Məhkəmə qərarları › İş №1(102)-1881/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1881/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1881/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim İlham Mahmudovun sədrliyi, hakimlər Faiq Qəniyev və Məhəmməd Əkbərovdan ibarət tərkibdə) 24 yanvar 2023-cü il tarixli, 1(101)-348/2023 nömrəli hökmü ilə xx xxxx 1992-ci il tarixdə Ağdam rayonu Maqsudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olan, xxxx yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 04 iyul 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək, məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti ilə tanışı Təqsirləndirilən şəxs 2017-2020-ci illərdə Bakı şəhəri Yasamal rayonu S.Dadaşov küçəsi 523-cü məhəllədə olan Zərərçəkmiş şəxs yaşadığı 42/3 saylı fərdi yaşayış evində fərdi qaydada usta işləyərkən evdə dəmir seyf gördüyünü bildikdən sonra, gördüyü dəmir seyfdə ev sahibi tərəfindən külli miqdarda pul vəsaitinin saxlanıla biləcəyini güman etdiyindən, 2022-ci ilin iyunayının sonlarında həmin ünvana qanunsuz daxil olmaqla külli miqdarda əmlakı oğurlamaq barədə Təqsirləndirilən şəxsla razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya əsasən Məhkum və Təqsirləndirilən şəxs ev sahibi və ailə üzvlərinin yaşayış sahəsində olmadıqları münasib vaxtda cinayətkar niyyətlərini həyata keçirmək üçün, bir neçə dəfə həmin ünvana gedib kənardan müşahidə apararaq oğurluq edəcəkləri vaxtı dəqiqləşdirdikdən və oğurluq vaxtı dəmir seyfi kəsmək üçün istifadə edəcəkləri avtogen aparatını və digər əşyaları onların həqiqi niyyətindən xəbəri və cinayətə aidiyyəti olmayan Şahid4ın yaşadığı qonşu həyətdə başqa adla yerləşdirdikdən sonra 30 iyun 2022-ci ildə saat 01 radələrində Məhkum Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs yaşadığı 42/3 saylı fərdi yaşayış evini n mişar daşlarından inşa edilmiş hasarını qonşu həyətdən aşmaqla həyətyanı sahəyə qanunsuz daxil olmuş, daha sonra yaşayış sahəsi olan üçmərtəbəli fərdi evin zirzəmisində yerləşən qarajın pəncərəsini əhatə edən dəmir barmaqlıqları özləri ilə gətirdikləri lom aləti vasitəsi ilə əyməklə, həmin yerdən evə qanunsuz daxil olmaqla, ikinci mərtəbədə olan yataq otağına keçib orada yerləşdirilmiş kiçik ölçülü şkafın içindəki dəmir seyfi köməkli hamam otağına daşımaqla, özləri ilə gətirdikləri avtogen aparatı ilə kəsərək içərisindən Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dollarını, 2400 manat dəyərində bir ədəd içində “Frederıque Constant Ceneve”, “Dual Time Automatic” yazıları həkk edilmiş qol saatı, 12.288 manat dəyərində bir ədəd içində “Gp:Girard-p- Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 11240 manat dəyərində bir ədəd içində “Cartier” yazısı həkk olunmuş qızıl qol saatı, 2200 manat dəyərində bir ədəd içində “Tissot Lelocle” yazısı həkk olunmuş qızıl qol saatı, 19040 manat dəyərində bir ədəd içərisində “Girard-Perregaux” yazısı həkk olunmuş qızıl qol saatı, 9800 manat dəyərində yeddi ədəd “15”-lik qızıl sikkə, 3880 manat dəyərində dörd ədəd “10”-luq qızıl sikkə, 7500 manat dəyərində 15 ədəd “5”lik qızıl sikkə, 2760 manat dəyərində üç ədəd qulplu “10”-luq qızıl sikkə, 1800 manat dəyərində dörd ədəd qulplu “5”-lik qızıl sikkə, 2400 manat dəyərində bir ədəd üzərində “Georgia 25 Lari Golden Fleece % 02 Gold 9999” yazısı həkk edilmiş “25”-lik qızıl sikkə, 9000 manat dəyərində bir ədəd ağ şəffaf brilyant qaş, 3605 manat dəyərində b ir ədəd şəffaf brilyant qaş, 4777 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 52300 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl kolye, 11261 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 8355 manat dəyərdə 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan qızıl bilərzik, 2617 manat dəyərində bir ədəd qaş yerləri boş qızıl bilərzik, 5006 manat dəyərində bir ədəd gümüşü rəngli metaldan ortasında yaşıl və kənarlarında ağ şəffaf qaşları olan qızıl sırğa cüt üzük dəsti, 5127 manat dəyərində bir ədəd kulonu üzərində göy və ağ şəffaf qaşları olan qızıl boyunbağı-üzük dəsti, 23877 manat dəyərində bir ədəd kulonu üzərində bir ədəd ağ şəffaf qaş olan qızıl boyunbağı, 2861 manat dəyərində bir ədəd ürək formalı kulon ü zərində ağ şəffaf qaşları olan qızıl boyunbağı, 5109 manat dəyərdə 1 ədəd yarpaq formalı elementləri üzərində ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı, 5216 manat dəyərində iki ədəd qızıl boyunbağı, 273 manat dəyərində bir ədəd dairə formalı qızıl kulon, 217 manat dəyərində bir ədəd romb formalı qızıl kulon, 1346 manat dəyərində bir ədəd üzərində “40” rəqəmi həkk olunmuş qızıl sikkə, 1294 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 2461 manat dəyərdə 1 ədəd üzərində sarı rəngli böyük ölçülü, qırmızı və ağ rəngli şəffaf qaşları olan qızıl yaxa sancağı, 2054 manat dəyərində bir ədəd yarpaq formalı üzərində ağ şəffaf qaşları olan qızıl yaxa sancağı, 3989 manat dəyərində iki ədəd üzərində bir ədəd ağ şəffaf qaşı olan qızıl qol düyməsi, 3305 manat dəyərind ə bir ədəd üzə- rində ağ şəffaf qaşları olan qızıl qol düyməsi, 189 manat dəyərdə bir ədəd gözmuncuqlu qızıl yaxa sancağı, 2414 manat dəyərində bir ədəd kəmərin 02 hissədən ibarət qızıl kilid yeri, 5735 manat dəyərində bir ədəd “Pasqualebruni” markalı üzərində sədəf rəngli daş, iki ədəd çəhrayı rəngli və ağ şəffaf qaşları olan kulonlu qızıl boyunbağı-üzük dəsti, 5258 manat dəyərində bır ədəd Pasqua- lebruni markalı üzərində mavi rəngli və şəffaf qaşları olan kuloniu qızıl boyunbağı-üzük-sırğa cütü, 8130 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7161 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütüüzük dəsti, 5823 manat dəyərində bir ədəd “Faberge” markalı üzərində rəngli gül formalı elementləri və ağ ş əffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 5374 manat dəyərində Pasqualebruni markalı bir ədəd üzərində böyük bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü- üzük dəsti, 1183 manat dəyərində 1 ədəd tor toxunuşlu qızıl sırğa cütü-üzük dəsti, 4759 manat dəyərində 1 ədəd üzərində göy, bənövşəyi və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük dəsti, 7693 manat dəyərində 01 ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü-üzük-kulon dəsti, 16816 manat dəyərdə bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2834 manat dəyərində bir ədəd “Roberto Coin” markalı üzərində göy-ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 42616 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan platin sırğa cütü, 2146 manat dəyərində bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 795 manat dəyərində bir ədəd üzəridə ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1405 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 1942 manat dəyərində bir ədəd üzərində sarı və ağ şəffaf qaşları olan qızıl sırğa cütü, 2031 manat dəyərində iki ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı qızıl üzük, 711 manat dəyərində bir ədəd üzərində mina qatı və ağ şəffaf qaşlı olan qızıl üzük, 3483 manat dəyərində bir ədəd üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 3593 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşlı qızıl üzük, 1280 manat dəyərində bir ədəd üzərində damla formalı böyük ölçülü tünd yaşıl rəngli daş və ağ şəffaf qaşlı qızıl üzük, 344 manat dəyərində bir ədəd üzərində yaşıl şəffaf qaşları olan qızıl üzük, 478 manat dəyərdə 1 ədəd üzərində qırmızı romb formalı qaşlı qızıl üzük, 1016 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 3015 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1712 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşı olan qızıl üzük, 1705 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 3496 manat dəyərində bir ədəd üzərində mirvari muncuq və ağ şəffaf qaşı qızıl üzük, 1270 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 474 manat dəyərdə bir ədəd üzərində ağ şəffaf qaşlar olan qızıl üzük, 446 manat dəyərində bir ədəd qızıl nişan üzüyü, 2308 manat dəyərində 04 ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 925 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl alyans üzük, 683 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşlı qızıl üzük, 980 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 836 manat dəyərində bir ədəd "Cartier” markalı üzərində ağ şəffaf qaşları qızıl üzük, 4643 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 2627 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 1670 manat dəyərində 2 ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 2113 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı rəngli qaşları qızıl üzük, 1130 manat dəyərində bir ədəd üzərində tünd çəhrayı və bənövşəyi rəngli qaşları qızıl üzük, 1254 manat dəyərində bir ədəd üzərində açıq mavi daş bənövşəyi və ağ şəffaf qaşları qızıl üzük, dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl üzü k, 1195 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl üzük, 1290 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları olan qızıl üzük, 1931 manat dəyərində bir ədəd üzərində açıq yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1614 manat dəyərində üzərində yaşıl və ağ şəffaf qaşları olan qızıl üzük, 1655 manat dəyərində bir ədəd üzərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, 1334 manat dəyərində bir ədəd “Bulgari” markalı üzərində ağ şəffaf qaşları olan qızıl üzük, 678 manat dəyərində bir ədəd üzərində ağ şəffaf qaşları qızıl üzük, 1396 manat dəyərində üzərində ağ şəffaf qaşları qızıl üzük, 1861 manat dəyərində üzərində ağ şəffaf qaşları ikili qızıl üzük, 23897 manat dəyərində bir ədəd tək qaşlı platin üzük, 536 manat dəyərində bir ədəd üzərində ağ şəffaf q aşlı qızıl üzük, 521 manat dəyərində bir ədəd üzərində qırmızı və ağ şəffaf qaşları qızıl sırğanın tayı, 74 manat dəyərində bir ədəd ağ şəffaf qaşları qızıl məmulat hissəsi, 2 manat dəyərində bir ədəd ortasında ağ rəngli daş üzərində gül təsviri dəmir məmulat hissəsi və 01 manat dəyərində açar formalı əlvan metal məmulatdan ibarət olan, cəmi 439.196 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyaları qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 445.996 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İlqar Murquzov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Anar Tanrıverdiyev) 26 aprel 2023-cü il tarixli, 1(103)-779/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 1(103)-779/2023 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza verilməsinə və həmin Məcəllənin 70-ci maddəsi ilə barəsində şərti məhkum etmə tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxılması 29 noyabr 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək yəni 13 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 9 saylı Cəzaçəkmə Müəssisəsindən Məhkum ərizəsi daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar