Məhkəmə qərarları › İş №1(102)-1879/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1879/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1879/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, X4 və X5 ibarət tərkibd) 09 oktyabr 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1989-cu il tarixdə Xaçmaz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialında əməliyyatçı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəz ərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 16 iyun 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həy ata keçirilməsi, iş üzrə maddi sübut olan «Hyundai İX-35» markalı **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X12 və X1 ibarət tərkibdə) 16 iyul 2021-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2020-ci il tarixdən hes ablanmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissəsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qismən təmin edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 03 aprel 2020-ci ildə saat 20:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Hyundai İX-35» markalı **KF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz-Niyazoba yolunun Xaçmaz rayonu, Ağçay kəndi ərazisindən keçən 6-cı kilometrliyində yaşayış məntəqəsində təxminən 130140 km/saat sü rətlə Niyazoba istiqamətində hərəkətdə olarkən həmin Qanunun 36-cı maddəsinin maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, yolun sərt döngəli hissəsində idarəetməni itirdiyindən avtomobil sağ kənardakı dərəyə aşmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai İX-35» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşahidə olunmuş kəllə əsası sümüklərinin qapalı sınığı, təpə nahiyəsinin şişkinliyi və sol gicgah nahiyəsinin qançırı kimi həyat üçü n təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Apellyasiya məhkəməsi işin faktiki hallarının müəyyən edilməsi, habelə cinayət qanunun və məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayan zaman cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin tələbinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Hazırkı iş üzrə də cinayət törətməkdə təqsirləndirilən şəxs Məhkum himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı uşağı var, habelə həyat yoldaşı və anası da onun him ayəsindədir. Bunlarla yanaşı Məhkum həmçinin ailənin yeganə qazanc gətirənidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinin tələbinə əsasən, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi də cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs Məhkum bağışladığını və aralarında barışıq olduğunu bildirmiş və qeyd etmişdir ki, Məhkum qarşı heç bir şikayəti, tələbi qalmayıb və gələcəkdə də olmayacaqdır. Cəzanı yüngülləşdirən daha bir hal isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs Məhkum özünü tam təqsirli bilərək əməlini etiraf etməsi və səmimi peşman olması, eyni zamanda əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Digər bir məqam isə zərərçəkmiş şəxsin hüquqi varisi olan X6 ziddiyyətli mövqeyidir. Belə ki, X10 birinci instansiya məhkəməsində təqsirləndirilən şəxsi bağışladığını, heç bir şikayətinin olmaması ilə bağlı mövqeyini elə hadisə günü axşam ifadə etmiş, sonradan isə ibtidai istintaq orqanına dəvət olunarkən bununla bağlı rəsmi şəkildə yazılı ərizəsini təqdim etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101 )-979/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündə də qeyd edildiyi kimi, təqsirləndirilən şəxslə barışmış və bağışlamış, heç bir tələb və şikayəti olmamışdır. Lakin apellyasiya şikayətində tamamilə fərqli mövqeydə olduğunu bildirmiş və mərhumun həyat yoldaşının da onunla barışmadığını və ş ikayətini davam etdirdiyini göstərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi bu hissədə işin faktiki hallarını düzgün qiymət verməmişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin qismən təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası mə hkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən göründüyü kimi, məhkumun törətdiyi cinayətin sübuta yetirilib-yetirilməməsi və bu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməmiş, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçiv əsində təyin olunmuş cəzaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhb ət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şey dən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakını n dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin tə qsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzan ı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, özünü tam təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını yüngülləşdirən hallar kimi nəzərə alınmış və onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məh kəməsi Məhkum cəza təyin edərkən onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Lakin cinayət işi materiallarında bu barədə heç bir sənəd, sübut öz əksini tapmamışdır. Əksinə zərərçəkmiş şəxsin hüquqi varisi X10 apellyasiya baxışı zamanı bildirmişdir ki, təqsirləndirilən şəxsi bağışlamır, ondan şikayətçi olmaması isə ona yüngül cəzanın təyin etməsi kimi qəbul edilməməli və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmadan, məhkumun şəxsiyyətinə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən onun əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcə sini, yəni sərxoş vəziyyətdə yüksək sürətlə avtomaşını idarə edərək ətrafdakıların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaratmasını nəzərə almamışdır. Qeyd edilənləri nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin edərək birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddini artırmışdır. Məhkum kassasiya şikayətində cəzanın ağırlığına dair qeyd olunan müddəaları nəzərdən keçirərək, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində o lan yüngülləşdirici halları əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, kassasiya şikayətinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Məhkum hadisəni etiraf etdiyi və cəzasının bir hissəsini çəkdiyini nəzərə alaraq onu bağışlamış və onunla barışmışdır. Məhkum qarşı şikayət və tələbi qalmamış və gələcəkdə də olmayacaqdır. Qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Kassasiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisi X6 apellyasiya baxışından sonra Məhkum ilə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını məhkumun cəzasını yüngülləşdirən əlavə hal kimi müəyyən edir və hesab edir ki,qeyd edilən hal on a təyin edilmiş cəzanın həddinin azaldılmasına əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayəti n ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 may 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş əsas cəza yüngülləşdirilməli və Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbləri nəzərə alınaraq onun cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməlidir. Məhkəmə kollegiyası, müdafiəçinin verdiyi kassasiya şikayətində Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alınaraq Məhkum azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növünün təyin edilməsi təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Belə ki, cinayət işi üzrə məhkumun cəmiyyətdən təcrid edilmədən islah olunmasına əsas ola biləcək hallar müəyyən edilmir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyul 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilsin. Məhkum ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar