Məhkəmə qərarları › İş №1(102)-1875/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1875/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1875/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)-212/2024 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Məhkum 01 mart 1973-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 4 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai istintaq orqanı tərə findən müəyyən edilmiş işin faktiki hallarına əsasən, istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd “WEST” markalı siqaret qutusuna yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqasına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi təmiz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü siqaret folqasına bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qu rudulmuş marixuananı idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerində saxlamış,16 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Aşağı-Quşçu kəndinin ərazisində yerləşən “Elnur Plaza” sadlıq sarayının qarşısında idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasının qarşısında keçirilmiş baxış zamanı 1 ədəd “WEST” markalı siqaret qutusuna yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqalarına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi tə miz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü rəngli siqaret folqalarına bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun idarə etdiyi “Ford Tranzit” markalı, 60-BR342 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerindəndən aşkar edilərək götürülmüşdür.

3. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 13 fevral 2024-cü il tarixli, 1(062)-44/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, şübhəli şəxs qismində tutulduğu 02 (iki) günün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablanması, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və y aşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmasına, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Məhkum yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X6 (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət məhkəmə tərkibində) 02 aprel 2024-cü il tarixli, 1(104)212/2024 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, Məhkum CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 1(062)-44/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)-212/2024 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İİ. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələrin tə qsirləndirilən şəxsin əməlinin satış məqsədi ilə olmasının istisna edilməsi ilə bağlı gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan halların təsdiq və ya təkzib edilməsi üçün sübutlar tələb edilməmiş, sübutetmə zamanı məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutlar nəzərə alınmamış, öz hökmündə bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbi göstərilməmiş, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olmuşdur.

8. Həmçinin kassator protestinin dəlilləri qismində qeyd etmişdir ki, narkotik vasitələri və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları sa tış məqsədilə əldə etməsi onun hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitələrin və psixotrop maddəni hazırlaması üçün hər hansı bir avadanlığının olubolmaması ilə şərtləndirilə bilməz. Çünki, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə əldə edilməsi mümkündür və istisna olunmamışdır. Həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya əsasən qurudul muş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Göründüyü kimi, aşkar edilmiş narkotik vasitənin miqdarı Məhkum gündəlik şəxsi istehlak miqdarından artıq olmaqla, bükümlərdə olmuş və müxtəlif siqaret qutularına yığılmaqla idarə etdiyi avtomobildə daşınmışdır. Bundan başqa, 26 aprel 2022-ci il tarixli 516-VİQD nömrəli Azərbayacn Respublikası Qanunu (“Azərbaycan” qəzeti 20 may 2022) ilə CM-in 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. 21 noyabr 2023-cü il tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2 8 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya dəyişiklik edilmiş, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsasən verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə küllü miqdarları müəyyən edilmişdir. Hazırkı cinayət hadisəsi 16 oktyabr 2023-cü il tarixdə, yəni CM-in 234.1-ci maddəsində yuxarıda qeyd edilən edilmiş dəyişiklikdən sonra törədilmiş, hökm isə xx.xx.2024-cü il tarixdə çıxarılmışdır. Lakin, hökmdən və qərardan göründüyü kimi, məhkəmələr Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlsə də, aşkar edilmiş narkotik vasitənin miqdarı ilə bağlı, yəni “şəxsi istehlak miqdarından artıq miqdarda və ya xeyli miqdarda” olması ilə bağlı hər hansı qeyd aparmamışdır.

9. Bununla da, Gəncə Ap ellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM-in və ya CPMin”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində və ona cəza təyini hissəsində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd edilənlərə əsasən, məhkəmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)-212/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

11. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predme tini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CinayətProsessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-proses sual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində və məhkuma cəza təyini hissəsində səhvə yol verildiyin i, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edildiyini və ona həddindən artıq yüngül cəza olmaqla azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)212/2024 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan vaxt və mənbədən, satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 1 ədəd “WEST” markalı siqaret qutusuna yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqasına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi təmiz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü siqaret folqasına bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,3 2 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerində saxlamış,16 oktyabr 2023-cü il tarixdə, saat 19:40-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Aşağı-Quşçu kəndinin ərazisində yerləşən “Elnur Plaza” sadlıq sarayının qarşısında idarə etdiyi “Ford Tranzit” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasının qarşısında keçirilmiş baxış zamanı 1 ədəd “WEST” markalı siqaret qutusu na yerləşdirilmiş 5 (beş) ədəd gümüşü rəngli siqaret folqalarına bükülü və 1 (bir) ədəd ağ kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,47 qram, 1,34 qram, 1,44 qram, 2,72 qram, 1,53 qram, 4,46 qram olmaqla ümumi təmiz çəkisi 12,96 qram və “VİCEROY” markalı siqaret qutusuna yerləşdirilmiş 7 (yeddi) ədəd gümüşü rəngli siqaret folqalarına bükülüdə, ayrı-ayrılıqda təmiz çəkiləri, 0,23 qram, 0,27 qram, 0,26 qram, 0,32 qram, 0,26 qram, 0,28 qram və 0,27 qram olmqla ümumi təmiz çəkisi 1,89 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun idarə etdiyi “Ford Tranzit” markalı, 60-BR342 dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yerləşən saxlanc yerindəndən aşkar edilərək götü rüldüyündən, ona qarşı ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür.

20. İbtidai istintaq orqanı Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlayaraq daşımasına istinad etsə də, Məhkum “satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini” təsdiq edən sübutlar əldə etməmişdir.

21. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə əldə edilən və məhkəmədə tədqiq edilən sübutlara qiymət verib, məhkumun əməlində “satış məqsədi ilə narkotik vasitə əldə etməsi” faktının sübuta yetirilməməsi qənaətinə gəlinməsi, daha dəqiqi onun əməlinin Azərbaycan Respubl ikası CM-in 234.2-ci maddəsinə tövsif edilməsi üçün sübutların kifayət etməməsi nəticəsinə gəlmələri qanuni və əsaslı olmuşdur.

22. Kollegiya, apellyasiya instansiyası məhkəməsi tərəfindən AR CM-in 234.2-ci maddəsi ilə ittihamın irəli sürülməsi üçün yetərli olmadığından təkzib edilən, bununla yanaşı kassasiya protestinin dəlilləri qismində göstərilən, apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil edən, məhkumun ibtidai istintaq və məhkəm istintaqı zamanı verilmiş ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə münasibətdə qeyd edir ki, həmin sübutların məhkumun əməlinin “satış məqsədi ilə narkotik vasitə əldə etməsi” ilə təqsirli bilinməsi nəticəsinə gəlmək üçün yetərli hesab edilməməsinə dair birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən əsaslandırılmış qiymət verilmişdir.

23. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

27. Məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin və cəza təyininin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

28. Apellyasiya instansiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya müraciətində (apellyasiya protesti) irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi və cəza təyini barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

29. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsind ə aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

30. Belə, yəni aparılmış istintaq nəticəsində Məhkumun narkotik vasitəni satış məqsədi ilə əldə etməsini qeyd etsə də, bu faktı təsdiq edən, yəni təqsirləndirilən şəxslə hər hansı alıcı arasında hər hansı telefon danışıqları, sms yazışmaları müəyyən edilməmiş və ümumiyyətlə Məhkumun həqəqətən də hər hansı şəxslə narkotikin satışında cinayət əlaqəsinə girib sövdələşməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas olmamışdır, bu halda onun Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan əməlini törətməsi əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.

31. Kollegiya dövlət ittihamçısı tərəfindən kassasiya protestində, məhkumun əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün göstərdiyi “narkotik vasitəni satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə əldə edilməsi mümkündür və istisna olunmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, məzmunundan da göründüyü kimi qeyd edilə n dəlil ehtimal xarakterli olmaqla ittiham tərəfinin subyektiv mülahizəsindən ibarətdir. CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Prosessual qanunvericiliyin qeyd edilən normalarına istinadən cinayət işi materiallarında məhkumun əməlinin CM-in 234.2-ci maddəsi ilə, yəni narkotik vasitənin satışı ilə tövsif edilməsi üçün konkret sübutun mövcud olmamas ı səbəbindən ona istinad edilmədən, yalnız subyektiv mülahizə (“mümkündür”, “istisna edilmir” və.s) əsasında şəxsin daha ağır maddə ilə təqsirli bilinməsi qanunsuz və əsassız olardı.

32. Kollegiya eyni zamanda kassasiya protestində qeyd edilən “məhkəmələr Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlsə də, aşkar edilmiş narkotik vasitənin miqdarı ilə bağlı, yəni “şəxsi istehlak miqdarından artıq miqdarda və ya xeyli miqdarda” olması ilə bağlı hər hansı qeyd aparmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, 26 aprel 2022-ci il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1.3.1-ci bəndində CM-in 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözlərinin “xeyli” sözü il ə əvəz edilməsi qərara alınmışdır. Həmçinin, 21 noyabr 2023-cü il tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli qanuna və həmin qanunla təsdiq edilmiş İ siyahıya dəyişiklik edilmiş, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsasən verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, küllü və xüsusilə küllü miqdarları müəyyən edilmişdir. Həmin siyahıya əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Cinayət işi materiallarına əsasən məhkumdan aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixua nanın ümumi çəkisi 14,85 qram olmaqla xeyli miqdar təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə baxmayaraq, ona ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə ittiham elan olmuşdur. Şəxsin ittiham elan edilən maddə ilə təqsirli bilinməməsinin əsası qismində əməlində “narkotik vasitənin satış məqsədi ilə” icra edilməsini təsdiq edən sübutun mövcud olmaması çıxış etmişdir, yəni məhkum olunmuş şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisinə münasibətdə olan hissə ilə məhkəmələr razılaşmışdır, bu səbəbdən də, məhkəmələr tərəfindən məhz məhkumun təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin dizpozisiyasında qeyd edilən “xeyli miqdarda” sözünə münasibətdə xüsusi əsaslandırma aparmamalar ında hər hansı prosessual pozuntuya yol verilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, baxmayaraq ki, kassasiya protestinin dəlilləri qismində qeyd edilən məsələ mübahisə predmeti kimi göstərilmişdir, buna baxmayaraq dövlət ittihamçısı özü protestində narkotik vasitənin miqdarının xeyli miqdar olmasına deyil, məhz şəxsi istehlak miqdarından artıq olmasına istinad etmişdir (“aşkar edilmiş narkotik vasitənin miqdarı Məhkum gündəlik şəxsi istehlak miqdarından artıq olmaqla...”).

33. Məhkuma təyin edilmiş cəzanın həddindən artıq yüngül olmasına münasibətdə kassasiya protestinin dəlillərinə dair qeyd edilir ki, Məhkum cəza təyin edilərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozunt uya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir

34. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və cəza təyininə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmi ş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

36. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)-212/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılma lıdır.

37. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 aprel 2024-cü il tarixli, 1(104)-212/2024 nömrəli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar