Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-188/2019 08.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)188-19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 08 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Gülnarə Eldar qızı Musayevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 iştirakları ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum – xx xxxx 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının, vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri ************************* qeydiyatda olan və Bakı şəhəri Sabunçu rayonu ************ qəsəbəsində bağ massivində yaşamış, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib cə zasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq döyüş sursatı əldə edib yaşadığı Bakı şəhəri ********** rayonu ******** qəsəbəsində nömrəsiz bağ massivində saxladığı bir ədəd «F-1» əl qumbarası və bir ədəd həmin qumbaraya aid qumbara partladıcısı 15 yanvar 2018-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşlarının hal şahidlərinin iştirakı ilə baxış keçirərkən, bağda olan yataq otağında paltar rəfinin üzərinə yığılmış balıncların altından yaşıl rəngli kiçik qutunun içərisindən bir ədəd təyinatları üzrə istifadəyə (partlayışa) yararlı qəlpəli «F-1» əl qumbarasının gövdə h issəsi və bir ədəd qumbara partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş «UZRQM» markalı qumbara partladıcısı aşkar olunaraq götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə) 27 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki instansiya məhkəməsi onun vəziyyətini yüngülləşdirən halları qiymətləndirməmişdir. Belə ki, işə baxmış məhkəmələr onun şəxsiyyətini səciyyələndirən halları, ilk dəfə cinayət əməli törətməyini, sağlamlığını, hökmün ailəsinə göstərdiyi mənfi təsiri nəzərə almamışlar. Eyni zamanda həyat şəraiti də qiymətləndirilməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və a pellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədədir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, bu dəlillər mötəbər sübutlarla təsdiq edilmir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2 -ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilən maddi hüquq normalarının mənasına görə təyin edilmiş cəza hər şeydən əvvəl cəzanın məqsədi barədə qanunun tələblərinə cavab verməli, islah yönümlü olmalı və yeni cinayət törədilməsinin qarşısını alınmasını təmin etməlidir, bu zaman təkcə məhkumun şəxsiyyəti, ailə vəziyyə ti barədə məlumatlar deyil həm də cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən göstərilən maddi hüquq normalarının tələbləri məcmu halında nəzərə alınmışdır. Ona görə də birinci instansiya məhkəməsinin hökmü apellyasiya instansiya məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların kobud pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-c i il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlanılsın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-188/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-188/2019
08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver