Məhkəmə qərarları › İş №1(102)-1873/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1873/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1873/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələşiki oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Zərərçəkmiş şəxsin hüquqi varisi – X12, Müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, X7 və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 24 may 2021-ci il tarixli hökmü ilə xx Kürdəmir rayonunun Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, "xxxx" MMC-də sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikası CM- in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 10 iyun 2020-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəşirov Kamil Sücəddin oğlunun sədrliyi və məruzəsi ilə, Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 17 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2011-ci ildə ailə qurduğu X5 01 noyabr 2017-ci ildə boşandıqdan sonra dəfələrlə Şura Əmirovaya barışmağı təklif etsə də, onunla barışmayan Şura Əmirovanın başqa bir şəxslə yaxın münasibətdə olduğunu düşünərək həmin məsələni aydınlaşdırmağa çalışmış, Şura Əmirovanın hərəkətləri onda olan şübhələri bir qədər də artırmış, Şura Əmirovanın kənar şəxslə birgə yaşamasını güman edib onun həmin şəxslə yaxın münasibətdə olmasına dair şübhələrini yoxlamaq və təsdiq olunduğu halda Şura Əmirovanı qısqanclıq zəminində qəsdə n öldürüb ondan qisas almaq qərarına gəlmiş, bu məqsədlə Şura Əmirovanı ailə münasibətlərini bərpa etmək və birgə yaşamaq üçün razı salıb 09 iyun 2020-ci ildə özü ilə Bakı şəhərindən Kürdəmir rayonuna gətirmiş, həmin gün gecə saat 04 radələrində idarə etdiyi "xxxx" MMC-yə məxsus 33-T-835 dövlət qeydiyyat nişanlı MTZ-80X markalı traktorla Kürdəmir rayonunun Çöhranlı kəndində kəndarası torpaq yolla Kürdəmir şəhərində kirayə yaşayacaqları evə aparmaq adı ilə həmin istiqamətdə gedərkən Şura Əmirova ilə aralarındakı məsələyə aydınlıq gətirmək üçün onunla söhbət zamanı suallarına verdiyi cavab və hərəkətlərinə əsasən Şura Əmirova barəsində şübhələrinin əsaslı olması qənaətinə gələrək onu qəsdən öldürmək üçün əlverişli şərait yaratmaqdan ötrü idarə etdiyi traktoru Kürdəmir rayonunun Çöhranlı kənd i ərazisində, kənar şəxslərin olmadığı bir yerdə saxlamış, aralarında mübahisə yaradıb əvvəlcədən traktorun kabinəsində saxladığı 0,5 litrlik plastik butulkanın içərisində olan yanacağı və 1 ədəd soyuq silah hesab edilməyən mətbəx bıçağını Şura Əmirovaya göstərərək onu öldürəcəyi ilə hədələmiş, daha sonra mübahisənin şiddətlənməsi nəticəsində öz cinayətkar niyyətini həyata keçirmək üçün xüsusi amansızlıqla, yəni Şura Əmirovaya xüsusi əzab və ağrılar verməsini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə yanacağı sol tərəfində oturmuş Şura Əmirovanın baş, boyun və bədən nahiyələrinə töküb əynində olan qara rəngli şalvarın sol yan cibindən çıxartdığı qırmızı rəngli alışqanla qəsdən alışdıraraq Ş.Əmirovanın bədən səthinin 68-78%-nin İİİ-a, İİİ-b dərəcəli yanıqları il ə müşayiət edilən yanıq xəstəliyi, sifətin, başın tüklü hissəsinin, boynun, hər iki yuxarı ətrafların, hər iki aşağı ətrafların, gövdənin ön və arxa səthinin termiki (alov) yanığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan, sonuncunun sağ qalma ehtimalının olmayacağına əmin olduğu xəsarətləri yetirməklə 74 gün sonra bədənin 70%-ə qədər hissəsinin yanıq yaralarının ağırlaşmasına görə bədənin ümumi intoksikasiyası nəticəsində Şura Əmirovanın ölümünə səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, Məhkum və X8 məhkəməyədək icraat zamanı verdikləri ifadələr lə müəyyən edilir ki, hadisə zamanı həmin yerdə onlardan başqa heç kim olmamışdır. Məhkum hərəkətləri -Əmirova Şuranın yanmasına səbəb olsa da, Məhkum nəinki Əmirova Şuranı öldürmək istəmiş, hətta yanğın hadisəsindən sonra onu su ilə söndürmüş, xəstəxanaya çatdırmaq və yaşamasını təmin etmək üçün mümkün olan bütün tədbirləri həyata keçirmişdir. Əgər Məhkum X10 xüsusi amansızlıqla, yəni xüsusi əzab və ağrılar verməsini dərk edib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirməklə öldürmək niyyəti olsaydı, gecə vaxtı, heç kimin ona mane olmadığı bir şəraitdə bunu asanlıqla edə dərdi. Lakin belə olmamış, hadisə baş verdikdən dərhal sonra Hüseynov X1 həyatda qalması üçün əlindən gələn hər şeyi etmişdir. Lakin işə baxan məhkəmələr tərəfindən bu hallar nəzərə alınmamış və Məhkum əməli d üzgün tövsif edilməmişdir. Məhkum qəsdinin zərərçəkmiş X8 məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldiyi, yəni onun niyyəti, həmçinin təqsirləndirilən Məhkum zərərçəkmiş şəxsə xüsusi əzab verdiyini dərk etməklə öldürməsi nə məhkəməyədək icraat zamanı, nə də məhkəmə baxışı zamanı nə təqsirləndirilən şəxsin özü tərəfindən etiraf olunmamış və nə də onun belə bir niyyətinin olmasını təsdiq edən başqa sübut növü müəyyən edilməmişdir. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Qeyd olunanlara əsasən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi5 çıxış edərək, məhkəmələrin Məhkum əməlinə hüquqi qiymət verərkən, törədilən cinayətin məqsədini, motivini, törədilmə üsulunu, o cümlədən cinayət hadisəsi baş verərkən, onun zərərçəkmiş şəxslə münasibətlərini, psixoloji vəziyyətlərini, habelə işin faktiki hallarını düzgün qiymətləndirmədiyini və əsassız olaraq Məhkum xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayəti törətməsi qənaətinə gəldiklərini bildirib kassasiya şikayətinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Pr okurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin dəlillərini təkzib etdiyini, şikayətin əsassız olduğunu, cinayət əməlinin sübutlarla tam təsdiq olunduğunu bildirib, kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi İ.Y.Əmirov çıxış edərək, istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin düzgün nəticəyə gəldiyini bildirib, kassasiya şikayətinin təmin olunmamasını və Şirvan Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022ci il tarixli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Mə hkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız tör ətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndiril məsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktını n əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, müdafiəçinin isə kassasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenmunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü mad dəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə kollegiyası əlavə olaraq vurğulayır ki, xüsusi amansızlıqla qəsdən adam öldürmə əməlinin tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Burada qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirir. Təqsirkarın xüsusilə əzabverici üsullardan istifadə etməsi bütün hallarda əməlin xüsusi amansızlıqla törədilməsini sübut edir. Belə ki, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş mər hum X8 ifadəsindən görünür ki,... Nurlan əvvəllər də onun özünə və “Whatsapp” sosial şəbəkəsində danışarkən bir neçə dəfə onu öldürəcəyini demişdir. O, heç kimlə qeyri-rəsmi evlənməmiş, əlaqədə olmamışdır. Nurlan ona şər atmış, sonuncu traktorda ona fikrinin onu öldürmək olduğunu demiş, lakin yanan zaman onun yalvarışlarından sonra onu söndürmüşdür. Xəstəxanada müalicə alarkən o, baş verənlərin hamısını, yəni Nurlanın onu öldürmək istəməsini anasına və atasına danışmışdır. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Şura Əmirovanı xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müəyyən olunmuş faktiki halları, yəni məhkum olunmuş şəxs Məhkum yanacağı Şura Əmirovanın baş, boyun və bədən nahiyələrinə töküb alışqanla qəsdən alışdıraraq sağ qalma ehtimalının olmayacağına əmin olduğu xəsarətləri yetirməsini, niyyətinin müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirərək Şura Əmirovaya xüsusi əzab və işgəncə verdiyini dərk edib və bunu arzu edərək sonuncunu xüsusi amansızlıqla həyatdan məhrum edilməsinə yönəlməsi kimi qiymətləndirir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbay can Respublikası CMnin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə it tihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şi kayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cina yətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar