Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1868/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri “Güvən” Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin (bundan sonra mətndə: CMin) 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)1581/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işsiz, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən CM-in 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinib, 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, hökmlərin məcmusu qaydasında qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016- ci il tarixli “Amnistiya haqqında” qərara əsasən cəzası 6 ay azaldılaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədəqorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamış və daşımışdır.
3. Belə ki, Məhkum uşaqlıq vaxtlarından Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qonşuluqda yaşadığı üçün tanıdığı və yaxın münasibətdə olduğu X11 ilə birlikdə 29 dekabr 2003-cü il tarixdə s aat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən üzərlərində pulları az olduğu üçün istənilən taksiyə əyləşib daha yaxşı bələd olduqları Əmircan qəsəbəsinə sürdürdükdən sonra taksini idarə edən sürücünü oğurlamaq və bu üsulla özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi, habelə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə basqın edib əmlakını - pulunu ələ keçirmək qərarına gəlib, bu barədə qabaqcadan öz aralarında razılaşmaqla, eyni məqsədlə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında etibarnamə əsasında istifadəsində olan “Qaz-24” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyətini həyata keçirərək həmin vaxt avtomaşında müştəri gözləyən Zərərçəkmiş şəxs yaxınlaşıb, hazırkı dəyəri ilə dörd manata bərabər köhnə pul vahidi ilə 20.000 (iyirmi min) manat müqabilində onları əvvəlcə Bakı şəhəri, B.Səfəroğlu küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən “Coral bar”a, oradan isə Suraxanı rayonu Əmircan qəsəbəsinə aparmağa dair razılaşıb özü avtomobilin ön sərnişin oturacağında, qabaqcadan əlbir olduğu İlham Məmmədov isə arxa sol oturacaqda əyləşib sifariş verdikləri marşrut üzrə Əmircan qəsəbəsinə çatdıqdan sonra qabaqcadan aralarında əldə olunmuş və nəticələrini şüurlu şəkildə arzu etməklə özlərində cinayət törətmək qətiyyəti yaradan razılığa əsasən əvvəlcə yaxın qohumlarının yaşadıqları ünvan a baş çəkmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs sifariş verilən marşrutdan kənara çıxarıb qəsəbənin işıqlandırılmamış dar və qaranlıq ara küçələrinə daxil olmasına, yəni sonuncunu aldatmaqla tamah niyyətilə oğurlamağa nail olmuş, havanın qaranlıq, xüsusilə ətrafda seyrək formada yaşayan sakinlərin artıq gecə saat 02 radələri olması səbəbindən yatmış olmaqla onlara hər hansı formada mane olmayacaqları, müqavimətlə rastlaşacaqları halda isə tanıdıqları ara küçələrlə rahatlıqla hadisə yerindən uzaqlaşacaqları kimi imkanlara malik olduqlarına əmin olub törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş, daha sonra avtomobilin salonunda İlham Məmmədovla birlikdə Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək hər ikisi əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən, habelə paltarlarından tutub dartmaqla, baş nahiyəsini və bədəninin digər hissələrini avtomobilin salonunda olan bərk predmetlərə tərəf itələyib vurmaqla, sonuncunun ənsə nahiyəsinin sağ yumşaq toxumasında qansızma və üst dodağın selikli qişasının bir ədəd, sağ əlin arxa səthinin İV və V daraq sümükləri proyeksiyasında iki ədəd, qarnın ön divarının sağ tərəfinin iki ədəd, sol baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin bir ədəd, cəmi altı ədəd sıyrıqları ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən xəsarət yetirməklə üzərində olan hazırkı dəyəri ilə səkkiz manata bərabər köhnə pul vahidi ilə 40.000 (qırx min) manat məbləğində pulunu alıb ələ keçirmiş, daha sonra əldə edilən məbləğlə qane olmayıb özü avtomobilin s alonunu, Zərərçəkmiş şəxs məxsus zəruri sənədlərin arasını axtarıb pul tapa bilmədiklərindən, sonuncunu sükan arxasından endirib avtomaşının arxa oturacağına əyləşdirmiş, daha çox əmlak əldə etmək məqsədilə cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən sonuncunun arvadı X2 yaşadığı ünvan 3 ünvanında quraşdırılmış stasionar telefonun 012-78-05-66 saylı nömrəsinə saat 01:55-də zəng edib 35 saniyəlik birinci zəng zamanı onunla danışan şəxsin Zərərçəkmiş şəxs arvadı olduğuna əmin olmuş, saat 02:11də 183 saniyəlik, saat 02:16-da 657 saniyəlik və saat 02:28-də 107 saniyəlik danışıqlar zamanı isə Aybəniz Əmirovadan yaxın qohumu olan əri Zərərçəkmiş şəxs oğurladıqlarını, sərbəst buraxılması müqabilində həmin dövrün məzənnəsi ilə 2.461.500 (iki milyon dö rd yüz altmış bir min beş yüz) manat təşkil edən 500 ABŞ dolları məbləğində pul və ya həmin dəyərdə qızıl-zinət əşyaları verməsini tələb edərək, əks halda, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq edib öldürəcəkləri, meyitini gölə atacaqları ilə hədələmiş, Aybəniz Əmirovanın maddi imkansızlıqdan tələb olunan pul və ya qızıl-zinət əşyalarını verə bilməyəcəyini, eləcə də avtomobildə yaranmış nasazlığa görə hadisə yerindən uzaqlaşıb cinayətin izlərini məhv edə bilmədiklərini başa düşdükdə, Zərərçəkmiş şəxs onların xarici əlamətlərini görüb gələcəkdə onları ifşa edəcəyini yəqinləşdirərək barəsində cinayət təqibinə xitam verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu cinayət əməlləri ilə əlaqədar törətdikləri cinayətləri gizlətmək məqsədilə 29 dekabr 2003-cü il tarixdə gecə saat 03-04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 17 saylı evin qarşısında İlham Məmmədovla birlikdə Zərərçəkmiş şəxs boğub öldürmək qərarına gəlib, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin məqsədlə özü “Qaz-24” markalı avtomobilin arxa sağ tərəfdən salonunda oturmaqla hər iki əli ilə arxa sol oturacağa oturtduqları Zərərçəkmiş şəxs arxası üstə oturacağa uzadaraq əllərini baş tərəfdən tutub hərəkətsiz qalmasını təmin etməklə müqavimətini qırmış, İlham Məmmədov isə ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs qarnı üzərində əyləşib, sonuncunun boğazının qalxanabənzər vəzdən yuxarı hissəsindən sağ əlinin barmaqları ilə tutub başını oturacağa dirəyərək nəfəs borusunu sıxmaqla Zərərçəkmiş şəxs boynunun həmin hissəsində sağ və sol yan səthlərinə keçən fasiləli, köndələn istiqamətli üç ədəd kiçik qansızmalar, ağciyər plevrası altına qansızmalar, daxili üzvlərin doluqanlılığı ilə müşaiyət olunan sağlamlığa ağır zərərvurmaya aid edilən mexaniki asfiksiya xəsarətlərini yetirərək qəsdən öldürmüş, yəni X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir.
4. Bundan başqa, Məhkum 17 avqust 2021-ci il tarixdə səhər saatlarında ünvan 4 ünvanın yaxınlığında bir ədəd şəffaf polietilen bükümdə qablaşdırılmış 2,092 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 17 avqust 2021-ci il tarixdə saat 14:15-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən şəxsi axtarış zamanı 2,092 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilrək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X8 (sədrlik edən), X6 və X4 ibarət məhkəmə tərkibində) 07 iyun 2023-cü il tarixli, 1(101)-95/2023 nömrəli hökmü ilə Məhkum CM-in 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri ilə (köhnə redaksiyada) nəzərdə tutu lmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə CM-in 67.1-ci maddəsinə əsasən təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplama yolu ilə Məhkum qəti olaraq 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cin ayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları tamamilə toplama yolu ilə Məhkum qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 il 11 gün və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 il 1 ay 29 gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş cəzadan çıxılması və Məhkum üzərində çəkilməsi üçün qəti olaraq 7 (yeddi) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası sax lanılması, Məhkum təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 17 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, CM-in 93.1.2-ci maddəsinə əsasən, Məhkum barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
6. Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X14 və X5 ibarət tərkibdə) 22 noyabr 2023-cü il tarixli, 1(103)-1581/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum CM-in 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə təqsirli bilinməsinə dair 07 iyun 2023- cü il tarixli, 1(101)95/2023 nömrəli hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(101)95/2023 nömrəli hökmü ilə Məhkum CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının, həmin hökmlə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən, q ismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1581/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
9. Dövlət ittihamçısı tərəfindən kassasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən cinayətlər təqsirinin formasına görə qəsdən törədilən cinayət olmaqla ictimai təhlükəliliyinə görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Eyni zamanda, təqsirləndirilən şəxs qə sdən adam öldürmə cinayəti üzrə ibtidai istintaqın sonrakı mərhələrində, habelə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyrisəmimiİik göstərmiş, həmin cinayətin onun tərəfindən törədilməsini təsdiq edən kifayət qədər dəlillərin olmasına baxmayaraq özünü təqsirsiz hesab etmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirin və ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirlədirilən şəxsə təyin edilən cəzanı yüngülləşdirən halların mövcud olmamasına baxmayaraq ona təyin edilən qəti olaraq 17 il 06 ay azadlıqdan məhrumetmə cəzasını 16 il azadlıqdan məhrum etmə cəzasına endirmiş, lakin hər hansı bir əsaslandırma aparmamış, bu halın əsasında hansı faktların durduğunu, cəzanı yüngülləşdirən halın nə ilə sübuta yetirild iyini göstərməmişdir. Cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxs cinayət törətməyə meyilli şəxsdir. Təqsirləndirilən şəxs əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş və azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir.
10. Həmçinin, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilən cəza yüngülləşdirilərkən, cinayət qanunu norması pozulmuşdur.
11. Bununla da apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1581/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
12. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
13. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. H üquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən görün düyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
21. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)-1581/2023 nömrəli qərarının qanunil iyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşıs ının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
23. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterl i tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
25. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllə nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
26. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
27. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
28. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-ay dın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.
29. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilm əsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
30. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
31. Apellyasiya instansiya məhkəməsi məhkuma təyin edilən cəzanın, cəza təyin edilmənin ümumi prinsiplərinə zidd olması qənaətinə gələrək, birinci instansiya məhkəməsinin hökmünü cəza təyini hissəsində dəyişdirərək, Məhkum barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli, 1(101)-95/2023 nömrəli hökmü ilə Məhkum CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasını, həmin hökmlə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən, qismən toplamaq yolu ilə ona qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
32. Birinci instansiya məhkəməsi Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini müəyyən etmişdir.
33. Apellyasiya instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirərkən belə qənaətə gəlmişdir ki, «Məhkəmələr tərəfindən cinayət cəzala rının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından göstərilmiş hüquqi mövqeyi hazırki iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək təqsirləndirilən şəxs Məhkum şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum hökmlə müəyyən edilmiş həddən daha az müddətə azadlıqdan məhrum etmə cəzası çəkməklə də islah olunması mümkündür.
34. Kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngülləşdirilməsi və dövlət ittihamçısı tərəfindən bunun qanunsuz və əsassız olmasına dair verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə qe yd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, apellyasiya instansiya məhkəməsi də məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini endirməklə həmin cəzanı məqsədlərinə nail olunmasını haqlı olaraq mümkün hesab etmişdir.
35. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkumun əvvəllər 2 dəfə qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi, bununla onun cinayət törətməyə meyilli şəxs olması, həmçinin ona təyin edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, cinayət işi materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən nüanslara qiymət verərək qeyd etmiş və apellyasiya instansiya məhkəməsi də onunla razılaşmışdır ki, iş materiallarına görə Məhkum Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi dövrdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, hökmlərin məcmusu qaydasında 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan sonra o, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu qaydasında 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur.
36. Sonuncu cinayət əməlinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilsə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum 2003-cü ildə mərhum Zərərçəkmiş şəxs qarşı hazırkı cinayət əməlini törətdikdən sonra yenə də oxşar üsulla qabaqcadan əlbir olan bir qrup şəxsl ə silah qismində istifadə edilən əşyadan istifadə etməklə quldurluq cinayəti törətməsi, həmin əməlinə görə cəza çəkdiyi müddətdə narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayətinə görə təkrar cəzalanması, cəza çəkib qurtardıqdan sonra islah olunmayaraq yenidən CM-nin 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşaması onun cinayət törətməyə meylli şəxs kimi səciyyələndirən haldır.
37. Kassasiya kollegiyası qeyd edir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etdiyindən, şəxs artıq islah olunmuş şəxs kimi qəbul edilir. Bu halda, şəxs yeni cinayət törədərkən cəza təyini zamanı əvvəlki ödənilmiş və ya götürülmüş məhkumluqları onun cinayət törətməyə meylli şəxs kimi səciyyələndirsə belə, bu hal onun barəsində ağır cəzanın təyin edilmə sinə əsas verə bilməz.
38. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum barəsində CM-in 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla, ədalətli və əsaslı hesab edilməlidir.
39. Bu səbəbdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.
40. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən yüngülləşdirilməsi bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin v ə ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
41. Kollegiya eyni zamanda, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza həddi yüngülləşdirilərkən cinayət qanunu normasının tələblərinin pozulmasına münasibətdə qeyd edir ki, cinayət işi materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli anlaşılmazlığın ara dan qaldırılması barədə qərarından görünür ki, yekun məhkəmə qərarının nəticə hissəsində yol verilmiş texniki səhv aradan qaldırılaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən Məhkum təyin edilmiş 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzasından onun Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 il 11 gün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 il 1 ay 29 gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasının hazırkı qərarla təyin olunmuş cəzasından çıxılması, müvafiq olaraq üzərində 5 (beş) il 9 (doqquz) ay 20 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə t əyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 17 avqust 2021-ci il tarixdən hesablanması qərara alınmışdır.
42. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
43. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və məhkkumun müdafiəçisinin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 22 noyabr 2023-cü il tarixli, 1(103)-1581/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilən lərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 1(103)1581/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.