Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-188/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs, Məhkum1, Məhkum2 və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Məhku m1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(103)-1077/2023 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 7 yanvar 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 sayl ı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Məhkum2 7 mart 2002-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 3 iyun 2022-ci il tarixdə saat 03:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E. Həsənov küçəsində yerləşən 84 saylı tam orta məktəbin yanında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlləri ilə itələyib yerə yıxmış, Məhkum1 isə Zərərçəkmiş şəxs boyun nahiyəsindən yumruqla vurub sonuncuya sağ bud nahiyəsinin qançırı, sağ saidin səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra o özü Zərərçəkmiş şəxs sinəsindən yerə sıxıb tərpənməyə imkan verməmiş, yaranmış fürsətdən istifadə edən Məhkum1 Zərərçəkmiş şəxs əynindəki şalvarının sağ yan cibində olan 540 manat nağd pulu açıq talamaqla soyğunçuluq etmişdir.
4. Həmçinin, Məhkum1, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla tal ama məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 3 iyun 2022-ci il tarixdə saat 03:00-da Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsində yerləşən 84 saylı tam orta məktəbin yanında Zərərçəkmiş şəxs Məhkum2 ünvanına nalayiq ifadə işlətməsini bəhanə edib Zərərçəkmiş şəxs sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə əlləri ilə itələyib yerə yıxmış, o özü isə Zərərçəkmiş şəxs boyun nahiyəsindən yumruqla vurub sonuncuya sağ bud nahiyəsinin qançırı, sağ saidin səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Məhkum2 Zərərçəkmiş şəxs sinəsindən yerə sıxıb tərpənməyə imkan verməmiş, o isə yaranmış fürsətdən istifadə edərək Zərər çəkmiş şəxs əynindəki şalvarının sağ yan cibində olan 540 manat nağd pulu açıq talamaqla soyğunçuluq etmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 6 mart 2023-cü il tarixli, 1(010)-240/2023 nömrəli hökmü ilə Məhkum2 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 4 iyun 2022-ci il tarixindən 4 sentyabr 2022-ci il tarixinədək «ev dustaqlığında» olduğu 3 (üç) ay Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinin dəyişdirilərək “həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi və azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2023-cü ildən hesablanması həmçinin Məhkum1 CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 4 iyun 2022-ci il tarixindən 4 sentyabr 2022-ci il tarixinədək «ev dustaqlığında» olduğu 3 (üç) ay Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla və ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri nin dəyişdirilərək “həbs növündə qətimkan tədbiri ilə əvəz edilməsi və azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 6 mart 2023-cü ildən hesablanması müəyyən edilmişdir.
6. Həmin hökmdən məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçiləri ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, barələrində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət məhkəmə tərkibində) 22 may 2023-cü il tarixli, 1(103)1077/2023 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-240/2023 nömrəli, 6.3.2023-cü il tarixli hökmünün məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya ş ikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Hazırda, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(103)-1077/2023 nömrəli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
9. Məhkum2 kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən onun işinə qanuni və ədalətli baxılmadığını, onun barəsində həddindən artıq ağır cəza təyin edildiyini, barəsində cəza təyin edilərkən cinayətin açılmasında fəal iştirak etməsi, səmimiyyətlə əməlini etiraf etməsi, əməlindən peşman olmasını, ailəsinin həyat şəraitini, ailəsinin yeganə qazanc gətirəni olmasını, vurduğu ziyanı tam olaraq ödəməsini, ilk dəfə cinayət məsuli yyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə notarial qaydada təsdi edilmiş barışıq ərizəsinin alınmasını nəzərə alaraq, məhkəmə kollegiyasından barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir.
10. Həmçinin Məhkum1 kassasiya şikayəti ilə müraciət edərək, məhkəmələr tərəfindən barəsində təyin edilmiş cəza ilə razı olmadığını, ona cəza təyin edilərkən barəsində olan yüngülləşdirici halların, xüsusi ilə də zərərçəkmiş şəxslə aralarında notarial qaydada təsdiq edilmiş barışıq ərizəsinin olmasını və ailəsinin yeganə qazanc gətirən şəxsi olması nəzərə alınmamışdır. Qeyd etdiklərinə əsasən məhkəmə kollegiyasından, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(103)1077/2023 nömrəli qərarının dəyişdirilməsini, barəsində təyin edilmiş cəzanın yüng ülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.
12. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III.Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum1 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkumlar tərəfindən verilmiş kassasiya ş ikayətlərinin təmin edilməsinə etirazının olmadığını bildirdi.
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətlərinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
18. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu M əcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
20. Məhkum1 və Məhkum2 kassasiya şikayətlərində birinci instansiya məhkəməsinin hökmü ilə onlara cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəflərindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onların məsuliyyətini yüngülləşdirən halları n nəzərə alınmadığını, nəticədə onların həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, Məhkum1 ona daha yüngül cəza təyin edilməsi, Məhkum2 isə barəsində CM-in 70-ci maddəsinin tətbiqi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
21. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(10 3)-1077/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
23. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
24. Cəzanın təyin edilmə sinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
26. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəll əsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
27. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
28. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmi n cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 29. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Rspublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 25-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmə, haqqında Cinayət Məcəlləsinin maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir.
30. Təsvir edilən cinayət-hüquqi normal arın məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
31. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məh kəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum1 və Məhkum2 onlara münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddialarının əsassız olduğu müəyyən edilir.
32. Belə ki, Məhkum1 və Məhkum2 barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı apellyasiya şikayətlərinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşmayıb və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 6 mart 2023-cü il tarixli, 1(010)-240/2023 nömrəli hökmü ilə CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
33. Apel lyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (hər iki məhkuma münasibət müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (hər iki məhkuma münasibətdə əməllərini etiraf edib, səmimi peşman olmal arı və zərərçəkmiş şəxsin onlara qarşı şikayətinin olmamasını), onların şəxsiyyəti, təyin olunan cəzanın onların islah olmasına və ailələrinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və onlara kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi baxımından onlara daha yüngül cəza təyin olunmasını qanunamüvafiq saymamış və birinci instansiya məhkəməsinin cəza təyini üzrə qənaəti ilə də razılaşmışdır.
34. Göründüyü kimi, Məhkum1 və Məhkum2 müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da onların cəzasının yüngülləşdirilməsinə dair apellyasiya şikayətində irəli sürülmüş daha yüngül cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşmayaraq hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.
35. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətlərində gətirilən digər halları Məhkum1 və Məhkum2 cəzalarının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənz imləyən normalarının pozuntularına yol verməmişdir.
36. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
37. Qeyd olunanlar məhkumların kassasiya şikayətlərinə baxılması nəticəsində bu şikayətlərlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.2 1-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
38. Odur ki, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(103)-1077/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dai r cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 may 2023-cü il tarixli, 1(103)1077/2023 nömrəli qərarı məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin.