Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1875/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, Bakı Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (sədrlik edən hakim Vüsal Qurbanov) 17 oktyabr 2022-ci il tarixli 1(005)-403/2022 nömrəli hökmü ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhəri şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişd ir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 13 aprel 2022-ci il tarixdə saat 15 radələrində etibarnamə əsasında idarə eldiyi “Mercedes Benz Axor 1836LS” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Euro Home” mağazasının qarşısında dayandığı yerdən hərəkətə gətirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsini pozaraq, yəni hərəkətə başlamazdan əvvəl manevrin təhlükəsiz olmasına və hərəkətin digər iştirakçıları üçün maneə yaratma yacağına əmin olmalı olduğu halda buna əməl etməyərək, ehtiyatsızlıqdan avtomobilin qarşısında yolu sağdan sola doğru keçən piyada X5 vuraraq, sonuncunun hemopnevmotoraksla müşayiət olunan hər iki ağciyərlərin qapalı zədələnmələri, sol bud sümüyünün orta-yuxarı 1/3-dən travmatik amputasiyası (güdül), sol baldır və bud sümüklərinin çox qəlpəli, açıq yerdəyişən sınıqları, yumşaq toxumalarının geniş sahəli əzilmiş-cırılmış və soyulmuş yaraları, sol və sağ tərəfdə qabırğaların sınığı, sağ bazu və sirkə kasası sümüyünün qapalı, yerdəyişməyən sınıqları, sağ körpücükaltı nahiyənin əzilmiş yarası, burun belinin, sol əlin, sağ diz oynağının sıyrılmış yaraları, sağ budun yuxarı 1/3-nin geniş sahəli qançırı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bə dən xəsarətləri yetirməklə, ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Ziya Şirinov və İbrahim İbrahimli) 19 yanvar 2023-cü il tarixli 1(103)-169/2023 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamışdır. Məhkum müdafiəçisi Müdafiəçi kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli 1(103)-169/2023 nömrəli qərarının dəyişdirilməsini, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi tətbiq olunaraq bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə, həmçinin təqsirləndirilən şəxs Məhkum törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşıb və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlmişdir. Ancaq onlar məhkəmənin mövqeyindən və gəldiyi nəticədən narazıdırlar. Əvvəla bildirirlər ki, təqsirləndirilən şəxs Məhkum əməli düzgün tövsif olunmamışdır. Onun əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin tərkib hissəsi deyil, həmin Məcəllənin 124-cü maddəsinin tərkib hissəsinin əlamətləri var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tu tulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan Məhkum əməlinin Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunması üçün əvvəlcə onun əməlində həmin Məcəllənin 263.1-ci maddəsinin tərkibinin olmasının, yəni nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının sübut olunması lazımdır. İlk növbədə hadisə ilə əlaqədar təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi əsassızdır. İşlə əlaqədar təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Həmçinin müdafiə tərəfi məhkəməyə vəsatət verərək eksperti iclasa dəvət edib onun izahatını almağını tələb etsələr də məhkəmə əvvəlcə vəsatəti təmin etmiş, lakin sonda ekspert dindirilməmişdir. Hadisənin onların tərəfindən əldə edilərək istintaqa təqdim edilmiş videogörüntüdən açıq-aydın görünür ki, 13 aprel 2022-ci il tarixdə saat 14:15 radələrində Məhkum idarə etdiyi “Mersedes Axor” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobillə bazardaxili yolda avtomobilə yük yığılması üçün dayandığı mağazanın qarşısından hərəkətə başlayır və bir qədər yol gəldikdən sonra hərəkət etdiyi yolda qarşısında biri sedan, digəri mikroavtobus tipli iki avtomobilin dayandığını görüb avtomobilin hərəkətinin dayandırır və yolu bağlamış həmin iki avtomobilin sürücülərinin gəlməsini gözləyir. Saat 14:20-də sürücülər gəlib çıxır və əvvəlcə Vito markalı avtomobil yolu boşaldır, sonra isə Məhkum idarə etdiyi “Mersedes Axor” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilə daha yaxın olan sedan tipli avtomobil yolu boşaltmağa başlayır. Sedan tipli avtomobil yolu boşaltmaq üçün arxaya hərəkət etdikcə Məhkum da “Mersedes Axor” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili irəliyə doğru hərəkət etdirir və bu zaman, yəni, A. Hümmətovun avtomobili irəliyə doğru hərəkətə başlaması ilə eyni vaxtda mağazadan çıxan iki nəfərin birbaşa hərəkət edərək avtomobilin qarşısından keçməklə yolu keçmək istədikləri və sürücü Məhkum onları görmədiyini və avtomobili irəliyə doğru hərəkət etdirməyə davam etdiyi və həmin iki piyadanı vurduğu görünür. Videogörüntüdən görünür ki mağazadan əvvəlcə qadın çıxır, o avtomobilə yaxınlaşıb dayanır və ardınca kişi çıxır və qadının sol qolundan tutaraq avtomobilin qarşısın dan keçmək üçün dartır və bu zaman kişinin üzü qadına tərəf baxır, avtomobilin hər an hərəkətə başlaya biləcəyinə diqqət etmədən onun qarşısına keçirlər. Onlar avtomobilə sağ tərəfindən yaxınlaşırlar, həmçinin yola 90 dərəcə bucaq altında yox, iti bucaq altında yaxınlaşırlar və bütün bu hərəkətlər sürücünün görünüş dairəsindən kənarda baş verir. Yəni, onlar avtomobilə elə səmtdən yaxınlaşırlar ki, sürücü onları görə bilməzdi. Buna görə də o hadisənin qarşısını ala bilməzdi. İş üzrə Nərimanov RPİ-nin baş müstəntiqi, polis mayoru X4 tərəfindən məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının keçirilməsi barədə qərar qəbul olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 8/1052 saylı ekspert rəyinə əsasən “Mersede s Axor” markalı, **-TD*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə əməl etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır Video görüntüdən görünür ki, Məhkum heç bir istiqamətə dö nmək istəmir, o düzünə hərəkət edərkən qarşısında maneə olduğunu görüb dayanır və yolun boşalmasını gözləyir və yol boşalan kimi düzünə hərəkətə başlayır və məlum hadisə baş verir. Belə olan halda, yəni sürücü heç bir manevr etmədiyi halda ekspertin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinə istinad etməklə sürücü Məhkum hadisənin qarşısını almağa texniki imkanının olması barədə verdiyi rəy təəccüblü deyil, sadəcə gülüncdür. Həmçinin ekspert sürücü üçün təhlükə anının hansı andan yarandığını, bu andan sonra sürücünün nə etməli olduğunu və onu etmədiyini qeyd etməli olduğu halda rəydə bu barədə bir kəlmə də yoxdur. Əksinə piyadalar avtomobilə yaxınlaşan zaman onun mühərrikinin işlək vəziyyətdə olduğunun gördüyü halda heç bir ehtiyat tədbiri gör mədən birbaşa avtomobilin qarşısına keçirlər. Müstəntiq E.Məmmədov ekspertiza təyin olunması haqqında qərarda ekspert qarşısında yalnız bir sual qoymuşdur: “Mercedes Axor” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? Ancaq, müstəntiq E.Məmmədov ekspertiza təyin olunması haqqında qərar qəbul edərkən yaddan çıxarmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər iştirak edib piyada və sürücü. Sürücü yol hərəkətinin iştirakçısı olduğu kimi, piyada da yol hərəkətinin iştirakçısıdır. Yolda hərəkətin təhlükəsizliyi üçün sürücü qədər piyada da məsuliyyət daşıyır. Ona görə də müstəntiq qərarında s ürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olub-olmadığını və onun hadisənin qarşısını almağa imkanının olub-olmadığı sualını da qoymalı idi. Eyni zamanda ekspert sürücünün hərəkəti üçün təhlükənin yarandığı anı müəyyən etməli, sürücü təhlükəni gördüyü andan hadisə baş verənədək onun qət etdiyi məsafə müəyyən olunmalı, buna uyğun olaraq onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması müəyyən edilməli idi. Ancaq, ekspert bu hallara əhəmiyyət vermədən çox bəsit bir rəy vermişdir. Həmin rəy qanunazidd olduğu üçün ləğv olunmalıdır və ekspert qarşısında yeni suallar qoyulmaqla təkrar ekspertiza təyin olunmalıdır. Ekspert müstəntiq tərəfindən ona təqdim olunmuş işdə olan natamam qərara natamam cavab vermiş, hadisəyə düzgün qiymət verməmiş, piyadaların sürücünün görmə dairəsindən kənarda olmasını nəzərə almamış, piyadanın yolu keçid üçün müəyyən olunmamış yerdən keçdiyini, həmçinin öz təhlükəsizliyi üçün heç bir tədbir görmədiyini nəzərə almamış, piyadanın spirtli içki qəbul edib etmədiyi yoxlanılmadan sürücünün hadisənin qarşısını almağa texniki imkanı olması barədə əsassız rəy vermişdir. Ona görə də ekspertin rəyi kifayət qədər əsaslı olmadığı üçün ya sübutlar sırasından çıxarılmalı, ya da təkrar ekspertiza təyin olunmalıdır. Bütün qeyd etdikləri sürücü Məhkum hərəkətlərində cinayət tərkibinin olmaması anlamına gəlməyə əsas verir ki, bu da nəticədə onun bəraət almasına əsas verir. Məhkəmə kollegiyası Məhkum barəsində olan cinayət işini nəzərdən keçirib, kassasiya şikayətinin dəlillərini araşdırıb, m əruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasını 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət ver ilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, kassatorun fikrincə məhkumun əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda, məhkəmələr işin halları tam və hərtərəfli araşdırılmadan əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəl illərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla – təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, məhkəmə yol-nəqliyyat və məhkəmə-tibbi ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər iş materialları ilə təsdiq edilmişdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya mə hkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəlmir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin Məhkum əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birin ci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxs Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclas protokollarından görünür ki, məhkəmələr işə baxarkən verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1-ci mad.), əməldə cinayət tərkibi olmadıqda (42.1.2-ci mad.), cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3-cü mad.), təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4-cü mad.). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsində göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1875/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1875/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver