə, digər tərəfdən isə hər bir konkret halda təyin olunan cəzanın cəza təyin etmənin yuxarıda sadalanmış prinsiplərinə, şərtləri və qaydalarına əməl edilməsinə imkanlar yaratmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 202 1-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Apellyasiya məhkəməsinin qərarına diqqət etdikdə görünür ki, işə baxan məhkəmə kollegiyasının bu məsələlərlə bağlı heç bir tutarlı dəlil irəli sürmədən və hər hansı əsaslandırma aparmadan Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını onun şəxsiyyətini mənfi səciyyələndirilən hal kimi qiymətləndirərək və qeyd olunan haldan çıxış etməklə sonuncuya təyin edilmiş cəzanın müddətinin artırılması ilə bağlı nəticəyə gəlmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-1.1-ci maddəsində əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir. Düzdür “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun “Keçid müddəaları” nın 2.2-ci bəndinə əsasən həmin Qanunla Cinayət Məcəlləsinə əlavə edilmiş, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 741-ci maddənin müddəaları müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı gündən qüvvəyə minir”. Hal-hazıradək belə tibb müəssisəsi fəaliyyətə başlamadığı üçün CM-in 74-1-ci maddəsinin müddəaları qüvvəyə minməmiş, belə olduğu halda birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya məhkəməsi Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmaması haqqında nəticəyə gəlmişlər. Göründüyü kimi Məhkum narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını onun şəxsiyyətini mənfi səciyyələndiriən hal kimi deyil, müvafiq icra hakimiyyəti orqanının narkomaniya xəstəliyi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsinin fəaliyyətə başladığı halda onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə, tam sağalması və tibbi xarakterli məcburi tədbirlər ləğv edildiyi təqdirdə məsuliyyətdən azad edilməsinə zəmin yarada bilərdi ki, bu da öz növbəsində apellyasiya məhkəməsinin göstərilən hala istinad etməklə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın ağırlaşdırlması ilə bağlı yekun qənaətinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olmayan nəticə kimi qiymətləndirlməsinə əsas verir. Apellyasiya məhkəməsinin Məhkum təyin edilmiş cəzanın artırılması üçün istinad etdiyi 2-ci xususata yəni, sonuncunun əvvəllər məhkum olunmasına münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Belə ki, CPM-nin 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uy ğun gəldikdə (maddə 349.5.3). Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət qanunvericiliyinin normalarında bütün instansiya məhkəmələrindən cəzaların təyini və ya digər cinayət hüquqi xarakterli tədbirlərin tətbiq edilməsi, yaxud da təyin olunmuş cəzaların apellyasiya və ya kassasiya qaydasında yüngülləşdirilməsi və ya ağırlaşdırılması (tətbiq olunmuş cinayət hüquqi xarakterli tədbirin dəyişdirilməsi) zamanı maddi hüquq normalarında nəzərdə tutulmuş əsasların, Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi möyqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında əksini tapmış izah və tövsiyələrin nəzərə alınması tələb olunur. Öyrənilmiş cinayət işi materiallarında olan və birinci instansiya məhkəməsinin yekun məhkəmə hökmündə istinad etdiyi Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 19 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Məhkum əvvəlki məhkumluğu barədə heç bir məlumat yoxdur (barəsində qanuni qüvvəyə minmiş və icra olunmuş ittiham hökmü mövcud deyil). Hətta birinci instansiya məhkəməsi CM-59.2-ci maddəsinə istinad edərək Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum əvvəllər məhkum olunması i lə bağlı heç bir sübuta istinad etmədən, göstərilən halı məhkuma daha sərt cəza təyin edilməsini əsası, hətta birinci instansiya məhkəməsinin cəza təyini zamanı nəzərə almadığı nöqsanı kimi qiymətləndirmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cəza təyini məsələsinə verdiyi qiymətləndirmə ilə (faktiki isə qiymətləndirməməsi) heç cür razılaşmır və belə qənaətə gəlir ki, apellyasiya protesti əsasında Məhkum təyin olunmuş cəzanın ağırlaşdıran məhkəmə kollegiyası işin obyektiv hallarından deyil daha çox özünün subyektiv baxışlarından çıxış etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsinin Məhkum əvvəllər cinayət məsuliyyətinə cəlb edilmədiyi halda, tutarlı dəlillər gətirmədən onun əvvəllər məhkum olunmasına istin ad etməsi, həmçinin narkomaniya xəstəliyindən əzab çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasının onun şəxsiyyəti mənfi səciyələndirən hal kimi qiymətləndirməsi və həmin hallardan çıxış etməklə Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ağırlaşdırdığı 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 58.3, 59-cu maddələrinin tələblərinə cavab verən, ədalət prinsipi ilə (CM, maddə 8) uzlaşan cəza kimi qəbul edilə bilməz. Belə olan halda Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, habelə iş üzrə onun cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyası daxilində azaldılmalı, və onun əvvəllər məhkum olunması barədə ifadələr qərardan çıxarılmalı və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcudluğu, həmin əsasa görə mübahisələndirilən qərarın dəyişdirilməli, kassasiya şikayətinin isə qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, m əhkumun müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlunun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 03 may 2023-cü il tarixli, 1(103)-908/2023 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) aya endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi İbayev Şamxal Məhəmməd oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 03 may 2023-cü il tarixli, 1(103)-908/2023 nömrəli qərarı dəyişdirilsin. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 9 (doqquz) aya endirilsin və Məhkum əvvəllər məhkum olunması barədə ifadələr qərardan çıxarılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1867/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1867/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver