Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1869/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsir li bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 24 yanvar 2023-cü il tarixli hökmü ilə 15 avqust 1983-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, ailəli, himayəsində üç azyaşlı uşağı olan, Göyçay rayonun Qarabaqqal kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək həbsdə saxlandığı 1 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin e dilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, üzərinə yaşayış yerini saat 23:00-dan 07:00- dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Azərbaycan Respub likası CM-in 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edlmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə) 4 aprel 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum CMin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(046)-18/2023 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmişdir. Məhkum təqsirli bilindiyi CM-in 237.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum məhkəmə baxışınadək həbsdə saxlandığı 1 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cazasından çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göyçay Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(046)-18/2023 nömrəli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən əldə etdiyi əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarım Göyçay rayonun Qarabaqqal kəndində yaşadığı evin həyətyanı sahəsində istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq torpağa əkib 7 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 27 a vqust 2022-ci il tarixdə saat 10 radələrində Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin tarixdə saat 10:50-də yaşadığı evin həyətyanı sahəsinə videoçəkliş vasitəsi ilə baxış keçirilərkən oradan hündürlükləri 227 sm-dən 285 sm-dək yaş vəziyyətdə ümumi təmiz çəkiləri 18 kiloqram 495,0 qram olan həmin 07 ədəd əkilib becərilməsi qadağan olunmuş qanunsuz olaraq əkib yetişdirərək kultivasiya etdiyi narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyin edərkən istinad etmiş olduğu reallığı əks etdirməyən yüngülləşdirici halların düzgün tətbiqi qənaətinə gələrək təqsirlə ndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyini ilə razılaşmışdır. Məhkum törətdiyi cinayət əməlinin əsas bilavasitə obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyekti isə bır sıra hallarda ictimai təhlükəsizlik hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum qanunsuz olaraq çəkisi 18 kq 495 qram olan tərkibində narkotik maddələr olan-7 ədəd şitillərdən ibarət narkotik təbiətli çətənə (kannabis) bitkilərini kultivasiya etmiş, həmin əməli qəsdən törədib başa çatdırmışdır. İş materiallarından görünür ki, Məhkum 7 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkib yetişdirməklə kultivasiya etmiş, nəticədə hündürlükləri 227 sm-dən 285 smdək olan, ümumi çəkisi isə 18 kq 495 qram olan narkotik tərk ibli bitkilər əldə etmişdir. Göründüyü kimi, Məhkum kifayət qədər böyük çəkidə narkotik vasitə əldə etdiyi halda və həmin fakt ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməyi şərtləndirdiyi halda məhkəmə Məhkum 2 il azadlığın məhdudlaşdırılmasından ibarət aşkar surətdə yüngüllüyünə görə ədalətsiz olan cəza təyin etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edilərkən onun törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ailənin yeganə gəlir gətirən şəxs olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkum könüllü gəlib təqsirini boynuna almamış, onun cinayət əməli polis əməkdaşları tərəfindən ifşa ol unmuşdur. Məhkum ifşa edildikdən sonra təqsirini etiraf edərək ifadə verməsi onun əməlindən səmimi peşmançılıq keçirməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə hökmündə təqsirləndirilən şəxsin barəsində məlumatları əks etdirmişdir. Həmin məlumatlara əsasən Məhkum işsiz olduğu qeyd olunmuş, onun ailənin yeganə gəlir gətirəni olması isə yüngülləşdirici hal kimi nəzərə almışdır. Hökmdə belə ziddiyyətə yol vermiş məhkəmə gəldiyi həmin nəticəni əsaslandırmamışdır. Məhkəmə Məhkum himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, yaşadığı evin həyətində narkotik vasitələr əkib becərən və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxsin uşaqlarına hansı maddi və mənəvi himayəni göstərməsini əsaslandırmamışdır. Hesab edir ki, apellyasiya instansi yası məhkəməsi Məhkum cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi ilə razılaşıb verilmiş protestini qismən təmin etməsini göstərib təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətini 1 il artırmışdır. Lakin apellyasiya protestində əsas tələb kimi ümumən cəzanın ağırlaşdırılması nəzərdə tutulmuş. onun bu növdə cəza çəkməsinin əməlin ictimai təhlükəliliyi və təqsirləndirilən şəxsin şəxsiyyəti ilə uyğunluq təşkil etməməsi göstərilmişdir. Məhkəmə tərəfindən 07 ədəd şitillərdən ibarət 18 kiloqram 495 qram narkotik təbiətli çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, həmin cinayəti təqsirin birbaşa qəsd for ması ilə törədən, cinayətkar niyyətini sonadək həyata keçirən Məhkum əsassız olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül növ cəza azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, cinayət qanununun normalarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarlarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış, cəzasızlıq mühiti formalaş dırmışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasi ya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yeti rilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddə sinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəm ələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edil məsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zama nı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları (etiraf etməklə səmimi peşman olmasını, ailənin yeganə gəlir gətirən şə xs olmasını, himayəsində üç azyaşlı uşağın olmasını) və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli olmaqla sosial ədalət prinsipinin tələblərinə uyğundur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Məhkum təyin olunmuş cəza növü ilə razılaşsa da, cəzanın həddinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum CM-in 237.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cinayət qanunun normasına, cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həmçinin təqsirkar ın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də, apellyasiya protestinin dəlillərini qismən əsaslı sayaraq təyin edilmiş cəzanı sanksiya həddində artırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısının həmin protestdə bu məsələlərlə bağlı irəli sürdüyü dəlillər subyektiv mülahizə lərdən ibarət olan əsassız dəlillərdir. Apellyasiya məhkəməsi düzgün olaraq törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq azadlığın məhdudlaşdırılması cəzasını ədalətli və adekvat hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkum edilmiş şəxsə təyin e dilmiş cəzanın ağırlaşdırılaraq azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini şərtləndirən hallar mövcud deyil. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilmiş cəza da kifayət qədər ciddi və onun törətmiş olduğu cinayət əməlinə uyğundur. Təyin edilmiş cəzanın daha da sərtləşdirilməsi Cinayət Məcəlləsinin ədalət və hümanizm prinsiplərinin tələblərinə zidd olmaqla yanaşı, törətmiş olduğu cinayət əməlinə görə məhkuma işgəncə vermək və ondan qisas almaq kimi qiymətləndirilə bilər. Belə ki, Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğundur, dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü dəlillər isə işin faktiki hallarına uyğun olmadığından əsassızdır. Yuxarıda şərh olunanlara əsasən məhkuma təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hiss əsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzə rə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun o lmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1869/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1869/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver