Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-188/2025 07.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Abbasov Vüsal Tapdıq oğlunun iştirakları ilə, Saatlı Rayon Məhkəməsin in 26 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 247 və 308.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmü ilə isə CM-in 308.1-ci maddəsinin ona elan olunmuş ittihamdan xaric edilməsinə və onun CM-in 247-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Abuşov İxtiyar Əli oğlu) Məhkum, xx xxxxxx 1986-cı il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasını n vətəndaşı, ali təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşayan, CM-in 247 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 247-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması, CM-in 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması və 1 (bir) il 6 (altı) ay müddətə qum-çınqıl istehsal edən qurumlarda rəhbər vəzifələr tutmaq hüququndan məhrum etmə cəzalarına məhkum edilmiş, CM- in 69.3-cü maddəsinə əsasən Məhkum 12 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək 3 (üç) ay 9 (doqquz) gün müddətində həbsdə və ev dustaqlığında saxlanılmasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesabı ilə hesablanmaqla 6 (altı) ay 18 (on səkkiz) gün ona təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində məhkum olunmuş şəxsin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Həmçinin, iş üzrə verilmiş mülki iddia qismən təmin edilmiş, Məhkum 20032 (iyirmi min otuz iki) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi qərara alınmış, mülki iddia qalan hissədə təmin edilməmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 247 və 308.1-ci maddələri ilə ittiham irəli sürül müşdür ona görə ki, o, 27 iyun 2005-ci il tarixdə təsis edilərək həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgəsində qeydə alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixdən direktoru vəzifəsində işləyərkən Saatlı Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2007-ci il tarixli 242 nömrəli sərəncamı ilə 50 il müddətinə qum materiallarının çıxarılması və istehsalı üçün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayının yatağından 4 hektar torpaq sahəsinin ayrılması barədə həmin tarixli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 5 il müddətinə verilmiş 12 iyun 2019-cu il tarixli 01183 nömrəli Dağ-mədən ayırması barədə akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2019-cu il tarixli ER-22/226 nömrəli Ekoloji Ekspertiza rəyinə əsasən qeyd edilən “Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirməli olduğu halda, özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək ona bu məqsədlə ayrılmış yuxarıda qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib 7 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddət ərzində 109648,0 manat qum istehsal edib istismar sahəsi ndə korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vuraraq həmin hərəkətləri ilə təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması sahəsində dövlətin fəaliyyət göstərdiyi “Ətraf mühitin mühafizəsi haqqında” 8 iyul 1999-cu il tarixli, “Ekoloji təhlükəsizlik haqqında” eyni tarixli, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” 30 dekabr 1997-ci il tarixli qanunları ilə tənzimlənən mənafeyinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində məhkəmə M.S.Abbaovun yuxarıda göstərilən əməlləri törətm əsini, lakin bu əməllər nəticəsində onun dövlətə cəmi 20032 (iyirmi min otuz iki) manat məbləğində ziyanın vurulmasını müəyyən edərək yuxarıda göstərilən hökmü çıxarmışdır. Saatlı Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Xəlilov Fərid Aqil oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs-mülki iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə) 8 dekabr 2023-cü il tarixli hökmü ilə apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin həmin hökmü ləğv edilmiş, Məhkum elan olunmuş ittihamdan CM-in 308.1ci maddəsi xaric edilmiş, o, ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittiham həcmində CM-in 247-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 12 yanvar 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək 3 (üç) ay 9 (doqquz) gün müddətində həbsdə və ev dustaqlığında saxlanılmasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hes abı ilə hesablanmaqla 6 (altı) ay 18 (on səkkiz) gün ona təyin olunmuş 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, məhkum olunmuş şəxsin üzərində qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 (üç) il 5 (beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, əsas cəzanın icrasının müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə təyin edilmiş əsas cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmada n yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, üzərinə nəzarətin Saatlı rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin maddi ziyanla bağlı iddiasının qismən təmin edilməsi və Məhkum 103648 (yüz üç min altı yüz qırx səkkiz) manat məbləğində pulun tutularaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ödənilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Əsədo v İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət məhkəmə tərkibdə) 6 iyun 2024-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, hökm isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmündən Məhkum kassasiya şikayəti verərək həmin hökmün dəyişdirilərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsini və mülki iddianın isə birinci instansiya məhkəməsində müəyyən edilmiş hallara və sübutlara uyğun olara q təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra normalarına, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcrietmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezxidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sübutlara və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin faktiki halların ı mübahisələndirən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsinə təqdim etdiyi sübutlar ittiham tərəfindən təkzib edilməsə də, apellyasiya instansiyası məhkəməsi həmin sübutlara şübhə ilə yanaşaraq onları tam və obyektiv tədqiq etməmiş, çıxardığı hökmdə isə təhqiqat və ibtidai istintaq zamanı qanunsuz yolla əldə edilmiş sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli hökmündən mülki iddiaçı tərəfindən apellyasiya şikayəti bunun üçün qanunla müəyyən edilmiş müddət başa çatdıqdan iki gün sonra verilmiş, lakin apellyasiya instansiyası məhkəməsi bu halı önəmli saymayaraq apellyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında qərar qəbul etmiş və bununla da prosessual qanunvericiliyin in tələblərinin pozulmasına yol vermişdir. Daha sonra kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, o, ibtidai araşdırma zamanı verdiyi ifadələrində ona ayrılmış 4 hektar ölçüdə olan ərazidən ildə təxminən 5-6 min kub metr qum hasil etmiş, Agentliyin əməkdaşları tərəfindən "Bərəkət KFT” MMC-yə ayrılmış 4 hektar əraziyə 1 fevral 2021-ci il tarixdə baxış keçirilərək ərazi daxilində 6532 kub metr, bundan 1 il 5 ay sonra, yəni 7 iyul 2022-ci il tarixdə isə 15200 kub metr həcmində qum hasilatının aparıldığı müəyyən olunmuşdur. Halbuki, 17 ay ərzində 15200 kub metr qumun hasil edildiyi nəzərə alınsa, rəhbərlik etdiyi MMC tərəfindən ayrılmış ərazidən kənara çıxılaraq 7 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək olan müddətdə, yəni 4 ay 16 gün müddətində 7832 kub metr həcmində qumu n hasil edilməsi mümkün deyil. Cinayət işinin materiallarına əlavə edilmiş və ittihamın əsasını təşkil edən 23 noyabr 2022-ci il tarixli arayış Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən tərtib edilmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən həmin arayışın tam, hərtərəfli və obyektiv hazırlanmadığı, ərazinin kor-təbii şəkildə ölçüldüyü müəyyən edilmişdir. Bundan başqa ittihamın əsasını təşkil edən 23 noyabr 2022-ci il tarixli arayışı tərtib etmiş Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin səlahiyyətli şəxsləri CM-in 297-ci maddəsi ilə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdarlıq edilməmiş və arayışı vermiş orqan da hazırkı cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. Ona görə də onun törətdiyi cinayət əməli nəticəsində dəymiş ziyanın miqdarı zərər çəkmiş hüquqi şəxsin əməkdaşları tərəfindən qərəzli olaraq çox hesablanmış və bu baxımdan göstərilən arayış ittihamın əsasını təşkil edən mötəbər sübut hesab edilə bilməz, belə qənaət də CPM-in 124.2-ci maddəsinin tələblərindən irəli gəlir. Bundan başqa CPM-in 207.3 və 207.3.1-ci maddəsinin tələbinə görə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılarkən hüquqi şəxsin fəaliyyətinin elm, texnika, incəsənət və digər peşə sahələrində xüsusi biliklərdən istifadə etməklə yoxlanılması zərurəti yarandıqda müvafiq dövlət orqanları və ya auditor təşkilatlarından mütəxəssisin ayrılmasının təmin edilməsinə dair ibtidai araşdırmaya prosessua l rəhbərliyi həyata keçirən prokuror tərəfindən qərar qəbul edilir. Hazırki cinayət işi üzrə isə belə bir qərar qəbul edilmədən dövlət orqanından ittihamın əsasını təşkil edən arayış alınmış, bununla da qanunvericiliyin tələbi pozulmaqla sübut əldə edilmişdir. Həmçinin, iş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023- cü il tarixli 9/2322 saylı rəyindən görünür ki, ekspert heç bir xüsusi bilikdən istifadə etmədən yalnız 23 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları ilə birlikdə Saatlı rayonu “Hacıqasımlı" qum yatağında yerləşən "Bərəkət KFT” MMC-yə məxsus karxana sahəsinə keçirilmiş baxışla bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinin arayışına əsaslanmaqla sadə riyazi hesablama apararaq (7832x20x0.7=109648 manat) dəymiş ziyanı müəyyən etmişdir. Bu da onu göstərir ki, dəymiş ziyanı hesablamaq üçün heç də xüsusi biliyə malik olmaq lazım deyil. Belə olan halda ekspert rəyi formal xarakter daşıyır, onun, yəni Məhkum ona qarşı irəli sürülmüş ittiham həcmində təqsirliliyinə dəlalət edən başqa sübutlar isə əldə olunmamışdır. Bütün bunlar onu göstərir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən iş üzrə maddi ziyan düzgün müəyyən edilməmişdir. Daha sonra şikayət müəllifi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətinin apellyasiya i nstansiya məhkəməsi tərəfindən artırılması barədə həmin məhkəmənin gəldiyi nəticə qanunvericiliyin tələbinə və iş üzrə müəyyən edilmiş bır sıra cəzanı yüngülləşdirən hallara uyğun olmamış və məhkəmə bu haqda hökm çıxararkən onun himayəsində iki azyaşlı uşaqlarının olmalarını, həmin uşaqlardan birinin və onun özünün "Epilepsiya” xəstəliyindən əziyyət çəkmələrini, hər ikisinin stasionar və ambulator müalicəyə ehtiyaclarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, hər zaman müharibə veteranlarına diqqət göstərməsini, onların həm maddi, həm də mənəvi çətinliklərin aradın qaldırılmasında köməklik etməsini, Qarabağın azadlığı uğ runda vuruşan əsgərlərə könüllü olaraq 4000 manatlıq tibbi ləvazimat, geyim və lazım olan digər gündəlik əşyalar göndərməsini, bütün bunlar haqqında Saatlı rayon sakinlərinin məhkəməyə müraciət ünvanlamalarını, CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almamışdır. Odur ki, qeyd olunanlara əsasən apellyasiya məhkəməsi tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının müddətinin artırılması və mülki iddianın tam təmin edilməsi törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun deyil. Əlavə olaraq Məhkum qeyd etmişdir ki, onun tərəfindən Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarixdə 200 manat və 1 may 2024-cü il tarixdə 1000 manat məbləğlərində pul ödənilmişdir ki, bu hallar da ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas yaradır. Qeyd olunanları nəzərə alaraq Məhkum kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş hüquqi şəxsin – mülki iddiaçının nümayəndəsi naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş hüquqi şəxsin – mülki iddiaçının nümayəndəs inin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həmin şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq verilmiş mülki iddianın qismən təmin edilməsi barəd ə hökm çıxarmaqla prosessual hüquq normalarının tələblərinə əməl etməməsini və ona təyin olunmuş cəzanın cəzanı yüngülləşdirən hallara uyğun olmamasını iddia edir və həmin məhkəmə tərəfindən çıxarılmış hökmün dəyişdirilməli olması haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində təsbit olunmuş hallarla əlaqələndirir. CPM-in 416.1.2 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayət ini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblər inə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya ape llyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutlar ın araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu tə sbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinin tələbinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu konstitusiyon tələblər cinayətin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin də hüquqlarının təmin olunmasnı, onlara vurulmuş zərərin ödənilməsi və ya aradan qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsinin təmin olunmasını, digər tərəfdən isə hər bir insanın, cəmiyyətin və dövlətin cinayəkar qəsdlərdən qorunmasını, cinayət törətmiş şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələrini və belə şəxslərin təqsirlilikləri sübuta yetirildiyi halda barələrində qanunda nəzərdə tutulmuş ədalətli cinayət-hüquqi xarakterli tədbirlərin tətbiq edilməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin V İİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinin və ya təqsirsiz olmasının təsdiiq edilməsi məqsədilə bu və ya digər sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əs asən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsi z məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da ci nayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olmaqla CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticlənə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi ci nayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərar ında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinay ət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cin ayət mühakimə icratında təqsirsizlik prezumpsiyası prinsipi eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində tə qsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edil məsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinay ət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutların qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-nin 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyə n edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədə n CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən ha disənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş h alların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya inst ansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həm çinin, izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Qanunvericiliyin yuxarıda şərh olunan tələblərindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edərək məhkəmə kolleg iyası cinayət işinin materiallarına əsaslanıb ilk növbədə qeyd edir ki, Məhkum CM-in 247-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Təhlükəsizlik Xidmətinin 29 noyabr 2022-ci il tarixli 17/478 məktubu ilə ibtidai araşdırma orqanına təqdim olunmuş 23 noyabr 2022-ci il tarixli arayışla, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2322 saylı rəyi ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, işə əlavə olunmuş sübut əhəmiyyətli sənədlərlə təsdiq olunur və işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən göstərilən bu sübut lar tam, hərtərəfli və obyektiv araşdırılaraq onlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və məhkəmə həmin sübutlar üzərində qurulmuş qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticəni qanuni və əsaslı hesab edərək bu nəticənin şübhə altına alınması üçün əsaslar görmür. Apellyasiya instansiyası məhkəməsinin hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, onun müəllifi həmin şikayətində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən Dövlət Ekoloj Təhlükəsizlik Xidmətinin və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən tərtib edilmiş 23 noyabr 2022-ci il tarixli arayışın əsassız olaraq mötəbər sübut kimi qəbul edilməsini, həmin arayışın tam, hərtərəfli və obyektiv hazırlanmadığını, ərazinin kor-təbii şəkildə ölçüldüyünü, dəymiş ziyanın isə zərər çəkmiş hüquqi şəxsin əməkdaşları tərəfindən qərəzli olaraq çox hesablanmasını iddia etməklə mülki iddianın da birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş həddə təmin olunması haqda qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, "İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma” adlanan CM-in 247-ci maddəsində nəzərdə tutulmuş əməl obyektiv cəhətdən sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət ol unması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktivfonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olması ilə törədilir. CM-in 247-ci maddəsində nəzərdə tutulmuş əmələ münasibətdə məhkəmə kollegiyası vurğulayır ki, həmin maddədə faktiki olaraq təsərrüfat fəaliyyətinin gedişində ətraf mühitə ziyan vurulmasına görə məsuliyyət nəzərdə tutan ümumi cinayət tərkibi əks olunur və göstərilən əməli kriminallaşdırmaqda qanunvericinin əsas məqsədi sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi üçün zəruri olan texnoloji nizamintizamı cinayət hüquqi vasitələrlə təmi n etməkdir. Təhlil edilən cinayətin obyekti təsərrüfat və ya digər fəaliyyət prosesində təbiət obyektlərinin qorunub saxlanılmasının, ətraf mühitin sağlamlaşdırılmasının, əhalinin radiasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı olan ictimai münasibətlərdir. Həmin cinayət əməlinin obyektiv cəhəti isə sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Digər ağır nəticələr dedikdə, ətraf mühitin keyfiyyətin in, yaxud təbiət obyektlərinin vəziyyətinin müşahidə olunan dövrdə aradan qaldırılması mümkün olmayan və ya bunun üçün xeyli miqdarda maliyyə və maddi xərclərin tələb olunduğu dərəcədə pisləşməsi, ayrıayrı obyektlərin məhv olması, torpaqların deqradasiyası və ətraf mühitin təbiətdən istifadənin qanuni növlərinin, təbiətin qorunub saxlanılması vəzifələrinin həyata keçirilməsinə mane olan digər neqativ xarakterli dəyişilmələri başa düşülür. İş üzrə toplanmış, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum 27 iyun 2005-ci il tarixdə təsis edilərək həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgəsində qeydə alınmış "Bərəkət kəndli fermer təsərrüfatı” Məhdud Məsu liyyətli Cəmiyyətinin 17 may 2021-ci il tarixdən direktoru vəzifəsində işləyərkən Saatlı Rayon İcra Hakimiyyəti başçısının 4 dekabr 2007-ci il tarixli 242 nömrəli sərəncamı ilə 50 il müddətinə qum materiallarının çıxarılması və istehsalı çün Saatlı rayonu Hacıqasımlı kəndi ərazisində Araz çayının yatağından 4 hektar torpaq sahəsinin ayrılması barədə həmin tarixli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən 5 il müddətinə verilmiş 12 iyun 2019-cu il tarixli 01183 nömrəli Dağ-mədən ayırması barədə akta və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 iyun 2019-cu il tarixli ER-22/226 nömrəli Ekoloji Ekspertiza rəyinə əsasən qeyd edilən "Hacıqasımlı” qum yatağında qum materiallarının çıxarılması və istehsalı fəaliyyətini həyata keçirməli olduğu halda, Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 9, 10, 21 və 46-cı maddələrinin, eləcə də Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 41-ci maddələrinin tələblərini pozaraq ona bu məqsədlə ayrılmış yuxarıda qeyd edilən torpaq sahəsinin qonşuluğunda yerləşən 4895 kvadratmetr sahəsində orta istismar dərinliyi 1.6 metr olmaqla 7832 kubmetr həcmində qanunsuz qum çıxarılması və istehsalı fəaliyyətini həyata keçirib 7 iyul 2022-ci il tarixdən 23 noyabr 2022ci il tarixədək olan müddət ərzində 109648,0 manat qum istehsal edib istismar sahəsində korlanmış torpaq sahələrinin bərpası (dağ-texniki rekultivasiya) sahəsində üzərinə düşən vəzifələrini yerinə yetirməyərək təbiətə ağır nəticələrə səbəb olan zərər vurmuşdur. Kassasiya şikayətinin dəlillərinə cavab verilməsi ilə əlaqədar məhkəmə kollegiyası vurğulayır ki, iş materiallarında olan "Baxış keçirilməsi barədə” 22 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Məhkum özünün də iştirakı ilə Saatlı rayonunda yerləşən "Hacıqasımlı” qum yatağında fəaliyyət göstərən "xxxx" MMC-yə ayrılmış sahədən kənarda qanunsuz olaraq qum hasilatı aparılan əraziyə baxış keçirilmişdir. Baxış zamanı qeyd olunan yerdə - çay yatağında ağır texnikanın işləməsi, yəni həmin ağır texnika vasitəsi ilə çay yatağından intensiv olaraq qum çıxarılması, yatağın ağır istismara məruz qalması, nəticədə çay yatağının kənarında olan torpaq sahəsinin pisləşməsi, ətraf mühitin ekoloji vəziyyətinin pozulması, həmin hissədə çayda axının dayanması müşahidə olunmuşdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşlarının Məhkumla birlikdə sonuncunun rəhbəri olmuş MMC-yə məxsus karxana və ondan kənar torpaq sahələrinə 22 noyabr 2022-ci il tarixdə keçirilmiş baxışla bağlı tərtib olunmuş müşahidə aktından görünür ki, həmin MMC tərəfindən Məhkum ona ayrılmış sahədən kənarda - orta istismar dərinliyi 1,6 metr olan 4895 m2 sahədə 7832 m3 həcmdə qanunsuz olaraq qum hasilatı aparmış, bunun da nəticəsində təbiətə 109648 manat məbləğində ziyanın vurulması müəyyən edilmişdir. Həmin ziyan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təs diq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə normativlər Cədvəlinə” əsasən hesablanmışdır. Bu Cədvəlin birinci sətrinə görə, 1 m3 qanunsuz işlədilən faydalı qazıntı - quma görə dəymiş ziyan 20 manat təşkil edir, adı çəkilən Qərarın “Qeyd” hissəsinin 3-cü bəndində isə göstərilmişdir ki, dəymiş ziyan hesablanarkən, birinci dəfə cərimələnən subyektlər üçün 0.7 əmsalı,... tətbiq edilir. Buna görə də maddi ziyan qanunsuz istismar olunan sahənin - 4895 m2- in, həmin sahə daxilində orta istismar dərinliyinə - 1,6 metr vurulmasından alınan hasilin - 7832 m3-in Qərarda əks olunan 0,7 və 20-yə vurulmasından alınır. Arayışa həmçinin "xxxx" MMC-nin qanunsuz istismar etdiyi 4895 m2 sahənin “Google Earth” proqramı vasi təsi ilə çəkilmiş xəritəsi əlavə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2322 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, ekspertiza təyini haqqında qərarda göstərilən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidməti tərəfindən tərtib edilmiş 29 noyabr 2022-ci il tarixli aktdan istifadə edilməklə 7832 kubmetr qumun hasil edilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarına əsasən dəymiş ziyanın ümumi məbləği 109648,0 manat müəyyən edilir (7832 m3x20x0,7=109648,0 manat). Beləliklə, cinayət təqibi üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların məcmusu ilə işin müəyyən olunmuş faktiki halı ondan ibarətdir ki, “Bərəkət kəndli fermer təsərrüfatı» M MC-nin direktoru Məhkum 7 iyul 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək Cəmiyyətə ayrılmış sahədən kənarda - orta istismar dərinliyi 1,6 metr olan 4895 m2 sahədə 7832 m3 həcmdə qanunsuz olaraq qum hasilatı aparmaqla təbiətə 109648 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq araşdırdığı sübutlarla bu halı, yəni Məhkum fəaliyyəti nəticəsində qanunsuz olaraq qum hasilatı aparmaqla təbiətə 109648 manat maddi ziyan vurulmasını müəyyən etdiyindən mülki iddianın ödənilmiş məbləğin nəzərə alınmaqla 103648 manat məbləğində təmin edilməsi barədə əsaslandırılmış qərar qəbul etmişdir. O ki, qaldı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Təhlükəsizlik Xidmətinin 29 noya br 2022-ci il tarixli 17/478 səktubu ilə ibtidai araşdırma orqanına təqdi olunmuş 23 noyabr 2023-cü il tarixli arayışın qanunsuz yolla əldə edilməsi barədə kassasiya şikayətinin dəlilinə məhkəmə kollegiyası Məhkum bu dəlili ilə razılaşmır və qeyd etməyi lazım bilir ki, sonuncunun ona ayrılmış ərazidən kənarda qum hasilatı aparılan əraziyə baxış keçirilərkən özü də həmin baxışda iştirak etmiş, bu baxış zamanı müəyyən olunmuş ölçülərə əsasən qum hasilatının miqdarı, habelə təbiətə vurulmuş ziyanın məbləği müəyyən edilmiş və bu zaman sübutların yolverilməzliyini nəzərdə tutan və CPM-in 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilməmiş, göstərilən baxış nəticəsində arayışda aparılan hesablamalar və bu hesablamalara əsasən müəyyən edilmiş nəticələr kifayət qədər əsaslandırılmışdır. Odur ki, məhkəmə kollegiyası təhlil edilən arayışın əsassız olaraq sübut kimi qəbul edilməsi barədə kassasiya şikayətinin dəlilini qəbul edilməz sayır, həmin arayışın sübutlar siyahısından xaric edilməsini mümkün bilmir və eyni zamanda qeyd edir ki, adı çəkilən sənəddə göstərilənlər iş üzrə toplanmış digər sübutlarla da tam uzlaşır, mütəxəssislər tərəfindən müəyyən olunmuş miqdarlar (müvafiq ölçülərə əsasən qum hasilatının həcminə, dəyərinə və vurulmuş ziyanın miqdarına dair) həm araşdırılmış sübutlara, həm də yuxarıda göstərilən normativ-hüquqi aktın tələblərinə uyğundur. Məhkum barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması barədə kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, bu və ya digər cinayəti törətməkdə təqsirli bilinmiş şəxsə təyin olunan bu və ya digər cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bu qənaət cinayət qanunu normalarının aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi x arakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın ş əxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-in 59.1.1-59.1.14-cü maddəsində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-in 61.2-ci maddəsinin tələblərinə görə isə CM-in 61.1.1-61.1.13-cü maddəsində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdırıcı hallar barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. Yuxarıda da istinad olunan CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür, CPM-in 125, 143-146-cı maddələ rinə, hökmün əsaslılığına dair müddəalara (CPM-in 349.5-ci maddəsi) isə həmçinin təqsirkar barəsində cinayət-hüquqi xarakterli tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik d ərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2 011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanı n məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələ rin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş sübutlara əsasən Məhkum əməlinə maddi hüquq normasını tətbiq edən apellyasiya instansiya məhkəməsi onun törətdiyi cinayət əməlini CM-in 247-ci maddəsi ilə düzgün tövsif etmiş və həmin maddənin sanksiyası həddində ona azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsini məqsədə müvafiq hesab etmişdir (CM -in 247-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur). İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyata şəraitinə təsirini, eyni zamanda kassasiya şikayətində də istinad olunan halları – onun himayəsində iki azyaşlı uşaqlarının olmalarını, hər iki uşağının "Epilepsiya” xəstəliyindən əziyyət çəkmələrini, törə tdiyi cinayət nəticəsində dəymiş ziyanı qismən, yəni 6000 (altı min) manat məbləğində ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını CM-in 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, habelə iş üzrə CM-in 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bütün bu halların məcmusuna əsasən ona təqsirli bilindiyi CM-in 247-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan nisbətən yüngülünü - azadlığın məhdudlaşdırılması növündə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya icraatı zamanı bu cəzanın yüngül cəza ilə əvəz edilməsi üçün əsaslar müəyyə n edilməmiş, məhkum özü də kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamış hər hansı cəzanı yüngülləşdirən başqa hallara istinad etməmişdir. Halbuki kassasiya müraciətlərinə baxılarkən məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi məsələsi o halda nəzərdən keçirilə bilər ki, bu məsələni həll edən aşağı instansiya məhkəmələri cəza təyini ilə bağlı bu və ya digər nəticəyə gələrkən müvafiq sübutlarla təsdiq edilən və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan hansısa halı nəzərə almasınlar, yaxud da CM-in 61.1-ci maddəsində sadalanmamış hər hansı hala cəzanı ağırlaşdıran hal kimi istinad etmiş olsunlar. Hazırki cinayət işinin materiallarından və iş üzrə çıxarılmış 8 dekabr 2023-cü il tarixli hökmdən apellyasiya instansiyası məhk əməsi tərəfindən bu kimi nöqsanlara yol verilməsi görünmür. Məhkum hökmlə təmin edilmiş mülki iddia üzrə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına 19 mart 2024-cü il tarixdə 170 manat, 25 aprel 2024-cü il tarxdə 200 manat və 1 may 2024-cü il tarixdə 1000 manat məbləğlərində pulun ödənilməsinin də ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsas yaratması barədə kassasiya şikayətinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən bu halın da nəzərə alınaraq kassasiya şikayətinin təmin edilməsini mümkün bilmir. Belə ki, cinayət işinin materiallarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmü CPM-in 407.2-ci maddəsinin tələblərinə uyğun olaraq elan olunduğu andan dərhal qüvvəyə mindiyindən həmin hökmdən çıxarışlar və tərtib edilmiş icra vərəqələri həm Məhkum təyin olunmuş cəzanın, həm də mülki iddianın təmin olunması üzrə hökmün icra edilməsi üçün 12 dekabr 2023-cü il tarixli məktublarla Saatlı rayon İcra və probasiya şöbəsinə göndərilmiş, 8 fevral 2024-cü il tarixdə isə icra məmuru tərəfindən qeyd olunan məsələlər üzrə icraatın başlanması haqqında qərarlar qəbul edilmişdir. Göründüyü kimi, Məhkum yalnız bundan sonra, yəni hökmün icrası mərhələsində yuxarıda göstərilən ödənişləri etmiş və onun bu hərəkəti hökmün mülki iddianın təmin edilməsi hissəsində icra olunmasına yönəlmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hal vurulmuş ziyanın qismən ödənilməsi kimi CM-in 59.1.14-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alına bilməz v ə buna görə də həmin hal Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas vermir. Odur ki, məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı da Məhkum kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və ümumilikdə kassasiya şikayətinin bütün dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi V.T.Abbasovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən v ə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 247-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 dekabr 2023-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-188/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-188/2025
07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver