Məhkəmə qərarları › İş №1(102)-1876/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1876/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1876/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə X12, X13 və X9 Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 157.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 1(042)-3/2023 nömrəli (hakim: Kazımov Marif Sabir oğlunun sədrliyi) hökmü ilə xx.xx.1939-cu il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, təqaüdçü, Gədəbəy rayonu, X kəndində qeydiyyatda olmaqla yaşayan X10 Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılması və ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin (bundan sonra CPM) 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi; xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonu, Çalburun kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Gədəbəy rayonu, X kəndində qeydiyyatda olmaqla yaşayan X11 Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılması və ona həmin maddə ilə CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi; xx.xx. 1979-cu il tarixdə Gədəbəy rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində “Oliqofrenyia – orta debillik dərəcəsində” və Gəncə şəhər Psixiatriya Xəstəxanasında “Orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olan, Gədəbəy rayo nu, X kəndində qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsiz sayılması və ona həmin maddə ilə CPM-in 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi, CPM-in 356.5-ci maddəsinə əsasən bəraət almış X12, X13 və X9 onların qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barələrində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının izah edilməsi, X17, X18 və X7 barələrində olan qətimkan tədbirlərinin ləğv edilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli 1(104)-61/2024 nömrəli (hakimlər: Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Əliyev Nural Turab oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən verilən ittihama görə, X17, özü və bütün ailə üzvlərinin Gədəbəy rayonu, X kəndi ərazisində yerləşən bacısı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşayış sahəs i 41,35 kvadrat metr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon Məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 7 mart 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklin ika şöbəsində «Oliqofreniya - orta debillik dərəcəsində» və Gəncə şəhər Psixiatriya Xəstəxanasında «Orta dərəcəli əqli gerifik» diaqnozu ilə qeydiyyatda olan qızı X qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra o, arvadı X18 və qızı X ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. X18, əri X17 və sonuncunun bütün ailə üzvlərinin Gədəbəy rayonu, X kəndi ərazisində yerləşən baldızı Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşayış sahəsi 41,35 kvadratmetr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 7 mart 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində «Oliqofreniya - orta debillik dərəcəsində» və Gəncə şəhər Psixiatriya Xəstəxanasında «Orta dərəcəli əqli gerilik» diaqnozu ilə qeydiyyatda olan qızı X qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra o, əri X və qızı X ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. X16, atası X17 və sonuncunun bütün ailə üzvlərinin Gədəbəy rayonu, X kəndi ərazisində yerləşən bibisi Zərərçəkmiş şəxs məxsus ümumi sahəsi 86,3 kvadrat metr, köməkçi sahəsi 45,1 kvadrat metr, yaşayış sahəsi 41,35 kvadrat metr olan 4 otaqlı yaşayış evindən çıxarılması ilə bağlı Gədəbəy rayon məhkəməsinin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Ü zrə Məhkəmə Kollegiyasının 9 iyun 2004-cü il tarixli qərarları ilə dəyişdirilmədən qüvvədə saxlanılmış və bununla da qanuni qüvvəyə minmiş 22 oktyabr 2003-cü il tarixli qətnaməsi Gədəbəy rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən 17 fevral 2022-ci il tarixdə icra edilərək o və ailə üzvləri əşyaları ilə birlikdə qeyd olunan evdən məcburi çıxarılmaqla ev Zərərçəkmiş şəxs təhvil verildikdən sonra, 7 mart 2022-ci il tarixdə saat 16 radələrində qeyd olunan evə gəlib qapının üzərindəki kilidi sındırdıqdan sonra anası Maya Tağıyeva və atası X ilə birlikdə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayan Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilə daxil olmaqla, sonuncunun mənzil toxunulmazlığını pozmuşdur. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PRO SES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, 17 fevral 2022-ci il tarixdə Gədəbəy rayon icra və probasiya şöbəsinin əməkdaşları Xi və onun ailə üzvlərini yaşadıqları evdən məcburi şəkildə çıxarmış, əşyalarını da X kənd bələdiyyəsinin binasına yerləşdirmişlər. Lakin buna baxmayaraq X və onun ailə üzvləri həmin mənzilə daxil olmanın qanunsuz olduğunu bilə-bilə 7 mart 2022-ci il tarixdə saat 16 radələrində yenidən həmin evə gəlmişlər və X qapının üzərindəki kilidi sındırdıqdan sonra digər ailə üzvləri ilə birlikdə həmin mənzilə daxil olmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyası 24 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli qətnaməsini ləğv etməsinə baxmayaraq birinci instansiya məhkəməsi həmin qətnamə əsasında verilmiş “Qeydiyyat vəsiqəsini” əsas götürərək təqsirləndirilən şəxslərə bəraət vermişdir. Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası da qeyd edilən hökmlə razılaşaraq qərarda oxşar əsaslandırma aparmışdır. Cinayət işi üzrə toplanılmış sübutlarla X10, X11 və X7 7 mart 2022-ci il tarixdə saat 16 radələrində Gədəbəy rayonu, X kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olması müəyyən edilməsinə baxmayaraq məhkəmə göstərilənlərlə bağlı CPM-in 28 və 33-cü maddəsində təsbit olunmuş «Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi» və «Cinayət m ühakimə icraatında sübutların qiymətləndirilməsi" prinsiplərini pozmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs X17, X18 və X7 cinayət əməllərinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onlar tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, nəticə etibarilə X17, X18 və X9 bəraət verib məsuliyyətdən kənarda qoymaqla Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Apellyasiya Məhkəməsinin məhkəmə kollegiyası da həmin hökmlə əsassız olaraq razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarın ləğv edilməsini, cinayət işinin materiallarının yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxla yır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkumlara Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Mə hkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci maddəsinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticə lərinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Kassasiya məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmələrin təqsirləndirilən şəxslər barəsində gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsinin qərarından görünür ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, X12, X13 və X9 verilmiş Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma ilə bağlı ittihamın ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığı nəticə sinə gəlmişdir. Apellyasiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X12, X13 və X9 istinad olunan cinayəti törətməkdə təqsirli olmamaları barədə hökmündə zərərçəkmiş şəxsin ifadələrinə, habelə şahidlərin ifadələrinə və digər sübutlara istinad etmiş, bu sübutların hər birini tədqiq etmiş, hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlayaraq bəraət hökmü çıxarmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, protestdə istinad edilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cin ayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12, X13 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci m addəsi ilə bəraət verməsi cinayət-prosessual qanunun yuxarıda təsvir edilən prosessual normalarının tələblərinə cavab verən nəticələr kimi özünü göstərmir. Kassasiya məhkəmə kollegiyası protestin o dəlili ilə razılaşır ki, apellyasiya isntansiyası məhkəməsi ümumiyyətlə, apelyasiya protestinin dəlillərinə heç bir münasibət bildirmədən, iş üzrə ittihamın əsasını təşkil edən sübutları əlaqəli şəkildə təhlil etmədən və qiymət vermədən, X17, X18 və X16 barəsində birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış bəraət hökmünə əsasən gəlinən nəticə ilə razılaşmışdır. İş materiallarında olan məlumatların kassasiya protestinin dəlilləri və yuxarıda qeyd olunan qanunvericilik normalarının izahları baxımında təhlili göstərir ki, apellyasiya məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli h əlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı cinayət prosessual qanunvericiliyin norma və prinsiplərini pozmuşdur. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilənləri təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədəmüvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığın ı yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə təqsirləndirilmiş şəxslərə bəraətin verilməsi və ya əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumun əməlinin tövsif edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Belə ki, məhkəmə qərarlarında istinad olunan və cinayət işinin materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 22 oktyabr 2003-cü il tarixli qətnaməsinin surətindən iddiaçı Zərərçəkmiş ş əxs məxsus Gədəbəy rayonu, X kəndində yerləşən ümumi sahəsi 86.3 kv.m, köməkçi sahəsi 45.1 kv.m, yaşayış sahəsi 41.35. kv.m olan dörd otaqlı yaşayış evindən X17 və onun bütün ailə üzvləri ilə birlikdə çıxarılmasının qət edildiyi görünür. Azərbaycan Respublikasının Apellasiya Məhkəməsinin Mülki işlər Üzrə Məhkəmə Kollegiyasının 22 yanvar 2004-cü il tarixli 1MK-218/2004 nömrəli qərarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin iddiaçı Zərərçəkmiş şəxs cavabdeh X12 və onun ailə üzvlərinə qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə 22 oktyabr 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış, qətnamə qəbul edildiyi andan qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 9 iyun 2004-cü il tari xli 6K-944 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər Üzrə Məhkəmə Kollegiyasının həmin iş üzrə 22 yanvar 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsindən görünür ki, mərhum X3 miras qalmış Gədəbəy rayonu, X kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı miras mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, iddiaçı X12 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, cavabdeh Zərərçəkmiş şəxs 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılması qət edilmişdir. Cinayət işinin materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qətnaməsindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 29 fevral 2012-ci il tarixli 2(102)-640/12 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinin 19 iyul 2023-cü il tar ixli 321-3-40/2-4025/2023 saylı məktubundan və ona əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Gədəbəy rayonu, X kəndində istifadədə olan 0,0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X10 1/7 hissə, Zərərçəkmiş şəxs Məhərrəm qızının 1/7 hissə, X5 5/7 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 164 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin “Qeydiyyat vəsiqəsi" Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2301/2007 nömrəli qətnaməsi əsasında verilmişdir. Odur ki, Gədəbəy rayonu, X kəndində yerləşən ümumi sahəsi 86.2 kv metr yaşayış sahəsi, 41.35 kv metr köməkçi sahəsi, 45.1 kv metr olan 4 otaqlı mir as mülk vərəsələr arasında bərabər hissələrə bölünməsi, iddiaçı X12 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququnun tanınması, cavabdeh Zərərçəkmiş şəxs 1/7 miras mülkündən hissə verilməsi, verilən hissə üzərində mülkiyyət hüququ tanınması, miras mülkünün 5/7 hissəsi açıq saxlanılmasına dair Gədəbəy Rayon Məhkəməsinin 24 oktyabr 2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Buna baxmayaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, çıxarış X12 verilmişdir, ondan ötrü ki, Gədəbəy rayonu X kəndində istifadədə olan 0.0158 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 2 otaqlı, 41.35 kv.m yaşayış, 45.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X10 1/7 hissə, Zərərçəkmiş şəxs 1/7 hissə, X5 5/7 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin 2008-ci ildə X24 Rayon Məhkəməsinə yenidən iddia qaldıraraq onu ailə üzvləri ilə Gədəbəy rayonu, X kəndində yerləşən mübahisəli evdəki payına köçürülməsini xahiş etmiş, qiyabi qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsindən 2011-ci ildə Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmçinin, Gədəbəy Rayon Məhkəm əsinin 2008-ci il tarixli qiyabi qətnaməsi Zərərçəkmiş şəxs etirazı əsasında ləğv edilərək yenidən iddiaya baxılmış, məhkəmə iclasında Zərərçəkmiş şəxs “Xin 1\7 hissdə payının dəyərinin ona verilməsi” barədə qarşılıqlı iddia vermiş, qəbul edilmiş xx.xx.2009-cu il tarixli 2-118 saylı qətnamə ilə Xin ilk iddiası rədd edilmiş, Zərərçəkmiş şəxs verdiyi Xin 1\7 hissdə payının dəyərinin ona verilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilmişdir. X28 qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia və qarşılıqlı iddia rədd edilmişdir. Kassasiya məhkəmə kollegiyası yuxarıda qeyd edilən s übutları bir daha apellyasiya məhkəmə kollegiyasının nəzərinə çatdırmaqla hesab edir ki, iş üzrə müəyyən olunmuş sadalanan sübutlardan, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarından görünür ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; məhkəmə tərəfindən sübutun tədqiqindən əsassız imtina edilmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və X10, X11 və X7 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən süb utların məcmusu ilə əsaslandırılmışdır. Təsvir olunanlar məhkəmələrin sübutların tədqiqinə dair Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina etməklə, Azərbaycan Respublikası CPM-in 353.2.2ci maddəsinin tələbini gözləmədən X10, X11 və X7 Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi haqqında nəticəyə gəldiklərini, bununla da yuxarıda təsvir olunmuş cinayətmühakimə icraatının prinsiplərinin tələblərini və məhkəmə hökmünün əsaslılığına dair cinayət prosessual qaydaları pozduqlarını göstərir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qən aətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmamışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olmadığı üçün məhkəmə kollegiyası həmin mövqe ilə razılaşmır və qeyd edir ki, kassasiya protestinin dəlilləri apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas verir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi ü çün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestində göstərilmiş yuxarıda sadalanan dəlillər X10, X11 və X7 barələrində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas verir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etmiş, məhkəmənin mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri ilə uzlaşmamışdır. Mübahisəsizdir ki, iş üzrə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun araşdırılma aparmadan bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları, apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə X10, X11 və X7 barəsində qərar verməsini - CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protestinin dəlillərini əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yuxarıda göstərilən normaların tələblərinə uyğun yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayət-prosessual normalara uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasi ya protesti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli hökmü ilə X12, X13 və X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar