Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1878/2024 02.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 may tarixli, 1(104)-286/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər İ.E.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və R.N.Ələkbərov) 17 fevral 2023-cü il tarixli 1(100)-152/2023 nömrəli hökmü ilə, xx.xx.1997-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Tərtər hərbi məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.3, 333.4 və 66.2-ci maddələri ilə təqsirli bilinib 500 manat cərimə cəzasına məhkum olunmuş, cəriməni ödəmiş, məhkumluğu ödənilməmiş, Goranboy şəhəri, X13 kü çəsi, ev 31-də qeydiyyatda olmaqla, həbs olunanadək qeyd olunan ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-in 263-1.3 maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəlinin 11 sentyabr 2022-ci il tarixdən hesablanması, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının icrası isə əsas cəzanın çəkilib qurtarmasından sonra başlanması müəyyən edilmiş, həmçinin hökmlə məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(100)-152/2023 nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən), X7 və X1 ibarət tərk ibdə) 2023-cü il 3 may tarixli, 1(104)-286/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(100)-152/2023 nömrəli hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, 10 sentyabr 2022-ci il tarixdə saat 20:45 radələrində Şahid2 baş etibarnamə əsasında faktiki sahibliyində olan VAZ2101 markalı **-BJ-*** qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edib, yaşayış məntəqəsi hesab olunan Goranboy şəhəri H.Əliyev prospektində 100 km/saat sürətlə hərəkətdə olarkən yolun əks istiqamətli nəqliyyat axınını ayıran ağ bütöv qoşa üfüqi nişa nlama xəttini kəsib keçərək, əks hərəkət zolağına çıxmamalı və avtomobili öz hərəkət zolağı ilə hərəkət etdirməli, həmin yolun yaşayış məntəqəsi daxilində yerləşməsini nəzərə alaraq, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə, yəni yol şəraitinə uyğun olaraq 60 km/saat sürətdən yüksək olmayan sürətlə idarə etməli, hadisədən sonra zərərçəkmişə yardım göstərməli və müvafiq orqanlara xəbər verməli olduğu halda bunlara riayət etməməklə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin, 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 4-cü hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, nəticədə idarə etdiyi avtomobillə yolun əks istiqamətli nəqliyyat axınını ayıran ağ bütov qoşa ü füqi nişanlama xəttini kəsib keçərək əks hərəkət zolağına daxil olub, əks hərəkət zolağında hərəkəti istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçən piyada X4 yolun hərəkət hissəsinin sol kənarından mərkəzinə doğru 2,4 metr məsafədə avtomobilin ön sol hissəsi ilə ehtiyatsızlıqdan vurub, zərərçəkmiş şəxs Ələddin Hadıyevə açıq küt kəllə-beyin travması, sol ənsə gicgah sümüklərinin sınıqları, bədən səthinin çoxsaylı sıyrılmış yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə və ağır açıq kəllə-beyin travması nəticəsində beyin toxumasına və beyin mədəciklərinə qansızmadan ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi törətdikdən sonra zərərçəkmiş şəxsə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən qaçmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, hadisə baş verən zaman qorxmuş, avtomobili dayısının evində saxlayaraq hadisə yerinə qayıtmışdır. O, yolda polis əməkdaşları ilə qarşılaşmış və hadisəni törətdiyini demişdir. Məhkum daha sonra bildirmişdir ki, hadisənin baş verməsində həm rəhmətə gedən X3 həm də onun özünün günahı olmuşdur. Belə ki, rəhmətə gedən X6 piyadalar üçün nəzərdə tutulan zolaqdan istifadə etməmişdir. Məhkum onun 2 azyaşlı uşağının olmasını, atasının 1-ci Qarabağ Müharibəsi veteranı olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya instansiyası məhkəməsində məhkəmə iclas ında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Rəşad Məmmədli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 may tarixli, 1(104)-286/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mə hkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilmə si – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkə mələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əsasən ona təyin edilən cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Məhkuma təyin edilmiş cəza ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum sürücülük hüququ olmadan avtomaşını idarə etmiş, nəticədə bir nəfərin ölümünə səbəb olmuşdur. Məhkumun təqsirli bilindiyi CM-in 263-1.3 və 264-cü maddəsində alternativ cəzalar nəzərdə tutulmamış, ona CM-in 263-1.3 maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 264-cü maddəsi ilə 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanılmaqla ona qəti olaraq 5 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətb iq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğu n olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağır lığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhk əmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan h allar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilk dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğundur və onun islah olunmasına kömək edə biləcək həddədir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 may tarixli, 1(104)-286/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(100)-152/2023 nömrəli hökmü ilə, Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 may tarixli, 1(104)-286/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1878/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1878/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver