Məhkəmə qərarları › İş №1(102)-1875/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1875/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1875/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əli Əliyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və İlkin Abdullayev) 20 avqust 2021-ci il tarixli, 1(099)-381/2021 nömrəli hökmü ilə xx xxxxxxxx 1987-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2021-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Məhkum2 və Məhkum3 da təqsirli bilinib məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 məhkum olunmuşdur ona görə ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etmək barədə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında razılığa gəldikdən sonra Məhkum2 tanışı Cəlilabad şəhər sakini Məhkum3 660 (altı yüz altmış) manat müqabilində almış olduğu narkotik vasitə heroini əldə edəcəyi qazancı onunla bərabər şəkildə böləcəyi vədini verərək ondan həmin narkotik vasitə olan heroini eyni məbləğ müqabilində alaraq həmin narkotik vasitənin bir hissəsindən istifadə edərək qalan hissəsini üzərində gəzdirməklə saxlamış, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən 22 yanvar 2021-ci il tarixdə, saat 21 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və RPŞ-də üzərində şəxsi axtarış aparılan zaman həmin heroinin 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi- 3,887qr; 4,950qr, 3,820 qr, ümumi təmiz çəkisi 12,657 qram hissəsi əynindəki boz rəngli gödəkcəsinin sağ yan cibindən aşkar edilərək götürül müş, habelə qanunsuz olaraq bir ədəd əldə düzəltmə üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici və vurucu-əzici xassələrə malik olan kombinə edilmiş soyuq silah hesab edilən kastet-bıçağı əldə edib daşımaqla üzərində saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmməd Bağırov (sədrlik edən), Elşad Əliyev və Samir Mayılov) 1(106)-871/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021ci il tarixli hökmü təqsirləndirilən şəxs Məhkum1 münasibətdə cəzaya aid hissəsində dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 9 (doqquz) aya endirilmiş və CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza ilə birinci instansiya məhkəməsinin hökmünə əsasən ona CM-in 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Məhkum1 üzərində cinayətlərin məcmuyu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin aşağı həddə müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum1 kassasiya şikayətini və kassasiy a şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza ağırdır. Belə ki, Məhkum1 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi çəkməsini, əməlini etiraf etməsini, himayəsində dörd azyaşlı uşağının olmasını, hər iki valideynlərinin səhhətləri ilə əlaqədar onun himayəsinə möhtac olmalarını, ilk məhkumluğunu, cəza çəkdiyi dövrdə islah olunmasını, cəzaçəkmə müəssisəsində daxili rejim qaydalarına əməl etməsini və şəxsiyyətini nəzərə alıb ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin olunmamalı, ap ellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticə yə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum X2 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum1 əməli Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayəti ndə əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyəti və ailə vəziyyətini nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısın ı almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, onun himayəsində azyaşlı uşaqları ilə yanaşı yaşlı valideynlərinin, işləməyən həyat yoldaşının da olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmış, cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Məhkum1 təqsir li bilindiyi Azərbaycan Respublikası CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 29 oktyabr 2021-ci tarixli, 1(106)-871/2021 nömrəli qərarı ilə Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 9 (doqquz) aya endirilmiş və CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza ilə birinci instansiya məhkəməsinin hökmünə əsasən ona CM-in 228.4-cü maddəsi ilə təyin olunmuş 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla Mə hkum1 üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 həm ayrı-ayrı maddələr üzrə, həm cinayətlərin məcmusu üzrə təyin edilmiş qiti cəza Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 və 66.3-cü maddələrinin tələblərinə uyğun təyin edilmiş, həmin cəza törətdiyi cinayətin ağırlığına, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gələn və cəza məqsədlərinə xidmət edən cəzadır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. C inayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum1 təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəs inə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Məhkumun kassasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş Məhkum1 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar