Məhkəmə qərarları › İş №1(102)-1881/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1881/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1881/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli 1(101)-212/2024 nömrəli (hakimlər: Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx. 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olub yaşamış X16 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 13 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, X8 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilərək, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi müəyyən edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Hökmdən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli 1(103)-686/2024 nömrəli (hakimlər: İbrahimli İbrahim Adil oğlu (sədrliyi ilə), Əhmədov Həsən Hüseyn oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli hökmü ləğv edilmiş, X10 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miq darda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, X4 miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə “X” adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qazanc əldə etmək müqabilində “X” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib 12 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 425,051 qram narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 148,11 qram psixotrop maddə metamfetamin və üzərlərində “Methadone 40...Faran” yazıları olan 10 ədəd blisterdə 99 ədəd, ümumilikdə tərkibində 3,96 qram təsiredici maddə olan külli miqdarda narkotik vasitə metadonu götürüb qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanına daşımaqla həmin narkotik vasitə və psixotrop maddələri hissələrə bölüb bir hissəsini üzərində, qalan hissəsini isə evində saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində X ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarədə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 39,155 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranmış narkotik vasitə heroin, 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 27,394 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin tarixdə saat 23 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə yaşadığı ünvan 4 ünvana baxış keçirilən zaman mənzilin yataq otağında olan kreslonun arxa hissəsindən 1 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 385,896 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazıranm ış narkotik vasitə heroin, 1 ədəd bükümdə, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, külli miqdarda, təmiz çəkisi 120,716 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetamin, üzərlərində “Methadone 40...Faran” yazıları olan 10 ədəd blisterdə 99 ədəd, ümumilikdə tərkibində 3,96 qram təsiredici maddə olan külli miqdarda narkotik vasitə metadon və 2 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki yekun qərarı qəbul edərkən cinayə t-prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Belə ki, ibtidai istintaq dövründə X16 verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ittihama uyğun ifadələr vermiş və nə təqsirləndirilən şəxs, nə müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin döyülməsi barədə vəsatət qaldırılmamışdır. Döyülməsinə dair ifadə yalnız birinci instansiya məhkəməsində aparılan icraat zamanı verilmiş və həmin məhkəmə (apellyasiya instansiya məhkəməsindən fərqli olaraq) bu ifadəni inandırıcı hesab etməyib, müdafiə xarakterli kimi qiymətləndirmişdir. İş materiallarından görünür ki, ibtidai araşdırma mərhələsində X-in bar əsində bütün prosessual hərəkətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış, o, şübhəli və təqsirləndirilən şəxs statusunda olarkən müdafiəçi ilə təmin olunmaq imkanları qanuna uyğun şəkildə tam realizə edilmişdir. Belə ki, iş materiallarına əsasən, ilkin araşdırma mərhələsindən başlanaraq X-in hüquqlarını müdafiə etmək üçün ona özünün istəyi əsasında seçilmiş vəkil təqdim edilmiş, şəxsin özünün razılığı alındıqdan sonra müdafiəçinin cinayət prosesinin əvvəlindən sonuna qədər onun iştirakı ilə keçirilmiş əksər prosessual hərəkətlərdə iştirakı təmin olunmuşdur (bu halın düzgünlüyü iş materiallarına əlavə olunmuş müvafiq vəkil qurumunun orderi və istintaq hərəkətlərinin protokolları ilə təsdiqlənmişdir). X8 ibtidai istintaq zamanı polis əməkdaşları tərəfində döyülməsi ilə əlaqədar məluma t əsasında Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılmış və 10 aprel 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd edilənlər DİN-in BNMİ-nin əməkdaşları Şahid1 və Şahid2 izahatlarında öz təsdiqini tapmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli hökmünün ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X10 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəli b, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət m əsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu s übutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prez umpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X8 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi il ə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X16 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X8 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə iş üzrə tədqiq olunmuş sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam araşdırmış, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə p redmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 13 noyabr 2022-ci il tarixdə saat 20:00 dəqiqədə x ünvanının yaxın lığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan, həmin tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan, o cümlədən videogörüntülərə baxış keçirlməsi haqqında xx.xx.2022-ci il tarixli protokollardan müəyyən olunduğu kimi X-in aşkar olunmuş kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “X” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyinə, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitə ləri müəyyən ünvanlara qoymağına görə “X” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyinə dair faktları araşdırılması məqsədilə “X” adlı şəxsi müəyyən etmək üçün bir çox istintaq hərəkəti keçirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan mobil telefona baxış keçirlməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X8 üzərindən götürülmüş 1 ədəd “Redmi” markalı zümrüd rəngli mobil telefondur. Həmin mobil telefondan digərinə zəng vurularaq müəyyən edilmişdir ki, telefonun üzərində olan abonent nömrəsi ***-***-**-**-dür Həmin telefonun yaddaşında iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. (cild 1, iş vərəqi 96). O cümlədən işdə olan ibtidai istintaq orqanının əməliyyat tapşırığına Bakı şəhəri Nizami RPİ, 23-cü Polis bölməsinin xx.xx.2022-ci il tarixli 088-6199-1221 saylı cavab məktubundan görünür ki, həmin tapşırıq üzrə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin “X” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. (cild 1, iş vərəqi 112). Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, təqdim edilmiş disk CD-R formatlıdır. Disk üzərində hər hansı bir söz yazılmamışdır. Xidməti iş otağında olan HP markalı kompüterin disk oxuyan cihazına daxil edilmişdir. Monitorda açılan diskin yaddaşında "Adobe Reader" proqramı vasitəsilə yazılmış 4 ədəd fayl olması müşahidə olunmuşdur. Həmin fayllara nəzər yetirdikdə, X8 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 13 oktyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglər, sms mətnləri, daxil olan və çıxan mobil nömrələrin şəxsiyyəti və olduqları ünvan barədə məlumatlar var. Həmin diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat və ya yazışma müəyyən edilməmişdir. X16 məhkəmələrdə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “polis əməkdaşları onu Xətai rayonu ərazisində saxlamışlar. Polislər onun evinə iki dəfə girmişlər. Polislər evinə girib ailəsinin yanında onu döymüş və sonra polis idarəsinə aparmışlar. Polislər onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis idarəsində polislər onu bir otağa salıb, vəkilin yanında önünə narkotik vasitəni qoymuş və onları ciblərinə qoymasını söyləmişlər. Po lislər onların gözü qarşısında narkotik vasitə olan bükümləri sarıb bağlamışlar. Təcridxanaya daxil olarkən döyülməyi qeyd olunmuşdur. O, müstəntiqə dəfələrlə polislərin onun evinə daxil olması faktını sübut etmək üçün evinin yanında olan kameralara baxılmasını söyləmişdir. Polislər onun evində videoçəkiliş də etmişlər. Polislər onu Xətai rayonu ərazisində maşının yanında saxlayanda da, evinə gəlib evində də döymüşlər. Polislər ona onsuz da həbs olunacağını, odur ki, onların dedikləri ilə razılaşmasını söyləmişlər və o da razılaşmışdır..... Polislər narkotiki boynuna götürməyi üçün onu döymüşlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Onun telefonunda narkotikə dair yazışmalar olmamışdır....”. X8 ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək işgəncə verilməsi və döy ülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə ifadələrinin dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və haqlı olaraq düzgün nəticəyə gəlinmişdir. İlkin olaraq məhkəmə kollegiyası məhkumun işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalması barədə dəlilləri iş materiallarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, çox saylı müraciətlərə baxmayaraq X-ə verilmiş ittiham üzrə məhkəmə araşdırması birinci instansiya məhkəməsində məhkumun qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmışdır. Cinayət-prosessual qan unvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, ci nayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (Ayatulla Ay Türkiyəyə qarşı, №№ 29084 /07 və 1191/08, § 126, 27 oktyabr 2020). “Ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqahisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020). Bakı şəhəri Nizami rayon p rokurorluğundan məhkəməyə daxil olmuş 10 aprel 2022-ci il tarixli məktubdan görünür ki, X8 bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı prokurorluqda araşdırma aparılmış, müəyyən edilmişdir ki, X16 polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilə oturdulan zaman özünü aqressiv aparmış, avtomobilə oturmaq istəməmiş, bu zaman onun sifət nahiyəsi avtomobilin qapısının çərçivəsinə dəymiş, onun bədən xəsarətlərini həmin zaman alması mümkün hesab edilmiş və toplanmış material üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan həmçinin görünür ki, X9 istintaq təcridxanasına qəbul edilərkən xəsarətlərin aşkar olunması ilə bağlı məhkəmə tibbi ekspertizası təyin edilmiş və 10 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən onda sol gözaltı, sol almacıq və sol qulaq seyvanının arxa səthinin qançırları aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilmiş müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınması mümkün sayılmışdır və sağlamlığa zərər xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan İstintaq Təcridxanasının rəisi x tərəfindən Bakı şəhəri Nizami Rayon Prokuroruna ünvanlanmış xüsusi məlumatdan da görünür ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış X16 xx.xx.2022-ci il tarixdə Təcridxananın tibbi-sanitar bölməsində müayinə olunarkən onda sol gözaltı, sol almacıq və sol qulaq seyvanının arxa səthinin qançırları aşkar olunmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon prokurorluğunun 10 aprel 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, X9 istintaq təcridxanasına qəbul edilərkən xəsarətlərin aşkar olunması faktı üzrə rayon prokurorluğunun müstəntiqi x tərəfindən 28 dekabr 2022-ci il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmiş, lakin həmin qərar əsassız olduğu üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilmişdir. İşdə olan 13 noyabr 2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası DİN BNMİ-in əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X16 13 noyabr 2022-ci il tarixdə saat 20:00 dəqiqədə X ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş tibbi kitabçasından görünür ki, X16 zədə aldığını bildirir, sol göz altında, sol almacıqda qırmızımtıl qançır, sol qulaq seyvanın arxa tərəfində bənövşəyi rəngli qançır, sol saiddə 4 ədəd çapıq toxuma aşkar olunmuşdur. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, X2 gözaltı, sol almacıq və sol qulaq seyvanının arxa səthinin qançırlarının aşkar edilməsi onun cinayət təqibi gedişində fiziki zorakılığa məruz qalmasına dəlalət edir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Cinayət mühakimə icraatında sü butların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndiri lən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması b arədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərar dan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri bax ımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgü n həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut ki mi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X8 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid2 və Şahid1 ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməməli olması, X8 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya pr otestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-c i maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tə rəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 aprel 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar