Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-188/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum, onun müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 iştiraklarıı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarından Məhkum və müdafiəçi, Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətinə və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, X18 və X6 ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli hökmü ilə 30 avqust 1970-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulmuş, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, təqirləndirildiyi əməlləri törətdiyi vaxtda Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində, c inayət məsuliyyətinə cəlb edildiyi vaxtda isə “Resurs” X8 İctimai Birliyinin sədri və “Səs” İnformasiya Agentliyinin direktoru vəzifələrində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 308.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2021-ci il tarixdən hesablanması, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, X20 və X3 ibarət tərkibdə) 16 mart 2022-ci il tarixli qərarı ilə Məhkum müdafiəçiləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 1(101)-1511 /2021 saylı hökmü dəyişdirilmişdir. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 1(101 )-1511 /2021 saylı hökmü ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Məhkum davranışı üzərində nəzarətin Bakı şəhəri Probasiya İdarəsi tərəfindən həyata keçirilməsi, sınaq müddəti ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və davranışı ilə islah olunduğunu sübut etmək vəzifələrinin qoyulması, sınaq müddətinin əvvəlinin qərarın qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instans iya məhkəməsinin hökmünə əsasən Məhkum Bakı şəhər İcra Hakimiyyəti Başçısının 6 yanvar 2011 -ci il tarixli əmrinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində işləyərkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2017-ci il tarixli 430 nömrəli sərəncamı ilə başçının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini müvafiq razılaşdırma aparılmaqla icra hakimiyyəti başçısının müəyy ən etdiyi müavinlərindən biri kimi həyata keçirən, həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqinin aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsinin təmin edilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uygun olaraq şəhərsalma fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rayon planlaşdırma sxemlərinin və layihələrinin, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələ rinin baş planlarının, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələrinin) təsdiq edilməsi, şəhər inzibati ərazi vahidlərinin baş planlarının təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edilməsi, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması uçun məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi, tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X19, İnkişaf ı və Bərpası uzrə Dövlət Xidmətinə və digər qurumlara muraciət edilməsi, həmin Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verilməsi və təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü' şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75ci maddəsi ilə müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarına əsasən torpaq sahəsi üzərində tikinti aparılmasına səl ahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən, yəni, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ayrı-ayrı fiziki şəxslərə xüsusi mülkiyyət hüququ ilə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərindən alınmasına dair sənədlər təqdim edilmədiyi halda, habelə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndinə uygun olaraq yuxarıda qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi təmin edilmədən, həmçinin torpaq sahəsi üzərində icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmadan, habelə, həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ünvan 2 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yaşayış evinin olması nəzərə alınmadan, yəni “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakim iyyəti orqanları ilə birgə təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması həyata keçirilmədiyi halda, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə baglı müfəssəl Qaydalar”ın tələblərinə uygun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalı oldugu halda bu normaya əməl olunmadan - belə ki, layihə sənədlərinə əsasən, tikintisi nəzərdə tutulan binanın xarici divarının hünd ürlüyü 46,5 metr təşkil etdiyi nəzərə alındıqda, yuxarıda göstərilən tələblərə əsasən həmin binanın divarından tikintiyə ayrılmış torpaq sahəsinin sərhədinə qədər məsafə (46,5x0,6) 27,9 metr olmadan, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sökülməsinə başlanılmaqla, habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərazinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə baglı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üzrə tikinti sıxlıgı əmsalı 1,6 oldugu halda qeyd edilən ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlıgı əmsalı ilə hazırlanmış layihə üzrə, yəni ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə baglı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalayıb, həmin sərəncam əsasında qeyd edilən pozuntularla ofis və yaşayış binalarının həmin ərazidə tikintisinə dair "xxxx" Mənzil Tikinti Kooperativinə ic azə verməklə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə şəhərsalma sahəsində görülən ardıcıl tədbirlərin tərkib hissəsi kimi qəbul edilən hüquqi sənədlərə məhəl qoymayaraq dövlətin bu sahədə qanunla qorunan mənafelərinə agır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətindən sui-istifadə etmiş, qanunla müəyyən olunmuş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməsi agır nəticələrə səbəb olmuşdur. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayətində göstərilir ki, məhkəmələrin qərarlarının Məhkum təqsirliliyi barədə əsasını yolverilməz sübutlar təşkil edir. Bakı Ağır Cinayətlər Məhkəm əsində tədqiq olunan «Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Məhkum həvalə edilməsi və sərəncamın icrasına nəzarəti öz üzərində saxlamasına» dair Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun xx.xx.2017-ci il tarixli, 430 №-li sərəncamı Azərbaysan Respublikası Prezidentinin təsdiq etdiyi «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin 2.5-ci bəndinin tələblərinə zidd olaraq çıxarıldığı üçün qanuni əsası yoxdur. Çünki Əsasnamədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq başqa əməkdaşa həvalə edilməsi nəzərdə tutulmamış, 2.5-ci bəndində isə göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərba ycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Ona görə də Məhkum Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını imzalayarkən buna qanuni səlahiyyəti olmamışdır. Məhkəmələrdə Məhkum elan edilmiş ittihamın əsasını təşkil edən Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun xx.xx.2017-ci il tarixli, 430 №-li sərəncamı qanuna zidd çıxarıldığı üçün sübutlar siyahısından çıxarılmasına dair vəsatətləri təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində tədqiq olunan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xx.xx.2018-ci il tarixli, 2/569 saylı məktubunda da göstərildiyi kimi Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Məhkum tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini və zifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericiliyin kobud pozuntusu kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırılmağa icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərdən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılmışdır. Hətta həmin cinayət işinin başlanmasına əsas olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Ar xitektura Komitəsinin sabiq sədri cənab Samir Nuriyevin Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-2409 nömrəli məktubunda, sədr müavini Dövlətxan Dövlətxanovun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-2198 nömrəli məktubunda da göstərilmişdir ki, "xxxx" MTK tərəfindən tikintinin aparılmasına dair sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin 2.6, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imz alanmamışdır. "xxxx" MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ticarət mərkəzi, ofis və yaşayış binasının tikintisinə icazə Bakı şəhər icra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbovun 01.08,2012-ci il tarixli, 335 saylı, xx.xx.2015-ci il tarixli, 438 saylı sərəncamları, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin razılaşdırılması haqqında Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2015-ci İl tarixli, 18/04-516 saylı məktubu, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2015-ci il tarixli, xx/xx-02345 saylı məktubu və xx.xx.2014cü il tarixli 18504 saylı rəyi, Bakı şəhər İcra Hakimiyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tiki nti işlərinə başlanılması üçün əsas olan xx.xx.2015-ci il tarixli 126 nömrəli xüsusi nişanı əsasında verilmişdir. "xxxx" MTK tərəfindən 318-ci məhəllədə 2015-ci ildən aparılan tikinti Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş «Yerli İcra Hakimiyyətləri haqqında» Əsasnamənin 3.11.5-ci bəndinə zidd olaraq tikinti norma və qaydalanna riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməli olduğu halda məhkəmə qərarı olmadan tikinti qeyri-qanuni olaraq 2 dəfə dayandırılmışdır. Məhkum tərəfindən 3-cü sərəncamın imzalanmasına kimi tikinti sahəsinin ayrılması, ərazinin sıxlığı, ara məsafəsi, orada söküntü işlərinin aparılması, işçi layihəsi, ş əhərsalma əsaslandırılmasında hər hansı bir dəyişiklik baş verməmişdir. Sabiq başçı Hacıbala Abutalıbovun Məhkəmədə tədqiq olunan "xxxx" MTK-ya ünvanlanan xx.xx.2017-ci il tarixli 7-94/17 saylı məktubunda qeyd olunan ünvandakı Dilarə Əliyeva küçəsindəki yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi sayılan 145 saylı bina (məktubda göstərilir ki, bura 141 saylı ünvan da daxildir) və ətraf ərazidəki söküntü işlərinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılması qöstərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında qaldırdığı yazılı vəsatət təmin edilərək Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini Hacıbala Abutalıbovun qeyd olunan məktublarının əksinə olaraq «Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhb əri Məhkum həvalə edilərkən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərindən müvafiq qaydada razılıq almadığına görə təəssüf hissi keçirməklə üzürxahlığını bildirməsi və Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Məhkum həvalə edilməsinə razılıq verilməsi üçün xahiş etməsinə» dair xx.xx.2018-ci il tarixli, 071-10 nömrəli məktubu məhkəmə istintaqı zamanı tədqiq edilmişdir. Məhkəmələr tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilmişdir. Belə ki, Məhkum elan edilmiş qanunsuz və əsassız ittihamın təkzib edilməsinin əsas məzmununu təşkil edən halların a ydınlaşdırılması üçün son dərəcə zəruri olmasına baxmayaraq ibtidai istintaq zamanı dindirilməsi təmin edilməmiş, Bakı şəhər İcra Hakimiyətinin sabiq başçısı Hacıbala Abutalıbovun əlavə şahid kimi məhkəmədə dindirilməsinə dair qaldırdığı yazılı vəsatətləri təmin edilməmişdir. Şahid2 kütləvi informasiya vasitələrinə vermiş olduğu müsahibələrinə əsasən də müəyyən edilir ki, Məhkum söküntü iələrinə hər hansı aidiyyəti yoxdur. Bundan başqa, Məhkum Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə təqsirləndirildiyi ittiham hökmündə onun dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyətlərindən sui- istifadə etməsi, qanunla müəyyən edilmiş qaydaları vahid niyyətlə pozmaqla tikinti və ya quraşdırma işlərinin apa rılmasına icazə verməsinin ağır nəticələrə səbəb olması göstərilsə də, mühüm zərəri müəyyən etmək üçün zərərçəkmiş müəssisə, idarə və ya təşkilatın, vətəndaşların adları, sayları, onlara vurulmuş mənəvi, fiziki və ya əmlak ziyanının ağırlığı, müəssisə, idarə və ya təşkilatın normal fəaliyyətinə mənfi təsir dərəcəsi, onlara vurulan maddi ziyanın ölçü və xarakteri müəyyən edilməmişdir. Hökmdə 318-ci məhəllədəki bina sakinlərinin köçürülmədən tikintinin aparılması nəticəsində həmin sakinlərə ziyan vurulması göstərilsə də, həmin sakinlərin şəxsiyyəti, vurulmuş ziyanın vaxtı, növü və həcmi müəyyən edilməmişdir. Kassasiya şikayətində qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 6 ay müddətin ə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair 23 dekabr 2021-ci tarixli itiham hökmü, Bakı Apellyasiya Məhkəməsinin həmin hökmün dəyişdirilərək Məhkum təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair 1(103)- 535/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixili qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi, Məhkum təyin edilmiş 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilmə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmə cəzalarından azad edilməsinin təmin edilməsi xahiş olunmuşdur. Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, Məhkum qanunsuz olduğu iddia edilən sərəncamı imzalayarkən sözügedən MTK rəhbərliyi və yaxud əlaqədar şəxslərdən özü və yaxud üçüncü şəxslərdən hər hansı maddi mənfəət və hüquqlar, həmçinin sair güzəşt və imtiyazlar baxımından üstünlüklər əldə etməmişdir. “Memarlıq və Şəhərsalma Bas İdarəsi səhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, səhərin və şəhərətrafı zonanın bas planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, elə cə də əhalinin məişət istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir. Memarlıq və Şəhərsalma Baş idarəsi abidələrin mühafizəsi, bərpası və sonradan istifadə olunması islərini istiqamətləndirir və onlara nəzarət edir, İdarə tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirməyə tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir.” Bu məlumatdan da göründüyü kimi, “Məmarlıq və Şəhərsalma Baş İdarəsi şəhərin planlaşdırılmasma və tikilməsinə rəhbərlik edən təşkilatdır. Bu rəhbərlik birbaşadır və kimdənsə asılı olmadan bu funksiyaları icra etmək hüququna malikdir. Eynilə, ittihamda Məhkum yönəl dilmiş vəzifələr əslində bu İdarə tərəfindən həyata keçirilir. Məhkum “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamədə” göstərilən nəzarət funksiyasını açıq siqnallar aldıqdan sonra həyata keçirməli idi. Həmçinin bu İdarə abidələrin mühafizəsinə nəzarət edir, Məhkum deyil. Yerli əhəmiyyətli memarlıq abidəsi qəzalı vəziyyətdə və tam yararsız olduğundan həm FHN rəyi ilə və həm də Mədəniyyət Nazirliyinin rəyi ilə bərpası mümkün olmadığından sökülməsi nəzərdə tutulmuş və həmin bina tikintiyə icazə sərəncamı verildiyində artıq sökülmüş kimi versiya mövcuddur. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıdan çıxarılmasının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq müraciət və qərar layihəsi təqdim olunmuşdur. Digər - ara məsafəsi qaydalarına riayət etmə barədə yerli İcra Hakimiyyətləri haqda Əsasnamə başçı üzərinə qoyulmuş birbaşa öhdəlik mövcud deyil və məhz bu xüsusa görə də, onun üzərinə öhdəlik qoyula bilməzdi. İttihamı əsassız hesab edir, belə ki, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, başçı müvafiq tədbir görür. Bu aşkar olunmadığı hallarda başçının belə vəzifəsi yaranmır. Həmçinin başçının abidə ilə bağlı səlahiyyətlərinin icrası məcburiyyəti yenə aşkar olunduğu məqamlarla şərtlənir. Məhkum belə məlumat olmadığı üçün ondan hansısa hərəkəti etməsini tələb etmək ədalətsizlik və qanunsuzluq olardı. Onda belə məlumatın mövcudluğunu sübut edən hər hansı fakt mövcud olmamışdır.. Məhkum Azərbaycan Respublikası CM-in 308.2 v ə 314-2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyi, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmiş olması haqda istintaqın qənaəti əsassızdır və heç bir ciddi reallığa söykənməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsində tədqiq olunan «Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq Aparatın rəhbəri Məhkum həvalə edilməsi və sərəncamın icrasına nəzarəti öz üzərində saxlamasına» dair Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun xx.xx.2017-ci il tarixli, 430 №-li sərəncamı Azərbaysan Respublikası Prezidentinin təsdiq etdiyi «Yerli İcra Hakimiyyə tləri haqqında» Əsasnamənin 2.5-ci bəndinin tələblərinə zidd olaraq çıxarıldığı üçün qanuni əsası yoxdur. Çünki Əsasnamədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin səlahiyyətlərinin icrasının müvəqqəti olaraq başqa əməkdaşa həvalə edilməsi nəzərdə tutulmamış, 2.5-ci bəndində isə göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Ona görə də Məhkum Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını imzalayarkən buna qanuni səlahiyyəti olmamışdır. Məhkəmələrdə Məhkum elan edilmiş ittihamın əsasınə təşkil edən Bakı şəhər İcra Hakimiyyətinin sabiq Başçısı Hacıbala Abutalıbovun xx.xx.2017- ci il tarixli, 430 №-li sərəncamı qanuna zi dd çıxarıldığı üçün sübutlar siyahısından çıxarılmasına dair vəsatətləri təmin edilməmişdir. Kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinməsi haqqında 23 dekabr 2021-ci tarixli ittiham hökmü, Bakı Apellyasiya Məhkəməsinin həmin hökmün dəyişdirilməsinə dair l(103)-535/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin olunması barədə məhkum və müdafiəçilərinin, kassasiya şikayətlərinin təmin olunmaması dövlət ittihamçısının çıxışlarını dinl əyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəx slərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmi n məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsa slanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin tə qsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum CM-in 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Apellyasiya baxışı zamanı dindirilmiş məhkum olunmuş şəxs Məhkum ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Elan olunmuş ittihamın ona heç bir aidiyyatı yoxdur. ünvan 4 ünvanında yerləşən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi ilə heç bir əlaqəsi yoxdur. Tikintini aparan "xxxx" Mənzil Tikinti Kooperativinə aid ola bilən heç bir şəxsi tanımır. İcra başçısının müavini vəzifəsi ona formal olaraq həvalə olunmuş, əslində şəhərdə aparılan söküntü və tikinti işləri ilə bağlı heç bir söz sahibi olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi i fadəsindən görünür ki, o, 21 aprel 2018-ci il tarixdə Hacıbala Abutalıbovun Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsinə təyin edilməsindən sonra o, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında müavin vəzifəsini müvəqqəti icra edən şəxs kimi zəruri sənədlərə qol çəkmiş və Bakı şəhər İcra Hakimiyyətinin fəaliyyətinə rəhbərlik etmişdir. 2018-ci ilin iyun-iyul ayında Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinin icrasının Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılması barədə razılığın olub-olmaması barədə Baş nazirin sabiq müavini Hacıbala Abutalıbov qarşısında məsələ qaldırmış, sonuncu tərəfindən imzalanmış məktubda həmin məsələnin, yəni onun Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavininin və zifələrini icra etməsinin Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbərliyi ilə "şifahi” razılaşdırılması öz əksini tapmışdır. Hacıbala Abutalıbov tərəfindən Prezident Administrasiyasının rəhbərinə ünvanlanmış 25 iyun 2018- ci il tarixli məktubda Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini səlahiyyətlərinin icrasının müvəqqəti olaraq ona - Məhkum həvalə olunarkən Prezident Administrasiyası rəhbərliyindən müvafiq qaydada razılıq alınmadığına görə təəssüf hissi keçirilməklə üzrxahlıq bildirilmiş və müvafiq razılığın verilməsi xahiş olunmuşdur. Amma bundan sonra Administrasiya tərəfindən yenə də müvafiq yazılı razılıq verilməmişdir. Lakin Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 2/569 saylı məktubda bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının rəhbəri Məhkum tərəfindən şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini müvəqqəti icra edən qismində Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubun və tikinti obyektinin istismarına icazənin imzalanması qanunvericililyin kobud pozuntusu kimi qiymətləndirilir və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndində yerli icra hakimiyyətinin başçısı olmadıqda, onun səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərind ən birinin həyata keçirdiyinin təsbit edildiyi nəzərə çatdırılır. Bu səlahiyyətlər məsələsi şəxsən onun özünə şübhəli qaldığı üçün o, Hacıbala Abutalıbova sorğu ilə müraciət etmiş və gələn cavab onu təbii ki qane etməmişdir. Sonradan cinayət işinin materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova 12 oktyabr 2018-ci il tarixli, xx/xx-2409 saylı məktubla müraciət edilərək bildirilmişdir ki, "...Araşdırma zamanı müəyyən edilmişdir ki, "FF-2011” MTK-nın tikintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formalara u yğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imzalanmamışdır. Əksinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq sözügedən tikinti layihəsi və tikintiyə icazə barədə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi barədə 7- 241/21 g nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə hüquqi qüvvəsini itirmiş hesab edilmişdir. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır.” Cinayət işinin materiallarından ona həm də məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müav ini Dövlətxan Dövlətxanov tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin rəisi Cəbrayıl Xanlarova 28 sentyabr 2018-ci il tarixli, xx/xx-2198 saylı məktubla müraciət edilərək bildirilmişdir ki, Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MTK-nın tiintiyə icazə sənədlərində ciddi nöqsanlar mövcuddur. Belə ki, həmin sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 495 nömrəli Qərarı ilə təsdiq edilmiş formalara uyğun tərtib edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 06.06.20l2-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.6-cı, 2.7-ci və 4.11.11.5-ci bəndindəki səlahiyyətli şəxslər tərəfindən imzalanmamışdır. Əksinə, Azərbaycan Respublikası Şəhərsalma və Ti kinti Məcəlləsinin 75.10-cu maddəsinə uyğun olaraq sözügedən tikinti layihəsi və tikintiyə icazə barədə Tikintilərin Dövlət Reyestrinə təqdim edilməsi barədə 7- 241/21g nömrəli xx.xx.2018-ci il tarixli müraciət BŞiH-nin 7- 344/21g nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə hüquqi qüvvəsini itirimiş hesab edilmişdir. Belə olan halda, sadalanan sənədlərin hüquqi qüvvəsi ümumiyyətlə ciddi şübhə yaradır“. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Eldar Əzizov tərəfindən 01 oktyabr 2018-ci il tarixli 451 nömrəli sərancam imzalanmaqla onun tərəfindən imzalanmış olan "xxxx" Mənzil Tikinti Kooperativinə tikintiyə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 31 may 2018ci il tarixli 346 saylı sərəncamı ləğv edilmişdir. Ləğv barədə həmin sərəncamda bildirilmişdir ki, “Az ərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 sentyabr 2018-ci il tarixli, xx/xx-2198 saylı məktubunu nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə ofis və yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında Bakı ŞİH-nin xx.xx.2018-ci il tarixli 346 nömrəli sərəncamı və bu sərəncamın icrası istiqamətində aparılmış digər sənədləşdirmə işləri ləğv edilsin.” Qeyd edir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə tikinti işlərinin aparılmasına dair 31 may 2018- ci il tarixli 346 nömrəli sərəncamı həqiqətən şəxsən özü imzalamışdır. Həmin Mənzil Tikinti Koopera tivinə yaşayış kompleksinin tikilməsi ilə bağlı ərazi 2012-ci ildə ayrılmış, bundan sonrakı müddətdə tikinti ilə bağlı bütün zəruri sənədlər hazırlanaraq aidiyyətı üzrə təsdiqlənmişdir. Faktiki olaraq onun imzaladığı sərəncama qədər tikinti işlərinin aparılması ilə bağlı bütün hüquqi prosedurlar başa çatdırılmışdır. Həmin sənədlər Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən hazırlanmaqla imzalanması üçün ona təqdim edilmiş, növbəti hüquqi prosedur kimi həmin sərəncamı imzalamışdır. Sərəncamın verilməsi üçün əsas olan sənədlərə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq strukturları, eləcə də ekspertiza tərəfindən müsbət rəy verildiyinə görə faktiki olaraq həmin sərəncamı onun imzalamaması mümkün deyildi. Qeyd olunan sərəncamı imzalamaq üçün heç kimdən göstəriş almamış, kimsə ondan bunu xahiş etməmişdir, "xxxx" Mənzil Tikinti Kooperativinin də heç bir təmsilçisini, nümayəndəsini, hüquqi və ya faktiki sahibini tanımamış, heç kimi qəbul etməmiş, kooperativi təmsil edə biləcək kimsə ümumiyyətlə ona müraciət etməmişdir. Elə indi də "xxxx" Mənzil Tikinti Kooperativinə aid ola bilən heç bir şəxsi tanımır. Tikintiyə icazə verilməsi haqqında sərəncamı imzalayarkən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndinə uyğun olaraq yuxarıda qeyd edilən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülüb-sökülməməsi, sakinlərin köçürülməsinin təmin edilib- edilməməsi, həmçinin t orpaq sahəsi üzərində icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınıb-alınmamasından, həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 132 nömrəli Qərarı ilə ünvan 8 ünvanında yerləşən, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yaşayış evinin olmasından tam məlumatsız olmuş, faktiki olaraq o ərazinin harada olmasını həmin vaxt ümumiyyətlə təxmin belə etməmiş, sənəd ona imzalanmaq üçün təqdim edilibsə, artıq tərəddüdsüz olaraq lazımi hüquqi prosedurların icra edildiyini güman etmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının üzərində gerb olan blankında tərtib edilmiş 346 nömrəli 31 may 2018-ci il tarixli sərəncamın məzmunundan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin 24 may 2018-ci il tarixli 28/18 saylı müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məclləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 01 avqust 2012-ci il tarixli 335 saylı sərəncamına istinad edilməklə Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə "xxxx" Mənzil Tikinti Kooperativinə ofis və yaşayış binalarının tikintisinə icazə verilmişdir. Həmin Sərəncam Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Məhkum tərəfindən imzalanmışdır. Həmin sərəncam içərisində “Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı” və “Sənədləri rəsmiləşdir mə və protokollaşdırma sektoru” yazılmış dairəvi möhürlə təsdiq edilmişdir Cinayət işinin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Məhkum haqqında” 20 sentyabr 2017-ci il tarixli 430 nömrəli sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini Rauf Pənahovun vəfatı ilə əlaqədar Başçının müavini vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Aparatın rəhbəri Məhkum həvalə edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 335 nömrəli “Ticarət mərkəzi, ofis və yaşayış binaları kompleksinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamının 1.1-ci bəndində Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə yerləşə n yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin təmin edilməsi ilə bağlı şərt müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyətinin başçısı olmadıqda, məzuniyyətdə və ya ezamiyyətdə olduqda, xəstəliyi və ya digər səbəblərlə əlaqədar öz səlahiyyətlərini icra edə bilmədikdə, onun səlahiyyətlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla icra hakimiyyəti başçısının müəyyən etdiyi müavinlərindən biri həyata keçirir. Həmin Əsasnamənin 3.11-ci bəndinə əsasən, müvafiq ərazi də memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi,şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasının təmin edilməsi, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqinin aparılması və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsinin təmin edilməsi, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarətin həyata keçirilməsi, rayon planlaşdırma sxemlərinin və layihələrinin, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarının, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl pl anlaşdırma layihələrinin (ərazinin tikinti-planlaşdırma layihələrinin) təsdiq edilməsi, şəhər inzibati ərazi vahidlərinin baş planlarının təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edilməsi, tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilməsi, tikinti zamanı mədəni irs obyektlərinin əlamətləri aşkar edildikdə, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X19, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və digər qurumlara müraciət edilməsi təmirtikinti, memarlıq və şəhərsalm a sahələrində yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Həmçinin qeyd edilən Əsasnamənin 4.11.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi verilməsi və təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarından müəyyən olunur ki, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, yəni Dilarə Əliyeva küçəsi 141 ünvanında (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yerləşə n bina yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş tikintiyə icazə verilməsinin ümumi qaydalarına əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədləri əlavə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Bu tələb həmçinin tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Azərbaycan Resp ublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2015-ci il tarixli 20/01001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 "Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normaların 5.7-ci bəndinə əsasən istehsalat və qeyriistehsalat təyinatlı obyektlər üzrə tikintinin təşkilinə dair həllər layihənin tikinti işlərinin təşkili bölməsində, tikinti obyektləri söküldükdə isə tikinti obyektinin sökülməsi layihəsində hazırlanır. Həmçinin həmin normaların 6.3-cü bəndi və növbəti yarımbəndlərinə əsasən tikinti obyektlərinin sökülməsi ilə əlaqədar işlər söküntü işlərinin təşkili layihəsinə uyğun olaraq yerinə yetirilməlidir. Söküntü işlərinin təşkili layihəsinə sökülməli olan tikinti obyektlərinin siyahısı, söküntü üsulu, eləcə də tikinti obyektindəki işçilərin, əhalinin, ətraf mühitin v ə mühəndis infrastrukturunun, o cümlədən mövcud yeraltı kommunikasiyaların təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri texniki həllər daxildir. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri onların istismardan çıxarılması anından başlayaraq sökülməsi anına qədər təhlükəsiz vəziyyətə, yəni əhaliyə və ətraf mühitə təsadüfən ziyanın vurulması hallarını istisna edəcək vəziyyətə gətirilməlidir (tikinti meydançasının hasarlanması, təchizat müəssisələrinin qabaqcadan məlumatlandırılması, onlar tərəfindən göstərilən xidmətlərin fiziki dayandırılması, kommunikasiyaların ayrılması, mövcud maye qablarının boşaldılması, təhlükəli və zəhərli maddələrin kənarlaşdırılması, dayanıqsız konstruksiyaların gücləndirilməsi və ya sökülməsi və s.). Kənar şəxslərin bu binalara icazəsiz daxil olmalarının qarşısını n alınması istiqamətində müvafiq tədbirlər görülməlidir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cühissəsinə əsasən təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifi əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3-cü hissəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qan ununun 7-ci maddəsinin ikinci hissəsində birinci halda və üçüncü hissəsində birinci və ikinci hallarda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Fərmanın 2.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsinin ikinci hissəsində ikinci halda və üçüncü hissəsində üçüncü halda, nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bundan başqa Fərmanın 2.10-cu bəndinə əsasən Qanunun 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tarix və mədəniyyət abidələrinin yerləşdiyi ərazinin yerli icra hakimiyyəti orqanları ilə birgə, tabeliyindəki dövlət qoruqlarının əra zisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” X15 qoruqlarının ərazisində isə "İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi həyata keçirir. Həmçinin Fərmanın 2.1-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır (cild 01, iş vərəqə 285-290). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 9-cu bəndinə əsasən ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarının hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin təqdim et diyi 26 dekabr 2018-ci il tarixli 3/1217 nömrəli məktuba əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, Dilarə Əliyeva küçəsi 141 ünvanında (inventar nömrəsi 3101, 1893-cü ildə inşa edilmiş) yerləşən bina Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11 mart 2019-cu il tarixli **********00 nömrəli məktubuna və əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamı ilə tikinti işlərinin aparılmasına icazə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə, yəni Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən çoxmənzilli binada X13, X14, X11, X2 və X4 mülkiyyət hüquqi ilə məxsus mənzillər mövcuddur. Həmin mənzil sahələrinin mülkiyyət və ya sahiblik hüquqlarının "xxxx" Mənzil Tikinti Kooperativinə verilməsinə dair ibtidai istintaq orqanına heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 09/071209 saylı 19 mart 2020-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş "Ər azinin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydaların tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd olunan ünvanda "FF-2011” Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə hazırlanmış layihə əsasında tikintiquraşdırma işlərinə başlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 "Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələblərini pozaraq "FF2011” Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmamış, müva fiq icazə alınmadan ərazidəki mövcud tikililər sökülmüşdür. Azərbaycan Respublikası Şəhərsalma va Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalıdır. Lakin sözügedən layihə üzrə bu normaya əməl olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən istintaq zamanı tədqiq olunan bina üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X7 Agentliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat institutunun və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar və tərtib edilmiş müvafiq rəylər, hesabat və məktublar əsasında 20 may 2020-ci il tarixli 29453 nömrəli rəy tərtib edilmişdir. Rəyə əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın tələblərinə uyğun olaraq ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində binanın xarici divarlarından hündürlüyünün 0,6 hissəsindən ərazinin sərhədinə qədər saxlanılmalı olduğu halda bu nor maya əməl olunmamışdır. Belə ki, layihə sənədlərinə əsasən, tikintisi nəzərdə tutulan binanın xarici divarının hündürlüyü 46,5 metr təşkil etdiyi nəzərə alındıqda, yuxarıda göstərilən tələblərə əsasən həmin binanın divarından tikintiyə ayrılmış torpaq sahəsinin sərhədinə qədər məsafə (46,5x0,6) 27,9 metr olmalıdır. Bundan başqa Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 01 aprel 2015-ci il tarixli 20/01-001 nömrəli Qərarı ilə təsdiq edilmiş AzDTN 1.6-2 "Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələbləri pozularaq "FF-2011” Mənzil Tikinti Kooperativi tərəfindən tikinti obyektinin sökülməsi layihəsi hazırlanmadan, müvafiq icazə alınmadan ərazidəki mövcud tikililərin sök ülməsinə başlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014- cü il tarixli 51 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ərazinin zonalaşdırılması, tikintinin növüvə miqyası ilə bağlı müfəssəl Qaydalar”ın tələbinə əsasən yaşayış zonalarında çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları üzrə tikinti sıxlığı əmsalı 1,6 olduğu halda qeyd edilən ünvanda "FF-2011” Mənzil Tikinti Kooperativi tərəfindən bir neçə dəfə yüksək tikinti sıxlığı əmsalı ilə layihə hazırlanmışdır. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, məhkum olunmuş şəxs Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərində n qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini vahid niyyətlə pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olmuş, onun əməllərində Cinayət Qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, həmin cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: CM-in 308.1-ci maddəsi vəzifə səlahiyyətlərindən sui- istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına görə cinayət məsuliyyətini nəzərdə tutur. Şərh edilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə ziyan vurur, vətəndaşların konstitusiya hü quq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət orqanlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; 2) fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; 3) əməllə nəticə arasında səbəbli əlaqənin olması. Şə rh edilən maddənin dispozisiyasının məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir.Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifə şəxs ola bilər. CM-in 308.2-ci maddəsində vəzifə səlahiyyətindən sui-istifadə etmə ağırlaşdırıcı əlamətlərinə — CM-in 308.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin ağır nəticələrə səbəb olmasına və ya seçkinin (referendumun) n əticələrinə təsir məqsədilə törədilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Ağır nəticələr dövlət idarə və müəssisəsinin işini pozma, vətəndaşların hüquq və azadlıqlarını kütləvi şəkildə pozma, vətəndaşlara, dövlətə və ya ayrı-ayrı təşkilatlara əmlak xarakterli mühüm ziyan vurma və s. ifadə oluna bilər. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-2.1 -ci maddəsi ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən torpaq sahələrini tikinti üçün ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməyə314-2.2-ci maddəsi ər azilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, yaxud barəsində məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməməyə314-2.3-cü maddəsi bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olmasına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Cinayət işi üzrə müəyyən olunmuş hallardan və iş üzrə araşdırılmış süutların müqayisəli təhlilindən görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsindəki 318-ci məhəllədə çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi üçün icarə əsasında icazə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Hacıbala Abutalıbovun 01 avqust 2012-ci il tarixli 335 №-li sərəncamı ilə verilmiş, lakin həmin sərəncam uzun müddət icra olunmamış, yəni tikinti və söküntü işləri aparılmamış və yalnız Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini vəzifəsini müvəqqəti icra edən Məhkum tərəfindən imzalanmış 31 may 2018-ci il tar ixli sərəncam əsasında Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov, D.Əliyeva, Ə.Topçubaşov və M.A.Əliyev küçələrinin kəsişməsisindəki 318-ci məhəllədə "FF-2011” Mənzil Tikinti Kooperativinə ofis və yaşayış binalarının tikintisinə icazə verilmişdir və məhz həmin sərəncamdan sonra, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən söküntü-tikinti işlərinə başlanılmış, o cümlədən tarixi abidə əhəmiyyətli bina sökülmüşdür. 31 may 2018ci il tarixli sərəncamın Məhkum tərəfindən imzalanması cinayət işi üzrə mübahisə doğurmur. Məhkəmə kollegiyası qeyd edir ki, vəzifəli şəxs olan Məhkum uzun illər müxtəlif vəzifələrdə, o cümlədən icra hakimiyyəti struktularında çalışmış ali təhsilli şəxs kimi 31 may 2018-ci il tarixli sərəncamı imzalayarkən həmin sərəncamın fərqinə varmamış, hansı hüquqi nəticələr doğuraca ğına əhəmiyyət verməmişdir. Yəni, o, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk etmiş, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görmüş və bu nəticələrin baş verməsini arzu etməklə belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Bundan başqa, kassasiya şikayətlərində Şahid2 kütləvi informasiya vasitələrinə vermiş olduğu müsahibələrinə də istinad olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər. Başqa sözlə, cinayət işi üzrə şahidin kütləvi informasiya vasitələrinə vermiş olduğu müsahibəsi deyil, onun müvafiq iltizama imza etməklə cinayət prosesi gedişatında verdiyi ifadələri sübut kimi qəbul olunur. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması aşağı instansiya məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: məhkumun ibtidai araşdırma zamanı, eləcə də birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdikləri və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, çoxsaylı rəsmi sənədləri, isti ntaq hərəkətlərinin və məhkəmə iclaslarının protokolları, eləcə də işdə olan digər sənədlərlə kifayət qədər təsdiq olunmaqla sübuta yetirilmiş və apelyasiya instansiyası məhkəməsi toplanmış həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə, iş üzrə mübahisələndirilən hökmlə Məhkum əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə tövsif edilməli olması və kifayət qədər sübuta yetirilməsi barədə düzgün, qanuni və əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlənd irərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydaları və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərini vahid niyyətlə pozmaqla tikinti və quraşdırma işlərinin aparılmasına icazə verməsi ağır nəticələrə səbəb olması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübh əli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məs ələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsi fi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında məhkum edilmiş şəxsin Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinm əsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Məhkum barəsində bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, ona bəraət verilə bilməz və ona bəraət verilməsi barədə verilmiş kassasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin sübyektiv mülahizələri üzəində qurulmaqla məhkum edilmiş şəxsi cinayət məsuliyytindən yayındırmaq məqsədi daşıyır. Göstərilən nəticə kassasiya şikayətinlərində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işinin baxışı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Kassasiya şikayətlərində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və müdafiəçi, Müdafiəçi3 tərəfindən birgə verilmiş kassasiya şikayəti və Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 314-2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-188/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-188/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver