Məhkəmə qərarları › İş №1(102)-1867/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1867/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1867/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Hacıyeva Günay Hacıgül qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayətinə, Məhkum2 və Təqsirləndirilən şəxs müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(099)-5/2023 nömrəli (hakimlər: Səfər li Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 4 avqust 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Gülüstan məhəlləsi döngə 12-də faktiki yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması; 1 yanvar 2000-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətənd aşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu E.Qurbanov küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 21 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxslərin müdafiəçiləri Məmmədov Adəm Məhərrəm oğlu və Hacıyeva Günay Hacıgül qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli 1(106)-30/2024 nömrəli (hakimlər: Abdullayev İlkin Qismət oğlu (sədrliyi ilə), Xasməmmədov Elçin İsgəndər oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarından Məhkum1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən kassasiya şikayəti, Məhkum2 və Təqsirləndirilən şəxs müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmişlər, ona görə ki, Məhkum1 və qohumu (əmisi oğlu) Məhkum2 ilə “x” adı altında tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan so nra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 955 qram heroin və 7580 qram tiryək narkotik vasitələri bir ədəd bağlamada Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa istiqaməti), əkin sahəsinin daxilində olan qamış bitkilərinin arasında gizlədilməsi barədə Məhkum1 məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Məhkum1 və Məhkum2 Bakı şəhərindən Məhkum1 idarə etdiyi “Lada Niva” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İmişli rayonu ərazisinə gələrək qohumları olan Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib həmin narkotik vasitələri Beyləqan rayonu ərazisindən yuxarıda qeyd olunan yerdən əldə etmək barədə razılığa gəlmişlər, bundan sonra Təqsirləndirilən şəxs yolu göstərməsi ilə Beyləqan rayonu, Əmirzeyidli kəndi ərazisinə, narkotiklərin gizlədildiyi yerə getmişlər, Təqsirləndirilən şəxs avtomaşında gözləməklə X və Məhkum2lar avtomaşından düşərək artıq 21 may 2021-ci il tarixdə saat 02 radələrində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa hüdudlarında qeyd olunan bir bağlamada külli miqdarda həmin narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən on lar Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışlar. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Məhkum1 və digər təqsirləndirilən şəxslər eyni məzmunlu ifadələr versələr də, məhkəmə onların məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yox, ibtidai araşdırma zamanı verdiyi ifadəsini əsas götürüb hüquqlarını müdafiə etdiyi şəxs barəsində ittiham hökmü çıxarmışdır. Halbuki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutla ra əsaslandıqda hökm əsaslı hesab edilir. Lakin Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən CPM-in 349.5.1-ci maddəsinin şərtləri nəzərə alınmamışdır. Göründüyü kimi üç təqsirləndirilən şəxslərin hər biri eyni məzmunlu ifadə vermişlər, Eyni zamanda şahid qismində dindirilən, yəni təqsirləndirilən şəxsləri saxlayan Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Şahid1, Şahid2, Şahid3 da eyni məzmunlu ifadələr vermişlər. Yəni hazırda say nisbətinə nəzər yetirdikdə verilən ifadələrin məzmununda bərabərlik yaratmışdır. Bu da bir daha hüquqlarını müdafiə etdiyi şəxsə elan edilmiş ittihama şübhələr yaradır. Lakin bu xüsusatların heç biri Lənkəran Ağır Cinayətlər Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bunda n başqa Məhkum1 barəsində ittiham hökmü çıxarılarkən Məhkum1 məxsus telefonda olan sms mətnlərinə istinad edilmişdir. Lakin həmin “whatsapp” danışıqlarında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair hər hansı mesaj yazılmamışdır. Məhkəmə tərəfindən hökm çıxarılarkən həmin şəxsin dindirilib-dindirilməməsi, onlar arasında üzləşdirmə istintaq hərəkətinin aparılıb-aparılmadığı nəzərə alınmalı idi. Göndərilən SMS mətnlərinin reallığı əks etdirib-etdirmədiyi, anlaqlı şəxs tərəfindən göndərilib-göndərilmədiyi öz təsdiqini tapmadığı üçün həmin SMS mətnlərinə istinad edərək Məhkum1 barəsində ittiham hökmünün çıxarılması yolverilməzdir. Məhkəmə tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv saxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplan mış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, yeni sübutlar toplanmalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli idi. “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan da göründüyü kimi, baxış xx.xx.2021-ci il tarixdə saat 02:15-02:50 radələrində həyata keçirilmişdir. Bu zaman belə bir sual yaranır ki, hal şahidinə saat 03:00-da zəng edilmişdirsə, necə olur ki, hadisə yerinə baxış 02:15-02:50 radələrində həyata keçirilir? Bundan başqa cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokolun saat və dəqiqə qeyd edilən hissəsində gözlə görünən dərəcədə düzəliş edilmişdir. Həmçinin “Aşkar edilmiş predmetə baxış keçirilməsi haqqında” 21 may 2021-ci il tarixli protoko lun saat və dəqiqə qeyd edilən hissəsində gözlə görünən dərəcədə düzəliş edilmişdir. Lakin həmin düzəlişlər barədə hər hansı qeyd iş materiallarında öz əksini tapmamışdır. Bununla da ibtidai istintaq orqanı tərəfindən CPM-in 51.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 21 may 2021-ci il tarixli protokollardan da göründüyü kimi, tədqiqatçı X həmin tarixdə hər üç təqsirləndirilən şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. Həmin protokollardan göründüyü kimi X1 21 may 2021-ci il tarixində saat 04:50-də inzibati qaydada tutulmuş və həmin tarixdə saat 05:00-da üzərinə şəxsi axtarış aparılmışdır. Məhkum1 21 may 2021-ci il tarixdə saat 05:50-də inzi bati qaydada tutulmuş və həmin tarixdə saat 06:00-da üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə saat 06:55-də inzibati qaydada tutulmuş və həmin tarixdə saat 07:05-də üzərinə şəxsi axtarış aparılmışdır. Adıçəkilən protokollarda da təhqiqatçı tərəfindən düzəlişlər edilmişdir. Bundan başqa onlar narkotik vasitələri gömrük sərhədinədək müşayiət etmədiyi, gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etmədiyi, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratmadığı, narkotik vasitələrin bilavasitə keçirildiyi yerlərdə onları qəbul etmədiyi üçün Məhkum1 CM-in 32.5,206.2-ci maddəsinə dair hissədə də bəraət verilməlidir. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarının Məhkum1 aid hissədə ləğv edilərək onun barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkum2 və Təqsirləndirilən şəxs müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı ayrıayrılıqda verdiyi kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, ibtidai araşdırma zamanı bir çox maddi və prossesual pozunulara yol verilmişdir. Lakin istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi bu pozuntulara hüquqi qiymət vermədən müdafiə etdiyi şəxslər barəsində ağır maddə ilə ittiham hökmü çıxarmışlar. Cinayət işinin materiallarında olan “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” 20 may 2021-ci il tarixli qərarın çıxarışından məlum olur ki, 20 may 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən Bakı-Horadiz yolunun Beyləqan rayonunun Əmirzeydli kəndi ərazisində külli miqdarda narkotik vasitələr gizlədilmişdir. Həmin çıxarışdan məlum olur ki, narkotik vasitələr Bakı-Horadiz yolunun Beyləqan rayonunun Əmirzeydli kəndinə ayrılan yolun kənarında işıq dirəyinin yanında gizlədilmiş və onu götürən şəxs və ya şəxsləri saxlamaq üçün “Pusqu” sərhəd naryadı xidməti təşkil edilməsi qərara alınmışdır. Lakin cinayət işinin materiallarında olan əməliyyat-axtarış şöbəsinin rəisi X-in 2002 saylı Hərbi Hissənin komandiri X-ə ünvanlandığı 20 may 2021-ci il tarixli Raportda «göstərilir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Beyləqan rayonunun Əmirzeydli kəndi ərazisində əkin sahəsində külli miqdarda narkotik vasitə gizlədilmişdir. Həmçinin iş üzrə protokollardan da müəyyən olur ki, protokollara əvvəl başqa tarix və saat əlyazma ilə yazılmış, sonradan isə ağardıcı ilə silinərək başqa tarix və saat yazılmışdır. Cinayət işinin materiallarından müəyyən olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirinin qanunauyğunluğunun yoxlanılması məqsədilə qəbul edilmiş qərar aidiyyəti üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməmiş, həmçinin keçirilmiş istintaq hərəkətləri barəsində məhkəməyə məlumat verilməmişdir. Belə ki, bu barədə heç bir məlumat yoxdur. Belə ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əmə liyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmamışdır. Cinayət işinin materiallarında olan kompüter vasitəsilə yazılmış və hər üç təqsirləndirilən şəxs tərəfindən imzalanmış 21 may 2021-ci il tarixli ərizələrdən müəyyən olur ki, onlar barələrində aparılan inzibati xəta haqqında iş üzrə vəkilin hüquqi yardımından imtina edirlər. Cinayət işinin materiallarında olan “İnzibati qaydada tutma haqqında” 21 may 2021-ci il tarixli protokollardan müəyyən olur ki, təhqiqatçı X həmin tarixdə hər üç təqsirləndirilən şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 570-ci maddəsi ilə inzibati qaydada tutmuşdur. Həmin protokollardan müəyyən olur ki, X1 21 may 2021-ci il tarixdə saat 04:50-də inzibati qaydada tutulmuş və həmin tarixdə saat 05:00-da üzərinə şəxsi axtarış aparılmışdır. Məhkum1 21 may 2021-ci il tarixdə saat 05:50-də inzibati qaydada tutulmuş və həmin tarixdə saat 06:00-da üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs 21 may 2021-ci il tarixdə saat 06:55-də inzibati qaydada tutulmuş və həmin tarixdə saat 07:05-də üzərinə şəxsi axtarış aparılmışdır. Protokollardan o da müəyyən olur ki, şəhər (rayon) bəndində əlyazma ilə yazılmış Füzuli sözu Beyləqan sözünə düzəliş edilmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin “X” adlı şəxslə sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirəcəyi narkotik vasitələri qəbul edəcəklərinə, sonradan həmin maddələrin realizə olunmasını təmin edəcəklə rinə dair qabaqcadan razılaşmanın olması sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı ittihamları təsdiq edən hər hansı mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən sübutlar müəyyən edilməmişdir. Əksinə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla verilmiş ittihamların qanunsuz və əsassız olması, hüquqlarını müdafiə etdiyi şəxslərin isə təqsirsiz olması birmənalı olaraq öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsi sadalanan bütün pozuntulara hüquqi qiymət vermədən müdafiə etdiyi şəxslər barəsində ədalətsiz və qanunsuz hökm çıxarmışdır. Apellyasiya instansiya məhkəməsi də bu faktları araşdırmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Odur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cina yət Kollegiyasının 23 fevral 2024cü il tarixli qərarının Məhkum2 və Təqsirləndirilən şəxs aid hissələrdə ləğv edilərək, onların barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Hacıyeva Günay Hacıgül qızı kassasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətlərinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 23 fevral 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qə rarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçilər tərəflərindən verilmiş kassasiya şikayətlərində Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməs i cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi pros esdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsv ir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gət irib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümk ünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edi lmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmün dən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin əldə etmə, saxlama və daşıma, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə aid hissədə tam sübuta yetirilmiş, Məhkum1 və Məhkum2 qaçaqmalçılıq cinayət əməllərini CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif etmiş, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan isə ümumiyyətlə CM-in 206.3.2-ci maddəsi xaric edilmiş, beləliklə də iş üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Məhkum1 və Məhkum2 aid hissədə Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs aid hissədə isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Verilmiş kassa siya şikayətlərində məhkumların əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindikləri, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, M əhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs onlara elan olunmuş ittiham üzrə cinayət əməlini törətmələri özlərinin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri, «Əməliyyattədbirlərinin keçirilməsi barədə» 20 may 2021-ci il tarixli qərardan çıxarış və həmin tarixli raport, «hadisə yerinə baxış keçirilməsi haqqında» 21 may 2021-ci il tarixli, «aşkar olunmuş baxış keçirilməsi haqqında» 21 may 2021-ci il tarixli, «mobil telefon və mobil kartlara baxış keçirilməsi haqqında» 24 may 2021-ci il tarixli, «üzləşdirmə haqqında» 25 may 2021-ci il tarixli, "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 27 sentyabr 2021-ci il tarixli protokollar, məhkəmə-fiziki kimyəvi ekspertizasının 24 may 2021ci il tarix li 6/2048 nömrəli rəyi, məhkəmə xətşünaslıq ekspertizasının 28 iyul 2023-cü il tarixli 4/946 nömrəli rəyi, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan «hadisə yerinə baxış keçirilməsi haqqında» 21 may 2021-ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-cü sahəsinin arxa hüdudlarında Beyləqan rayonu Əmirzeyidli kəndi ərazisində əkin sahələrindən ibarət ərazidən 3 metr aralıda qamışlıq ərazinin kənarından götürülmüş bir ədəd sarı rəngli yaşıl zolaqlı polietilen torba aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «aşkar olunmuş baxış keçirilməsi haqqında» 21 may 2021ci il tarixli protokoldan görünür ki, N nömrəli hərbi hissənin 20-ci sərhəd zastavasının 13-c ü sahəsinin arxa hüdudlarında aşkar olunaraq götürülmüş bir ədəd sarı rəngli yaşıl zolaqlı polietilen torbanın daxilinə baxış keçirilərkən orada narkotik vasitə heroinə oxşar və narkotik vasitə tiryəkə oxşar maddələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məhkum1 əraziyə narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı X adlı şəxsin göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 24 may 2021-ci il tarixli 6/2048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bağlamaları açdıqda içərisində 8 ədəd sellofan bağlamada ümumi təmiz halda çəkisi 7580,0 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – tiryək və bir ədəd bağlamada təmiz halda çəkisi 955,0 qram qəhvəyi rəngli maddə kustar üsull a hazırlanmış narkotik vasitə – heroindir. Ekspertizaların keçirilməsində sərf edilmiş narkotik və psixatrop maddələr nəzərə alınmaqla, narkotik vasitə heroinin qalığı 954,95 qram, tiryəkin qalığı 7579,6 qram təşkil etmişdir. Ekspertiza tədqiqatından sonrakı qalıq narkotik vasitələri heroin 954,95 qram və tiryək 7579,6 qram təşkil edir. İş materiallarında olan «mobil telefon və mobil kartlara baxış keçirilməsi haqqında» 24 may 2021-ci il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum1 bəzi İran İslam Respublikası operatorlarına məxsus mobil nömrələr ilə hadisənin baş verdiyi ərəfələrdə mütəmadi olaraq telefon danışıqları olmuşdur. Belə ki, Məhkum1 mobil telefonuna baxış keçirilərkən «whatsapp» proqramında cinayət təqibi üçün əhəmiyyət kəsb edən bir neçə hallar aşkar edilmişdir. Həmin sms və səsli mesajlarda 12.05 2021-ci il tarixdə saat 12:56-dan 12:59-a qədər olan danışıqlarda Məhkum1 daha sonra isə səs yazısı göndərmişdir. Həmin səs yazısında: neyləyirsən yığ qardaşını görüntülü qardaşın səninlə danışmaq istəyir X İr: qaqa yatmışam bırazdan yığaram qadanalım Məhkum1: Qaqaş yığ səni qardaşdarnan tanış eliyəcəm gec xx.xx.2021-ci il tarixdə saat 01:38-dən 02:13-ə qədər olan danışıqlarda: Məhkum1: X yığ məni təcili X İr: Qaqa yaz başqa adamlar var Məhkum1: Qaqaş 300 çləpə daşı neçiyə alınar X İr: 17 dən qardaş Məhkum1: normal qiymət de, opşi summa X İr: 17 brat Məhkum1: X27: 17 Məhkum1: nə qədər eliyir X İr: 16 uzum guturem, 5100 manat Məhkum1: Həri, düz, xəbər eliyecem sene, isdiyirlər X İr: Ok. brat Məhkum1: X, yığ məni xx.xx.2021-ci il tarixdə saat 02:05-dən 05:45-ə qədər olan danışıqlarda: Məhkum1: X neyniyirsan. qaqa, mal ata bilərsən X İr: Neqeder Məhkum1: 1010, daş torpaq X İr: Daş yuxudu, tək turpag var brat Məhkum1:Gözlə qaqa 25 torpağ X İr: Ok, qaqa 17 kola Məhkum1: Neçə olacağ X İr: 425 manat Məhkum1: Nə vaxta alınacağ X İr: Deyim bağlasın Məhkum1: At kartı X İr: Yarım sat Məhkum1: X28: Cıx aparatın gabagına, alım Məhkum1: Qaqaş at, mən getmirəm, uşağı göndərirəm, getsin, deyəcəm video, çəksin pulu, kartla köçürəndə X İr: Mənə ancax şəkili lazımdı brat, video yox, Boyxanım Rəhimova, fotoşəkil (**********001751) Məhkum1: göndərdim X İr: oldu brat Məhkum1: X, uşağ gedib, gəlib, deyir, kart, çıxmır axı, aparatda, düz atmısan, kartı, ? X İr: İndi neca kişi pul yurub, o karta, necə çıxmır brat, başa düşmədim Məhkum1: Gözlə, göndər irəm, başqajmarkete, getsin yoxlasın, kodu yazır X İr: Ne getsin Məhkum1: Deyir, gösdərmir kartı X İr: Gusterer, Camat neca vurur, Nuldu, yani bi pul göndərmək bebalam çekir Məhkum1: Qaqaş bu xiyar gedib bayağdan, jtçlaL apardı diyesen bunu, elaqeye çıxa bilmiriy bunan bayağdan üsdündəkiləri dedim qoy bura gizlət get. Görməmiş kimi üstündə götürdü bayağdan o gedən bu gedən, gəlib çıxmıyıb zəng zada çatmır evede getmiyib xx.xx.2021-ci il tarixdə saat 18:11-dən 23:50-ə qədər olan danışıqlarda: X İr: Səs yazları göndərmişdir (Aslan mənə birdənə zəng elə başına dönüm, çıxçıx çıx qaqa başıva dönüm, xəbər de brat sənin başıva dönüm mən səni gözləyirəm qadavı alım sənin) Məhkum1: fotoşəkil atıb (kartın üzəidə Bank of X21, **********063408, 05/21 GASİMOV RAHİB, VİSA sözləri yazılmışdır) at qaqa, b una, 300, çıxdım men X İr: atacam ata nigarran qalma, sene gurban Məhkum1: Qaqa, atdın pulu?, X22 İr: Səs yazları göndərmişdir (brat sənin başıva dönüm 5 dəqiqəyə səndədi) Məhkum1: Yaxış X25: Səs yazısı göndərmişdir (qaqa sən benzinini doldura bilsəydin doldurardın qardaş evdən çıxıb gedib vura hələ sənin başıva dönüm 5-10 dəqiqəyə sənin kartıva pulu vururam sən gesikəcəksən X sənin başıva dönüm səndədi), bidene ses yula ki de banka matin gabagindayam Məhkum1: Nə sesi, Səs yazısı göndərmişdir (), X20: Bir deyge dayan qaqa Məhkum1: X20: Qaqaş birdeyge sebirli ol Məhkum1: X24: His eleyirem bir gehbelik var Məhkum1: fotoşəkil (bankomat şəkili balans 0.12 USD) X İr: bir deyqe dayan Məhkum1: heçne yoxdu X İr: deyir dugui tarixi falan isteyir Məhkum1: X23: Gurxuram qaqa, bildim, getmə brat Məh kum1: X25: Səs yazısı göndərmişdir (doğum tarixixi kod istəyir bunların hamısını göndər) Məhkum1: mən gedim çatım X İr: Səs yazısı göndərmişdir (Aslan bu karta pul ykləmək olmur doğum tarixi istəyir) Məhkum1: Ordan başa, adam göndərəcəm, götürsün X İr: yaxçı brat Məhkum1: Olur, qaqa, olur X İnonda allah ras getirsin başuva dulanım Məhkum1: xx.xx.1980, noldu qaqa X İr: Səs yazısı göndərmişdir (iki dəqiqəyə kartdadı) Məhkum1: yaxşı, qaqa X İr: Bax gur nuldu geldi brat, super agil işledmisen Məhkum1: fotoşəkil (bankomat şəkili balans 0.12 USD) X İr: Ela elarsan Məhkum1: Qardaşın onu, sağ salamat, getirecey bakıya X İr: İnşallah qardaş Məhkum1: Dua eliyersen mene X İr: Qardaşlarımın hamısına doa eliyirem brat, bu deyge hardasan brat, kunum at mene watssapda Məhkum1: Atıram, fotoşəkil göndərir (gobustan muzeyi), ona denen noldu, hele köçmüyüb, **********426084, qaqa, men pulu gözlüyüremde, neyniyim, benzin qurtarıb, 30manatım varıydı vırdım bura qeder gəldi çıxdı, mən uzağı 1 saata imişlideyem X İr’ Səs yazısı göndərmişdir (sen konkm atmısan mənə 3imişliynen oranın 3 saat yolu var) Məhkum1: Səs yazısı göndərmişdir (sene qarşı sehv eden oğlanın ağızına soxum sen mene deyirsen onu apar-getir məndə sənə xeyrini verəcəm, səndə mənə xeyrini verəcən qardaşım mənə ziyan verəsi deyilsən ki, benzinim bu qədərdi çıxdım yolda sən mənə at yolda zapravkalardan birində vurum), fotoşəkil göndərdi (İmişli 159 km, ımışlı asan xidmət 157 km, imişli 159, imişli bazarı 159) X İr- gülmək şəkili göndərilib, sənə deyirəm Məhkum1 Səs yazısı göndərmişdir (olduğum yerdən İmişliyə 150 km-dır, bır saata ça tacam 150 km-i, 120-140 sürürəm hadasa bir saata çatacam ora) X İr: Menen mezelenme Məhkum1: Səs yazısı göndərmişdir (konumda atım gözlə) X İr: Besdi besdi Məhkum1: Fotoşəkil göndərir (konum Selyan), səs yazısı göndərmişdir(bax yazıb 15 dəqiqəyə çatıram Səlyana) X İr: Səs yazısı göndərmişdir (bayaq sən mənə deyirsən Qobustandayam indi hara çıxdın dilivə düz söz gəlsin X anamın canı mən sənə ümüdəm başıva dolanım and olsun imam Hüseynə mənim evim yıxılar) Məhkum1: Fotoşəkil göndərir (magistral yol), səs yazısı göndərmişdir (ana yolda 140-150 gedirəm), fotoşəkil göndərir (maşının surətini), səs yazısı (sen öl deyirəm bərk sürürəm bu nə hərəkətidi edirsən sənin işivin dalınca gedirəm öz işimin dalınca getmirəm sən mənə inanmırsan mən sənə yalan daışmışamsən öl ikimizin canı gedirəm imişliyə i nandın qardaş), video (qaqa burdan ora çatmaq üçün bir dənə radar gözləmirəm qoymuşam belinə) X İr: sene urayim gurban. abalfaz imam huseyin ağa ras getirsin, mene bi konum at brat Məhkum1: fotoşəkillər göndərir (olduğu yerin), səs yazısı göndərmişdir(əmi oğlu çəkdi video dedim şəkildə çəkdi sənə göndərdi postu çəkdi səlyanın postunu indi keçdik) X İr: Brat, hardasan, sene gurban Məhkum1: Fotoşəkil göndərir (konum) xx.xx.2021-ci il tarixdə saat 00:06-dən 04:13-ə qədər olan danışıqlarda: X İr: yetişmisen brat, qardaş hardasan sene gurban, fotoşəkil göndərib (şəhid muradov siyavuşun olduğu löhvə), qardaş Daşburundan yenir Emirzeyidli plakatın kecende solda bu şekil var dondur sola sağda sahenin içində soyud ağacı var onun dibinde. Soldakı soyud ağaci yox ha sağdaki, soldakı yola yaxiniydi or a qoymadim qorsener yoldan saq sakitliydi, qaqa salamatıxdı, sene gurban, mene yaz ela, qadan alim, abalfaz gurbani demişem, sağsalamat yetişesen eva Məhkum1: Səs yazısı göndərmişdir (axtarıram qardaşım yavaş-yavaş gəzirəm həmin yeri tapa bilməmişəm ora çatım qıraq bucağa baxım kim var kim yox götürəcəm) X İr: Heç bi şey istemirem Məhkum1: Səs yazısı göndərmişdir (inşallah yaxşı olacaq) X İr: Fotoşəkil göndərir (inşallah), neynadin atam, qadan alim Məhkum1: Səs yazısı göndərmişdir (X o adama denə səs atsın mən 2 dəqiqəyə daşburunun o dediyi yerinə çatıram düşən yer tərəfə o dediyi yerə cən ona de ətraflı atsın daşburunun harasıdı nəyə yaxındı) X İr: Ok, meni xebersiz guyma, qardaş Məhkum1: Səs yazısı göndərmişdir ( narahat olma qaqa narahat olma 2 deaiaeye sürürəm dasburuna mən telefonda naviqator qoymuşam yolları görsədən ona görə sənə İfiZ-tezyaga bitmirəm) X İr: indi demişem atsin brat, Daşburunan kuruqundan ne saga ne sola dönmür duz yenir Fuzuli terefe Emirzeyidli plakatina catacaq hemin plakatdan qabaqda asdonofka var soldada bu sehidin tablosu. Ordan donesek sola 5 metr qabaqda sağda sahenin içində soyud ağacı var onun yox sağdakinin. Soldaki soyud ağacının altı görsenir qardaş. Ona görə soldakı tərəfə qoydum. Məhkum1: Səs yazısı göndərmişdir (ay ilqar o dediyi yerdəyəm kuruqdan düz gedirəm qabağa soruç kuruqdan qabağa çox gedəcəm az gedəcəm bidənə onu soruç kuruqdan çox qabadadı yoxsa az) X26 ata, 7-8 deqiqeliy yoldu, Fuzuliye xoş gelmisinizarkosun kececek 5 deqiqeye zada çatar da Məhkum1: Səs yazıları göndərmişdir (mən fuzuljnin içinə girdim). X İr: Sesin gəlmir brat Məhkum1: Səs yazısı göndərmişdir (tapdı qaqa yerini tapdım hələ bır ıkı küqiü vurum görüm nə var nə yox) X İr: Ok, təmiz bax brat, sene gurzderim gurban digetli ol telesme, her yera bax Məhkum1: Səs yazısı göndərmişdir (narahat olma təmiz baxıram qoy bir dənə oxuyum yazını səbirli ol) X İr: Gutufdıın brat, xebersiz quyma, qadan alim Məhkum1: Səs yazlarsı göndərmişdir (narahat olma qaga fırlanıram hələ, maşın dayandı girmək istəmirəm hələ o şeyin yanında BMV gəldi dayandı orda) X İr: Guturdun brat Məhkum1: Səs yazısı göndərmişdir (yox eyjjaqa demirəm arxamca bir dənə maşın gəldi döndü_dayandı prda) X İr: Ok, ehtiyyatli ol, inanıram ki sabah tezdan bakidan mene yazacaxsan evdayam yetişdim, abalfaz qurbanı demişem Məhkum1: Səs yazısı göndərmişdir (mənim qardaşım inşallah plakatın yerin£ tapdjm bir dənə maşın dönürdü baxdı mənə iminna ordan xotdadım çıxdjm xoddu saxlamışdım > maşını proşta o mən saxladığım yerdə təzdən o saxladı biraz şübhəli gəlidi sürdüm qayıtdım bu tərəfə saxladjm bir qıraqda gəldi yanımdan keçdi getdi o adam) X İr: Deyirsen sebili ol, cox guzle telesme, qardaşım, inşallah heç bir şey olmuyacax qardaş, haçan götürdün mene xeber ela brat, ayar guture bilmedin sikim onun içini guturme Məhkum1: Səs yazısı göndərmişdir (söyüdağacıdı) X İr: Qutuidun.br at, ami uqluya de duşsun sen duşme maşında otur Məhkum1: Səs yazısı göndərmişdir (X bir dənə ona denə tez yazsın tapa bilmirəm ki~ saatdı iki dənə söyüd ağacıdı söyüd ağacının harasına qoyubdu, bu niyə şəkilini çəkməyitTagacın iki saatdı səh öl axtarıram tapa bilmirəm tənginəfəs qaçıram ora-jura bir dənə onjT yazda tez denə söyüd ağacı ikpdffnə qoşa bitişik söyüd ağacıdı 0 söyüd ağacının ^bitişik söyüd ağacı var orda) X İr: Dayan gunderdim, sesini qadan mene, sen maşin arxasında ol tez sure bilesiz qadan alim indi desindeyim sene, deyirsen şekil çek gunderim Məhkum1: Səs yazısı göndərmişdir (X bir dənə soruç nədə atıbdı onu nəyin içinə qoyubdur X İr: Ok, tapa bildin brat, fptoşəkjl göndərir (paket bağlı), qardaş, mene bi xeber de, X, oldum axı men, brat, ay qardaş oldum axı, ay qardaş qadan alim oldum senul. Ay brat, X nuldu qardaş, Ay abalfaz aga uzun rehm ela qardaş anam olur sen menim canim guturubsan qardaş, mene bir kelme yaz, anam olur brat, astaxfurlah. Qardaş, bi suz deda, brat, ay qardaş. Sen allah bi şey de brat, oldum senul, salamatixdi menulum, guturmusen brat. Ay abalfaz al gurba nu, qardaş sen allah bir deyge aç. Bundan başqa mobil telefonların və nömrələrin yaddaşlarında cinayət təqibi üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Cinayət işinin materiallarında olan «üzləşdirmə haqqında» 25 may 2021-ci il tarixli protokollardan görünür ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Şahid3, Şahid1 və Şahid2 həm Məhkum1, həm Məhkum2 ilə, həm də Təqsirləndirilən şəxs ilə üzləşən zaman 21 may 2021-ci il tarixdə saat 02 radələrində Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs hadisə yerinə avtomobil ilə gəldiklərini, ilk öncə Məhkum1 və Məhkum2 avtomobildən düşərək «Əmirzeyidli» lövhəsinin yaxınlığında axtarış apardıqlarını, heçnə tapmayaraq avtomobilə əyləşərək ərazidən uzaqlaşdıqlarını, 10 dəqiqə sonra yenidən eyni yerə gələrək Məhkum1 və Məhkum2 avtomobildən düşərək yenidən ərazidə axtarış apardıqlarını, ərazidən bir ədəd bağlama taparaq avtomobilə gedən zaman «dayan» komandası verərək onları saxlamalarını və bağlamaların içərisindən külli miqdarda narkotik vasitə aşkar olunduğunu onların hər birinin üzünə bildirmişlər. O cümlədən, iş materiallarında olan "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 27 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs Məhkum1 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 1 halda danışığın olması, Məhkum2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 1 halda danışığın olması, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə xx.xx.2021-ci il tarixdə ***-***-**-** və ***-***-**-** saylı nömrələr arasında Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı nömrə arasında xx.xx.2021-ci il tarixdə 1 halda danışığın olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları təkrarən yuxarıda sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətlərində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni pr osedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs təqsirliliyi barədə yekun nəticə CPM-in 146cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətlərinin yeni fa ktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid ed ilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracətləri olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiə tərəflərinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar k imi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1 və Məhkum2 hərəkətlərində Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4. 3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəmə kollegiyası qeyd edilən nəticəyə gələrkən hesab etmişdir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm yalnız Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz.(CPM-399.3) Qeyd olunanlara əsasən, kasasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini, Məhkum1 və Məhkum2, o cümlədən külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə kömək etmə cinayətini törətmələri hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, birbirilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətlərində qeyd edilmiş, məhkumların aşkar edilmiş narkotik vasitələrin satışı ilə məşğul olmasını, onlarla əlaqələrinin olmasını təsdiq edən hər hansı bir sübutun olmaması barədə dəlillərini yuxarıda göstərilənlərə əsasən tamamilə əsassız hesab edir. Məhkəmə kollegiyaları haqlı olaraq şahidlər Şahid1, Şa hid2, Şahid3, Şahid4 və Şahid5 verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum1, Məhkum2 və Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməməklə özlərini müdafiə etmək, cinayət məsuliyyətindən azad olunmaları məqsədini güddüyü barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Məmmədov Adəm Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti, Məhkum2 və Təqsirləndirilən şəxs müdafiəçisi Hacıyeva Günay Hacıgül qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməs in. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar