Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1870/2023 24.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3,iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli, 1(104)-270/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmu ş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmış, Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi, döngə 1, ev 67A-da qeydiyyatda olan və Gəncə şəhəri, Kəpəz rayonu, Fərhad Əliyev küçəsi, döngə 2, ev 7, mənzil 1-də yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə külli miqdarda 3,024 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin və 1,109 qram ümumi təmiz çəki də “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 12 noyabr 2020-ci il tarixdə saat 17 radələrində həmin ünvanın qarşısında saxlanılıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə tabe olan Qərb bölgəsində Regional Şöbəsinə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibində və həmin cibdə olan bir ədəd siqaret qutusunun içərisində satış məqsədilə qanunsuz olaraq əld ə edib saxladığı on üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram, 0,298 qram, 0,182 qram, 0,302 qram, 0,332 qram, 0,280 qram, 0,295 qram, 0,315 qram, 0,453 qram, 0,215 qram, 0,048 qram, 0,025 qram və 0,036 qram olmaqla ümumilikdə külli miqdarda3,024 qram ümumi təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən narkotik vasitə heroin, həmçinin on bir ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,564 qram, 0,012 qram, 0,052 qram, 0,018 qram, 0,028 qram, 0,055 qram, 0,129 qram, 0,101 qram, 0,031 qram, 0,027 qram və 0,092 qram olmaqla 1,109 qram ümumi təmiz çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 1(100)-31/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 05 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci tarixli, 1(104)-270/2022 nömrəli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində 04 fevral 2022-ci il tarixli 1(100)-31/2022 nömrəli hökmü isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci tarixli, 1(104)-270/2022 nömrəli qərarından Məhkum ka ssasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri
7. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə, təqdim edilmiş vəsatətlərə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, əməliyyat-axtarış fəaliyyəti “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun müddəalarına uyğun aparılmamış, Qanunun tələbləri pozulmuşdur. Bu əsasla, həmin fəaliyyətin həyata keçirilməsi zamanı əldə edilmiş sübutların mötəbərliyi mübahisələndirilir. 8.. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli, 1(104)- 270/2022 saylı qərarının ləğv edilməsini xahiş edir. III. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilmə məsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə;
13. Məhkum əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nə zərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli, 1(104)-270/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
16. Həmin Məcəllənin 351.2-ci maddə sində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
17. Cinayət-Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edə n şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
18. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sübutların məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri nin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları m əhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apelly asiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
24. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
25. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli, 1(104)270/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 may 2022-ci il tarixli, 1(104)-270/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.