Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1873/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, X1 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli, 1(104)-197/2024 nömrəli qərarından məhkumun müd afiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin (sədrlik edən T.Musayev) 2024-cü il 23 yanvar tarixli 1(076)-2/2024 nömrəli hökmü ilə, 1972-ci il 29 mart tarixdə Şəmkir rayonu, Yeni-Həyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 7(007)-837/2018 saylı qərarından görünür ki, xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli Qanununa əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin edilmiş 8 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 il 5 aya azaldılmış, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin olunmuş 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti 2 il 5 aya azaldılmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumet mə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 20 dekabr 2021-ci il tarixdən 20 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 5 ay müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasının əvvəlinin 26 dekabr 2023-cü il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi qərara alınmış, həmçinin hökmlə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarix li 1(076)-2/2024 nömrəli hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Rafiq Cəfərov (sədrlik edən), Salman Hüseynov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 2024-cü il 3 aprel tarixli, 1(104)-197/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Şəmkir Rayon Məhkəməsinin 2024-cü il 23 yanvar tarixli 1(076)-2/2024 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli, 1(104)-197/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlnə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2024-cü il tarixli i clasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə ərizə göndərərk kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq və dövlət ittihamının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 aprel tarixli, 1(104)-197/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1873/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1873/2024
27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver