Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-188/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə; Nigar Vidadi qızı Adilovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X4, Məhkum müdafiəçisi X2 və zərərçəkmiş şəxs X10 nümayəndəsi X11 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum və qeyrisinin barəsindəki cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Elşad Əliyev, hakimlər Mehdixan Abdullayev və Asim Hacıyevdən ibarət tərkibdə), Məhkum Ə6, ** yanvar 1987-ci ildə Lənkəran şəhərində doğulmuş Azərbaycan Respublikası vətəndaşı, evli, bir azyaşlı uşaq atası, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, bank və kredit təşkilatlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 02 noyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. X3 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X12 və Məhkum ona görə təqsirli bilinib məhkum edilmişlər ki, X1 şəhəri, ************* ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan, 6 saylı Ərazi Vergilər idarəsində VÖEN qeydiyyat nömrəsi ********** olan vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxs X15 ilə aralarında bağlanmış 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinə əsasən 01 aprel 2014-cü ildən 04 dekabr 2014-cü il tarixədək ekspeditor vəzifəsində işləyərkən, həmin əmək müqaviləsinin şərtlərinə əsasən, öhdəsində olan malların qorunmasına, saxlanmasına, onun satışından əldə edilmiş pul vəsaitinin müəyyən olunmuş müddətdə xəzinəyə təhvil verilməsinə və s. səlahiyyətlərə malik məsul şəxs kimi, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid qəsdlə talama məqsədilə, Məhkum ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, Z6 ona 04 aprel 2014-cü il tarixli 01 saylı qaimə-fakturası əsasında təhvil verdiyi 156.450 manat, 24 may 2014-cü il tarixli 02 saylı qaimə-fakturası əsasında təhvil verdiyi 75.825 manat dəyərində müxtəlif məbləğdə və növdə “ Azercell-Telekom”, “Bakcell” və “xxxx" MMC-lərə aid mobil telefon danışıq kartlarının satışından əldə etdiyi cəmi 232.275 manat vəsaitin 30 aprel 2014-cü ildə 78.225 manat və 31 may 2014-cü ildə 37.518 manat olmaqla, cəmi 115.743 manatını sahibkarın xəzinəsinə mədaxil etməsinə baxmayaraq, öhdəsində qalan cəmi 116.532 manat pul vəsaitini sahibkarın xəzinəsinə ödəməyərək, həmin məbləği aralarında olan razılaşmaya əsasən Məhkum şəxsi xərcləri üçün istifadəsinə verməklə, cinayət əlaqəsinə girdiyi sonuncu ilə müvafiq qaydada öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, ona etibar olunmuş fərdi sahibkar X13 məxsus külli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəmə və israfetmə yolu ilə Məhkum ilə birlikdə talamışdır. Hökmdən məhkumların müdafiəçiləri P6 və E 6 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin tərkibi olmadığından ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin məzmunundan aydın olur ki, cinayət əməli məhz “təqsirkara etibar edilmiş özgə əmlakının talanmasını özündə ehtiva edir. Belə ki, şəxsin əməlinin “mənimsəmə və ya israf etmə” kimi qiymətləndirilməsi üçün mütləq şəkildə talanan əmlak ona etibar edilmiş olmalıdır. Cinayət işi materiallarından müəyyən olunur ki, cinayət hadisəsi baş verən zaman təqsirləndirilən şəxs Məhkum “xxxx” ASC-nin Lənkəran filialında müdir vəzifəsində, digər təqsirləndirilən şəxs F6 isə VÖEN qeydiyyat nömrəsi ********** olan vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxs Zaur Kərimovla aralarında bağlanmış 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinə əsasən, onun yanında ekspeditor vəzifəsində çalışmışdır. Buradan aydın olur ki, hazırda mübahisə predmeti olan və talanan kimi qiymətləndirilən əmlak birbaşa F6 sərəncamında olan əmlakdır ki, hə min əmlak məhz ona etibar edilmişdir. Məhkum gəlincə isə talanan əmlakın ona etibar edilməsi mümkün deyildir və bu hal mübahisə olunmayan haldır. Həmçinin, iş üzrə zərərçəkmiş şəxsin Məhkum tanımaması, eyni zamanda talanan əmlakın F6 sərəncamında olması barədə istər istintaqa, istərsə də məhkəməyə verdiyi ifadə bunu təsdiq edir. Bundan başqa talanan əmlakın yalnız F6 etibar edilməsi məhkəmənin mübahisəli hökmündə də öz əksini tapmışdır. Belə olan halda Məhkum zərərçəkmiş şəxs Z6 məxsus əmlakın talanması faktında təqsirkar kimi cəlb edilməsi mümkün deyildir və bu səbəbdən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə təqsirləndirilməsi tamamilə əsassızdır. Zərərçəkmiş şəxs Z6 məxsus əmlakın F6 birlikdə talanması barədə Məhkumla F6 arasında hər hansı razılığın (bilav asitə iştirakın) olması sübuta yetirilməmişdir. İstər istintaqda, istərsə də məhkəmədə təqsirləndirilən şəxs F6 ifadəsində talanan məbləğin Məhkum borc məqsədi ilə verilməsi, Məhkum istər istintaqda, istərsə də məhkəmədə verdiyi ifadəsində həmin əmlakı F6 borc almasını bildirməsinə baxmayaraq, məhkəmə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Bundan başqa, mövcud hadisəylə bağlı F6 digər təqsirləndirilən şəxs Məhkumla qabaqcadan razılaşma olmasının hesab edilməsi özlüyündə əsassızdır. Hətta bu cür razılaşma olsa belə, həmin razılaşma sırf borc münasibətləri üçün nəzərdə tutulmuşdur ki, bunun sübuta ehtiyacı yoxdur. Ümumilikdə, qabaqcadan razılaşma dedikdə, şəxsin (şəxslərin) digər şəxslə (şəxslərlə) müəyyən bir hərəkətin cinayət olmasını öncədən bilərəkdən həmin hərəkəti həyata keçirmək üçün razılığa gəlmələri və bu istiqamətdə istəklərini həyata keçirməsindən ibarətdir. Belə olan halda X14 qabaqcadan razılaşaraq əlbir ola bilməzdi. Çünki, talanan məbləğ F6 sərəncamındadır və onun ələ keçirilməsi (talanması) üçün kiminləsə razılığa gəlinməsinə ehtiyac yoxdur, zatən belə bir razılıq olsa belə həmin pul F6 etibar edildiyindən məhz yalnız onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə tövsif ediləcəkdir. Belə vəziyyətdə F6 Əliyevin etibarında olan əmlakı artıq başqa niyyətlə götürməsi (istifadə etməsi) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibini yarada bilər, amma onun həmin əmlakı kiməsə verməsi, hətta həmin şəxsin həmin əmlakın tam, yaxud qismən hissəsini əldə olunması üçün F6 Əliyevi razı salması və nəticədə həmin istəd iyi əmlakı əldə etməsi faktının mövcudluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin tərkibini yaratmır. Konkret olaraq Məhkum gəlincə onun F6 Əliyevin etibarında olmuş pul vəsaitini borc məqsədilə ona verilməsini razı salması və onu alması ümumiyyətlə cinayət tərkibi yaratmır və burada tərəflərin razılığından asılı olaraq yaranmış mübahisə mülki xarakterli mübahisədir. Eyni zamanda Məhkum əldə etdiyi əmlakın F6 özünün, yaxud digər şəxsin əmlakı olmasını öncədən bilə bilməzdi. Bu halın təsdiqi üçün mütləq onlar arasında bu barədə danışığın olması və danışıq əsasında F6 bu fikri bildirməsi gərəklidir. Məhz tərəflər arasında olan SMS yazışmalarına münasibət bildirən məhkəmə bu qənaətə-gəlmişdir ki, onlar arşında öncədən razılaşma mövcud olub. Lakin məhkəmə unutmuşdur ki, əmlakın talanması aprel ayında baş versə də, tərəflər arasında yazışma iyun ayının sonlarında baş vermişdir (yəni yazışma müvafiq cinayət hadisəsinin baş verməsindən öncə deyil, ondan sonra həyata keçmişdir). Həm də bu yazışmanın nədən ibarət olunması və hansı xarakter daşıması özlüyündə belə mübahisə doğurandır. Baxmayaraq ki, istintaq orqanı bu hərəkətə hüquqi don geyindirməyə çalışaraq Məhkum ifadəsilə bu yazışmalara münasibət bildirmişdir. Lakin burada söhbətin konkret olaraq talama əməlindən getdiyi və onunla hər hansı bir bağlılığı aşkar edilmir. Belə ki, məhkəmə zamanı təqsirləndirilən şəxs F6 verdiyi ifadəyə görə, Məhkum borc aldığı məbləğin necə əldə olunması ilə bağlı F6 maraqlananda ikinci həmin əmlakın zərərçəkmiş şəxsə məxsus olması barədə münasibət bildirmiş, bundan sonra bir inci ondan zərərçəkmiş şəxsin bundan xəbərinin olub-olmamasını soruşmuş, o isə müvafiq cavabı vermişdir (müvafiq SMS yazışmalarının mətninə baxmaq tövsıyyə olunur). Əslində sözügedən cinayət işinin belə bir arqumentə əsaslanması, o cümlədən mühüm əhəmiyyət kəsb edən azadlığın məhdudlaşdırlması, insanın əsassız olaraq təqsirləndirilməsinin tərəflər arasında olan bir sual-cavaba görə həyata keçirilməsi istər Konstitusiyaya, istərsə də digər normativ hüquqi aktlarla ziddiyyət təşkil edir. Həmçinin, məhkəmələr qərar qəbul edərkən F6 fərdi sahibkar Z6 adına yazdığı izahatı əsas götürməsi də təəssüf doğurur. Həmin izahatda F6 götürdüyü danışıq kartlarının satışından əldə etdiyi pulları Məhkum verdiyini, pulları işdən gizli götürdüyünə görə bu barədə heç kəsin bilməməsi barədə Ç6 şərt kəsdiyini b ildirmişdir. Lakin nə F6, nə də ki, qərar qəbul edən məhkəmələr şərt kəsməsini (şərtləşməsini) sübuta yetirə bilməmişlər. Beləliklə, hazırki cinayət işi materiallarından müəyyən olunur ki, Məhkumla digər təqsirləndirilən şəxs F6 arasında talanan əmlakla bağlı hər hansı bir razılıq, qabaqcadan əlbirlik, şərtləşmə halları olmamış, həmçinin Məhkum sözügedən talanan əmlakın talanmasında bilavasitə iştirak etməmişdir. Mübahisəli hökmü və qərarı qəbul edən məhkəmələr çox təəssüf ki, hazırki cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən halı, yəni Məhkumla digər təqsirləndirilən şəxs F6 arasında borc münasibətlərinin mövcud olması faktını tam şəkildə araşdırmamışlar. İş materiallarına nəzər yetirərkən müəyyən olunur ki, tərəflər arasında borc münasibətlərinin tarixi bir qədər əvvəllərə dəlalət ed ir. Belə ki, Məhkum ifadəsində bildirmişdir ki, dəfələrlə F6 borc almış və həmin məbləği faizi ilə birlikdə qaytarmışdır (bu fakt digər təqirləndirilən şəxs F6 ifadəsində təsdiq olunur, yalnız faiz məsələsi istisna olunmaqla). Bundan başqa F6 Əliyev ifadəsində göstərmişdir ki, Məhkum əvvəllər 5-6 dəfə borc pul vermiş və Məhkum pulları vaxtında ona qaytarmışdır. Həmçinin göstərmişdir ki, Məhkum ondan borc pul verməyi xahiş etdiyindən 2014-cü ilin may ayında Məhkum 115.000 manat borc vermişdir. Daha sonra göstərmişdir ki, Məhkum əvvəllər də borc pul vermiş, amma həmin pullara görə Məhkumla aralarında faiz verilməsi ilə bağlı danışıq olmamışdır. Lakin Məhkum həmin pulları hansısa işə sərf etdiyini bildirərək bir neçə dəfə 100, 200-300 manat olmaqla qazanc kimi pul vermişdir, 2014-cü ilin may- iyun aylarında Məhkum verdiyi 115.000 manat pulu faizlər ödənilməsi şərti ilə verməmişdir. Həmçinin zərərçəkmiş şəxs Z6 ifadəsində göstərmişdir ki, F6 nəyə görə danışıq kartlarının pulunu ona bildirmədən Məhkum verməsini soruşduqda, F6 bunu Məhkumla uşaqlıq dostu olması, bundan əvvəllər də Məhkum ondan bir neçə dəfə borc pul alıb qaytarması və sonuncu dəfə də Məhkum aldığı pulları tezliklə qaytaracağına söz verməsi ilə izah etmişdir. Kassator kassasiya şikayətində göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və bəraətverici əsaslarla cinayət işinin icraatına barəsində xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublika sı Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin edilməsinə məhkumun müdafiəçisi O6, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı V6 və zərərçəkmişin nümayəndəsi S6 çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə Məhkum kassasiya şikayəti təmin edilməməli və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsini və bəraətverici əsaslarla cinayət işinin icraatına barəsində xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bu tələbini bir sıra dəlillərlə əsaslandırmışdır. Məhkəmə kollegiyası kassasiya şik ayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin də dəlillərində göstərilmiş və apellyasiya instansiyası məhkəməsinin araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkuma isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində təsbit edilən mənimsəmə cinayəti talamanın müstəqil forması olub, subyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar (məsələn, anbardar, təchizatçı, kassir və s.) özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Əmlak hər hansı təşkilatın işçisi hesab edilməyən xüsusi şəxslərə də etibar edilə bilər (onlara yuxarıda qeyd olunan sərəncam vermə, idarə etmə, saxlama və s. səlahiyyətlər verməklə). Təqsirkara səlahiyyətlər podrat, icarə, saxlama və s. mülki-hüquqi müqavilələr əsasında da verilə bilər. Mənimsəmənin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Təqsirkar özgənin ona etibar edilmiş əmlakını qanunsuz və əvəzsiz olaraq götürdüyünü və ya həmin əmlak barəsində sərəncam verdiyini dərk edir və bu əməli törətməyi arzu edir. Məhkəmə kollegiyası qeyd edir ki, “Özgə əm lakın qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbigi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 dekabr 1999-cu il tarixli Qərarının 8-ci bəndində göstrilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-8-ci (179-cu maddəsi) maddəsində nəzərdə tutulmuş mənimsəmə yolu ilə talama dedikdə, təqsirli şəxs tərəfindən müəyyən məqsədlə ona inanılıb tapşırılmış özgə əmlakının qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özündə saxlanılması, qaytarılmaması, israfetmə yolu ilə talama dedikdə isə həmin əmlakın qanunsuz olaraq özgəninkiləşdirilməsi başa düşülür. Mənimsəmə və ya israfetmə yolu ilə özgəsinin əmlakını taldama əmlakın oğurluq yoldu ilə qanunsuz götürülməsindən bununla fərqlənir ki, birinci halda təqsirli şəxs taladığı özgə əmlak barəsində ona edilmiş etiibardan istifadə edir. Əmlakın onlara müəyyən məqsədlə inanılıb tapşırılmayan şəxslər mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdikləri hallarda, Cinayət Məcəlləsinin 93-8-ci (179-cu maddəsi) maddəsi ilə, iştirakçılığın digər hallarında isə Cinayət Məcəlləsinin 17, 93-8-ci maddələri (32,179-cu maddəsi) ilə məsuliyyət daşıyırlar. Dövlət orqanlarının vəzifəli şəxsləri ilə vəzifəsiz şəxslərin birlikdə bilə-bilə saxta sənədlər əsasında özgə əmlakını öz mülkiyyətinə və ya başqa şəxslərin mülkiyyətinə keçirməsi vəzifəli şəxslər üçün mənimsəmə və ya israfetmə yolu ilə talama və vəzifə saxtakarlığı kimi cinayətlərin məcmusu üzrə, başqa şəxslər üçün isə mənimsəmə və ya israfetmə yolu ilə talama kimi, müvafiq hallarda isə vəzifə saxtakarlığınd a iştirakçılıq kimi tövsif edilməlidir”. Məhkum kassasiya şikayətində cinayət işinə barəsində bəraətverici əsaslarla xitam verilməsi barədə dəlillər irəli sürdüyündən məhkəmə kollegiyası cinayət işinin materiallarında ola sübutlara müracət etməyi lazım bilir. Belə ki, cinayət işinin materiallarında olan üzləşmə protokolundan görünür ki, Məhkum və X5 arasında aparılan üzləşdirmə zamanı F6 Əliyev ifadəsində qeyd etdiyi xüsusatları bir daha Məhkum üzünə qarşı deyərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, X16 və X5 arasında aparılan üzləşdirmə zamanı X25 yalan ifadə verdiyini göstərmiş, Z6 arasında əmək müqaviləsi bağlanmış olduğunu bildirmiş, danışıq kartlarının da Zaurun adı göstərilən qaimə-fakturalar əsasında F6ə verildiyini bildirmi şdir. X17 təhvil verilmiş danışıq kartlarının satışından əldə etdiyi pul vəsaitinin, onun dostu “xxxx” ASC-nin Lənkəran şöbəsinin müdiri vəzifəsində işləyən Məhkum vermək istəməyi və verməsi barədə özünün məlumatı olmamışdır, F6 ona bu barədə bildirməmiş, F6 bu barədə əvvəlcədən demiş olsa idi belə, tanımadığı şəxsə heç bir zəmanət olmadan, külli miqdarda vəsaitin verilməsinə razılığını bildirməzdi. F6in danışıq kartlarının satışına görə pul vəsaitinin qaytarmasında yubanmalar olduğundan sonra F6in pulu dostu Çingizə verməsi barədə məlumatı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, X15 və X5 arasında keçirilmiş üzləşdirmə zamanı Zaur Kərimov da ifadəsində F6 özünü müdafiə etmək üçün yalan ifadə verdiyini, F6 2014-cü ilin aprel ayında əmək müqaviləsi bağladığını, F6 qaimə-fakt uralar əsasında verdiyi danışıq kartlarının satışını həyata keçirdiyini bildirmişdir. Z6 həmçinin bildirmişdir ki, F6 əsasən Ə6 ünsiyyətdə olsa da, rəsmi olaraq onun işçisi olması barədə məlumatı olmuşdur. Çünki, onunla əmək müqaviləsi bağlanmış və danışıq kartları onun tərtib etdiyi qaimə-fakturalar əsasında F6 təhvil verilmişdir. F6 verdiyi danışıq kartlarının pulunun onun tərəfindən ödənilmədiyini görəndə bunun səbəbini aydınlaşdırmaq üçün F6 görüşüb danışığı olmuş və kartları satıb-satmadığını və satıbsa pullarını nəyə görə ödəmədiyini soruşduqda F6 kartları satdığını və 115.000 manat pulu uşaqlıq dostu olan «xxxx» ASCnin Lənkəran filialının müdiri Məhkum verdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “xxxx” ASC-nin Daxili Audit Departamentinin “Lənkəran” şöbəsində 01 iyun 2013-30 iyun 2014-cü illəri əhatə edən dövr üzrə aparılan Audit yoxlaması barədə 10 iyul 2014-cü il tarixli hesabatdan görünür ki, yoxlama zamanı ciddi nöqsanlar aşkar edilməmişdir. Həmçinin, istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2016cı il tarixli qərarı ilə Məhkum “xxxx” ASC-nin Lənkəran şöbəsinin müdiri vəzifəsində işlədiyi 17 iyul 2011-ci il tarixdən 05 sentyabr 2014-cü il tarixədək olan dövr üzrə həmin şöbədə kreditlərin verilməsi zamanı müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməsi vəziyyəti yoxlanılmışdır. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən aparılmış yoxlama zamanı Məhkum “xxxx” ASC-nin Lənkəran şöbəsinin müdiri vəzifəsində işlədiyi dövr ərzində depozit t əminatı kreditlərin verilməsində pozuntu halı aşkar edilməməsi, verilmiş istehlak kreditləri üzrə ödəmələrin qrafikə uyğun həyata keçirilməsi barədə 12 oktyabr 2016-cı il tarixli rəy tərtib edilmişdir. Cinayət işinin materiallarında olan “xxxx” ASC-nin məktubundan görünür ki, bankın “Salyan” filialından Məhkum adına “Monex” pul köçürmələri sistemi vasitəsilə 05 iyun 2014-cü il tarixdə iki köçürmə ilə (6000 manat və 9000 manat olmaqla) cəmi 15.000 manat pul köçürülmüşdür. Cinayət işinin materiallarında olan məlumatdan görünür ki, Lənkəran Şəhər-Rayon Polis şöbəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı X5 mobil telefon kartlarının satışından əldə etdiyi pulların uzun müddət sərəncamında saxlaması və əlavə gəlir əldə etmək məqsədilə müxtəlif şəxslərə, o cümlədən Məhkum müəyyən müdd əfer borc verməsi barədə məlumatlar əldə edilmişdir. Cinayət işinin materiallarında olan audit yoxlamasının nəticəsinə dair tərtib edilmiş 16 sentyabr 2016-cı il tarixli hesabatdan görünür ki, audit yoxlaması zamanı fiziki şəxs X10 işçisi ekspeditor X5 maddi məsuliyyətinə cəmi 232.275,00 manat dəyərində danışıq kartları olmuşdur. Satılmış danışıq kartlarından Z6 kassasına F6 tərəfindən 115.743,53 manat pul mədaxil edilmişdir. Beləliklə, 116.531,47 manat pul məbləği kassadan yayındırılmış və həmin məbləğdə Z6 ziyan dəyməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan X15 ilə X12 arasında bağlanmış 01 aprel 2014-cü il tarixli əmək müqaviləsi və 01 saylı Əmrdən görünür ki, F6 fərdi sahibkar Z6 tərəfindən ekspeditor vəzifəsinə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış həmin əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən tərəflərdən biri digərinin əmlakına və qanunla qorunan mənafelərinə ziyan vurarsa digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada məsuluyyət daşıyır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 02 iyun 2017-ci il tarixli məktubundan görünür ki, X15 ilə X5 arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə daxil edilmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 04 aprel 2014-cü il və 24 may 2014-cü il tarixli qaimə fakturuna əsasən fiziki şəxs X15 tərəfindən ekspeditor X9 cəmi 232.275,00 (iki yüz otuz iki min iki yüz yetmiş beş) manat dəyərində danışıq kartları təhvil verilmişdir. X12 tərəfindən satılmış kartların dəyəri 30 apre l 2014-cü və 31 may 2014-cü il tarixli mədaxil orderləri əsasında cəmi 115.743,53 (bir yüz on beş min yeddi yüz qırx üç manat 53 qəpik) manat pul kassaya mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan izahatlardan görünür ki, ekspeditor F6 Əliyev fərdi sahibkar Z6 adına izahat verərək verdiyi izahatda götürdüyü danışıq kartlarının satışından əldə etdiyi pulları Məhkum verdiyini, pulları işdən gizli götürdüyünə görə bu barədə heç kəsin bilməməsi barədə Ç6 şərt kəsdiyi, Ç6 xəstə olduğuna və sonradan məzuniyyətə çıxdığına görə pulların qaytarılması üçün ona vaxt verilməsini xahiş etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 30 may 2017-ci il tarixli 12653 saylı rəyindən görünür ki, fiziki şəxs X10 ekspeditoru X5 işlədiyi dövrdə 116.531, 47 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. Fiziki şəxs X10 ekspeditoru X5 fəaliyyət göstərdiyi dövr ərzində mal dövriyyəsinin auditi Audit Xidməti haqqında Azərbaycan Respublikasının Qanunu və Sahəvi auditlərin keçirilməsinə dair proqramının tələblərinə uyğun olaraq aparılmışdır. Həmçinin, həmin rəydə qeyd olunmuşdur ki, X15 ilə X5 arasında bağlanmış əmək müqaviləsinin 5.1 və 5.2-ci bəndlərin tələblərinə əsasən fiziki şəxs üzrə müəyyən edilmiş 116.531 manat satış pulu çatışmazlığına görə cavabdeh X12 maddi məsuldur. Cinayət işinin materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının 10 avqust 2017-ci il tarixli 17877 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 04 aprel 2014-cü il tarixli 01 saylı qaimə-fakturasında “ekspeditor təhvil aldı” qrafasınd a, 24.05.2014-cü il tarixli 02 saylı qaimə-fakturasında “Təhvil aldı" qrafasında, 01 aprel 2014cü il tarixli əmək müqaviləsinin son səhifəsində “işçi" qrafasında və həmin səhifənin sonunda “işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı" hissəsində “imza" qrafasında olan imzalar və F6 fərdi sahibkar X10 adına yazdığı izahatlarında əks olunmuş yazılar və “imza" sözü qarşısında olan imzalar X12 tərəfindən icra olunmuşdur. Həmin rəydə həmçinin göstərilmişdir ki, 04 aprel 2014-cü il tarixli 01 saylı qaiməfakturasında “ambardar təhvil verdi” qrafasındaki imza, 24 may 2014-cü il tarixli 02 saylı qaimə-fakturasında “təhvil verdi” qrafasındaki imza, 01 aprel 2014-cü il tarixli əmək müqaviləsinin son səhifəsində “işə götürən” qrafasında və həmin vərəqin aşağı tərəfində “Möhür X21” yazılar ın qarşısında “imza" qrafasında əks olunmuş imzalar X15 tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan X5 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə gələn və çıxan SMS məlumatlarına baxış protokolundan görünür ki, məlumatlara baxış keçirilərkən istintaq üçün əhəmiyyət kəsb edən aşağıdakı SMS yazışmaları, o cümlədən 21/06/2014, 21:05:23, **********66, **********, Elinin söhbetden xeberi var? 21/06/2014, 21:05:42, **********55, **********, 21/06/2014, 21:05:52, 994*****, **********, bılse meleder meni. 21/06/2014, 21:06:03, **********66, **********, Ok. 21/02.2014; 21:06:12; **********5, **********, and ola Allaha mehv eder meni. 21/06/2014, 21:06:30, **********66, **********, Ok.- yazıları müəyyən edilmişdir. Həmin SMS yazışmaları ilə əlaqədar dindirilmiş Məhkum ********** mobil telefon nömrəsini özü istifadə etdiyini, həmin SMS yazışmasının onunla F6 arasında aparıldığını, “Elinin söhbetden xeberi var?” sualını özü F6, Ə6 dedikdə, “Azercell" şirkətinin Lənkəran şəhərində olan distibyutoru, F6 müdiri kimi tanıdığı Ə6 nəzərdə tutduğunu, “söhbətdən xəbəri var” dedikdə, yəni F6 kartların satışından əldə etdiyi vəsaitin ona, yəni Ç6 verilməsindən Əlinin məlumatı olub-olmamasını soruşduğunu, F6 isə Ə6 bu barədə məlumatının olmadığını bildirdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan 04 fevral 2015-ci il tarixli iddia ərizəsi və Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı Məhkum cavabdeh X12 və qeyrilərinə qarşı "mülki hüquq münasibətlərindən irəli gələn öhdəliklər üzrə ödənilmiş artıq pul vəsaitinin geri qaytarılması və əqdin etibarsız hesab edilməsi" tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, həmin mülki iş 10 fevral 2015-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin icraatında daxil olmuş və 24 fevral 2015ci il tarixli qərardadına əsasən sənədlərin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Kassatorun əsas dəlili ondan ibarətdir ki, o, pulu F6 müəyyən faiz miqdarında borc almış və borcun bir hissəsini geri qaytara bilməmişdir. O, bu iş üzrə maddi məsul şəxs olmadığından və pulların F6 tərəfindən mənimsənilməsinə heç bir aiddiyyatı olmadığından CM-in 179-cu maddəsinin subyekti ola bilməz. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu ma ddəsinin subyekti olmaq üçün maddi məsul şəxs olmaq şərt deyildir. Zira Məhkum maddi məsul şəxs olması barədə ittiham irəli sürülməmiş və o, buna görə təqsirli bilinməmişdir. Məhkəmələrin gəldiyi qənaətə əsasən Ç.X14baqcadan əlbir olaraq özgə əmlakının talanmasında bilavasitə iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, “borclarıma görə ödənilən faizlərin vaxtı çatanda hətta mən F6 xahiş etmişdim ki, kartlarını bir qədər ucuz qiymətə də olsa satsın və mən arada yaranan qiymət fərqini də ödəyərəm. Buna görə də F6 Salyan və Astara rayonunda satdığı kartların pulunu hətta mənim adıma bank köçürməsi yolu ilə göndəribdir”. (cild 1, iş vərəqə 103-111). Göründüyü kimi Məhkum kartları ucuz qiymətə satması barədə özü F6ə bil dirmiş və arada yaranan qiymət fərqini ödəcəyini bildirərək özgə əmlakının talamışdır. “Özgə əmlakın qanunsuz ələ keçirmə və talama işləri üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbigi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 dekabr 1999-cu il tarixli Qərarına əsasən əmlakın onlara müəyyən məqsədlə inanılıb tapşırılmayan şəxslər mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdikləri hallarda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Məhkum da əmlakın ona inanılıb tapşırılmayan şəxs olmamasına baxmayaraq, mənimsəmə yolu ilə talamada bilavasitə iştirak etdiyi üçün təqsirli bilinərək məhkum edilmişdir. Bundan başqa, Məhkumla F6 arasında SMS məlimatlarından görünür ki, məhkum fərdi sahibkar X13 məxsus külli miqdarda əmlakın vahid qəsdlə mənimsənilməsində bilavasitə iştirak etmişdir. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə baxan məhkəmələr sübutları Məhkum aid hissədə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv surətdə tədqiq etmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi nəzərə alınmaqla düzgün qiymət vermiş, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində təsbit edilən cinayət əməlinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarlarında göstərilmişdir. (məhkəmələr məhkumun təqsirlilik məsələsini həll edərkən məhkumların özlərinin istintaq və məhkəmə araşdırmaları zamanı verdikləri ifadələ rinə, onların ibtidai araşdırma zamanı üzləşdirmədə göstərdikləri xüsusatlara, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər istintaq materiallarına və sənədlərə əsaslanmışlar). Birinci və apellyasiya instansiya məhkəmələrinin Məhkum oğlunun cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum oğlunun cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli mə hkəmə araşdırması aparılmış, həm ibtidai istintaq, həm də məhkəmə araşdırılmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmiş, çəkişmə prinsipi təmin edilməklə tərəflərə bərabər şərait yaradılmışdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi s übuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarındakı sübutların mabədində belə qənaətə gəlir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 aprel 2018-ci il tarixli qərarının Məhkum aid hissə də ləğv edilməsi və cinayət işinin icraatına Məhkum aid hissədə bəraətverici əsaslarla xitam verilməsinə əsas verə biləcək heç bir mötəbər sübut müəyyən edilməmişdir. Beləliklə, kassasiya kollegiyası məhkumun kassasiya şikayətində göstərdiyi dəlilləri istintaq orqanı tərəfindən qanunamüvafiq qaydada toplanmış və məhkəmə araşdırmaları zamanı tam, hərtərəfli və obyektiv surətdə araşdırılaraq qiymət verilmiş sübutların məcmusu ilə müqayisəli surətdə tədqiq edərək belə nəticəyə gəlir ki, Məhkum isnad edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam təsdiq olunur və məhkəmələrin gəldikləri nəticənin qanuni və əsaslı olduğuna heç bir şübhə yeri qoymur. Belə olan halda, məhkəmə kollegiyası c inayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum özünün barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən kassatorun dəlillərini əsassız olduğundan qəbul etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin qərarlarının təsviri-əsaslandırıcı hissəsindəki istinad etdikləri sübutlarla mmüqayisəli surətdə tədqiq edib bütün halları müzakirə edərək belə nəticəyə gəlir ki, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından verdiyi kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və mübahisələndirilən qərar Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum aid hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-188/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-188/2020
25.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver