Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-187/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177. 2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4, 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə) xx xxxxxx 1990-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, subay, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmuş Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4, 181.3.3-cü maddələri ilə təqsirli bilinib, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 (dörd) il müddətə, CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə 05 il müddətə, Azərbaycan Respublikası CM-nin 181.3.3-cü maddəsi ilə 11 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 12 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2015-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 1 ünvanına, evin 2-ci mər təbəsində yerləşən pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olmaqla tamah niyyətilə yataq otağından Zərərçəkmiş şəxs3 məxsus cibində 580 manat məbləğində nağd pul olan 40 manat dəyərində şalvarı gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 620 manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2015-ci ilin son aylarında Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 2 ünvanına, evin 1-ci mərtəbəsinin plastik pəncərəsini sındırmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olmuş, daha sonra tamah niyyəti ilə evin 2-ci mərtəbəsində yerləşən qonaq otağından dəyəri 1500 manat olan “Panasonic” markalı 107 diaqonal televizoru gizli talayıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını a çıq yolla talama məqsədilə 06 yanvar 2016-cı il tarixdə saat 01 radələrində tanışları X12, X6 və X5 ilə X7 baş etibarnamə əsasında idarə etdiyi «Daewoo Nexia» markalı ** TM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanında hərəkətdə olarkən həmin ünvanda yerləşən «xxxxx» kafesinin yaxınlığında Zərərçəkmiş şəxs1 yolun kənarında dayandığını görüb X5 təklifi ilə Zərərçəkmiş şəxs1 əmlakını açıq yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, avtomobili yolun kənarında saxlayıb düşdükdən sonra əvvəlcədən planlaşdırdıqları cinayətkar niyyətlərini başa çatdırmaq üçün şərait yaradılması və cinayət əməllərini başa çatdırdıqdan sonra digər şəxsləri hadisə yerindən tez bir zamanda uzaqlaşdırmaq üçün X7 və X5 kə narda pusquda dayanıb gözləmiş, o isə X12 ilə birlikdə Zərərçəkmiş şəxs1 yaxınlaşıb sonuncunun qolunu burub onu yerə yıxıb saxlamaqla həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmiş, X12 isə tamah niyyətilə Zərərçəkmiş şəxs1 əynində olan gödəkçənin sol üst cibindən 300 ABŞ dolları, həmin dövrün manat məzənnəsi ilə 468 manat 78 qəpik pulunu ələ keçirib X7 idarə etdiyi həmin avtomobilə əyləşib hadisə yerindən qaçaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 yanvar 2016- 1 il tarixdə saat 06 radələrində tanışları X12, X7, X8 və X5 ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, X6 təklifi ilə sonuncunun bibisi Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri ünvan3 üvanında yerləşən 29 saylı fərdi yaşayış evinə gəlib əvvəlcədən aralarında olan razılaşmaya əsasən X5, X7 və X8 küçədə pusquda dayanıb gözləmiş, o isə X12 birlikdə mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını araladıqdan sonra pəncərənin şüşəsini çıxarıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın içərisindən 700 manat nağd pul və həmin dolabın üzərindəki dəyəri 1000 manat olan bir cüt «Versage» markalı qızıl sırğanı gizli talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qəsdən ələ keçirmə məqsədilə 09 aprel 2016-cı il tarixdə saat 06 radələrində şəxsiyyəti istintaqa məlum olmayan 2 nəfər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəh əri ünvan 1 ünvanındaq yerləşən fərdi yaşayış sahəsinə qanunsuz yolla girməklə cinayətin törədilməsində bilavasitə iştirak edərək Zərərçəkmiş şəxs3 həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etmiş, silah qismində istifadə etdikləri balta ilə Zərərçəkmiş şəxs3 baş nahiyyəsinə vuraraq yerə yıxmış, təpik zərbələri və əllərində olan balta, bıçaq və iskənə ilə yerdə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq onda döş qəfəsinin sağ tərəfli pnevmotoraksla müşayiət olunan küt travması kimi dərəcəsinə görə həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran, başın təpə nahiyyəsinin, sağ qaş nahiyyəsinin, sol çiyin nahiyyəsinin əzilmiş yaraları, sağ kürək nahiyyəsinin yuxarı tış hissəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş-deşilmiş yaraları kimi sağlaml ığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, daha sonra cinayətkar əməllərinin davam etdirərək Zərərçəkmiş şəxs3 əl və ayaqlarını yapışqan lentlə, ağzını əski ilə bağlayaraq yaşadığı mənzili axtarıb sonuncunun cibində 320 manat pul olan 30 manat dəyərində şalvarını, dəyəri 150 manat olan «Samsunq Duos» markalı GT-E12021 modelli mobil telefonunu, həmin telefonda istifadə edilən 10 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsini 10 manatlıq danışıq balansı ilə birlikdə və 50 manat dəyərində 070- ***-**-** saylı mobil telefon nömrəsini 5 manatlıq danışıq balansı ilə birlikdə talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 575 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiy a şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Abdinbəyov Abid Kamil oğlu, hakimlər Səfərov Rizvan Kamal oğlu və Məmmədov Qail Fazil oğlundan ibarət tərkibdə) 26 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Mehdiyev Fəxrəddin Məhəddin oğlu kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Mehdiye v Fəxrəddin Məhəddin oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum göstərilən cinayət əməllərini törətməsi iş üzrə dindirlimiş zərərçəkmiş şəxslərin, şahid ifadələri, ekspert rəyləri və toplanmış digər istintaq materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmənin gəldiyi bu nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Məhkum məhkəmədə ifadə verməkdən imtina edərək bildirmişdir ki, ona verilmiş ittiham düzgün deyil, ittiham şişirdilmişdir, heç kimlə birlikdə əlbir olub quldurluq cinayəti törətməmişdir. Bütün bunları istintaq zamanı da bildirməsinə baxmayaraq, buna əhəmiyyət verilməmişdir. Məhkum apellyasiya ş ikayətində məhkəmə baxışınının tam istintaqla aparılmasını xahiş etmiş, lakin onun vəsatəti təmin olunmamış, apellyasiya baxışı istintaqsız aparılmış, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticədə qanunsuz və əsassız ittiham hökmü qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindilmiş X12 ifadəsində göstərmişdir ki, Məhkum törətmiş olduğu oğurluq cinayətlərində onlarla birlikdə iştirakının olmasını dəqiq xatırlamır, eləcə də, Zərərçəkmiş şəxs3 evində olan quldurluq cinayətindən onun məlumatı yoxdur. Həmin cinayətin törədilməsində Məhkum iştirakının olub - olmamasını bilmir. Məhkəmə İstintaqında şahid qismində dindilmiş X5 və X8 ifadələrində göstərmişdir ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən onların hər hansı bir məlumatı yoxdur, Məhku mla birgə cinayət törətməmişlər. Məhkəmə istintaqında şahid qismində dindilmiş X7 heç bir cinayətdə iştirakı etmədiyini, X12, X11, Məhkum və X7 tərəfindən hər hansı bir cinayətin törədilib - törədilməmsindən xəbəri olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ona qarşı quldurluq edən iki nəfər şəxsin əlamətləri seçə bilməmiş, lakin Qaradağ RPİ-də olarkən onu balta ilə vuran şəxsin Məhkum olması ona bildirilmişdir. Məhkumun Lökbatan qəsəbəsində yaşayan Məmmədağa adlı şəxsin oğlu olması ona deyilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilm əsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə ba xaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından (hökmdən və apellyasiya məhkəməsinin qərarından) görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla hökm və qərarda göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4, 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticə iş materiallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə, qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən apel lyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında aşağıdakılar qeyd olunmuşdur: “...Məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsi, hökmün ləğv edilməsini, Məhkum verilmiş ittihamdan AR CM-nin 181.3.3-cü maddəsinin xaric edilərək onun barəsində qanuni və əsaslı hökm çıxarılması barədə Məhkum və müdafiəçisi Əliyev Mehman Qardaşxan oğlunun, eləcə də apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılması haqqında dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işindən görünür ki, Məhkum törətdiyi cinayət əməlləri özünün ibtidai ist intaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum məhkəmədə ifadə verməkdən imtina edərək bildirmişdir ki, ona verilmiş ittiham düzgün deyil, ittiham şişirdilmişdir, o, heçkimlə birlikdə əlbir olub quldurluq cinayəti törətməmişdir. Bütün bunları istintaq zamanı da bildirməsinə baxmayaraq buna əhəmiyyət verilməmişdir. Bu səbəbdəndə məhkəmədə ifadə vermək istəmir, hesab edir ki, məhkəmə istintaqı da ibtidai istintaqın verdiyi ittihamı təsdiqləyəcək. Birinci instansiya məhkəməsində Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, o, X7 və X4 hərbi xidmətdən gəldikdən sonra, yəni 2011-ci il dən tanıyır, X12 isə uşaqlığından, X11 isə 2015-ci ilin dekabr və ya 2016-cı ilin yanvar aylarından tanıyır, atası rəhmətə getdikdən sonra nənəsi ilə bərabər Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. Baş vermiş hadisələrlə bağlı bildirmişdir ki, 05 yanvar 2016-cı ildə saat təxminən 17 radələrində X7, X8, X11 və X12 ilə birlikdə Səbail rayonu 20-ci sahədə yerləşən “Məkan” kafedə çay içdikdən sonra Lökbatan qəsəbəsində yerləşən “Dərya” kafesinə gedib çay içmək qərarına gəlmişlər, X8 kafedə qalmış, onlar isə X7in idarə etdiyi “Daevoo” markalı ** TM *** dövlət nömrə nişanlı avtomobilə oturub Lökbatan qəsəbəsi istiqamətində yola düşmüş, 06 yanvar 2016-cı ildə saat 01 radələrində Səbail rayonu Salyan şossesindən keçən yolun kənarında “X” ləqəbli cinsi azlıq kimi tanıdıqları Zərərçəkmiş şəxs1 İr an vətəndaşı ilə söhbət etdiyini görüb X7dən avtomobili saxlamasını istəmişlər, X7 də avtomobili yolun kənarında saxlamış, avtomobildən enib Zərərçəkmiş şəxs1i və onun yanında dayanan şəxsi seyr edərkən Zərərçəkmiş şəxs1in yanında olan şəxsin cibindən pul çıxarıb Kamrana verdiyini görmüş, X11 həmin pulu Zərərçəkmiş şəxs1dən almağı onlara təklif etmiş, onlar da X11 ilə razılaşmış, X12 və X7 avtomobildə qalmış, o və X11 Zərərçəkmiş şəxs1 yaxınlaşmış, o Zərərçəkmiş şəxs1 qolundan tutub saxlamış, X11 isə Kamrana üstündə pul varsa onlara verməsini təklif etmiş, Zərərçəkmiş şəxs1 onun qolundan tutduğu üçün yerə yıxılmış, X7 isə onun əynində olan gödəkçənin sol üst cibindən pul götürmüş, daha sonra qayıdıb avtomobilə oturmuş, avtomobili işə salıb oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs1 isə qışqırara q pulunun qaytarılmasını, əks təqdirdə polisə şikayət edəcəyini bildirmiş, lakin onlar oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs1dən 14 manat məbləğində pul aldıqlarını X12ə demişlər. Bundan sonra bildirmişdir ki, 06 yanvar 2016-cı ildə Səbail rayonu Badamdar qəsəbəsinə getmiş, Badamdar dairəsində yerləşən kafedə əyləşib çay içdikdən sonra Sədərək bazarının içində yerləşən kafeyə gedib çay içərkən X11 zəng edib onu da yanlarına çağırmış, bir müddət sonra X8 ora gəlmiş, orada çay içərkən X11 Səbail rayonu 20-ci sahədə yaşayan bibisi Zərərçəkmiş şəxs2in evinə girib qızıl-zinət əşyalarını oğurlamağı təklif etmiş, onlar razılaşmış, birlikdə 20-ci sahəyə getmiş, X11 bibisinin yaşadığı evi onlara göstərdikdən sonra həmin evin yaxınlığında yerləşən parka getmişlər ki, plan qursunlar, daha sonra X11 bib isinin evinə getmiş, evə çatmağa az qalmış X11 bibisinin evdən çıxdığını görmüş, bundan sonra o və X12 X11in bibisinin evinin daş hasarını aşmaqla həyətə girmiş, həyətdə olan evin pəncərəsinin dəmir barmaqlığnı sındırıb evə daxil olmuş, digərləri isə evin sahibi gəlsə onlara xəbər vermək üçün küçədə gözləmiş mənzilə girərkən evdə heç kim olmamış, yataq otağında tumbanın dolabının işindən təxminən 500 manat pul, həmin otaqda olan rəfin içindən bir cüt qızıl sırğa götürmüş, evi axtarıb başqa qiymətli əşya tapmadıqları üçün dərhal evdən çıxmış, evdən çıxdıqdan sonra parkda oğurladığı əşyaları X12 ilə bölmüş, adilin isə digər şəxslərlə oğurladığı əşyaları və ya pulu bölməsini bilməmiş, lakin, o özü X12 ilə böldüyü puldan X11ə məbləğini xatırlamadığı qədər pul vermiş, qızıl sırğa isə X12də qal mış və X12in həmin sırğanı nə etməsini bilmir. Məhkum ona Azərbaycan Respublikasının CM-in 181.2.1 və 181.2.5-ci maddələri elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 Lökbatan qəsəbə sakini kimi tanıyır, Zərərçəkmiş şəxs3 qəsəbədə mağaza işlədir, onunla arasında sadə tanışlıq münasibətlərindən başqa münasibəti olmamış, Zərərçəkmiş şəxs3 oğlu X10 da Lökbatan qəsəbə sakini kimi tanıyır, aralarından sadə tanışlıq münasibətləri vardır. Bildirmişdir ki, Zərərçəkmiş şəxs3 evindən 2015-ci ilin sentyabr-oktyabr ayları ərzində 2 dəfə edilmiş oğurluq və 09 aprel 2016-cı ildə ona qarşı yaşadığı evdə baş vermiş quldurluq hadisəsi barədə heç bir məlumatı yoxdur, bu barədə həbs olduqdan sonra eşitmiş, X12i uzun müddətdir ki, tanıyır, lakin, aralarında y axın münasibətləri olmamış, yalnız türk vətəndaşına qarşı etdiyi oğurluq cinayət hadisəsi zamanı X12 onun yanında olmuş, X12 onun barəsində yalan danışır, o Zərərçəkmiş şəxs3 evinə nə oğurluğa, nə də quldurluğa girməmişdir. Məhkum baş vermiş hadisələrlə bağlı 14 sentyabr 2017-ci ildə əlavə ifadə verərkən bildirmişdir ki, 06 yanvar 2016-cı ildə tanışları X12, X7, X8 və X11 birlikdə Səbail rayonu 20-ci sahə adlanan ərazidə yerləşən “xxxxx” kafedə çay içdikdən sonra Lökbatan qəsəbəsində yerləşən “xxxxx” adlı kafeyə gedib çay içmək qərarına gəlmiş, X8 orada qalmış, onlar isə X7 idarə etdiyi “Daevoo” markalı ** TM *** dövlət nömrə nişanlı avtomobillə Lökbatan qəsəbəsi istiqamətində yola düşmüş, 06 yanvar 2016-cı ildə saat 01 radələrində Səbail rayonu Salyan şossesindən keçərkən yanında olanla rdan kimsə yolun kənarında cinsi azlıq kimi tanıdıqları şəxsin kimləsə söhbət etdiyini demiş, o baxarkən tanımadığı 2 nəfər şəxsin söhbət edə-edə getdiyini görmüş, kimsə X7 avtomobilini saxlamasını istəmiş, X7 avtomobili yolun kənarında saxlamış, onlar tualetə getmək üçün ağaclığa girmişlər. O, heç kimin əlindən tutub yerə yıxmamış, heç kimin cibindən pul götürməmişdir. Həmin ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 yolun kənarında gördükdən sonra hamısı Səbail rayonu Badamdar qəsəbəsində yerləşən kafeyə çay içməyə getmiş, bir müddət sonra X8 də onların yanma gəlmiş, söhbət edərkən X11 onlara Səbail rayonu 20-ci sahə adlanan ərazidə yaşayan bibisi Zərərçəkmiş şəxs2 evinə oğurluğa girməyi təklif etmiş, onlar da X11 təklifi ilə razılaşmış, lakin bundan sonra baş verənləri xatırlamır, çü nki həmin gün o spirtli içki qəbul etmiş, həm də “Kontramal” adlı psixotrop maddə qəbul etmiş, bundan sonra Zərərçəkmiş şəxs2 adlı qadının evinə giribgirmədiklərini, nəsə oğurlayıb-oğurlamadıqlarını xatırlamır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 yanvar 2016-cı ildə saat təxminən 07:45 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş, evə daxil olduqda mənzilin dağınıq vəziyyətdə olduğunu, pəncərənin dəmir barmaqlıqlarının aralanmış vəziyyətdə, pəncərənin şüşəsinin isə çıxarıldığını görmüş, həmin vaxt mənzilindən oğurluq olduğunu başa düşmüş və buna görə polisə məlumat vermiş, polis əməkdaşları yaşadığı evə gələrək müvafiq sənədləşmə aparmış, baş vermiş hadisə nəticəsində mənzilinə daxil olmuş naməlum şəxs tərəfi ndən mənzildəki yataq otağındakı rəfdən 700 manat nağd pulun, həmçinin rəfdə olan ona məxsus təxminən 500 manat dəyərində 1 cüt qızıl sırğanın oğurlandığını görmüşdür. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, yaşadığı evin 1-ci mərtəbəsində 75 kv metr sahəsi olan ərzaq mağazası var, həmin mağazanı 1992-ci ildən bəri işlədir, əvvəllər Ağanənə və oğlu İslam mağaza işlərində ona köməklik etmiş, lakin təxminən 4 il bundan əvvəl mağazanın ziyanla işlədiyini müəyyən etmiş, araşdırarkən mağazadan oğurluq olduğunu aşkar etmiş, ona görə də əvvəlcə oğlu X10 mağaza işlərindən uzaqlaşdırmış, lakin bir müddət sonra yenə mağazanın gəlirlərinin düzəlmədiyini görüb X20 də işlərdən uzaqlaşdırmış və mağaza əvvəlki kimi işləməyə davam etmiş, bir müddət sonra X20 ilə aralaranda olan münasibətlər pisləşməyə başlamış, ona görə də 2015-ci ildə Qaradağ rayon Məhkəməsinə iddia ərizəsi verərək boşanma tələbini irəli sürmüş, məhkəmə qərarı boşanmış və uşaqlar da X20 ilə yaşamağa başlamışlar. Yaşadığı evin müəyyən hissəsi X20 veril eyni zamanda əmlakla bağlı 22000 manat məbləğində ona pul verməli olmağı ilə bağlı qətnamə çıxarılmış, 2016-cı ilin aprel ayının əvvəllərində Qaradağ rayon İcra şöbəsinin əməkdaşı X30 adlı şəxs ona zəng edərək həmin pulun 14000 manatıiiı verməli olduğunu bildirmiş, o isə X20in yaşadığı mənzildə olan payını götürməsini bildirmiş, daha doğrusu X30un özü ilə birlikdə gəlib ortadan hasar çəkməsini, daha sonra həmin pulu verməsini, 14000 manat məbləğində pulu hazır etdiyini demiş, bundan təxminən 4-5 gün sonra, yəni 09 aprel 2016-cı ildə yaşadığı evdə ona qarşı quldurluq hadisəsi baş vermişdir. Bildirmişdir ki, əvvəla, onun əlində pul olmağını X20 bilmiş, o da X50 və digər şəxsləri onun evinə göndərmiş, ikincisi X20 ondan qisas almaq üçün belə hərəkət etdirmiş, çünki məhkəmə qərarı ilə yaşadığı evin çox hissəsi onda qalmış, bunlara görə ona qarşı baş vermiş quldurluq cinayətinin X20 tərəfindən təşkil olunduğuna əmindir. Qeyd etmişdir ki, oğlu X10 əvvəllər mağazada oğurluq etmiş, sonradan onu mağazadan uzaqlaşdırmış və anasının əli ilə mağazadan oğurluq etməyə başlamış, bir müddət sonra isə ona ümumiyyətlə pul vermədiyi üçün onunla münasibətləri daha da pisləşmiş, həm də İslamın narkotik vasitə istifadə etdiyini düşünür, çünki bu qədər evdən oğurlanmış pulu başqa heç yerə xərcləmək mümkün d eyil, X10 evinə basqına girmiş X50in yaxın dostudur, həmişə bir yerdə olmuşlar. Bildirmişdir ki, X50 X1on yaxın dostudur, həm də həmin gün X50 içkili olmuş, mağazada ondan konyak almış, X10un sözü ilə ona qarşı bu hərəkəti etmişdir. X50in əvvəllər də oğurluq cinayətinə görə məhkumluğu olmuşdur. Ona qarşı quldurluq edən digər 2 nəfər şəxsin əlamətlərini seçə bilməmiş, lakin Qaradağ RPİ-də olarkən onu balta ilə vuran şəxsin Məhkum olması ona bildirilmiş, Məhkumun Lökbatan qəsəbəsində yaşayan X13 adlı şəxsin oğlu olması ona deyilmişdi. 16 may 2016-cı il tarixli ərizələri ilə bağlı bildirmişdir ki, 2015-ci ilin təxminən sentyabr- oktyabr aylarında yaşadığı evdə olarkən o zaman oğlu X10 da onunla yaşamış, bir gün səhər yuxudan durarkən şalvarının yerdə olduğunu görmüş, bu barədə İslamdan soru şmuş, X10 isə bu barədə xəbərinin olmadığını demiş, o isə evə heç kimin girmədiyini demiş, həmin vaxt yaşadığı evin 2-ci mərtəbəsinin pəncərəsi açıq olmuş, şalvarının cibindən isə 580 manat məbləğində pul oğurlanmış, bu hadisə barədə polisə heç bir məlumat verməmiş, lakin, oğlundan şübhələnmiş, onun özü bu hadisəni etməsə də oğrulara bu barədə məlumat verməsini düşünmüşdür. Bundan təxminən 1-2 ay sonra 2015-ci ilin son aylarında yenə də yaşadığı evin birinci mərtəbəsinin plastik pəncərəsini sındırmaq yolu ilə kimsə evə daxil olmuş və 2-ci mərtəbədən qonaq otağından 1 ədəd «Panasonic» markalı 107 diaqonal televizoru oğurlamış, həmin vaxt da İslam onun evində qalmış, o bu barədə də İslamdan soruşanda məlumatının olmadığını bildirmiş, o isə ona iradını bildirib oğurluqların onun əli ilə baş v erdiyini demiş, oğlu olduğu üçün bu barədə yenə polisə şikayət ərizəsi verməmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 06 yanvar 2016-cı il tarixdə saat 01 radələrində Səbail rayonu, salyan şossesində avtomobil yolunun kənarında tanışı Türkiyə Respublikasının vətəndaşı X16 adlı şəxslə dayanıb söhbət edərkən, ’’Neksiya” markalı avtomaşın yaxınlıqda dayanmış, avtomobildən sürücü ilə birlikdə 4 nəfər tanımadığı şəxslər düşüb ona yaxınlaşaraq “burada nə üçün durmusunuz” deyə soruşmuşlar. Onlardan kim olduqlarını soruşarkən üzü saqqallı, hündürboylu, sarışın oğlan ona qırmızı rəngdə polis vəsiqəsi göstərərək polis olduqlarını bildirmişlər. Onlardan biri onun qolunu tutaraq sıxıb yerə yıxmış, digəri isə əynində olan gödəkcənin sol üst cibindən 300 ABŞ dollar pulunu götürmüşdür. Özünə məxsus olan “Samsunq”markalı mobil telefonu götürüb DÎN-nin 102 xidmətinə zəng edərkən həmin şəxslərdən biri təpiklə sol qolundan vurmuş, nəticədə mobil telefonu yerə düşərək sınmışdır. Bundan sonra onlar gəldikləri maşına minərək uzaqlaşıb getmişlər. Həmin şəxsləri özü tapacağını güman edib şikayət etməmiş, lakin, onları tapa bilmədiyindən 23 yanvar 2016-cı il tarixdə bu barədə Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Məhkum uşaqlıqdan tanıyır, hal-hazırda baş vermiş hadisələrdən xeyli müddət keçmişdir, ona görə də Məhkum törətmiş olduğu oğurluq cinayətlərində onlarla birlikdə iş tirakının olmasını dəqiq xatırlamır. Zərərçəkmiş şəxs3 evində olan quldurluq cinayətindən onun məlumatı yoxdur. Həmin cinayətin törədilməsində Məhkum iştirakının olub-olmamasını bilmir. Həmçinin ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı eləcə də özünün məhkəmə istintaqı zamanı vermiş olduğu əvvəlki ifadələrini tam təsdiq edir. Lakin, hazırda həmin ifadələri xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 və X8 ifadələrində göstərmişlər ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən onların hər hansı bir məlumatı yoxdur, sadəcə olaraq onu əvvəlcədən tanımışlar, aralarında münasibətləri olmuşdur. Lakin, Məhkumla birgə cinayət törətməmişlər. Eyni zamanda hər ikisi analoji İfadələr verərək bildirmişlər ki, ibtidai və özlərinin barələrində aparılan məhkəm ə istintaqı zamanı vermiş olduğu ifadələrini təsdiq edirlər, lakin, hal-hazrda həmin ifadələrini tam xatırlamırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 heç bir cinayətdə iştirak etmədiyini, X12, X11, Məhkum və X7 tərəfindən hər hansı bir cinayətin törədilib-törədilməməsindən xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2016-cı il tarixli 130/305 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 xəsarətləri - başın təpə nahiyyəsinin, sağ qaş nahiyyəsinin, sol çiyin nahiyyəsinin əzilmiş yaraları, sağ tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması küt əşya (əşyalar), sağ kürək nahiyyəsinin yuxarı tış hissəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş-deşilmiş yaraları kəsi ci-deşici əşya (alət) təsirindən törənmişlər; qərarın təsviri hissəsində göstərilən 09.04.2016-cı il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın təpə nahiyyəsinin, sağ qaş nahiyyəsinin, sol çiyin nahiyyəsinin əzilmiş yaraları, sağ kürək nahiyyəsinin yuxarı tış hissəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş-deşilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 26 may 2017-ci il tarixli 297/2017 MTBŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya maddi sübutlar qismin də təqdim edilmiş 01 ədəd tənzif tampon (1 saylı), 01 ədəd baltanın işçi hissəsi və 01 ədəd 4 baltanın dəstəyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olduqda, A və B antigeni alındı, alfa və beta aqqlyutinləri isə alınmadı. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər. İki ədəd tənzif tampon (2 və 3 saylı), 01 ədəd bıçaq və 01 ədəd iskənə üzərindəki ləkələrdə tədqiqat zamanı qan aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyun 2017-ci il tarixli 179A saylı rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədən səthində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: döş qəfəsinin sağ yarısının kəsilmiş yarası, başın təpə nahiyyəsinin kəsilmiş yarası, sol budun kəsilmiş yarası, sol qaşüstü və sol çiyin nahiyyələrinin əzilmiş yaraları. Döş qəfəsinin, başın təpə nahiyyəsinin və sol budun kəsilmiş yaraları kənarı və ucu iti alətin (ələtlərin) təsiri nəticəsindən əmələ gəlmişlər. Sol qaşüstü və sol çiyin nahiyyələrinin əzilmiş yaraları küt (küt kənarlı) alətin (alətlərin) təsirlərindən əmələ gəlmişlər. Bu xəsarətlər ekspertizaya təqdim edilmiş baltanın, bıçağın, iskənənin müxtəlif hissələrinin təsiri nəticəsindən əmələ gələ bilərlər. Belə ki, kəsilmiş yaralar təqdim edilmiş baltanın, bıçağın və iskənənin kənarı və ucu iti hissələrinin təsiri nəticəsində əmələ gələ bilərlər, əzilmiş yaralar isə bu alətlərin küt və küt kənarlı hissələrinin təsirindən əmələ gəlməsi istisna olunmur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 2 ifadəsində göstərmişdir ki, o, Məhkum uşaqlıqdan tanıyır, hal-hazırda baş vermiş hadisələrdən xeyli müddət keçmişdir, ona görə də Məhkum törətmiş olduğu oğurluq cinayətlərində onlarla birlikdə iştirakının olmasını dəqiq xatırlamır. Zərərçəkmiş şəxs3 evində olan quldurluq cinayətindən onun məlumatı yoxdur. Həmin cinayətin törədilməsində Məhkum iştirakının olub-olmamasını bilmir. Həmçinin ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı eləcə də özünün məhkəmə istintaqı zamanı vermiş olduğu əvvəlki ifadələrini tam təsdiq edir. Lakin, hazırda həmin ifadələri xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 və X8 ifadələrində göstərmişlər ki, Məhkum törətmiş olduğu cinayət əməllərindən onların hər hansı bir məlumatı yoxdur, sadəcə olaraq onu əvvəlcədən tanımışl ar, aralarında münasibətləri olmuşdur. Lakin, Məhkumla birgə cinayət törətməmişlər. Eyni zamanda hər ikisi analoji İfadələr verərək bildirmişlər ki, ibtidai və özlərinin barələrində aparılan məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini təsdiq edirlər, lakin, hal-hazrda həmin ifadələrini tam xatırlamırlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 heç bir cinayətdə iştirak etmədiyini, X12, X11, Məhkum və X7 tərəfindən hər hansı bir cinayətin törədilib-törədilməməsindən xəbəri olmadığını bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2016-cı il tarixli 130/305 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 xəsarətləri - başın təpə nahiyyəsinin, sağ qaş nahiyyəsinin, sol çiyin nahiyyəsinin əzilmiş yaraları, sağ tərəf li pnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması küt əşya (əşyalar), sağ kürək nahiyyəsinin yuxarı tış hissəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş-deşilmiş yaraları kəsici-deşici əşya (alət) təsirindən törənmişlər; qərarın təsviri hissəsində göstərilən 09.04.2016-cı il tarixdə kənar şəxs (şəxslər) tərəfindən yetirilə bilərdilər. Qeyd olunan xəsarətlərdən sağ tərəfli pnevmotoraksla müşayiət olunan döş qəfəsinin küt travması dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, başın təpə nahiyyəsinin, sağ qaş nahiyyəsinin, sol çiyin nahiyyəsinin əzilmiş yaraları, sağ kürək nahiyyəsinin yuxarı tış hissəsinin, sol budun yuxarı 1/3-nin arxa səthinin kəsilmiş-deşilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zər ərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 26 may 2017-ci il tarixli 297/2017 MTBŞ saylı rəyi ilə müəyyən edilmişdir ki, Ekspertizaya maddi sübutlar qismində təqdim edilmiş 01 ədəd tənzif tampon (1 saylı), 01 ədəd baltanın işçi hissəsi və 01 ədəd 4 baltanın dəstəyi üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Həmin qan ləkələrində qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olduqda, A və B antigeni alındı, alfa və beta aqqlyutinləri isə alınmadı. Bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs3 məxsus ola bilər. İki ədəd tənzif tampon (2 və 3 saylı), 01 ədəd bıçaq və 01 ədəd iskənə üzərindəki ləkələrdə tədqiqat zamanı qan aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 29 iyun 2017-ci il tarixli 179A saylı rəy i ilə müəyyən edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs3 bədən səthində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: döş qəfəsinin sağ yarısının kəsilmiş yarası, başın təpə nahiyyəsinin kəsilmiş yarası, sol budun kəsilmiş yarası, sol qaşüstü və sol çiyin nahiyyələrinin əzilmiş yaraları. Döş qəfəsinin, başın təpə nahiyyəsinin və sol budun kəsilmiş yaraları kənarı və ucu iti alətin (ələtlərin) təsiri nəticəsindən əmələ gəlmişlər. Sol qaşüstü və sol çiyin nahiyyələrinin əzilmiş yaraları küt (küt kənarlı) alətin (alətlərin) təsirlərindən əmələ gəlmişlər. Bu xəsarətlər ekspertizaya təqdim edilmiş baltanın, bıçağın, iskənənin müxtəlif hissələrinin təsiri nəticəsindən əmələ gələ bilərlər. Belə ki, kəsilmiş yaralar təqdim edilmiş baltanın, bıçağın və iskənənin kənarı və ucu iti hissələrinin təsiri nəti cəsində əmələ gələ bilərlər, əzilmiş yaralar isə bu alətlərin küt və küt kənarlı hissələrinin təsirindən əmələ gəlməsi istisna olunmur. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 23 oktyabr 2017-ci il tarixli 24257 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilən 1 saylı daktilolentin səthindəki əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2, 3, 4 saylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl barmaq izi Məhkum şağ əlinin şəhadət barmağından qalmışdır. İş materiallarında olan məhkəmə-trasoloji ekspertiz asının 22 noyabr 2017-ci ji tarixli rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş iskənə zavod.üsulu ilə hazırlanmıştəsərrüfat-məişət təyinatlı əmək alətidir (iskənə) və soyuq silah hesab edilmir, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir, ekspertizaya təqdim olunmuş balta tiyəsi və dəstəyi zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı baltanın fraqmentləridir və bu balta soyuq silah hesab edilmir. Beləliklə, Məhkum törətdiyi cinayət əməlləri özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş ş əxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayət ə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyatı, o cümlədən cəzanı yüngülləşdirən və ağılaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə almır. Məhkəmənin hökmündən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib məhkuma verilmiş ittihamdan AR CM-nin 181.3.3-cü maddəsinin xaric edilməsini xahiş etsə də, məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, məhkumun AR CM-nin 181.3.3-cü maddəsi ilə təqsirli olması yuxarıda göstərilən sübu tlarla tam təsdiq olunur. Bundan başqa, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X12, X5 və X4 ibtidai istintaq zamanı, habelə, özlərinin törətmiş olduğu cinayətlər üzrə aparılan məhkəmə istintaqı zamanı çıxarılmış Bakı Ağır Cinayətlər məhkəməsinin 11 aprel 2017-ci il tarixli hökmündə vermiş olduqları ifadələr tədqiq edilərkən müəyyən edilmişdir ki, hər üçü Məhkumla birlikdə törətmiş olduqları cinayət əməllərini tam etiraf etmişlər və cinayətin baş vermə hallarını, necə törədilməsini, hansı şəraitdə törədilməsini, iştirakçıların sayını, cinayətin törədilməsi zamanı hər birinin rolunu kifayət qədər sübutlarla təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq hesab edir ki, on un bu cür ifadə verməkdə məqsədi cinayət məsuliyyətini və cəzasını yüngülləşdirmək məqsədi güdmüşdür. İşdə materiallarında olan zərərçəkmiş şəxslərin məhkəməyə təqdim etdiyi ərizələrindən və məhkəmədəki vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən onlara dəymiş ziyan ödənilməmiş və aralarında barışıq əldə edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun əməlini düzgün tövsif etmiş və ona cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin ediləcək cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinə, cəzasını yüngülləşdirən hallar kimi Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə o lunmasını, cəzasını ağırlaşdıran halların alaraq ona cəza təyinetmənin ümumi prinsiplərinə riayət etməklə maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan tən əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və kassasiya şikayətinin apellyasiya şikayətində göstərilənlərə uyğun dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir k i, Məhkum təqsirinin mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətində ittihamın mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandı rıldığı, ibtidai araşdırma zamanı kobud prosessual səhvlərə yol verildiyi iddia edilmişdir. Məhkəmə kollegiyası sübutları şikayətin həmin dəlilləri baxımından təhlil edərək qeyd edir ki, iş materiallarında belə bir məlumat yoxdur ki, sübutların mötəbər olmadığı, qanunsuz toplandığı və tədqiqində qanun pozuntusuna yol verildiyi qənaətinə gəlməyə əsas versin. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edil mişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 1 77.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.4, 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-187/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-187/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver