Məhkəmə qərarları › İş №1(102)-187/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-187/2019

08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-187/2019 08.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 187/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ “08” may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), X2 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Hüseynov Kamandar Əbülfəz oğlunun iştirakları ilə İsm ayıllı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Şirinov Rəfayel Səməd oğlu) xx xxx 1974-cü ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli olmaqla 2 uşaq atası, əvvəllər məhkum edilməmiş, bərbər işləmiş, İsmayıllı rayonu, Lahıc qəsəbəsində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə, 04 il müddətə аzаdlıqdаn məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İsmayıllı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 03 oktyabr 2017-ci il tarixdə saat 18 radələrində, İsmayıllı rayonu, Ərəgit kəndində bərbər işlədiyi, özünə məxsus bərbərxanada, yetkinlik yaşına çatmadığını aşkar surətdə bilmədiyi xx.xx.2000-ci il təvəllüdlü, keçirilmiş serebral iflicin qalıq əlamətləri, ağıl zəifliyi və nitq qüsuru xəstəsi olan İsmayıllı rayonu, Ərəgit kənd sakini Zərərçəkmiş şəxs saçını kəsdikdən sonra sonuncuya “sən dəlisən, başını istintaq təcridxanası kimi kəsəcəm” deməklə hədələyib qorxudaraq köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edərək bərbərxanadakı stula oturdaraq öz cinsiy yət orqanını onun əlinə vermiş, sonra isə əli ilə başından basaraq cinsiyyət orqanını ağzına salıb Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Hökmdən Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Şükürov İmanverdi Həşimxan oğlu, hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) 13 sentyabr 2018-ci il tarixli qərarı ilə İsmayıllı rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarımı pozulması ilə çıxarıldığını, məhkəmə kollegiyası tərəfindən o, Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinərkən, buna səbəb ola biləcək hər hansı bir əsaslı dəlilin göstərilmədiyini, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında onun təqsirləndirilməsinə dair heç bir əsaslı sübutu olmadığını, ümumiyyətlə, bu qurma cinayət işinin onunla qərəzi münasibətdə olan şəxslərin onu kənd sakinləri arasında gözdən salmaq üçün əvvəlcədən hazırladıqları plan əsasında tərtib edildiyini, həmin planın həyata keçirilməsi üçün həmin şəxslərin cinayət işi üzrə dırnaq arası zərərçəkmiş şəxs kimi tanın an, əqli cəhətdən geri qalan Zərərçəkmiş şəxs kəmağıllığından istifadə etdiklərini, müstəntiq tərəfindən zərərçəkmiş şəxsin ifadələrinin doğru olub-olmaması ilə bağlı heç bir obyektiv araşdırma aparılmadığını, bərbərxananın yanında yerləşən yanğınsöndürmə idarəsinin əməkdaşlarının, eləcə də, ayaqqabı emalatxanasının işçisinin belə bir hadisənin şahidi olub- olmamaları ilə bağlı ifadələrinin alınmadığını, bundan başqa, Məhkum işlətdiyi bərbərxananın qarşısında “Xeyir-Şər” üçün nəzərdə tutulmuş obyektin və həmin obyektin üzərində videokameranın yerləşdiyini, müstəntiq tərəfindən bilərəkdən həmin kamera görüntülərindən çıxarışların əldə edilmədiyini, buna səbəb kimi, guya, hadisədən çox müddət keçməsinin göstərildiyini, əgər, həqiqətən, zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs 03 oktyab r 2017-ci il tarixdə bərbərxanaya gəlmişdisə və ümumiyyətlə, həmin bərbərxananın yerləşdiyi küçədən keçmişdisə, həmin görüntülərin videokamerada öz əksini tapmalı olduğunu, Zərərçəkmiş şəxs öz ifadəsində göstərdiyi xüsusatla bağlı müstəntiq tərəfindən hadisə yeri kimi göstərilən bərbərxanada istintaq eksperimentinin keçirilmədiyini, zərərçəkmiş şəxsdən həmin yerdə əyani olaraq, hadisənin necə baş verməsini göstərməsinin tələb edilmədiyini, ittiham aktında şahid kimi ifadələri göstərilmiş (şahid X12 istisna olmaqla) şəxslərdən X1un, X3un, Qanuni nümayəndə, X5in, X12nin və X6un belə bir hadisənin şahidi olmadıqlarını, yalnız bu hadisə barədə şəxsən zərərçəkmiş şəxsin özündən eşitdiklərini bildirdiklərini, X12un ifadəsinin isə qərəzli olduğunu, bərbərxanada Məhkum qarşı törədilən hadisəni öz telefonuna çəkən X12un sonradan həmin görüntünü qəsdən internetdə və kənd sakinləri arasında yayaraq, onu nüfuzdan salmaqla Məhkum şərəf və ləyaqətini alçaltdığını, zərərçəkmiş şəxsin öz hərəkətlərinin mənasını tam dərk edə bilmədiyini, özünü qeyri-normal apardığını və onun bu hərəkətlərinin kənardan qabarıq şəkildə tam nəzərə çarpdığını, belə bir vəziyyətdə olan şəxsin özündən və ya kənardan ona deyilən sözlər əsasında çox şey uydura bildiyini bildirib apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instan siyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanu niliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanıldığı hökmdə göstərilmiş, apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmələrin bunlara dair gəldikləri nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində Məhkum bəraət verilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin məhkəmənin əsaslandığı sübutlar sadalanmaqla aşağıdakılar g östərilmişdir: “... Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, 03 oktyabr 2017-ci il tarixdə saat 18:00 radələrində, İsmayıllı rayonu Ərəgit kəndində bərbər işlədiyi özünə məxsus bərbərxanada, yetkinlik yaşına çatmadığını aşkar surətdə bilmədiyi 08 oktyabr 2000-ci il təvəllüdlü, serebral iflicin qalıq əlamətləri, ağıl zəifliyi və nitq qüsuru xəstəsi olan İsmayıllı ray onu Ərəgit kənd sakini Zərərçəkmiş şəxs saçını kəsdikdən sonra sonuncuya “sən dəlisən, başını it kimi kəsəcəm” deməklə hədələyib qorxudaraq köməksiz vəziyyətindən istifadə etməklə zor tətbiq edərək bərbərxanadakı stula oturdaraq öz cinsiyyət orqanını onun əlinə vermiş, sonra isə əli ilə başından basaraq cinsiyyət orqanını sonuncunun ağzına salıb Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X4 apellyasiya şikayətində göstərir ki, ibtidai və məhkəmə istintaqı bir tərəfli, qərəzli, faktların saxtalaşdırılması və qeyri obyektiv aparılmış, şəxs etmədiyi əməldə günahlandırılaraq ona əsassız ittiham elan olunmuş, nəticədə heç bir günahı olmayan şəxs kimlərinsə sifarişi əsasında ləyaqətsiz bir əməldə günahlandırılaraq həbs edilm iş, ailəsindən ayrı salınmışdır. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxs Məhkum bu xüsuatlarla bağlı verdiyi ifadələr obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün m ötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 150.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxsin əməlinin CM-in 150.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin c inayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 150.1-ci maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X4 həm də birinci instansiya məhkəməsinin hökmünü ədalətli hesab etməyərək, təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş şahidlərin, zərərçəkmiş şəxsin ifadələri ilə təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şüb hə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, bunlara, Məhkum təqsirli olmasına və əməlinin tövsifinə dair gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Müdafiə tərəfinin kassasiya şikayətində iddia edilir ki, “... istə r İ instansiya məhkəməsi, istərsə də Apellyasiya məhkəməsinin kollegiyası istintaq orqanının barəmdə tərtib etdiyi ittiham aktı ilə kifayətlənmişlər, bu isə işin obyektiv, hər tərəfli və ədalətli aparılması üçün kifayət etmirdi...”. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları kifayət qədər ətraflı tədqiq etmiş, yoxlamış, onlara müvafiq qiymət vermiş, bununla da Azərbaycan Respublikası CPM-nin 143-146cı maddəsinin tələblərinə riayət etmişdir. Kassasiya şikayətində iddia olunur ki, Məhkum təqsirini təsdiq edən sübut yoxdur. Məhkəmə kollegiyası sübutları, onlarda olan məlumatları kassasiya şikayətinin həmin dəlili baxımından təhlil edərək belə qənaətə gəlir ki, Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində, yuxarıda göstərildiyi kimi, iddia olunur ki, Məhkum bəraət verilməlidir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, şəxsə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Məhkəmə kollegiyası Məhkum cəza təyini məsələsi ilə əlaqədar qeyd edir ki, Məhkum cəzasını ağırlaşdıran hallar mövcud deyildir. Hökmdə də göstərilmişdir ki, “... təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir...”. İş materi allarında olan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi apellyasiya məhkəməsinə ərizəsindən (27 iyul 2018-ci il tarixli) görünür ki, sonuncu Məhkumla barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığı bildirilmiş və Məhkum həbsdən azad edilməsini xahiş etmişdir. Bu halın Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olduğu mübahisəsizdir. Apellyasiya məhkəməsi isə buna münasibət bildirməmiş, əhəmiyyət belə verməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində isə birmənalı olaraq təsbit edilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məc əllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası bunları və hökmdə göstərilən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Məhkum təyin edilmiş cəza bir qədər endirilməli, ona Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növünün son həddinin ¾-dən artıq olmayan cəza təyin edilməlidir. Məhkəmə kollegiyası cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən amilləri, o cümlədən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də, habelə CM-nin 42.1-ci maddəsində göstərilən məqsədlərini də nəzərə alır. Odur ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, kassasiya şikayəti isə təmin edil məməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il 09 (doqquz) aya endirilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2018-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əli Seyfəliyev İmran Hacıqayıbov İlqar Dadaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar