Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1872/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 m art 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Eldar Mikayılov və Siyavuş Hacıyev) 1(101)-884/2021 nömrəli 04 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə tanışı «MedEra» Hospitalında tibb bacısı işləmiş Zərərçəkmiş şəxs1 iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə aralarında olan münasibətləri, sonuncunun həyat tərzi, iş rejimi, ailə tərkibi, telefon nömrələri barədə məlumat toplayaraq imkanlı və işgüzar nüfuza malik tanınmış həkim olmasını bilib, həmin məlumatlar və şəxsən özü ilə aralarında yaşanmış intim münasibətlərlə şantaj edərək özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran video və fotogörüntülərini, səsyazmalarını interne tin sosial şəbəkələrində yaymaq hədəsi ilə özündən asılı vəziyyətə saldığı Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 zəng vuraraq aralarında yaşanmış münasibətləri barədə danışdırmaqla səsini yazmağa məcbur etmiş, daha sonra həmin səsyazmanı əlində rəhbər tutaraq vahid niyyətlə əhatə olunan qəsdlə 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə həkim-terapevtişlədiyi ünvan 2 ünvanında yerləşən «MedEra» Klinikasında olduğu müddətdə Zərərçəkmiş şəxs2 17 sentyabr 2020-ci il tarixdəbir dəfə, 6 oktyabr 2020-ci il tarixdə üç dəfə və 10 oktyabr 2020-ci il tarixdə iki dəfə zəng vurub özünü kriminal aləmin nüfuzlu nümayəndəsi olan «Şəmkirli Anar» kimi təqdim edərək işçisi Zərərçəkmiş şəxs1 ilə onun arasında olan intim münasibətlərdən məlumatlı olmasını, həmin münasibətləri barədə iş yoldaşlarına, ailə üzvlərinə, işlədiyi klinikanınrəhbərliyinə, Zərərçəkmiş şəxs1 ərinə, ailə üzvlərinə və qohumlarına bildirməklə, özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran, bu mövzuda aparılmış telefon danışıqlarının səsyazmalarını həmin şəxslərə göndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib, özünü, arvadı və qızını yatağından oğurlatdıraraq başlarına pislik gətirəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, 10 oktyabr 2020-ci il tarixdə saat 12:34-də Qədir Məmmədovun iş yerinə gələrək iş otağının qarşısında videoçəkiliş aparıb sonradan həmin videonu onun telefonuna göndər məklə, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Qədir Məmmədova oradakı tibb personalına zəng vurduraraq telefon əlaqəsi yaradıb artıq arxasınca iş yerinə gəldiyini bildirməklə hədələrinin real olmasına inandıraraq ona 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda nağd pul verməsini və tanışı Zərərçəkmiş şəxs1 ev almasını tələb etmişdir. Bundan başqa, Məhkum təkrarən hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmək məqsədi ilə 2020-ci ilin fevral ayında tanış olaraq nigahdan kənar intim münasibət yaratdığı Zərərçəkmiş şəxs1 ilə aralarında yaşanmış cinsi aktlardan bir neçəsini mobil telefon cihazının videokamerası vasitəsi ilə gizlincə qeydə alaraq sonradan özünü və ailəsini cəmiyyətdə, kollektivdə və ayrı-ayrı şəxslər arasında hörmət və nüfuzdan salan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, ictimai qınağa səbəb olub mənfi rəy formalaşdıran həmin videogörüntüləri internet üzərindən sosial şəbəkələr vasitəsi ilə yaymaqla və iş yoldaşlarına, qohumlarına, qonşularına, ailə üzvlərinəgöndərməklə onu rüsvay edəcəyi ilə şantaj edib özündən asılı vəziyyətə salmaqla, onu bir neçə dəfə döyərək bədən xəsarətləri yetirməklə zor tədbiq edib, üzərində gəzdirdiyi və əsl odlu silah kimi təqdim etdiyi suvenir alışqan tapançanı dəfələrlə nümayiş edib itaətsizlik göstərəcəyi halda həmin tapança ilə onu öldürəcəyi ilə qorxudaraq, ucuz qiymətə oğurluq avtomobil alıb həmin avtomobil ilə yolla gedən zaman övladlarının üzərlərindən keçərək onları ömürlük şikəst edəcəyini deməklə özü və ailə üzvlərinin şəxsiyyəti üzərində zor göstərəcəyi ilə hədə-qorxu gələrək, onunla ünsiyyətdən yayınmaq məqsədi ilə telefon zənglərinə cavab verməyən Zərərçəkmiş şəxs1 telefonuna özündə olan intim video və fotolarından bəzilərini göndərməklə, əri Şahid1, qaynı Eidəniz Qafarova, qonşuları Ülkər və Şahid3, xalası qızı Səidə Hüseynovaya, xalası oğlu Elşən Hüseynova, qardaşı Vüsal Hüseynova, atası Əyyub Hüseynova zəng vuraraq Zərərçəkmiş şəxs1 ilə yaxın intim münasibətlərdə olması barədə bildirməklə sonuncunu hədələrinin real olmasına inandıraraq 2020-ci ilin oktyabr-noyabr ayınadək olan müddət ərzində məcburi cinsi istismara məruz qoymuş və yaşadığı evdə, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 3 ünvanında olduğu müddətdə dəfələrlə telefonla zəng vurmaqla və 21 sentyabr 2020-ci il tarixdə evinin yaxınlığına gəlib görüşə çağırmaqla Zərərçəkmiş ş əxs1 vahid niyyətlə əhatə olunan qəsdlə 10000 (on min) manat məbləğində xeyli miqdarda əmlak tələb etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-461/2022 nömrəli 01 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 13 dekabr 2022-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə kassasiya qaydasında baxılanadək yə ni, 02 dekabr 2022-ci il tarixdə Məhkum ərizəsi məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, o, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Məhkum ərizəsi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1872/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1872/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver