Məhkəmə qərarları › İş №1(102)-1872/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1872/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1872/2025 06.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CPM-in) 208.2.1 və 208.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103)-373/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxx 1974-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, məhkumluğu olmayan, Ağdam rayonunun Papravənd kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 21 may 2020-ci il tarixdən 3 dekabr 2020-ci il tarixədək olan dövrə ərzində Rusiya Federasiyası ərazisində yerləşən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə ümumilikdə 99 (doxsan doqquz) ədəd gömrük bəyannaməsi ilə, konsiqnasiya yolu ilə ixrac etdiyi ümumi dəyəri 3.981.976 manat 30 qəpik təşkil edən müxtəlif növ nar, heyva, şaftalı, nektarin, armud, ərik, alça, pomidor, gilas, soğan, xurma və alma məhsullarına görə, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində, o cümlədən "xxxx" MMC-də 99 gömrük bəyannaməsi əsasında ixrac etm əklə, əldə etdiyi və məcburi qaydada "xxxx" ASC-nin Gəncə filialındakı “AZ43TURA********************” nömrəli hesablarına köçürülməli olan 2.342.339 (iki milyon üç yüz qırx iki min üç yüz otuz doqquz) ABŞ dolları, yəni 3.981.976 (üç milyon doqquz yüz səksən bir min doqquz yüz yetmiş altı) manat 30 (otuz) qəpik məbləğində külli miqdarda xarici valyuta vəsaitlərini Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 24 iyun 1997-ci il tarixli 609 No-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində göstərilən “Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidir” kimi tələblərini qəsdən pozaraq vahid niyyətlə xaricdən qaytarmamışdır.

3. Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 23 oktyabr 2024-cü il tarixli, 1(001)-179/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208.2.1 və 208.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq olunması, ona 2 (iki) il sınaq müddətinin təyin edilməsi, sınaq müddətinin əvvə linin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, onun üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti Gəncə şəhər Probasiya İdarəsinin həyata keçirməsi, hökm qanuni qüvvəyə minənədək onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması hökm edilmiş, hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət məhkəmə tərkibində) 9 aprel 2025-ci il tarixli, 1(103)373/2025 nömrəli qərarı ilə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208.2.1 və 208.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli 1(001)-179/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, hökmdən Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəaların xaric edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum tutulduğu və həbsdə saxlandığı 26 may 2023-cü il tarixdən 29 no yabr 2023-cü il tarixədək olan cəmi 6 ay 3 gün müddətin həbsdə saxlamanın müddətinə hesablanmaqla ona təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılması, onun üzərində qəti olaraq 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzaçəkmə müddətinin başlanğıcının 9 aprel 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, onun məhkəmə iclas zalında həbs edilməsi, cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103) -373/2025 nömrəli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində apellyasiya müraciətinin məzmunu təkrarlanmaqla, onun dəlilləri qismində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qənaətlərinə, cinayət işinin faktiki hallarına və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, müdafiə tərəfinin dəlilləri şərh edilməmiş, Samir Yahyayevə istinad olunan əməldə CM-in 208.2.1 və 208.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud deyil. Belə ki, cinayət işinin materiallarında olan, malların Rusiya Federasiyasına göndərilməsi ilə bağlı sənədlər onun tərəfi ndən imzalanmamış, malların göndərilməsini həyata keçirmiş sürücülər və nəqliyyat vasitəsi mülkiyyətçiləri, həmçinin malların göndərilməsi ilə bağlı sənədləşməni həyata keçirmiş şəxslər (brokerlər, bank əməkdaşları) Məhkumlə hər hansı sövdələşmə aparmamışdır. Qeyd etdiklərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in) 416.1, 416.1.2, 416.1.7, 416.1.8, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulan halları yaradan pozuntu faktı kimi qiymətləndirərək, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103)-373/2025 nömrəli qərarının ləğv edilməsini, apellyasiya protestinin təmin edilməməsini, məhkum edilmiş şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Kassasi ya şikayətinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 hər biri ayrı-ayrılıqda çıxış edərək, tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edib, ona uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı İmanov Nazim Nəriman oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Re spublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsi ni müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərində hüquqlarını müdafiə etdiyi şəxsin təqsirli bilindiyi CM-in 208.2.1 və 208.2.2-ci maddələri ilə olan əm əllərinin sübuta yetirilməsini, onun təqsirliliyi barədə birinci instansiya və apellyasiya instansiya məhkəmələrində obyektiv araşdırmanın aparılmamasını mübahisələndirərək, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1, 416.1.2, 416.1.7, 416.1.8, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103)-373/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araş dırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

21. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

24. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

25. Məhkumun müdafiəçisinin kassasiya şikayətindən görünür ki, o, cinayət işi materiallarında məhkumun əməlinin CM-in 208.2.1 və 208.2.2-ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar ə sasında məhkum olunduğunu iddia etməklə, CM-in 208.2.1 və 208.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

26. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

27. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM- in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

28. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçiril məsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

29. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 208.2.1 və 208.2.2-ci maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

30. Məhkəmələr tərəfind ən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 208.2.1 və 208.2.2-ci maddələrinin dispozisiyasından və cinay ət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 208.2.1 və 208.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

31. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqində n əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

32. Cinayət işi üzrə sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətlərində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq ü çün əsas görmür.

33. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 208.2.1 və 208.2.2-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1, 416.1.2, 416.1.7, 416.1.8, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının, məhkumun və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsas lara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103)373/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208.2.1 və 208.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 aprel 2025-ci il tarixli, 1(103)-373/2025 nömrəli qərarı məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə m ünasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar