Məhkəmə qərarları › İş №1(102)-1880/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1880/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1880/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin hüquqi varisi X3, bəraət almış şəxs Məhkum və bəraət almış şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynov) 1(101)-170/2021 nömrəli, 10 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Havzaya kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, yeni məhəllədə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263-1.3 və 264-cü maddələri ilə təqsirli bilinərək, CM-in 263-1.3-cü maddəsi ilə 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 1 (bir) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə tam toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 4 (dörd) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcının 06 noyabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 06 noyabr 2019-cu il tarixdə, saat 13 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərin pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 21074” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə “Ramana Qalası” istiqamətində 40 km/saat sürətlə hərəkət edərkən Ə.Bağırov küçəsi 1 nömrəli evin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin vaxtı qaçaraq yolu sağdan sola doğru keçmək istəyən piyada 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, onun bu ehtiyatsızlığı nəticəsində piyada Zərərçəkmiş şəxs2 sol ağciyərin, dalağın, və qaraciyərin əzilmiş-cırılmış yaraları, sol tərəfli 4-5-6-7-8-9-10-11-ci qabırğaların arxa və orta qoltuqaltı xətt üzrə yerini dəyişən, qapalı, qəlpəli sınıqları, bədənin çoxsaylı sıyrıqları və əzilmiş yarasından ibarət ümumilikdə həyat üçün təhlükəli olmaqla, ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alaraq aldığı xəsarətlərdən həmin tarixdə ölmüş, sürücü Məhkum isə “Yol h ərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni baş vermiş hadisədən sonra müvafiq orqanlara xəbər vermədən yol-nəqliyyat hadisəsi yerindən qaçmış, “VAZ 21074” markalı 90-GM- 394 dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 310 manat maddi ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Faiq Qasımov) 1(103)-25/2022 nömrəli 25 aprel 2022-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 2631.3 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəra ət verilmiş, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protesti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni Apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Zəfər Ramazanov kassasiya protestini onunla əsaslandırmışdır ki, şəxsə bəraət verərkən şahidlər Şahid2, Şahid1, Şahid3, Şahid7 ifadələrinin həqiqiliyini şübhə altına almağa çalışmış, ehtimal xarakteri daşıyan məlumatlara - şahidlərin istifadəsində olan telefon nömrələrinin hansı zaman kəsiyində harada qeydə alınmasına dair antenn məlumatlarına, şahidlərin qohumluq əlaqələrinə görə ifadələrinin etibarlılığına, şahidlərin başqa şəxslərə istinadən verdikləri informasiyalara, kifayət qədər anlaşılmaz və nisbi xarakterli mühakimələrə əsaslanmışdır. Halbuki, təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi birbaşa şahid ifadələri ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyi obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə sübutların toplanılmasını tərəflərin vəsatətlərinin təmin edilməsi ilə yanaşı, məhkəmənin öz üzərinə də qoymuşdur. Belə bir imkan məhkəmənin yekun hökmü ilə gəlinən nəticə baxımından hər hansı qeyri-müəyyənliyin qalmaması, təqsirsizlik prezumsiyasına riayət edilməsinin mümkünlüyü məqsədi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası isə nəinki belə bir imkandan istifadə etmiş, aşkar şəkildə müdafi ə və ittiham tərəfinin vəsatətləri ilə müşayiət edilən istintaq hərəkətlərinin icra edilməsindən əsassız olaraq imtina etmişdir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş piyadanın vurulması sonuncu avtobusdan düşüb yolu keçərkən baş vermişdir. Belə bir situasiyada hadisənin birbaşa şahidi sürücü Şahid8 oğu idi. Məhkəmə kollegiyası digər şahidləri dəfələrlə dindirsə də Şahid8 dindirilməsini təmin etməmiş, bununla da araşdırmanın tamlığına dair cinayətprosessual qanunvehcliliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hadisə yerinə, meyitin olduğu həyətə ilkin olaraq gələn polis əməkdaşlarını müəyyən edib dindirilməsi üçün təşəbbüs göstərməmiş, hadisənin kimin tərəfindən törədilməsinə dair həyati əhəmiyətli məsələnin həlli üçün vacib olan detallar (Şahid2 və Məhkum meyitin olduğu həyətə kiminlə və hansı vaxtda gəlmələri, onların arasındakı Şahid1 məxsus həyətdə baş verənlər, Şahid5 hadisənin Nurlan tərəfindən törədilməməsini bildiyi halda faktiki hərəkətləri və s.) araşdırılmamışdır. Bundan əlavə cinayət işində olan ilkin sübutlara görə (təqsirləndirilən şəxsin ilkin ifadələri) avtomobildə Şahid1 ilə birlikdə onun azyaşlı uşağı da olmuşdur. Lakin məhkəmə kollegiyası bu şübhəni aradan qaldırmaq üçün hər hansı bir hərəkət etməmiş, şahidin müəyyən edilib dindirilməsinə cəhd göstərməmişdir. Cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiəçi tərəfindən hadisə törədilən zaman avtomobildə Ələkbər adlı şəxsin də olmasına dair dəlilləri, bu dəlilin Səyyad tərəfindən istisna edilməməsi də cinayət işinin kifayət qədər diqqət çəkən tərəfidir. Məhkə mə kollegiyası həqiqətin müəyyən edilməsində maraqlı görünməyərək Ələkbər adlı şəxsin şəxsiyyətinə dair məlumatların Şahid2 tərəfindən təqdim edillməsinə baxmayaraq onun şahid qismində dindirilməsinə cəhd göstərməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsind ə məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə bəraət haqqında qərar qəbul edərkən sübutların tədqiqi və işin halların tam, hərtərəfli və obyektiv araşdırılması barədə qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ittiham irəli sürmüş və onun təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadə, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi S.M.Məmişovun, Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, S.Şahid2, Şahid4, Şahid5 Şahid6, Şahid7 Şahid8 və G.M.Şirəlizdəni ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri, əlavə məhkəmə yol-nəqliyyat hadisə ləri ekspertizalarını rəyləri və digər sənədləri təqdim etmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə istintaqı zamanı toplanmış sübutları tədqiq edərək Məhkum elan edilmiş ittihamda təqsirinin təsdiq edilməsinə dair nəticəyə gəlib onun barəsində Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti üzrə işə baxıb nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxsi vurmuş VAZ21074 markalı avtomobili məhz təqsirləndirilən şəxs Məhkum tərəfindən idarə etməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmur və Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-c u maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən bəraət hökmündə cinayət hadisəsinin baş vermə faktı təkzib olunmur, Məhkum həmin cinayət hadisəsi ilə əlaqəsinin müəyyən edilməməsi ilə əlaqədar ona bəraət verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirmək üçün Məhkum cinayət hadisəsi ilə əlaqəsini müəyyən edən və ya təkzib edən sübutların məhkəmələr tərəfindən tədqiq edilməsi və q iymətləndirilməsini müzakirə etməyi vacib sayır. Məhkum cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində göstərmişdir ki, zərərçəkmiş şəxsi vurmuş VAZ-21074 markalı avtomobili o idarə etmişdir. Lakin ibtidai istintaqın sonraki mərhələsində o, ifadəni dəyişmiş və göstərmişdir ki, həmin avtomobili onun əmisi Şahid2 idarə etmiş, hadisə vaxtı isə o, iş yerində olmuşdur. Şahid2 xahişi ilə o, hadisənin onun tərəfindən törədilməsini istintaq orqanına bildirmişdir. Belə ki, Şahid2 ona söz vermişdir ki, ona kömək edəcək və onun cinayət məsuliyyətinə cəlb edilməsinə imkan verməyəcək. Məhkəmə iclaslarında Məhkum həmin ifadə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Məhkum ifadəsini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi şahidlər Şahid2, Şahid1, Şahid3 və Şahid7 ifadələrinə əsasən nəticəyə gəlmişdir ki, hadisə törədilən vaxt VAZ-21074 markalı avtomobili Məhkum idarə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin şahidlərdən heç biri hadisəni birbaşa görməmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum, Şahid5, Şahid2, Şahid1, Şahid3, Şahid7 ifadələrini yoxlamaq və onlara qiymət vermək məqsədi ilə cinayət işi üzrə götürülmüş və cinayət işinə əlavə edilmiş onların və Zərərçəkmiş şəxs2 istifadəsində olan mobil telefonlarının danışıqları və dislokasiya dairələri haqqında məlumatları təhlil edərək nəticəyə gəlmişdir ki, bu məlumatlarla həmin şahidlərin ifadələr əsasında müəyyən edilmişdir ki, hadisənin Məhkum tərəfindən törədilməsini təsdiqləyən hallar nəinki təsdiq olunmur, hətta təkzib olunur. Məhkum və Şahid5 məhkəmə iclaslarında verdikləri if adələrdə göstərilən hallar isə telefonlarının danışıqları və dislokasiya dairələri haqqında məlumatlara uyğun gəlir. Belə ki, iş materiallarında olan Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, hadisə günü, yəni 06 noyabr 2019-cu il tarixdə saat 12:46-da Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsindən Şahid2 zəng gəlmiş, zəngin müddəti 26 saniyə olmuş, həmin vaxt Şahid2 telefonun antenn dairəsi onun ünvan 1 ünvanında olmasını göstərmiş, həmin gün, saat 13:13-də Şahid2 Məhkum istifadəsində olan məxsus olan ***-***-**-** nömrəli telefondan zəng gəlmiş, zəngin müddəti 40 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid2 Bakı şəhəri, Sabunçu rayo nu, Zabrat 2 qəsəbəsində olduğunu göstərmiş, daha sonra Şahid2 saat 13:19-da Şahid5 istifadəsində olan ***-***-**-** nömrəli telefondan zəng gəlmiş, zəngin müddəti 49 saniyə olmuş, həmin vaxt da antenn dairələr Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində olduğunu göstərmiş, həmin vaxt Şahid2 Şahid6 istifadəsində olan ***-*****-** nömrəli telefondan zəng gəlmiş, zəngin müddəti 38 saniyə olmuş, həmin vaxt da antenn dairələr Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində olduğunu göstərmiş, saat 13:25-də yenidən Şahid5 istifadəsində olan nömrədən Şahid2 zəng gəlmiş, zəngin müddəti 117 saniyə olmuş, həmin vaxt da antenn dairələr Şahid2 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsində olduğunu göstərmiş, saat 13:38-də Şahid7 istifadəsində olan ***-***-**-** nömrədən Şahi d2 zəng gəlmiş, zəngin müddəti 15 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid2 Abşeron rayonu, Ramana qəsəbəsində olduğunu göstərmişdir. İş materiallarında olan Şahid1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, 06 noyabr 2019-cu il tarixdə, hadisə baş verən vaxta qədər Şahid1 saat 10:39-da Şahid2 zəng etmiş, həmin vaxt antenn dairələr onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi, C.ünvan 2 ünvanında olmasını göstərmiş, saat 11:16-da o, yenidən Şahid2 zəng edərkən antenn dairələr onun Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2-də olmasını göstərmiş, saat 12:46-da Şahid1 Şahid2 zəng edərkən antenn dairələr onun Bakı şə həri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, “Nigar” şadlıq sarayı ünvanında olmasını göstərmiş, 13:56-da X4 Ağayevin istifadəsində olan ***-***-**-** nömrəyə zəng etmiş, zəngin müddəti 11 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid1 Abşeron rayonu, Ramana qəsəbəsində olmasını göstərmiş, saat 13:58 və saat 14:16-da Xəyaləyə Musayevanın istifadəsində olan nömrədən Məhkum istifadəsində olan ***-***-**-** nömrəyə zənglər daxil olmuş, birinci zəngin müddətin 104 saniyə, ikinci danışığın müddəti isə 41 saniyə olmuşdur, saat 14:32də Şahid1 istifadəsində olan nömrədən Şahid2 istifadəsində olan nömrəyə zəng daxil olmuş, zəngin müddəti 47 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2-də olmasını göstərmişdir. İş materiallarında olan Şahid7 istifadəsində olan ** *-***-**-** mobil telefon nömrəsindən edilmiş və daxil olan zəngləri özündə əks etdirən hesabatdan görünür ki, 06 noyabr 2019-cu il tarixdə, saat 13:38-də Şahid7 istifadəsində olan nömrədən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəyə zəng gəlmiş, bundan sonra saat 13:39-da və 13:55-də Şahid7 istifadəsində olan nömrədən Şahid6 istifadəsində olan 050-512- 73-14 nömrəsinə zəng olunmuş, saat 14:15-də Şahid1 istifadəsində olan 077-597- 70-02 nömrədən Şahid7 istifadəsində olan nömrəyə zəng daxil olmuş və zəngin müddəti 22 saniyə müəyyən edilmişdir. İş materiallarında olan Məhkum istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, 06 noyabr 2019-cu il tarixdə, saa t 13:13də Məhkum istifadəsində olan nömrədən Şahid2 istifadəsində olan 070- ***-**-** nömrəyə zəng edilmiş, zəngin müddəti 40 saniyə olmuş, həmin vaxt antenn dairələr Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1, ev 14 Q-də olduğunu göstərmiş, həmin gün saat 13:58 və 14:01-də Məhkum istifadəsində olan nömrəyə Şahid1 istifadəsində olan nömrədən zənglər daxil olmuş, zənglərin müddəti müvafiq olaraq 104 və 30 saniyə davam etmiş, həmin vaxt antenn dairələr Məhkum Abşeron rayonu, Ramana Südçülük KTMİ-də olduğunu göstərmiş, saat 14:16-da Şahid1 istifadəsində olan nömrədən yenidən Məhkum istifadəsində olan nömrəyə zəng gəlmiş, danışıq baş tutmamış, həmin vaxt antenn dairələr Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Çaparizde qəsəbəsində olmasını göstərmişdir. İş mater iallarında olan Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, hadisə günü saat 12:28-də “Taksi omega”-dan Şahid3 istifadəsində olan nömrəyə zəng gəlmiş. həmin vaxt antenn dairələr Şahid3 ünvan 1 ünvanında olmasını göstərmiş, saat 12:40-da antenn dairələr onun Bakı şəhəri, Balaxanı qəsəbəsi, 13-cü mədəndə olmasını, saat 12:46-da ünvan 5 ünvanında olmasını, saat 12:49-dan 12:59-dək ünvan 1 ünvanında olmasını, saat 12:59-da Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 9-cu mədən şöbəsi ünvanında olmasını, saat 13:51-dən 15:29-dən Abşeron rayonu, Ramana qəsəbəsində olmasını göstərmişdir. İş materiallarında olan Şahid5 istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, saat 12:50-də antenn dairələr Şahid5 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1, ev 14 Q-də olduğunu göstərmiş, saat 13:19-da Şahid5 istifadəsində olan nömrədən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəyə zəng edilmiş, zəngin müddəti 49 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid5 Abşeron rayonu, Ramana Südçülük KTMİ-də olduğunu göstərmiş, saat 13:25-də Şahid5 istifadəsində olan nömrədən Şahid2 istifadəsində olan ***-***-**-** nömrəyə zəng edilmiş, zəngin müddəti 117 saniyə olmuş, həmin vaxt antenn dairələr Şahid5 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1, ev 14 Qdə olduğunu g östərmiş, saat 14:13-də antenn dairələr Şahid5 ünvan 8 ünvanında olmasını, saat 14:35-dən saat 15:48-dək antenn dairələr Şahid5 Abşeron rayonu, Ramana qəsəbəsində olmasını göstərmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin antenn dairəsi və həmin nömrədən edilmiş və daxil olan zəngləri özündə əks etdirən CD diskdən edilmiş çıxarışdan görünür ki, antenn dairələr saat 12:09-dan Zərərçəkmiş şəxs2 ünvan 5 ünvanında olmasını, saat 12:17-də Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nigar şadlıq sarayı ünvanında olmasını, saat 13:17-dən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 ünvanında olmasını, saat 15:15-dən 15:36-dək isə ünvan 1 ünvanında göstərmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan şəxslərin mobil telefonlarına daxil olm uş və həmin nömrələrdən edilmiş telefon zənglərini, zənglərin cərəyan etdiyi şəxslərin dairəsini, həmin şəxslərin antenn dairələrinin göstərdiyi əraziləri nəzərə alaraq qeyd edir ki, qeyd olunan məlumatlar Məhkum yol nəqliyyat hadisəsinin törətməsini nəinki sübut etməmiş, hətta onun ifadəsindəki göstərilən halların həqiqiliyini təsdiq etmişdir. Belə ki, Məhkum hadisə günü iş yerində, yəni tikintidə olduğunu göstərmişdir ki, yuxarıda göstərilən antenn dairələrinin məlumatlarından görünür ki, 06 noyabr 2019-cu il tarixdə saat 13:13-də antenn dairələr Məhkum Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1, ev 14 Q-də olduğunu, saat 13:58 və 14:01-də isə antenn dairələr Məhkum Abşeron rayonu, Ramana Südçülük KTMİ-də olduğunu göstərmişdir. Günorta saatlarında tikintidə ol ması bütün şahidlər və Məhkum tərəfindən təsdiq edilmiş və heç bir mübahisə doğurmayan Şahid5 istifadəsində olan nömrənin antenn dairəsi məlumatlarından görünür ki, saat 12:50-də antenn dairələr Şahid5 Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, 1, ev 14 Q-də olduğunu (Məhkum mobil telefonun antenn dairələrinə uyğun gəlir), saat 13:19-da antenn dairələr Şahid5 Abşeron rayonu, Ramana Südçülük KTMİ-də olduğunu, bundan sonra antenn dairələr Şahid5 saat 14:13-də, Məhkum isə 14:16-da Suraxanı rayonu ərazisində olmalarını göstərmişdir. Göründüyü kimi, Şahid5 və Məhkum istifadələrində olan mobil nömrələrin antenn dairələri hadisə günü az zaman fərqi ilə eyni ərazilərdə olmuşdur ki, bu da Məhkum və Şahid5 “hadisə günü günorta saatlarında Nurlanın işdə olmasına” dair irəli sürdükləri dəlillərin həqiqi olmasına dəlalət edir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının fikrincə apellyasiya instansiyası məhkəməsi, düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan qanun normalarının tələbləri və apellya siya məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən olunmuş faktiki hallar baxımından baş vermiş yol-nəqliyyat hadisəsinin Məhkum tərəfindən törədilməsi təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət təqibi üzrə toplanmış sübutların məcmusunun ittihamın həlli üçün onların kifayət etməsi baxımında qiymət verərək hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 263-1.3 və 264-cü maddələri ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki bəraət hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelly asiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar