Məhkəmə qərarları › İş №1(102)-1870/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1870/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1870/2024 22.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə vəsatətin təmin edilməməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 2 (iki) il müddətin ə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-588/2024 saylı, 22 fevral 2024-cü il tarixli ilkin baxış qər arı ilə (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-3603/2021 saylı, 12 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-588/2024 saylı, 22 fevral 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. O, kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə onun prosessual hüquqları pozulmuşdur. Belə ki, Məhkum şikayətini onunla əsaslandırmışdır ki, bir çox xəstəliklərdən əziyyət çəkməsi və mütəmadi müalicə olunması ilə bağlı olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli qərarından vaxtında apellyasiya şikayəti verməmişdir. Məhkum qeyd olunanların nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya məhkəməsinin qeyd edilən qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasına dair vəsatətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassas iya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 nömrəli hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmişlər, hökmdən apellyasiya şikayəti verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 1(101)-603/2021 nömrəli hökmünün surəti 23 sentyabr 2021-ci il tarixdə Məhkum qəbzə imza etdirilməklə təqdim olunmuşdur. Göründüyü kimi, Məhkum hökmün surəti 23 sentyabr 2021-ci il tarixdə təqdim edildiyindən ona münasibətdə prosessual müddətin axımı 23 sentyabr 2021-ci il tarixdən başlamış və 13 oktyabr 2021-ci il tarixdə başa çatmışdır İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2021ci il tarixli, 1(101)-603/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Məhkum tərəfindən verilmiş vəsatət və apellyasiya şikayəti 09 saylı Cəzaçəkmə Müəssisəsinin 11 avqust 2023-cü il tarixli məktubu ilə 18 avqust 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir əsas və sübutlar təqdim edilməmişdir. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə məhkum və müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayəti verilməsi müddəti bitəndən təxminən 1 il 10 aydan çox zaman keçdikdən so nra, yəni 11 avqust 2023-cü il tarixdə Məhkum tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli hökmündən apelyasiya şikayəti, eləcə də apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, məhkum apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzrlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum, yəni hökmün elan olunduğu andan 20 gün müddətində Məhkum apellyasiya şikayəti verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmiş dir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə pr oses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-603/2021 saylı, 14 sentyabr 2021-ci il tarixli hökmündən apellyasiya şi kayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətinin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-588/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar