Məhkəmə qərarları › İş №1(102)-1881/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1881/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1881/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fev ral 2025-ci il tarixli 1(103)-540/2025 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Siyavuş Hacıyev (sədrlik edən və məruzəçi), Rahib Salmanov və Mahmud Ağalarov) 17 may 2023-cü il tarixli, 1(101)414/2023 nömrəli hökmü ilə xx xxxxx 1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Yaycı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa rayonu, Yaycı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bili nərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun barəsində Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə isə xitam verilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2022-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2022-ci il ilin aprel ayında Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “Anar’’ şadlıq sarayının arxasında gizlədilib bu barədə ona məlumat verildikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin əraziyə gedərək qabaqcadan əlbir olan bir qrup şəxs h alında külli miqdarda külli miqdarda- ümumi təsiredici miqdarı 38,4 qram təşkil edən 960 metadon həbinin, 1 bükümdə 65,360 qram, 1 bükümdə 2,587 qram, 1 bükümdə 0,106 qram və 1 bükümdə 0,122 qram olmaqla cəmi 4 bükümdə, ümumilikdə külli miqdarda 68,175 qram metamfetamin psixotrop maddəsinin və 1 bükümdə külli miqdarda- 104,649 qram asetilə edilən tiryək narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, həmin metadon narkotik vasitəsindən 200 həbini, 1 bükümdə 2,587 qram və 1 bükümdə 0,106 qram olmaqla, cəmi 2 bükümdə ümumilikdə 2,693 qram psixotrop maddəsini idarə etdiyi “Hyundai-Accent" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsində saxlayaraq daşımaqla Təqsirləndirilən şəxs2 ilə birlikdə 19 aprel 2022-ci il tarixdə, saat 20:20 radələrində Bak ı şəhəri, Yasamal rayonu ərazisində qeyd edilən 200 metadon həbini cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 çatdırmış, 1 bükümdə 2,587 qram və 1 bükümdə 0,106 qram olmaqla, cəmi 2 bükümdə ümumilikdə 2,693 qram psixotrop maddəsini isə 19 aprel 2022-ci il tarixdə, 21:40 radələrində Abşeron rayonu, “Xırdalan” dairəsi adlanan ərazinin yaxınlığına daşıyıb Təqsirləndirilən şəxs2 ilə birlikdə orada gizlədib saxlamış, bu barədə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs3 məlumat vermiş, qeyd edilən metadon narkotik vasitəsinin 660 həbini, 104,649 qram asetilə edilən tiryək narkotik vasitəsini və 1 bükümdə 0,122 qram metamfetamin psixotrop maddəsini Təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları ünvan 1 ünvanında yerləşən evdə və evin həyətyanı sahəsində, 1 bükümdə 65,360 qram metamfetam in psixotrop maddəsini və metadon narkotik vasitəsinin 100 həbini isə idarə etdiyi “Hyundai-Accent” markalı, **-RY*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsinin salonunda- sürücü oturacağının başlıq boyunluq hissəsinə keçirilərək rezinlə kipləşdirilmiş yastıqcanın içərisində pambığa bənzər materialların arasında gizlətməklə saxlamış, istintaq orqanı tərəfindən 20 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları evə və evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı həmin 660 həb metadon narkotik vasitəsi, 0,122 qram metamfetamin psixotrop maddəsi və 104,649 qram asetilə edilən tiryək narkotik vasitəsi, həmçinin idarə etdiyi nəqliyyat vasitəsinə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23 L ünvanı nda yerləşən inzibati binasının qarşısında keçirilmiş baxış zamanı həmin 65,360 qram metamfetamin psixotrop maddəsi və 100 həb metadon narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zamin İbrahimov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Murad Məmmədov) 25 fevral 2025-ci il tarixli 1(103)-540/2025 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 may 2023cü il tarixli, 1(101)-414/2023 nömrəli hökmü Məhkum münasibətdə dəyişdirilmiş, hökmlə Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) il 6 (altı) aya endirilmiş, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli 1(103)-540/2025 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəzanın çəkilməmiş müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi azadlıqdan məhrum etmə cəzasının müddəti üzrə təqsirlilik dərəcəsinə, şəxsiyyətinin səciyyələndirilməsinə nisbətdə düzgün yanaşma sərgiləməmiş, ümumi cəza müddətini yalnız bir il müddətinə azaltmışdır. Məhkəmə kollegiyası yekun qərarda cəzanın yüngülləşdirilməsi ilə bağlı məhkumun fərdi xüsusiyyətlərini, ittihamla bağlı təqsirləndirilən şəxslərin törətdiyi cinayətdə fər di rolunu məhkuma münasibətdə düzgün qiymətləndirilməmiş, narkotik vasitənin çəkisini, peşmançılıq hisslərini düzgün qiymətləndirməmişdir. O, gəncliyini, peşmançılıq hisslərini və gələcəkdə cəmiyyətdə düzgün mövqe tutacağını nəzərə alaraq cəza müddətinin azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin cinayət və cinayət prosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətl əri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq orqanı sübutların toplanmasında, birinci və apellyasiya instansiyaları məhkəmələri sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutl ardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işin hallarını və onun şəxsiyyətini kifayət qədər nəzərə almadan ona ədalətsiz ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2- ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzal arın təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun barəsində Azərbaycan Respublikası CM-in 59 və 61-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdı ran hallar müəyyən olunmamışdır. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza hissəsində gəldiyi nəticə ilə razılaşmamış və məhkəmənin cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni məhkum edilmiş şəxsin şəxsiyyətini, o cümlədən, həmçinin Məhkum təyin edilən azadlıqdan məhrumetmə cəzasının həddinin diferensiallaşdırılmasını kifayət qədər nəzərə almadığı qənaətinə gələrək, birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəza sının 1 (bir) il müddətinə azaldaraq, 6 (altı) il 6 (altı) ay həddində müəyyən etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinin sanksiyasında isə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə Məhkum apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə, habelə işin hallarına uyğun gəlir, cəza təyin edilərkən işin halları, məhkumun qabaqcadan əlbir olan bir qrup halında törədilmiş cinayətdə rolu kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkuma təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsinə heç b ir əsas müəyyən etməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və işin hallarını və məhkumun şəxsiyyətini nəzərə almadan cəzanın təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyu l 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025ci il tarixli 1(103)-540/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2025-ci il tarixli, 1(103)-540/2025 nömrəli q ərarı Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dar hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar