Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1875/2025 08.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli, 1(103)-1527/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər X10 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) 2024-cü il 8 may tarixli, 1(101)-1371/2024 nömrəli hökmü ilə, 31 avqust 1990-cı il tarixdə Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Saybalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sabunçu Rayon Məhkəməsinin 7.6.2022-ci il tarixli qərarı ilə cəzası 2 ay 12 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 19 avqust 2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Ağdam rayonu, Bağbanlar ərazi dairəsi, Saybalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş karxanası yaşayış massivində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-in 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddət inə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2023-cü il tarixdən hesablanmış, E.Məhkum barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmiş və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. Həmin hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X9 və X3 ibarət tərkibdə) 2024-cü il 15 iyul tarixli 1(103)-1527/2024 nömrəli qərarı ilə Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılnışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatı əldə etmiş, saxlayıb, daşıyıb, gəzdirmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,208 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, "Baku Store” Ticarət Mərkəzinin yaxınlığında olan zaman saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli qutunun içərisində olan 01 bükümdə təmiz çəkisi 8,208 qram təşkil edən maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, naməlum vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd №-si silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahı hesab edilən «Makarov» konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli o lmaqla həmin kalibrli «Makarov» (PM), «Steçkin» (APS) konstruksiyalı həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və isitifadəyə yararlı 03 ədəd ştat patronları, zavod üsulu ilə istehsal edilmiş «Makarov» konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd darağı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Məmmədyarov” adına dairənin yaxınlığında olan boş əraziyə qədər daşıyıb gəzdirməklə orada gizlətmiş, 25 sentyabr 2023-cü il tarixdə saat 18:00-da Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəh əri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, "Baku Store” Ticarət Mərkəzinin yaxınlığında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirildikdən sonra həmin tarixdə saat 19:49 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Məmmədyarov” adına dairənin yaxınlığında axtarış keçirilən zaman boş ərazidə daşın altından yaşıl rəngli parçanın içərisindən 01 ədəd №-si silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli texniki cəhətdən saz və atəşə yararlı yivli odlu döyüş silahı hesab edilən «Makarov» konstruksiyalı tapança, zavod üsulu ilə istehsal edilmiş 9x18 mm kalibrli olmaqla həmin kalibrli «Makarov» (P M), «Steçkin» (APS) konstruksiyalı həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən və istifadəyə yararlı 03 ədəd ştat patronları, zavod üsulu ilə istehsal edilmiş «Makarov» konstruksiyalı silahların komplekt hissəsi olmaqla texniki cəhətdən saz və istifadə üçün yararlı olan 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Məhkum məhkəmə iclasında verdiyi ifadəsində istintaq zamanı verdiyi ifadələrini polis əməkdaşlarının təzyiqi altında verdiyini, narkotik vasitə istifadəçisi olsa da, ümumiyyətlə, ittihamda qeyd olunan silah-sursat və narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmamışdır, ittihamda qeyd olunan silah-sursat polis əməkdaşlarının təzyiqi ilə ona təqdim olunsa da, silah-sursatın aşkar olunduğu ərazidə, ümumiyyətlə, olmamış, qeyd olunan silah-sursata toxunmamış, polis əməkdaşları tərəfindən Maştağa qəsəbəsi ərazisində saxlanıldıqdan sonra 14-cü Polis Bölməsinə aparıldığı qeyd olunsa da, saxlanıldıqdan sonra Sabunçu Rayon Polis İdarəsinə aparılmış, təxminən 3-4 saatdan sonra 14-cü Polis bölməsinə gətirilmişdir. Bununla yanaşı, Məhkum ifadəsində bildirmişdir ki, polis əməkdaşlarının təzyiqi ilə ittihamda qeyd olunan narkotik vasitənin və silahın ona məxsus olduğu nu deməyə məcbur qalmışdır, halbuki qeyd olunan narkotik vasitə və silah-sursat onun üzərindən aşkar olunmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Göründüyü kimi iş üzrə şahidlər silah-sursatın aşkar olunması ilə bağlı istintaq zamanı verdikləri ifadələrinə zidd ifadələr versələr də, məhkəmə qeyd olunan ziddiyyəti aradan qaldırmamış, şahid ifadələrinə mötəbər sübut kimi qiymət vermişdir. Əlavə olaraq bildirmişdir ki, Məhkum təyin edilmiş cəza hədsiz dərəcədə çoxdur və ona təyin edilmiş cəza CM-in ədalət və humanizm prinsiplərini pozur. Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 15 iyul tarixli 1(103)-1527/2024 saylı qərarının əsassız və qanunsuz olduğundan ləğv edilməsini və cinayət işini yenidən hərtə rəfli araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə əlavəni əsaslandıraraq məhkuma təyin edilən cəzanın ağır olduğunu bildirmiş və məhkumun təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ona qarşı əsassız olaraq ittiham irəli sürülmüş, mötəbər sübutlar olmadığı halda şablon ifadələrə əsaslanaraq onun həyat tərzi və ailə vəziyyəti nəzərə alınmadan ona ağır cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 15 iyul tarixli 1(103)-1527/2024 saylı qərarının ləğv edilməsini ona daha yüngül cəza təyin edilməsini xahiş etmi şdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavəni əsassız hesab etdiyini və məhkəmə kollegiyasından kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını, Məhkum Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum və onun müdafiəçisi kassasiya şikayətlərində həm məhkumun əməlinin tövsifini, həm də cəzanın ağırlığını mübahisələndirərək, məhkuma bəraət verilməli olduğunu və ya cəzasın ın yüngülləşdirilməsini xahiş edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətl i məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumun və onun müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instan siyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi təqsirliliklə bağlı kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkum Elmin Abdullayevin ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiy yəti və onun cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla, onun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza qanuna müvafiq qaydada müəyyən edilsə də, ancaq məhkumun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə ona həddindən artıq ağır cəza təyin edilmiş, bu zaman məhkumun istintaq orqanı ilə əməkdaşlıq etməsi, odlu silahın saxlandığı yeri polis əməkdaşlarına dəqiq göstərməsi nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62ci maddəsinin, eləcə də, onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun və onun müdafi əçisinin kassasiya şikayətləri qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15.7.2024-cü il tarixli qərarı, kassasiya şikayətlərinə münasibətdə CM-in 228.1-ci maddəsinə və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaya aid hissədə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli, 1(103)-1527/2024 nömrəli qərarı Məhkum təyin edilən cəzaya aid hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 8 may tarixli hökmü ilə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 3 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzası, hazırkı qərarla Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Məhkum qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 iyul tarixli, 1(103)-1527/2024 nömrəli qərarı, məhkum un kassasiya şikayətinə, müdafiəçinin kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1875/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1875/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver