Məhkəmə qərarları › İş №1(102)-187/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-187/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-187/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), X6 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312. 2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim:X4 hakimlər: X2 və X9) 18 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr., H.B.Əliyev küçəsi, ev 50, mənzil 49-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 178.3.2-ci maddəsi ilə 2(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə, 32.4,312.2-ci maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rej imli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat məbləğində pulun Məhkum tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə Məhkum məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə 60 (altmış) manat məbləğində pul köçürülməsi, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə və üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanın mış Şahid1 təqdim etdiyi bir ədəd səs yazılarının qeydə alındığı CD diskin cinayət işinin materiallarında saxlanılması, Məhkum barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli, 1(103)1012/2022 saylı hökmü ilə (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə) Müdafiəçi2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Dövlət ittihamçısı1 tərəfindən verilmiş apelyasiya protesti təmin edilmişdir. Məhkum barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin müddəaları hökmdən xaric edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə təyin edilmiş 2(iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 23 aprel 2021-ci il tarixdən hesablanmışdır. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hökmə əsasən, Məhkum qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmişdir. Belə ki, o, 1988-ci il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyərkən qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə işlədiyi həmin məktəbin direktoru vəzifəsində işləmiş və barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər faktlarla bağlı ********* nömrəli cinayət işi istintaq olunan Şahid1 2020-ci ilin may ayında özünün geniş əlaqələrə malik olduğunu və həmin əlaqələrindən istifadə edərək qeyd edilən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edə biləcəyini ünvan 1 ünvanda yerləşən evində görüşləri zamanı ona yalandan vəd edib, bunun üçün özünün əlaqələri vasitəsilə Korrupsiyaya qarşı Mübarizə Baş İd arəsinin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni sonuncunun barəsində cinayət təqibi üzrə icraata hüquqi əsaslar olmadan xitam verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin adla 2020-ci ilin may ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə hissə-hissə olmaqla Yasamal rayonu, S.Salayev, küçəsi, ev 19-da yerləşən evində və evinin qarşısında ümumilikdə 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini Şahid1 alıb, şəxsi ehtiyaclarına sərf etməklə, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etm ə yolu ilə sonuncuya məxsus 168.300 (bir yüz altmış səkkiz min üç yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmişdir. Kassator kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin ədalətsiz qərar qəbul etdiyini, yüngülləşdirici halları nəzərə almadığını bildirmişdir.Kassator günahsız olduğunu hal-hazırda bir sıra ağır xəstəliklərinin olduğunu bildirmişdir.Kassator bütün bu halları nəzərə alıb bəraət verilməsini xahiş edir. 26 yanvar 2023-cü il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədl iyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu g eri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2022-c i il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar