Məhkəmə qərarları › İş №1(102)-1874/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1874/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1874/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və bəraət almış şəxs X10 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət v erilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, X16 və X7 ibarət tərkibdə) 22 sentyabr 2022-ci il tarixli hökmü ilə 25 aprel 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Ordubad şəhəri, Vənəd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu, Q.Məmmədov küçəsi, 3C, mənzil 89-da yaşamış X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ci nayəti törətməkdə təqsirli bilinmiş və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X21 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə) 9 mart 2023-cü il tarixli hökmü ilə məhkum edilmiş şəxs X10 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilmişdir. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdir. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası X15 izah edilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən X6 məqsədi ilə qanunsuz olaraq külli mi qdarda psixotrop maddə və narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 26 sentyabr 2021-ci il tarixdə sonuncu tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində gizlədilmiş külli miqdarda 2918,786 qram narkotik vasitə olan heroini, külli miqdarda 158,227 qram psixotrop maddə olan metamfetamini, 341,667 qram narkotik maddə olan marixuananı, külli miqdarda 16,956 qram narkotik vasitə həşişi qətranını qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanda daşımaqla saxlamış, 27 sentyabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 20: 00-da Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən «Dəmirağac» marketin yaxınlığında idarə etdiyi «X33 Prado» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Lənkəran şəhəri P.Təhməzov 8 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və idarə etdiyi «X33 Prado» markalı **KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut aşkar edilməsə də, şəxsi axtarış zaman kirayə yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirməsinə görə əməliyyat axtarış tədbirlərinin davamı olaraq 28 sentyabr 2021-ci il tarixdə saat 6:20-də yaşadığı ünvan 3 ünvanda keçirilmiş baxış za manı giriş qapısından irəlidə solda yerləşən şkafın aşağı hissəsindən 1 ədəd sintetik materialdan olan çantanın içərisindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1799,0 qram, 1118,0 qram, 1,786 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi 2918,786 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 97,181 qram, 49,422 qram, 10,933 qram, 0,691 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi 158,227 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin, 1 bükümdə təmiz çəkisi 341,667 olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə küllü miqdarda təmiz çəkisi 16,956 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı və 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız qərar qəbul etdiyindən, həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Nicat Bağırov ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək öz müdafiəsi üçün əsassız dəlillər gətirmiş və göstərmişdir ki, o narkotik vasitədən istifadə etməmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, ona g örə də üzərində və avtomobilində narkotik vasitələr aşkar edilməmiş, yaşadığı evdə aşkar edilən narkotik vasitələr ona məxsus olmamış, qeyd olunan narkotik vasitələr polis əməkdaşları tərəfindən mənzilə yerləşdirilmiş və ona qarşı fiziki işgəncə verilmişdir. X34 ifadələrində qeyri-səmimi olmaqla törətdiyi ağır cinayətə görə məsuliyyətdən boyun qaçırmağa çalışmış, bununla da əsl həqiqəti gizlədərək obyektiv həqiqətə nail olunmasına maneçilik törətməyə cəhd etməsi cinayət işinin materialları ilə sübut edilmişdir. Nicat Bağırov həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsi zamanı dindirilərkən polis əməkdaşları ilə 28 sentyabr 2021-ci il tarixdə ünvan 4 ünvanına gəldiklərini, polis əməkdaşlarının evdə sərbəst hərəkət etdiklərini, yeyib içdiklərini bildirmişdir. Məhkəmə həmçi nin öz qərarında qeyd etmişdir ki, Nicat Bağırovun yaşadığı mənzildə baxış və götürmə hərəkəti 28 sentyabr 2021-ci il tarixdə saat 06:20-də başlanılmışdır. Beləliklə, Lənkəran rayonunda nəqliyyat vasitəsinə baxışın 27 sentyabr 2021-ci il tarixdə saat 22:26-da qurtarması nəzərə alındıqda, Bakı şəhərində mənzilə baxışın ondan təxminən 8 saat sonra, yəni 28 sentyabr 2021-ci il tarixdə saat 06:20-də başlanılması haqlı suallar doğurur. Belə ki, Bakı şəhəri ilə Lənkəran rayonu arasında məsafənin 280 km olduğu, BakıLənkaran magistral yolunda orta surət həddinin isə 90-110 km/saat olduğu nəzərə alınarsa, həmin məsafənin avtomobillə ən geci 3 saata qət edilməsi mümkün idi. 1 saat da əlavə işlər üçün hesablanmış olarsa, X1 yaşadığı mənzilə 28 sentyabr 2021-ci il tarixdə gecə saat 2-3 radələrində çat ması mümkün idi. X20 özü də ifadəsində “evə 28 sentyabr 2021-ci cil tarixdə, gecə saat 2 radələrində çatdıqlarını” bildirmişdir. Belə olan halda, mənzilə 28 sentyabr 2021- ci il tarixdə gecə saat 2-3 radələrində çatdıqları halda baxışı saat 6:20-də başlanılması, həmin müddət aralığında, yəni 3-4 saat ərzində əməliyyat qrupu üzvlərinin mənzildə əlavə olaraq hansı “işlərlə” məşğul olmaları məhkəmə kollegiyasında əsaslı şübhələr və cavabı tapılmayan suallar yaratmışdır. Məhkəmənin şübhəli hesab etdiyi məqamlarla əlaqədar qeyd edir ki, cinayət işi üzrə dindirilmiş polis əməkdaşları Nicat Bağırovun Bakı şəhərinə gələrkən yaşadığı ünvanı səhv göstərdiyini, onları bir saat müxtəlif ünvanlara apardıqlarını və xx.xx.2021-ci il tarixdə səhər saat 06 radələrində Nicat Bağırovun yaşadığı Qədir Məmmədo v küçəsi, ev 3C, mənzil 89-a ünvanında olduqlarını bildirmişlər. Belə ki, cinayət işinin materiallarından görünür ki, Şahid1 istifadəsində olmuş ***-*****-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrələrinə 27 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd «CD» diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Şahid1 istifadəsində olmuş “***-***-**-** mobil nömrənin 28 sentyabr 2021-ci il tarixdə saat 01:22:29-da Lenkeran rayon, saat 02:06:22-də Masalli rayonu, saat 02:07;15-də Cəlilabad rayonu, Uzuntepe kendi, saat 02:07:15-də Masalli rayonu, saat 02:08:47-də Celilabad rnu, Uzuntepe kendi, saat 02:24:15-də Celilabad rayonu, Guneshli kendi, saat 02:35:52-də Salyan yolu, «NNOİL» yanacag doldurma menteqesi, saat 02;59:59-da «Qaradağ r-nu, Yeni liman erazisi, saat 03:14:16-da Qaradağ rayonu, Neriman Nərimanov adina neft shirketi, saat 03:25:21-də Sahil qəsəbəsi, saat 04:40:49-da Axmedli, Xudu Məmmedov st” anten dairəsində olması müəyyən edilmişdir. Əldə edilən anten dairəsindən də görünür ki, polis əməkdaşları ifadələrində qeyd etdikləri tarixdə və marşrut üzrə Bakı şəhərinə gəlmişlər və sonuncu dəfə 04:40 radələrində Əhmədli ərazisində olmuşlar. Nicat Bağırov isə dəfələrlə dindirilərkən gecə 02 radələrində evə gəldiklərini və polis əməkdaşları ilə orada gecələdiklərini, yeyib içdikləri qeyd edir. Göründüyü kimi təqsirləndirilən şəxs hadisələrin gedişatı barədə düzgün ifadə verməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi polis əməkdaşlarının qeyd etdikləri saat işin faktiki hallarına tam uyğun gəlir. Belə olan halda evə baxışın 06:20-də başlanması məhkəmədə heç bir şübhə yaratmamalı idi. X26 ifadələrində göstərdikləri işdə olan sübutlarla təkzib edildiyindən məhkəmə Nicat Bağırovun polis əməkdaşlarını müxtəlif ünvanlara aparaq öz yaşadığı ünvanda baxış keçirilməsinə mane olan halın hansı səbəbdən olması faktlarını araşdırmalı və Nicat Bağırovun ifadəsinə tənqidi yanaşmalı idi., Nicat Bağırovun qeyd etdiyi kimi həqiqətən də evində narkotik vasitəsi olmadığı halda sonuncu nəyə görə evinin ünvanını düzgün göstərməmişdir. İstintaq dövründə dindirilən təqsirləndirilən şəxs əvvəlcə evində bir büküm narkotik vasitə olduğunu bildirir, daha sonra məhkəmələrdə dindirilərkən isə evindən aşkar edilən na rkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Göründüyü kimi qeyd olunan xüsusatlar məhkəmə tərəfindən araşdırılmamış, sübutlar tam obyektiv şəkildə tədqiq edilməmişdir. Məhkəmə bəraətin əsası kimi həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması hallarını göstərmişdir. Lakin cinayət işinin materiallarından da görünür ki, təqsirləndirilən şəxsə müdafiəçi təmin edilmiş, onun iştirakı ilə aparılan istintaq hərəkətlərində müdafiəçinin iştirakı təmin edilmişdir. Əvvəlcə dövlət hesabına müdafiəçi təyin edilmiş daha sonra (həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatla məhkəməyə müraciət edilən ərəfədə) onun müqavilə əsasında özünün seçdiyi müdafiəçi ilə hüquqlarının müdafiəsi davam etdirilmişdir. Nicat Bağırovun kirayə yaşadığı mənzilə baxış keçirilərkən də müdafiəçinin iş tirakı təmin edilmiş, lakin məhkəmə müdafiəçinin fəaliyyətini səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul etməmişdir. Cinayət işinin materiallarından görünür ki, ilkin araşdırma zamanı Nicat Bağırovun hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim edilmiş, vəkil şəxsə özünün istəyi əsasında müdafiəçi qismində təyin edilmiş və təqdim olumuş, bir daha razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesində iştirakı təmin edilmişdir. Yəni, iş materiallarının mübahisəsiz tədqiqindən göründüyü kimi, şəxsin şübhəli şəxs qismində tutulduğu andan müdafiəçi yardımından istifadə etmək hüququ real olaraq təmin olunmuş, o, tutularkən artıq müdafiəçiyə malik olmuş, bu halın düzgünlüyünün mübahisəsiz olması iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi ilə də təsdiqini tapmışdır. Ona görə də, vəkilin cinayət prosesi gedişatında hansısa vəsatət təqdim etməməsi, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması barədə məsələ qaldırmaması keyfiyyətsiz hüquqi yardım göstərilməsi kimi qəbul edilə bilməz. Məhkəmə bəraətin əsası kimi həmçinin Nicat Bağırovun fiziki işgəncələrə məruz qalması hallarını göstərmişdir. İş materiallarından da görünür kı, X10 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təsirə, eləcə də hədə-qorxuya məruz qalması barədə xüsusatlarla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış və 27 noyabr 2021 -ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin qeyd olunan qərar daha sonralar təqsirləndirilən şəxs tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsi hökmdə ittihamın təqdim etdiyi sübutları tədqiq etməmiş, onları işin faktiki halları ilə müqayisə etməmiş, həmin sübutları yoxlamamış, onlara ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə iş üzrə ziddiyyətli ifadələrə tənqidi yanaşmamış, onları əsassız olaraq sübut kimi qəbul etmişdir Beləliklə, iş üzrə toplanmış mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs X10 yaşadığı ünvan 4 ünvanından külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyri-düzgün qiymətləndirməklə təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3- cü madd ələri ilə bəraət verməklə CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirilməsi” prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası bəraət hökmü çıxararkən cinayət- prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM- nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq etməmiş, əsassız olaraq təqsirləndirilən şəxsə bəraət verimişdir. Kassasiya protestində X10 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsi nin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib-qiymətləndirilmədiyi və X15 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi X20 barəsində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbul u ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ic timai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalə tli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyət li və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X15 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Apellyasiya icraatı zamanı dindirilmiş təqsirləndirilən şəxs X20 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun müddətdir Dövlət Neft Şirkətində işləyir. Məzuniyyətdə olan vaxtlar rayonlara istirahətə getmişdir. 26 sentyabr 2021-ci il tarixdə ümumiyyətlə Günəşli qəsəbəsində olmamışdır. Lerik rayonuna istirahətə getmək üçün bi r günü 100 manata olmaqla iki günlük icarəyə maşın götürmüşdür. O, həmin avtomobillə Lerik rayonuna gedəndə onu saxlamışlar, sənədlərini istəmişlər, daha sonra isə avtomobildə axtarış aparacaqlarını bildirmişlər. Böyük ehtimalla həmin maşınla ondan əvvəl kimsə Lənkəran rayonuna narkotik aparmışdır. Daha sonra onu narkoloji müayinəyə aparacaqlarını demişlər, o, isə buna etiraz etməmişdir. Narkoloji müayinənin cavablarına əsasən onda hər hansı narkotik asılılığı və ya istifadə etməsi halı aşkar olunmamışdır. Daha sonra onu sərbəst buraxmışlar və Lerik rayonuna istirahətə getmişdir. Bakıya qayıdan zaman Lənkəran rayonu ərazisində yenidən polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobilinə baxış keçirmişlər, lakin heç nə tapmamışlar və üzrxahlıq edib onu sərbəst buraxmışlar. Lakin bir qəd ər gedib yolda marketə düşmüş, kassada alış-veriş edən zaman onu tutmuşlar. Onun və yanında olan xanımın mobil telefonlarını dərhal əllərindən almışlar. Sonra onları Regional İdarəyə aparmışlar. İdarədə qız dəhlizdə gözləmiş, onu isə bir otağa salıb döyməyə başlamışlar və ondan narkotik vasitənin harada olduğunu soruşmuşlar. Telefonun parolunu açmağı tələb etmişlər. O, telefonun parolunu açmış və polislər onun telefonunu aparmışlar. Videoçəkiliş sentyabrın 28-də olmuş, sentyabrın 27-də heç bir axtarış və ya video çəkiliş olmamışdır. Onu idarə rəisi Həmid Həmidovun yanına aparmışlar, sonuncu onun şübhəli olduğunu bildirmişdir. Minarə qorxudan onunla birlikdə yaşadığını bildirmişdi, amma onunla bir evdə yaşamamışam. Sonra biz bir yerdə həmin ünvana gəldik. Əməliyyatçılardan biri mənim yanımd a qaldı, digərləri mənə dedilər ki, baxış keçirməyə ehtiyac yoxdu, bir az evdə oturub çay içib yemək yeyib. Apellyasiya icraatı zamanı suallara cavab olaraq X20 göstərmişdir ki, Lənkəran rayonunda onun avtomobilinə və mobil telefonuna baxış keçirilmiş, lakin heç nə aşkar olunmamışdır. Lənkəranda video çəkiliş aparılmamış və onun izahatı alınmamışdır. Rəis, sürücü, xanım və o eyni maşında Lənkərandan Bakıya qayıdaraq birbaşa onun yaşadığı evə gəlmişlər. Gecə təxminən 2 radələrində onun yaşadığı mənzilə çatmışlar. Mənzilində video çəkilişdə görsənən polis əməkdaşlarından başqa, mənzilin mətbəxində digər polis əməkdaşları da olmuşlar. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021-də Nicatın təklifi ilə onunla birlikdə rayona getmişlə r. Rayona getmək üçün Nicat icarəyə avtomobil götürmüşdür. Rayona gedib gəzib istirahət etmişlər. Yolda onları polislər saxlamışlar. Avtomobili aparmışlar, yarım saat sonra isə qaytarmışlar. Daha sonra Lerik rayonuna "Relax” istirahət mərkəzinə getmişlər. 27 sentyabr 2021-ci il tarixdə Bakıya qayıdarkən onları yenə saxlamışlar. Belə ki, Lənkəran rayonunda axşamüstü mağazaya daxil olmuşlar və həmin vaxt onlara mağazanın içərisində tutaraq avtomobillə Regional Polis İdarəsinə aparmışlar. Nicatı ayrı otağa aparmışlar, onu isə başqa otaqda sorğu-sual etmişlər. Nicat onun yanına gələndə üz nahiyyəsində və əllərində qızartılar, üzündə şiş də var idi, halı yaxşı deyildi. Nicat polis əməkdaşlarının onu döydüyünü bildirdi. Sonra eyni avtomobildə o, Nicat, rəis, sürücü və bir nəfər olmaqla onları Ba kıya gətirmişlər. Həmin avtomobilin arxasına başqa bir avtomobil də gəlmişdir. Böyük ehtimalla həmin avtomobildə polis əməkdaşları olmuşdur. Birbaşa onların yaşadığı evə gəlmişlər. Evin içərisində Nicatı ayrı otağa, yəni qonaq otağına aparmış, onu isə başqa otaqda saxlamışlar. Nicatın otaqdan ucadan qışqırıq səsləri gəlmiş və açıq-aydın hiss olunurdu ki, Nicatı döyürlər və vururlar. Təxminən 20-25 dəqiqə sonra Nicat onun yanına gəlmiş və narkotik vasitəni boynuna almayacağı (etiraf etməyəcəyi) halda onu da (Minarəni) məsuliyyət cəlb edəcəkləri barədə polislərin hədə- qorxu gəldiklərini bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş və iclas protokolunda təsvir edilmiş ifadəsində (hökmdə təsvir edilməmişdir) Şahid4 göstərmişdir ki, 27 sentyabr 2021-ci il tarixdə tanışı Nicatla is tirahət etmək üçün Lerik rayonuna "Relax” istirahət mərkəzinə getmişlər. İstirahətdən qayıdarkən "Dəmirağac” marketində polislər onu və Nicatı saxlayıb regional bölməyə aparmışlar. Ona qarşı şiddət tətbiq edərək Nicata qarşı ifadə verməyini tələb etmişlər. Eləcə də, onu da məsuliyyətə cəlb edəcəkləri ilə Nicata hədə-qorxu gələrək Nicatdan narkotik vasitələri boynuna almağı tələb etmişlər. Nicatla kirayə yaşağımız mənzilə baxış keçirilərkən o mətbəxdə olmuşdur. Mətbəxdə onun yanında əməliyyatçı var idi. Əməliyyatçı mətbəxdən çıxan zaman mətbəxin qapısı açıq qalmış və o, başqa bir şəxsin əlində çanta mənzilə daxil olduğunu görmüşdür. O, həmin çantada nə olduğunu soruşduqda, ondan sual verməməyi tələb etmişlər. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkili X18 if adəsində göstərmişdir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq edir. Belə ki, Nicat Bağırovu əvvəldən tanımamış, qohumluq, düşmənçilik və ədavəti yoxdur. Nicat barəsində daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Nicat Lənkəran rayonunda "Dəmirağac” mağazası yaxınlığında saxlanılmış, saxlanılarkən yanında bir qadın olmuş, onlar birlikdə idarəyə gətirilmişlər və bölmədə baxış keçirilmişdir. Avtomobildə və üzərində narkotik vasitə aşkar olunmamış, lakin Nicat evində narkotik vasitə saxladığını etiraf etmişdir. Onlar Bakıya gəlmişlər və Nicatın yaşadığı evdə narkotik vasitə aşkar olunmuşdur. Nicat həmin narkotik vasitəni özü təqdim edərək "Rza” adlı şəxsdən 500 manat qarşılığında götürdüyünü bildirmişdir. Suallara cavab olaraq şahid X 18 bildirdi ki, Nicat adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat işi olmasa da, əməliyyat məlumatı olmuş və həmin əməliyyat məlumatı əsasında Nicat tərəfimizdən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən Nicat Bağırova heç bir təzyiq və ya təsir olmamış, heç bir xəsarət yetirilməmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrini təsdiq edir. Belə ki, əməliyyat qrupunun üzvü kimi Nicat Bağırovun saxlanılmasında iştirak etmişdir. Nicat Lənkəran rayonunda saxlanılarkən onun yanında bir nəfər xanım olmuş və Nicat Bakı şəhərində evində narkotik vasitənin olduğunu özü bildirmişdir və evə baxış keçirilərkən də narkotik vasitələri özü könüllü təqdim etmişdir. Nicat həmçinin narkotik vasitəni iranlıdan aldığını bildirmişdir. Suallara cavab olaraq Şahid1 əlavə olaraq göstərmişdir ki, saxlanılarkən Nicat Bağırova fiziki və ya psixi təsir göstərilməmiş, ona xəsarət yetirilməmişdir. Səhv etmirsə, bir müddət əvvəl Nicat avtomobil qəzası keçirmişdir. Nicat Lənkəran rayonunda “Dəmirağac” mağazası yaxınlığında saxlanılmış, saxlanılarkən yanında bir qadın olmuş, onlar birlikdə idarəyə gətirilmişlər və bölmədə baxış keçirilmişdir. Avtomobildə və üzərində narkotik vasitə aşkar olunmamış, lakin Nicat evində narkotik vasitə saxladığını etiraf etmişdir. Onlar Bakıya gəlmişlər və Nicatın yaşadığı evdə narkotik vasitə aşkar olunmuşdur. Nicat həmin narkotik vasitəni özü təqdim edərək “Rza” adlı şəxsdən 500 manat qarşılığında götürdüyünü bildirmişdir. Nicatın kirayə yaşadığı mənzilə baxış keçirilərkən video çəkiliş aparılmışdır. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid3 ifadəsinə əsasən, o, əməliyyat qrupunun üzvü kimi Nicat Bağırovun saxlanılmasında iştirak etmişdir. Nicat Lənkəran rayonunda saxlanılarkən onun yanında bir nəfər xanım olmuş və üzərinə baxış keçirilərkən Nicatın üzərindən hər hansı vsaitə aşkar olunmasa da, o, Bakı şəhərində evində narkotik vasitənin olduğunu özü bildirmişdir. Bununla əlaqədar olaraq Bakıya yollanmışlar və Nicatın yaşadığı evə baxış keçirilərkən narkotik vasitələri özü təqdim etmişdir. Nicat həmçinin narkotik vasitəni iranlıdan aldığını bildirmişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş polis nəfəri X3 ifadəsində, habelə suallara cavab olaraq göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin polis nəfəri işləyir. O, Nicat Bağırovun saxlanılması məqsədilə yaradılmış əməliyyat qrupunun üzvü olmamış, eləcə də onun saxlanılmasında iştirak etməmişdir. O, Lənkrandan Bakıya əməliyyat qrupu ilə birlikdə gəlməmiş, hadisə günü tədbirlə bağlı təsadüfən Bakı şəhərində olmuşlar. Əməliyyat zamanı mühafizəni təşkil etmək üçün Nicatın yaşadığı ünvana çağırmışlar. O, həmkarı Mehti ilə həmin ünvana getmişlər, lakin yuxarı mənzilə qalxmamışdır. Həmin vaxt mənzildə kimlərin olduğunu bilməmişdir. Nicat Bağırovun guya onun tərəfindən döyülməsi barədə dedikləri yalandır. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Böl gəsində Regional Şöbəsinin polis nəfəri işləyir. O, Nicat Bağırovun saxlanılması məqsədilə yaradılmış əməliyyat qrupunun üzvü olmamış, eləcə də onun saxlanılmasında iştirak etməmişdir. O, hadisə günü başqa tədbirlə bağlı təsadüfən Bakı şəhərində olmuşdur. Əməliyyat zamanı mühafizəni təşkil etmək üçün Nicatın yaşadığı ünvana çağırmışlar. O, həmkarı Tural Babayevlə həmin ünvana getmişlər, lakin yuxarı mənzilə qalxmamışdır. Həmin vaxt əməliyyatçılar Nicat Bağırovla gələrək yuxarı mənzilə qalxmışlar. Heç bir baxış və axtarışda iştirak etməmişdir. Nicat Bağırovun xəsarət alıb-almaması barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən Ədliyyə Nazirliyinə verilmiş xüsusi məlumatdan görünür ki, X20 Bakı şəhəri Xətai RPİ-nin əməkdaşları tərəfindən 30 sentyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, 01 oktyabr 2021-ci il tarixdə saat 10:30 radələrində Təcridxananın tibbi-sanitar bölməsində müayinədən keçirilən zaman sağ çiyin və sağ bud nahiyyəsində açıq-sarımtıl rəngli qançır izləri, hər iki ayağının üstündə isə qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Eyni məzmunlu məlumat 13 noyabr 2021-ci il tarixli məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə də təqdim olunmuşdur Lənkəran rayon prokurorunun köməkçisi X13 27 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, X10 Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən döyülməsi, fiziki və psixi təsirə, eləcə də hədə-qorxuya mər uz qalması barədə xüsusatlarla bağlı toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmin rədd qərarından həmçinin görünür ki, X20 izahatında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən ona fiziki zorakılıq tətbiq edildiyini, işgəncə verildiyini göstərsə də, nədənsə məhkəmə-tibbi ekspertizadan keçirilməsindən imtina etmişdir; Bundan başqa, 27 noyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar barədə təqsirləndirilən şəxs və ya onun müdafiəçisinin vaxtında məlumatının olması, qərarın surətinin təqdim edilməsi iş materiallarından görünmür. Bu hallar isə həmin qərarın təqsirləndirilən şəxs və onun müdaf iəçisi tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmək imkanından məhrum etmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş (polis əməkdaşı) Şahid1 ifadəsində fikri X10 döyülmə faktından yayındırmaq üçün, yeni bir dəlildən istifadə etmişdir, yəni "X10 bir müddət avtomobil qəzası keçirdiyini” bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.30-cu maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarlarından, yaxud hərəkətlərindən şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 91.5.29-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və xahişi ilə bu qərarların surətlərini almaq hüquq vardır. X10 adınd an tərtib edilmiş 27 sentyabr 2021- ci il tarixli ərizədən görünür ki, o, maddi imkanı olmadığı üçün ona dövlət hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Cəmi iki gün sonra isə (artıq barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimatla məhkəməyə müraciət edilən ərəfədə) onun müqavilə əsasında, özünün seçdiyi vəkil Müdafiəçi1 hüquqlarının müdafiəsi üçün cinayət işinə buraxılmışdır. X10 mənzilinə baxış keçirilərkən Lənkəran rayon Hüquq Məsləhətxanasının vəkili X8, daha sonra, yəni cinayət işi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin icraatına veriləndə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 dövlət hesabına vəkil qismində iştirak etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyinə əsasən birinci instansiya məhkəməsi X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi təqsirli bilərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Göstərilən məhkəmə ibtidai istintaq orqanının səhvlərini təkrarlayaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları X15 qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, "İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, X 10 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb və işgəncə verib zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını, "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğunu nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X10 ağır cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Belə ki, Apellyasiya məhkəməsinin müəyyən etdiyi nəticəyə əsasən: - X20 işgəncəyə məruz qalmaqla, işgəncənin təsiri ilə əməliyyat- axtarış tədbirinin gedişində özünə qarşı izahat verməyə məcbur edilmiş, maddi sübutun götürülməsi işgəncədən irəli gəlmiş, ittihamın əsasına qoyulmuş sübutlar bu yolla əldə edilmişdir; -X10 milli qanunvericlik və Avropa Konvensiyası ilə təminat verilən müdafiə hüquqları kobud şəkildə pozulmuşdur; -X20 ilə bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanu nunun 15-ci maddəsinə zidd olaraq əməliyyat-qeydiyyat işi olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. Beləliklə, apelyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələ ri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimətəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X15 bəraət vermişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi q anunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X10 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşaraq hesab edir ki, istintaq orqanı və birinci instansiya məhkəməs i tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X10 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbayca na qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirs iz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X9 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayə t təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 mart 2023-cü il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellya siya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-c ü il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 mart 2023-cü il tarixli hökmü kassasiya protesinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar