Məhkəmə qərarları › İş №1(102)-1882/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1882/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1882/2022 11.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələşiki oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Müdafiəçilər – Sumqayıt şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Əzizov Azər Mirzə oğlu və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Abdu llayev İkram Yusif oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi - X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndələri – “Kaspian” Vəkil Bürosunun vəkili Sadıqov Nurəddin Arif oğlu və fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən, Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti, zərərçəkmiş şəxsin hüquqi va risi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti, nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və T.Q.Hüseynov) 14 iyun 1972-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 2/11, 5 saylı mənzildə yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. xx xxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Qubadlı rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 2/11, 5 saylı mənzildə yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 07 sentyabr 2018-ci il tarixdən hesablanması qərara alınmış, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmişdir Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi X9, təqsirləndirilən şəxs Məhkum1 müdafiəçiləri Məmişov Bəylər Sahib oğlu, Əzizov Azər Mirzə oğlu, təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş prokuror Mehrəliyev Vüsal Bəhram oğlu tərəfindən ve rilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə) 22 iyun 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxsin hüquqi varisi Vasif Həbibovun, müdafiəçilər Bəylər Məmişov, İkram Abdullayev və Azər Əzizovun apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu, Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri, zərərçə kmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən kassasiya şikayəti, nümayəndəsi-vəkil Nümayəndə tərəfindən kassasiya şikayətinə əlavə, dövlət ittihamçısı tərəfindən isə kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Verilmiş ittihama əsasən Məhkum2 təqsirləndirilir, ona görə ki, o, 04 sentyabr 2018-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etdikdən sonra oğlu Məhkum1 saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən digər oğlu Şahid15 avtomaşınların ticarəti üzrə keçmiş şəriki və idmançı kimi əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onun mobil telefonunu şəbəkədən icazəs iz ayırıb yükləyicini (adapteri) götürdüyünə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən yaşca özündən kiçik tanışı kimi ərklə vurmasından sonra sonuncu və dostları tərəfindən barışığa dəvət edilməsinə baxmayaraq, idarə etdiyi “Hyundai Qrandeur” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evlərinə gedib bu barədə atası kimi ona məlumat verməsindən sonra, məsələni qanuni, yəni hüquq-mühafizə orqanlarına müraciət yolu ilə həll etmək əvəzinə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoymaqla ayırd etmək və Zərərçəkmiş şəxs1 kobud davranışını bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qə rarına gəlmiş, bu məqsədlə Məhkum1la qabaqcadan əlbir olduqları qrupda birləşərək bıçaqlarla silahlanmaqla birlikdə evdən çıxıb 05 sentyabr 2018-ci il tarixdə, saat 00:30 radələrində Məhkum1 idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs1 dostları Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək müstəsna dərəcədə həyasızlıq və xüsusi azğınlıqla müşayiət olunan cinayətkar niyyətlərini həyata keçirmək üçün kobud ifadələrlə amiranə formada Zərərçəkmiş şəxs1 avtomaşına əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq qərarına gələn dostu Zərərçəkmiş şəxs2 onlarla getməsinə qəti etiraz etsələr də, sonuncunun israrla avtomaşının arxa oturacağında Zərərçəkmiş şəxs1 yanında əyləşməsindən sonra Zərərçəkmiş şəxs1la mübahisəyə başlamaqla istiqamət verməsi ilə Məhkum1 avtomaşını Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırmanın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq, işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdən sonra isə oğlu Məhkum1la birlikdə Zərərçəkmiş şəxs1 ona qarşı kobud rəftarını bəhanə etməklə əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə hər hansı səbəb olmadan həyatdan qəsdən məhrum etməkdə, yəni iki şəxsi xuliqanlıq niyyətilə qəsdən öldürməkdə ifadə olunan ümumi cinayətkar məqsədlərini reallaşdırmaq üçün özlərində olan bıçaqları tətbiq etməklə hücum edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idmançılar kimi ciddi müqaviməti ilə rastlaşdıqlarına baxmayaraq, özü tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən ö ldürülməsinə əlverişli şərait yaratmaq və Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan qəsdən öldürmək üçün Məhkum1 özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 2 sm enə malik kəsici deşici tiyəsi ilə Zərərçəkmiş şəxs2 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və kürək nahiyələrinə 4 (dörd) dəfə zərbə endirib sonuncuya qəsdən sol qoltuqaltı və bel nahiyəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vuran 1,5x2 sm ölçüdə 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaradan, habelə sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, həyat üçün təhlükəli olmayan, sağlamlığa az ağır zərər vuran 1 (bir) ədəd 7 sm uzunluqda yaradan ibarət xəsarətlər yetirməklə müqavimətini qırmış, bundan istifa də edərək o da özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 5 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və qarın nahiyələrinə 5 (beş) dəfə vuraraq sonuncuya qəsdən döş qəfəsinin sol yarısının daxilə keçib sol ağ ciyəri zədələyən 5,0x1,5 sm ölçüdə 1 (bir) ədəd, qarnının ön divarının daxilə keçib bağırsaq müsariqəsini və «S»-vari bağırsağı zədələyən 5,0x3,0 sm ölçüdə 1 (bir) ədəd, sağ bazunun orta üçdəbininin vena damarını və əzələ fassiyasını zədələyən 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin xəstəxanaya gedib intensiv tibbi yardımlar almalarına baxmayaraq, yetiridikləri xəsarətlər nəticəsində kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beynin və ağ ciyərlərin ödemindən 08 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən «Ege» klinikasında həyatının xilas edilməsi mümkün olmayan Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilmiş Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə ifadə olunan cinayətkar məqsədlərini özlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişlər. Məhkum1 04 sentyabr 2018-c i il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən qardaşı Şahid15 avtomaşınların ticarəti üzrə keçmiş şəriki və idmançı kimi əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onun mobil telefonunu şəbəkədən icazəsiz ayırıb yükləyicini (adapteri) götürdüyünə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən yaşca özündən kiçik tanışı kimi ərklə vurmasından sonra sonuncu və dostları tərəfindən barışığa dəvət edilməsinə baxmayaraq, idarə etdiyi “Hyundai Qrandeur” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evlərinə gedib həmin tarixdə axşam saatlarında Sumqayıt şəhərində yerləşən «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etmiş atası Məhkum2 bu barədə məlumat vermiş, məsələni qanuni, yəni hüquq-mühafizə orqanlarına müraciət yolu ilə həll etmək əvəzinə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoymaqla ayırd etmək və Zərərçəkmiş şəxs1 kobud davranışını bəhanə etməklə, heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə Məhkum2la qabaqcadan əlbir olduqları qrupda birləşərək bıçaqlarla silahlanmaqla birlikdə evdən çıxıb 05 sentyabr 2018-ci il tarixdə, saat 00:30 radələrində idarə etdiyi avtomaşınla Zərərçəkmiş şəxs1 dostları Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək müstəsna dərəcədə həyasızlıq və xüsusi azğınlıqla müşayiət olunan cinayətkar niyyətlərini həyata keçirmək üçün Məhkum2 kobud ifadələrlə amiranə formada Zərərçəkmiş şəxs1 avtomaşına əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq qərarına gələn dostu Zərərçəkmiş şəxs2 onlarla getməsinə qəti etiraz etsələr də, sonuncunun israrla avtomaşının arxa oturacağında Zərərçəkmiş şəxs1 yanında əyləşməsindən sonra Zərərçəkmiş şəxs1la mübahisəyə başlayan atası Məhkum2 istiqamət verməsi ilə avtomaşını Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırmanın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdən sonra isə atası Məhkum2la birlikdə Zərərçəkmiş şəxs1 ona qarşı kobud rəftarın ı bəhanə etməklə əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə hər hansı səbəb olmadan həyatdan qəsdən məhrum etməkdə, yəni iki şəxsi xuliqanlıq niyyətilə qəsdən öldürməkdə ifadə olunan ümumi cinayətkar məqsədlərini reallaşdırmaq üçün özlərində olan bıçaqları tətbiq etməklə hücum edib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 idmançılar kimi ciddi müqaviməti ilə rastlaşdıqlarına baxmayaraq, atası Məhkum2 tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə əlverişli şərait yaratmaq və Zərərçəkmiş şəxs2 heç bir səbəb olmadan qəsdən öldürmək üçün o, özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 2 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs2 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və kürək nahiyələrinə 4 (dörd) dəfə zərbə endirib sonuncuya qəsdən sol qoltuqaltı və bel nahiyəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vuran 1,5x2 sm ölçüdə 2 (iki) ədəd kəsilmiş-deşilmiş yaradan, habelə sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, həyat üçün təhlükəli olmayan, sağlamlığa az ağır zərər vuran bir ədəd 7 sm uzunluqda yaradan ibarət xəsarətlər yetirməklə müqavimətini qırmış, bundan istifadə edən atası Məhkum2 özündə olan və istintaqla əldə edilməsi mümkün olmayan bıçağın təxminən 5 sm enə malik kəsici-deşici tiyəsi ilə Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanlarının yerləşdiyi sinə və qarın nahiyələrinə 5 (beş) dəfə vuraraq ona qəsdən döş qəfəsinin sol yarısının daxilə keçib sol ağ ciyəri zədələyən 5,0x1,5 sm ölçüdə 1 (bir) ədəd, qarnının ö n divarının daxilə keçib bağırsaq müsariqəsini və «S»-vari bağırsağı zədələyən 5,0x3,0 sm ölçüdə 1 (bir) ədəd, sağ bazunun orta üçdə birinin vena damarını və əzələ fassiyasını zədələyən 5,0x1,0 sm ölçüdə 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin 5,0x1,0 sm ölçüdə bir ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin xəstəxanaya gedib intensiv tibbi yardımlar almalarına baxmayaraq, yetiridikləri xəsarətlər nəticəsində kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beyinin və ağ ciyərlərin ödemindən 08 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində fəaliyyət göstərən «Ege» klinikasında həyatının xilas edilməsi mümkün olmayan Zərə rçəkmiş şəxs1 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilmiş Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduqları qrupda xuliqanlıq niyyəti ilə qəsdən öldürməkdə ifadə olunan cinayətkar məqsədlərini özlərinin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, iki şəxsi xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə cəhd etmişlər. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum2 05 sentyabr 2018-ci ildə, saat 00:30 radələrində oğlu Məhkum1 evə gəlib yaşadıqları binanın yaxınlığında yerləşən “PS-3” oyun zalında əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onu döyməsi barəsində məlumat verməsindən sonra məsələnin qanuni yolla həll olunması üçün bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək əvəzinə Zərərçəkmiş şəxs1 qisas almaq qərarına gəlib sonuncunun sağlamlığına qəsdən ağır zərər vurmaq məqsədi ilə qrup təşkil edərək bu məqsədlə hə ikisi bıçaqla silahlanmış, birlikdə evdən çıxıb Məhkum1 idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 dostları - Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək, həmin şəxsi özləri ilə aparıb cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə ondan amiranə formada avtomobilə əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq üçün avtomobilə minmək istəyən Zərərçəkmiş şəxs2 onlarla getməsinə imkan verməsələr də, onun inadkarlıq göstərib avtomobilə minməsindən sonra Məhkum1 Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırm anın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq, işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdə oğlu ilə birlikdə Zərərçəkmiş şəxs1 üzərinə hücum etmək istəyərkən, Məhkum1 öz ictimai borcunu yerinə yetirərək hücumun qarşısını almaq üçün niyyətlərinin reallaşmasına əlverişli şərait yaratmaqdan ötrü əvvəlcədən özü ilə götürdüyü bıçaqla Zərərçəkmiş şəxs2 3 dəfə zərbə endirərək, sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran bir, sol qoltuqaltı və bel nahiyyəsinə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran iki kəsilmiş-de şilmiş xəsarət yetirmiş, onun həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2 kənarlaşdırmasından istifadə edərək əvvəlcədən silahlandığı bıçaqla Zərərçəkmiş şəxs1 bir neçə dəfə vurub ona həyatı üçün təhlükəli olan, ümumilikdə qəsədn sağlamlığa ağır zərər vuran döş qəfəsinin sol yarısının sol ağ ciyəri, qarnın ön divarının bağırsaq müsariqəsini və “S”-vari bağırsağı, sağ bazunun orta 1/3-nin vena damarını və əzələ fassisiyasını zədələyən 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, zərərçəkmiş şəxslərin özləri xəstəxanaya gedib intensiv tibbi yardımlar göstərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 4 gündən sonra xəstəxanada ö lməsi ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkum1 04 sentyabr 2018-ci il tarixdə, saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən qardaşı Şahid15 avtomaşınların ticarəti üzrə keçmiş şəriki və idmançı kimi əvvəlcədən tanıdığı həmyerlisi Zərərçəkmiş şəxs1 onun mobil telefonunu şəbəkədən icazəsiz ayırıb yükləyicini (adapteri) götürdüyünə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 əli ilə bir neçə dəfə onun sifət nahiyəsindən vurmasına görə qəzəblənərək oyun zalını tərk etmiş və idarə etdiyi “Hyundai Qrandeur” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla evlərinə gedib bu barədə atası Məhkum2 məlumat ve rmiş, məsələni qanuni, yəni hüquq-mühafizə orqanlarına müraciət yolu ilə həll etmək əvəzinə Zərərçəkmiş şəxs1 qisas almaq məqsədi ilə qrup təşkil edərək bu məqsədlə hər ikisi bıçaqla silahlanmış, atası ilə birlikdə evdən çıxıb idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs1 dostları Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs2 ilə oturduğu Sumqayıt şəhəri, 20-ci məhəllədə yerləşən «Yaşıl çay evi» adlı çayxanaya gələrək onu özləri ilə aparıb cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə Məhkum2 ondan amiranə formada avtomobilə əyləşməsini tələb etmiş, Zərərçəkmiş şəxs1 tək buraxmamaq üçün avtomobilə minmək istəyən Zərərçəkmiş şəxs2 onlarla getməsinə imkan verməsələr də, onun inadkarlıq göstərib avtomobilə minməsindən sonra Məhkum1 Sumqayıt şəhəri, 9-cu məhəllə, 10 saylı yaşayış binasının arxasına, heç bir işıqlandırmanın olmadığı və insanların hərəkətinin az olduğu qaranlıq yerə sürüb saxlayaraq, işıqlarını söndürmüş, avtomaşından yerə düşdükdə atası ilə birlikdə Zərərçəkmiş şəxs1 üzərinə hücum etmək istəyərkən, Məhkum1 onun hücumun qarşısını almaq üçün onu tutub saxlayan Zərərçəkmiş şəxs2 zərərsizləşdirmək və Zərərçəkmiş şəxs1 qisas almaq niyyətlərinin reallaşmasına əlverişli şərait yaratmaqdan ötrü əvvəlcədən özü ilə götürdüyü bıçaqla Samir Dadşzadəyə 3 dəfə zərbə endirərək, sağ saidin ön səthinin bükücü əzələsini zədələyən və sağ saiddə bükücü hərəkətin çətinliyinə gətirib çıxaran, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran bir, sol qoltuqaltı və bel nahiyyəsinə sağlamlığın qısa müddə tə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran iki kəsilmiş-deşilmiş xəsarət yetirmiş, onun həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs2 kənarlaşdırmasından istifadə edən atası Məhkum2la birlikdə əvvəlcədən silahlandığı bıçaqla Zərərçəkmiş şəxs1 bir neçə dəfə vurub ona həyatı üçün təhlükəli olan, ümumilikdə qəsdən sağlamlığa ağı zərər vuran döş qəfəsinin sol yarısının sol ağ ciyəri, qarnın ön divarının bağırsaq müsariqəsini və “S”-vari bağırsağı, sağ bazunun orta 1/3-nin vena damarını və əzələ fassiyasını zədələyən 1 (bir) ədəd, sol saidin aşağı üçdə birinin 1 (bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, ümumilikdə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vuran xəsarətləri yetirdikdən sonra hadisə yerindən qaçmış, zərərçəkmiş şəxslərin özləri xəstəxanaya gedib intensiv tibbi yardımlar göstərilməsinə baxmayaraq Zərərçəkmiş şəxs1 4 gündən sonra xəstəxanada ölməsi ilə nəticələnən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİ, KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum2 və Məhkum1 əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hər iki məhkəm ə instansiyası hökmdə və yekun qərarda Məhkum2 və Məhkum1 tərəfindən cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməməsi ilə bağlı gəldikləri nəticəni əsaslandırarkən qeyd etmişlər ki, Məhkum2 Məhkum1lə birlikdə Zərərçəkmiş şəxs1 və qeyrilərinə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı cinayət törətməsi barədə sövdələşməsi qətiyyən müəyyən edilməmiş, təqsirləndirilən şəxslərin qısa müddət ərzində cinayət törətmələri barədə razılaşmasını və sövdələşməsini ağlabatan və real hesab etmirlər. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan və tədqiq edilmiş məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2018-ci il tarixli 545/2018-MTKŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 məxsus tamlığı pozulmuş köynəyin ön hissəsinin solaşağı nahiyəsində aşağı sərbəst kənarından 7,4 sm yuxarıda, sol yan tikişdən 5.5 sm sağda çəp istiqamətli, nisbi düz xətt şəkilli 2.0 sm uzunluqda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. O, cümlədən Zərərçəkmiş şəxs1 Sumqayıt şəhər Təcili X2 daxil olduqda həkim Şahid6 tərəfindən ilkin müayinə zamanı onun bədənində döş qəfəsinin sol yarısının yan divarında orta qoltuq xətti üzrə 7-ci qabırğaarası sahədə təqribən 5,0 x 1.5 sm ölçüdə kənarları hamar, iti bucaqlı yara aşkar edilmişdir, tənəffüs aktı zamanı həmin yaradan qan və hava xaric olmuş, yəni yara tənəffüsdə iştirak etmişdir, həmçinin qarnının sol yarısının yan divarında təqribən 5,0x3,0 sm ölçüdə yara müşahidə edilmiş, yaradan iki nazik bağırsaq ilgəyi və piylik xaric olmuşdur, bundan başqa sağ bazunun iç səthində təqribən 5,0 x 1,0 sm ölçüdə, sol saidin iç səthində təqri bən 5,0 x 1,0 sm ölçüdə kənarları hamar iti bucaqlı yara qeyd edilmişdir. Halbuki, ekspertiza rəylərinə əsasən Zərərçəkmiş şəxs2 bədəninin köynəklə örtülən nahiyələri üzərində aşkar edilmiş yaraların ölçüləri 1,5x2,0 sm, ona məxsus köynəyin üzərindəki zədələrin uzunluğu isə 1.8 sm və 1.9 sm təşkil etmişdir. Başqa sözlə, Zərərçəkmiş şəxs2 bədəni və paltarı üzərində Məhkum1 tərəfindən yetirilmiş zədələrin ölçüləri bir-birinə qismən uyğundurlar. Zərərçəkmiş şəxs1 bədəninin köynəklə örtülə bilən hissəsinin üzərindəki 5 sm uzunluqda xəsarətlərin ölçüləri və sayı isə köynəyi üzərindəki 2 sm uzunluqda zədənin ölçüsündən kəskin fərqlidir. Bu isə o deməkdir ki, qarşılıqlı mübarizə zamanı Zərərçəkmiş şəxs1 köynəyinin yerdəyişməsi fonunda köynək üzərindəki həmin zədə Məhkum2 bıçağının tiyəsinin bədən ə keçən zərbəsinin deyil, digər zərbəsinin təsirindən yaranmışdır. Sadalanan xüsusatlar isə Zərərçəkmiş şəxs1 xəsarətlərin yetirilməsində tətbiq edilmiş kəsici-deşici alətin (bıçağın) Zərərçəkmiş şəxs2 xəsarətlərin yetirilməsində istifadə edilmiş bıçaqdan fərqli olduğunu yəqin etmək üçün kifayət qədər əsaslar verir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarətlərin eyni deyil, ayrı-ayrı kəsicideşici alətlərlə, yəni 2 ədəd bıçaqla yetirilməsi nəzərə alınmaqla, Əhəd və Məhkum1ların hər ikisində bıçağın olması onların evdən çıxarkən idmançı kimi əvvəlcədən tanıdıqları və əvvəllər özlərinə yaxın olmuş şəxslər kimi fiziki imkanlarına yaxından bələd olduqları Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan şəxsləri qəsdən öldürmək məqsədilə getdiklərini ehtiva edir ki, həmin xüsusatlar məhz evdən çı xarkən Əhəd və Məhkum1ların birlikdə Zərərçəkmiş şəxs1 və qeyrilərinə, o cümlədən Zərərçəkmiş şəxs2 qarşı cinayət törətməsi barədə sövdələşməsini özündə əks etdirir. Həmçinin, cinayət hüquq nəzəriyyəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətin törədilməsinə görə məsuliyyətin yaranması üçün qrupun iştirakçılarının cinayətin törədilməsindən əvvəl törədiləcək cinayət barədə qabaqcadan razılaşması qeyd edilən əlamətlə əməlin tövsifinin zəruri ünsürüdür. İş materiallarından da göründüyü kimi, cinayətin törədilməsi barədə razılaşma Ramil və Məhkum2ların evdən çıxarkən, yəni cinayətin törədilməsindən əvvəl yaranmışdır. Odur ki, məhkəmələrin təqsirləndirilən şəxslərin qısa müddət ərzində cinayət törətmələri barədə razılaşmasını və sövdələşməsini ağlabatan və real hesab etməmələri il ə bağlı mülahizələri işin faktiki hallarına uyğun olmamaqla, başa düşülən olmamışdır. Bundan əlavə CPM-in 353.2.1-ci maddəsinə görə, ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməli olduğu halda məhkəmələr gəldikləri nəticənin, sübuta yetirilmiş cinayət əməllərinin özləri tərəfindən müəyyən olunmuş təsvirini verməmişlər. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamaqla Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum2 və Məhkum1 əməllərinin tövsifində səhvə yol verilmişdir. Odur ki, Məhkum2 və Məhkum1 CM-nin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilməsini və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və onun nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və onun nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavə olaraq göstərilimişdir ki, məhkumlar barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir. Belə ki, məhkəmə hökm çıxararkən yalnız öz mülahizələrinə əsasən təqsirləndirilən şəxslərin əməlini tövsif etmişdir. Halbuki, Məhkum1 evə gedərək atası Məhkum2 baş verənləri bildirməsi və onların hər ikisinin qaranlıq, kimsəsiz bir yerə Zərərçəkmiş şəxs1 çağırması, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 tək qoymamaq istəməməsinə qarşı çıxamaları təqsirləndirilən şəxslərin mərhum Zərərçəkmiş şəxs1 öldürmək niyyətində olduqlarını təsdiqləyir. Məhkəmə hökm çıxararkən hadisənin yeganə şahidi olan Zərərçəkmiş şəxs2 ifadəsini nəzərə almamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 verdiyi ifadədən də göründüyü kimi Məhkum2 öncədən baş vermiş mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 silahla hədələmişdir. Həmçinin Şahid4 Məhkum1 sakitləşdirməyə çalışsa da, sonuncu Zərərçəkmiş şəxs1 barəsində “o görəcək” deyərə k oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 isə Zərərçəkmiş şəxs2 dəfələrlə “Əhəd məni pis vurdu” demişdir. Bütün bunlar, yəni Məhkum2 öncədən Zərərçəkmiş şəxs1 silahla hədələməsi, Məhkum1 “o görəcək” (Zərərçəkmiş şəxs1 barəsində) deyərək atasına baş verənlər haqqında məlumat vermək üçün oradan uzaqlaşması artıq hər iki təqsirləndirilən şəxsdə Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin formalaşdığını bir daha təsdiqləyir. Yəni, sonuncu hadisə Zərərçəkmiş şəxs1 qarşı aqressiv münasibət bəsləyən ata və övladın Zərərçəkmiş şəxs1 həyatdan məhrum etmək qərarına gəlməsinə səbəb olmuşdur. Onların bu niyyəti istər cinayət işi materialları, istər şahid ifadələri ilə tam olaraq təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslərdən hər birinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən məlum olmuşdur ki, yar anan mübahisəni danışıqlar yolu ilə və ya həmin mübahisəni birbaşa olaraq əyani şəkildə görən şəxslərin iştirakları ilə də həll etmək imkanları kifayət qədər geniş olsa da, onlar hansısa məqsədlə və ya planlı şəkildə zərərçəkmiş şəxsləri heç kimin olmadığı qaranlıq yerə apararaq cinayətkar niyyətlərini əvvəlcədən planlaşdırılmış şəkildə başa çatdırmışlar. Belə ki, Zərərçəkmiş şəxs1 ölümü ilə nəticələnən hadisənin baş vermə mexanizmi, təqsirləndirilən şəxslərin cinayət əməli ilə bağlı niyyətləri tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə yalnız hadisə anının müəyyən etməli deyil, eyni zamanda törədilmiş cinayət əməlinə qədər təqsirləndirilən şəxslərin davranışı, cinayətkar niyyətin hansı zaman kəsiyində formalaşması, cinayət əməlini törətməmə imkanlarının olub-olmaması ilə bağlı cinayət t ərkibinin mühüm tərkib hissəsi olan subyektiv və davranışları ilə əlaqədar obyektiv cəhətləri müəyyən etməli idi. Beləliklə, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsləri qəsdən öldürmək niyyətlərini, cinayət əməlinin törədilmə anına qədər hadisəni bilavasitə görən şahid ifadələri ilə müəyyən etmək mümkündür. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarını ləğv edərək Məhkum2 əməlinin CM-nin 126.3-cü maddəsindən CM-nin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrinə və Məhkum1 əməlinin CM-nin 126.3, 127.1-ci maddələrindən həmin Məcəllənin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrinə tövsif edilməsi, eyni zamanda, onların CM-nin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza ya məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı tam aydın olmuşdur ki, bu cinayətdə Məhkum1 hər hansı bir iştirakı və təqsiri olmamış, əksinə, o, Zərərçəkmiş şəxs1 tərəfindən vəhşicəsinə döyülmüşdür, yalnız bundan sonra Məhkum1 atasının həyatını xilas etmək üçün həmin şəxsləri bıçaqla vurmuş və həmin şəxslər də məhz bundan sonra Şahid14 döyməkdən əl çəkib hadisə yerindən uzaqlaşmışlar. Bu mübahisə zamanı Məhkum2 əlində bıçaq olmaması istintaq və məhkəmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadələrlə də tam təsdiq edilir. Çünki o, ifadələrində bildirmişdir ki, maşından düşüb söhbətə başlayan kimi Zərərçəkmiş şəxs1 kəllə ilə Əhədi vurub yerə yıxmış və təp ikləməyə başlamış, o da Ramili döyməyə başlamış, Ramili döyüb qollarının yorulduğunu görəndən sonra ondan ayrılıb Əhədgilə tərəf gedəndə Əhədin iki əli ilə başını tutub, «Rasif, qurban olum, bəsdir» deyərək qışqıraraq yalvarmasını görmüş, yaxınlaşıb bir təpik də o vurmuş və Rasifi ondan aralayaraq çıxıb getmişlər. Əgər ilk zərbəni zərərçəkmiş vurub Əhədi yerə yıxıb təpikləyibsə, Əhəd də zərbələrdən qorunmaq üçün iki əli ilə də başını tutub yalvarırsa, onda onun əlində bıçaq olmaması tam təsdiq edilir. Bundan əlavə, zərərçəkmişin guya ilk olaraq Əhədin zərbə ilə Rasifin qarnına zərbə vurması barədə sonradan yaranmış ifadəsini dinləsək də belə, bəs onda Rasifin bədənindəki 5 bıçaq zərbəsi hardan yaranmışdır? Onu da qeyd edək ki, ekspert rəylərində də təsdiq edilmişdir ki, Rasifə vurulan zərb ələr daha güclü olub. Bu da təsdiq edir ki, yerə yıxılıb döyülmə şəraitində Əhədin Rasifi belə zərbələrlə vurması qeyri-mümkün olmuşdur və onun əlində ümumiyyətlə bıçaq olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə olan 22 iyun 2022-ci il tarixli qərarı Məhkum1 aid hissədə dəyişdirilərək, onun əməlinin CM-nin 127.1 və 130.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi apellyasiya şikayətində Məhkum2 bəraət verilməsinin əsasları kimi müdafiəçinin göstərdiyi dəlillərə və sübutlara toxunmamış, onları təhlil etməmiş, sübutların əsaslı və ya əsassız olmasına münasibət bildirməmişdir. Baxmayaraq ki, cin ayət işi uzun müddət apellyasiya məhkəməsinin icraatında olmuşdur, məhkəmə kollegiyası CPM-nin 397-ci maddəsinin və 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qəranın tələblərini pozaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini yoxlamamışdır. CPMnin 143-146-cı maddələrinin tələbinə riayət etməmişdir. Belə ki hadisənin 3 şahidi qalmışdır. Əhəd, oğlu Ramil və bıçaqlanan Zərərçəkmiş şəxs2. Təbi ki, istintaq orqanı istintaqın gedişini bu 3 nəfərin ifadəsi və müxtəlif ekspertiza rəyləri ilə qurmalı idi. Məhkum2 və oğlu Məhkum1 istintaq zamanı ifadələrini kassasiya şikayətində şərh edildiyi qaydada vermişlər. Ramil etiraf etmişdir ki, həm Zərərçəkm iş şəxs2, həm də Rasifi bıçaqla o vurmuşdur. Samirə 2 bıçaq zərbəsi vurandan sonra Samir qaçmış, Rasif atası Əhədi döyməkdə davam etdiyi üçün ona da bıçaqla 3-4 zərbə vurandan sonra o da atasından əl çəkərək qaçmışdır. Beləliklə, cinayət işində üç şahid var ki, hadisənin necə baş verməsini onlar danışa bilər. Ramil təsdiq edir ki, həm Samiri, həm də Rasifi o, vurmuşdur, onlara xəsarət yetirdiyi bıçağı da Xəzər dənizinə atmışdır. Bıçaq da tapılmamışdır. Məhkum2 deyir ki, oğlu Ramil döyülmüş vəziyyətdə gəldiyindən o, Rasifgilin yanına gəlmişdir ki, Rasifə uşaqlarını təhqir etməməsini desin. O, bıçaq götürüb Rasifi öldürməyə gəlməmişdir, oğlu Ramildə bıçaq olduğundan və onları vurduğundan da xəbəri olmamışdır. Rasif onun başına, kürəyinə təpiklə vurub burnunu sındırdığından fikri özündə olmuş dur. Odur ki, qeyd edilənlərə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarının Məhkum2 aid hissəni ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını, kassasiya protestinin, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin olunmasını və Sumqayıt Apellyasiya Məhkəməsinin Cin ayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi V.A.Həbibov çıxış edərək, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə razı olmadıqlarını bildirib, verdikləri kassasiya şikayətinin və ona əlavənin, o cümlədən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin olunmasını, məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin isə təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Daha sonra instansiyası məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi N.A.Sadıqov və Nümayəndə çıxış edərək, apellyasiya məhkəməsi tərəfindən hadisənin törədilmə yerinin və şəraitinin nəzərə alınmadığını, hadis ənin qaranlıq bir yerdə baş verməsi, həyatdan məhrum edə biləcək çoxsaylı zərbələri endirən məhkum edilmiş şəxslərin məqsədlərinin qəsdən öldürmə olduğuna dəlalət etdiyini bildirib, məhkumların müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin olunmamasını, verdikləri kassasiya şikayətinin və əlavənin, o cümlədən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin isə təmin olunmasını xahiş etdi. Daha sonra müdafiəçi İ.Y.Abdullayev çıxış edərək, kassasiya protestinin, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayətinin və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin olunmamasını, verdikləri kassasiya şikayətinin isə təmin olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tari xli qərarının Məhkum2 aid hissədə ləğv edilərək cinayət işinin ona aid hissədə icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. İş üzrə digər məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin, müdafiəçi A.M.Əzizov çıxış edərək, kassasiya protestinin, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş kassasiya şikayəti və nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin təmin olunmamasını, verdikləri kassasiya şikayətinin və iş üzrə digər məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarının Məhkum1 aid hissədə dəyişdirilərək onun əməlinin 127.1 və 130.1-ci maddələr inə tövsif olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirm əyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, apellyasiya məhkəmə kollegiyası tərəfindən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyi və Şahid14 əməlinin əsassız olaraq CM-nin 126.3-cü maddəsi ilə, Məhkum1 əməlinin isə CM-nin 126.3 və 127.1-ci maddələri ilə tövsif edilərək sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da, mübahisələndirilən məhkəmə qərarının kass asiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.15-ci maddəsində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən məhkumların əməllərinin düzgün tövsif edilmədiyi, məhkumlar Məhkum2 və Məhkum1 CM-nin 120.2.1, 120.2.2, 29,120.2.2 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətdiyi halda məhkəmələr tərəfindən əsassız olaraq onların əmə linin tövsif edildiyi iddia edilmiş, beləliklə də, mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətində isə məhkəmələr tərəfindən Məhkum2 təqsirsiz olduğu halda əsassız olaraq məhkum edildiyi iddia edilmiş, müdafiəçi apellyasiya məhkəməsinin qərarını Məhkum2 aid olan hissədə bəraətverici əsaslarla ləğv edilməsini xahiş edərək, mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) ma ddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum1 əməlinin tövsifi zamanı səhvə yol verildiyi iddia edilmiş, müdafiəçi Məhkum1 əməlinin CM-nin 127.1 və 130.1-ci maddələrinə tövsif edilməsini xahiş edərək, mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələri ilə əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətlərini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il ta rixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarı na görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, müdafiəçilər tərəfindən verilmiş kassas iya şikayətlərinin, kassasiya protestinin, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti, nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı ləğv edilərək, cinayət işi yenidən apellyasiya məhkəməsində apellyasiya baxışına təyin edilməli, məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, ibtidai isti ntaq orqanı sübutetmə mərhələsində, yəni, məhkum edilmiş şəxslərin əleyhinə sübutları əldə edərkən və həmin sübutları əldə etdikdən sonra onları ətraflı şəkildə mötəbərliyi baxımından yoxlamamış və nəticədə həmin sübutlara düzgün qiymət verməyərək təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin tövsifində kobud səhvə yol vermişdir. Hər iki məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətməməsi ilə bağlı gəldikləri qənaəti onunla əsaslandırmışlar ki, Əhəd və Məhkum1ların Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı cinayət törətməklə (qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) bağlı əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi iş materiallarına əsasən müəyyən edilməmiş, məhkum edilmiş şəxslərin qısa müddət ərzində cinay ət törətmələri ilə bağlı razılığa gəlməsi ağlabatan hesab edilməmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum2 və Məhkum1 05 sentyabr 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29, 120.2.2 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməmiş, lakin nəticə baxımından - Zərərçəkmiş şəxs1 hadisə vaxtı bıçaqlandığından, həmçinin çoxsaylı bədən xəsarəti aldığından, aldığı xəsarətlər dərəcəsinə görə ağır bədən xəsarəti sayıldığından, eləcə də, həmin vaxt müəyyən olunmuş münaqişə ilə əlaqədar zərərçəkmişlərin yanında həm Məhkum2, həm də Məhkum1 olduğundan Zərərçəkmiş şəxs1 həm Məhkum2, həm də Məhkum1 tərəfindən, digər zərərçəkmiş isə Məhkum1 tərəfindən bıçaqlanmışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs1 birbaşa cinayət hadisəsi nəticəs ində deyil, kifayət qədər uzun müddətdən sonra (təxminən 3 gündən sonra) vəfat etdiyindən, habelə ona yetirilmiş bıçaq xəsarətləri dərəcəsinə görə ağır xəsarətlər hesab edildiyindən məhkəmə hesab etmişdir ki, Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli törədilmişdir. Məhkəmə belə nəticəyə gələrkən, həmçinin ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs1 bıçaqlandığını başa düşdükdən sonra hadisə yerindən özü uzaqlaşmış, hətta tibbi yardım almaq üçün xəstəxanaya getmişdir. Həmin vaxt, yəni Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşdıqda, İsmayılovların Zərərçəkmiş şəxs1 təkrar bıçaq zərbəsi endirməsinin qarşısını ala biləcək heç bir hal olmamışdır. Yəni, Rasif oradan uzaqlaşdıqda onu öldürmək məqsədilə heç bir fəal hərəkət edilməmişdir. Ayrıc a Məhkum1 gəldikdə isə məhkəmə belə hesab etmişdir ki, o da öz növbəsində Zərərçəkmiş şəxs1 qarşı bıçaqdan istifadə etməklə xəsarət yetirmiş, bundan başqa, digər Zərərçəkmiş şəxs2 də bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş bıçaq xəsarətlərini və onların hər birinin aldığı xəsarətlərin dərəcələrini nəzərə alaraq, məhkəmə belə hesab etmişdir ki, Məhkum1 əməllərində Cinayət Məcəlləsinin həm 126.3-cü maddəsi, həm də 127.1-ci maddəsinin tərkib əlamətləri var. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, Məhkum2 Zərərçəkmiş şəxs1 qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini məhz zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında, Məhkum1 isə Zərərçəkmiş şəxs2 qarşı Cinayət Məcəlləs inin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini məhz Zərərçəkmiş şəxs2 qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. İşə baxan apellyasiya məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkumların əməllərinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, Məhkum2 əməlində Cinayət Məcəlləsinin 126.3-cü maddəsində, Məhkum1 əməlində isə Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin zəruri tərkib əlamətlərinin olmasına dair gəlinən nəticə qanuni və əsaslıdır. Lakin, apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri ilə müqayisəli təhlil edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, Əhəd və Məhkum1ların əməllərinin tövsifi ilə bağlı ziddiyyətli hüquqi nəticəyə gəlinmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, həm kassasiya protestində, həm də digər kassasiya şikayətlərində (Şahid14 müdafiəçisinin kassasiya şikayəti istisna olmaqla kassasiya şikayətində məhkuma bəraət verilməsi xahiş edilib), cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsini nəzərə alaraq bu barədə yəni əməlin hüquqi tövsifinə dair məhkəmələrin gəldiyi nəticəyə qiymət verməklə ümumilikdə protest və şikayətlərdə göstərilən dəlillərə də qiymət vermiş olar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tari xli qərarının 1-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən qəsdən ölüm hadisəsinin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmadıqda apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarın 3-cü bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xa rakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Göstərilənləri biraz da genişləndirərək məhkəmə kollegiyası qeyd edir ki, adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərtərəfli araşdırılması zəruridir. Qəsdən adam öldürmə cinayətini ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma cinayəti ilə fərqləndirərkən təqsirkarın qəsdinin məzmunu və istiqaməti dəqiq aydınlaşdırılmalıdır. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən məhkəmələr törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (həyat üçün mühüm orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisə vaxtı davranışı haqqında məlumatları tədqiq etməlidir. Qeyd edilənlənlərə müvafiq cinayət işi materiallarında olan 08 sentyabr 2018-ci il tarixli 100 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının sol ağciyəri zədələyən yarası, qarnının ön divarının bağırsaq müsaqirəsini və “S”-vari bağırsağı zədələyən yarası, sağ bazunun orta 1/3-nin ve na damarını və əzələ fassiyasını zədələyən yarası, sol saidin aşağı 1/3-nin yarası deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdir, həyatidirlər, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 04 sentyabr 2018-ci il tarixinə uyğun gələ bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin sol yarısının sol ağciyəri zədələyən yarası, qarının qarın boşluğuna keçərək bağırsaq və bağırsaq müsaqirəsini zədələyən yarası, sağ bazunun vena damarını və əzələ fassiyasını zədələyən yarası, sol saidin yarası nəticəsində baş vermiş kəskin qanitirmə səbəbindən əmələ gəlmiş baş beynin və ağ ciyərlərin ödemi olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 xəsarət alarkən zədə yetirənlə üzbəüz, yan-yana, arxası üstə yıxılmış və s. vəziyyətdə ola bilərdi. Həmçinin, cinayət işi materiallarında olan 12 sentyabr 2018-ci il tarixli 1144 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ saidin ön səthinin bükücü əzələni zədələyən və sağ dirsəkdə bükücü hərəkətin çətinliyinə səbəb olan yarası, sol qoltuqaltı və bel nahiyyəsinin kəsilmiş deşilmiş yarası kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir. Müddəti 05 sentyabr 2018-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağ saidin ön səthinin bükücü əzələni zədələyən və sağ dirsəkdə bükücü hərəkətin çətinliyinə səbəb olan yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərər vurmaya, sol qoltuqaltı və bel nahiyyəsinin kəsilmiş deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilir. Göstərilənlərdən aydın görünür ki, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenum Qərarında göstərilənləri nəzərə almadan sübutları tədqiq edərək törədilmiş əməlin hüquqi tövsifinə dair nəticəyə gəlmiş, apellyasiya məhkəməsi də əlavə hər hansı qiymətləndirmə aparmadan həmin nəticə ilə razılaşmışdır. Bundan başqa, kassasiya məhkəmə kollegiyası “xəsarətlərin bir və ya iki müxtəlif bıçaqla yetirilməsinə” dair dəlillərin şəxslərin əməllərinin tövsifinə, ümumilikdə, onların təqsirlilik (və ya təqsirsizlik) məsələsinə bilavasitə təsir göstərməsini nəzərə alaraq aşağıdakıları qeyd etməyi m əqsədəmüvafiq hesab edir. Cinayət işində olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2018-ci il tarixli 545/2018 saylı rəyinə əsasən, Zərərçəkmiş şəxs1 məxsus tamlığı pozulmuş köynəyin ön hissəsinin sol-aşağı nahiyyəsində aşağı sərbəst kənarından 7,4 sm yuxarıda, sol yan tikişdən 5,5 sm sağda çəp istiqamətli, nisbi düz xətt şəkilli 2,0 sm uzunluqda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. O cümlədən, Zərərçəkmiş şəxs1 Sumqayıt Şəhər Təcili X2 daxil olduqda ilkin müayinə zamanı onun bədənində döş qəfəsinin sol yarısının yan divarında orta qoltuq xətti üzrə 7-ci qabırğaarası sahədə təqribən 5,0x1,5 sm ölçüdə kənarları hamar, iti bucaqlı yara aşkar edilmişdir, tənəffüs aktı zamanı həmin yaradan qan və hava xaric olmuş, yəni yara tənəffüsdə iştirak etmişdir, həmçinin qarnın ın sol yarısının yan divarında təqribən 5,0x3,0 sm ölçüdə yara müşahidə edilmiş, yaradan iki nazik bağırsaq ilgəyi və piylik xaric olmuşdur, bundan başqa sağ bazunun iş səthində təqribən 5,0x1,0 sm ölçüdə, sol saidin iç səthində təqribən 5,0x1,0 sm ölşüdə kənarları hamar iti bucaqlı yara qeyd edilmişdir. Ekspertiza rəylərinə əsasən, Zərərçəkmiş şəxs2 bədəninin köynəklə örtülən nahiyələri üzərində aşkar edilmiş yaraların ölçüləri 1,5x2,0 sm, ona məxsus köynəyin üzərindəki zədələrin uzunluğu isə 1,8 sm və 1,9 sm təşkil etmişdir. Mərhum Zərərçəkmiş şəxs1 bədəninin köynəklə örtülə bilən hissəsinin üzərindəki 5 sm uzunluqda xəsarətlərin ölçüləri və sayı köynəyin üzərindəki 2 sm uzunluqda olan zədənin ölçüsündən fərqlənir. Qeyd olunanlar, həmçinin, Zərərçəkmiş şəxs1 bədəni üzərindəki zədələrin ö lçülərinin Zərərçəkmiş şəxs2 bədəni üzərindəki zədələrin ölçüləri ilə kəskin fərqlənməsi hər iki şəxsə yetirilmiş xəsarətlərin bir kəsici-deşici alətlə (bıçaqla) deyil, iki müxtəlif alətlə yetirilməsi qənaətinə gəlmək üçün kifayət qədər əsaslar verir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hər iki məhkəmə kollegiyası Məhkum2 və Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməlini törətməməsi nəticəsinə gəlsə də, birinci instansiya məhkəməsi belə nəticəyə gələrkən təqsirləndirilən şəxslərin qabaqcadan əlbir bir qrup şəxs halında hərəkət etmədiyini hökmdə qeyd etməsinə baxmayaraq cinayətin iştirakçılığın hansı formasında törədilməsini göstərməmişdir. Lakin apellyasiya məhkəmə kollegiyası qərarında “birinci instansiya məhkəməsi haqlı olaraq,......təqs irləndirilən şəxslərin qisas almaq məqsədi ilə qrup təşkil edərək bu məqsədlə hər ikisi bıçaqla silahlanmasına....dair gəldiyi nəticə ilə razılaşdığını” qeyd etmiş, (qərar səh. 38-39) eyni zamanda, apellyasiya məhkəməsi fərqli nəticəyə gəlməklə yanaşı təşkil edilən qrup tərəfindən cinayətin qabaqcadan razılaşmadan və ya qabaqcadan razılaşmaqla törədilməsini göstərməməklə ziddiyyətli nəticəyə gəlmişdir. Qeyd edilən ziddiyyət ondan irəli gəlir ki, birinci instansiya məhkəməsi cinayət əməlinin fərqli normalara tövsif edərkən hökmündə Məhkum1 CM-in 126.3 və 127.1-ci maddələri, Məhkum2 isə CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilindiyini göstərsə də, hökmün məzmununda həmin cinayətlərin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə t ərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməllərinin təsvirini göstərməmişdir. Hökmün təsviri-əsaslandırıcı hissəsinin əvvəlində istintaq orqanı tərəfindən verilmiş ittiham göstərilsə də, məhkəmə həmin ittihamdan fərqli nəticəyə gəlmiş, lakin gəldiyi nəticəni, sübuta yetirilmiş cinayət əməllərinin özü tərəfindən müəyyən olunmuş təsvirini verməyərək CPM-in 353.2.1-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsi isə həmin cinayətlərin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməllərinin təsvirini verməyə çalışmış, lakin yuxarıda qeyd edildiyi kimi ziddiyyətli nəticəyə gəlmişdir. Bununla bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 ifad əsindən belə nəticəyə gəlmək olur ki, cinayətin törədilməsi gedişində Məhkum1 mərhum Zərərçəkmiş şəxs1la baş vermiş mübahisə ilə bağlı birbaşa kontaktı olmasa da, onun cinayətdə rolu atası Məhkum2 tərəfindən Zərərçəkmiş şəxs1 qəsdən öldürülməsinə şərait yaratmaq, Zərərçəkmiş şəxs2 qəsdən öldürmək üçün özündə olan bıçaqla Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirməklə onun müqavimətini qırmaq və Samirin Rasifi müdafiə etməsinə mane olmaqdan ibarət olmuşdur. Bundan istifadə edən atası Məhkum2 Zərərçəkmiş şəxs1 həyat üçün mühüm orqanların yerləşdiyi nahiyələrə bıçaq zərbələri ilə xəsarət yetirmişdir. Cinayətdə iştirakçılığın obyektiv əlaməti cinayətdə iştirak edənlərin “birgə” iştirakı ilə bağlıdır. Cinayətin birgə edilməsi anlayışı aşağıdakı tərkib ünsürlərini nəzərdə tutur: cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməlidir, bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməlidir, iştirakçıların hər birinin hərəkəti ilə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Birgə kriminal fəaliyyətdə cinayətin iştirakçılarının səyi birləşir. Hər bir iştirakçı öz “payına” düşəni icra etməklə başqa iştirakçıların həyata keçirəcəkləri fəaliyyətə az-çox kömək etmiş olur. Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 34.1 və 34.2-ci maddələrinə görə qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqc adan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Ali Məhkəmənin Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 2002-ci il 12 dekabr tarixli qərarının 5-ci bəndinə əsasən, mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də, ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən xüsusatlar (cinayətin birgə iştirakçılıq, qabaqcadan razılaşmadan və ya qabaqcadan razılaşmaqla törədilməsi) üzrə apellyasiya məhkəmə kollegiyası təkrar araşdırma apararkən göstərilən normaların tələblərinə və müəyyən olunmuş işin faktiki hallarına uyğun müvafiq qərar qəbul etməlidir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətlərin eyni deyil, iki müxtəlif kəsici-deşici alətlə yetirilməsi barədə kifayət qədər əsasların olması, mərhum Zərərçəkmiş şəxs1 yetirilmiş xəsarətlərin həyat üçün vacib orqanlara istiqamətlənməsi (sol ağciyər, qarnının ön divarının bağırsaq müsaqirəsi və “S”-vari bağırsağa, sağ bazunun vena damarına istiqamətlənməklə ümumilikdə be ş xəsarət), cinayət hadisəsinin gecə qaranlıqda ətrafda insanların olmadığı bir yerdə baş verməsini məhkumların təmin etməsi, Əhəd və Məhkum1ların Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtomobilə mindirirərək həmin yerə aparması ilə bağlı işin faktiki halları, Əhəd və Məhkum1ların idmançı olduqlarını bildikləri və fiziki imkanlarına bələd olduqları Zərərçəkmiş şəxs1 və yanındakı şəxsi qəsdən həyatdan məhrum etmək niyyəti ilə silahlanaraq hadisə yerinə getməsi barədə qənaətə gəlməyə və məhkumların əməlinin tövsifi ilə bağlı məhkəmələrin gəldiyi nəticəyə dair əsaslı şübhələrin olması qənaətinə gəlməyə əsas verir. Apellyasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrum etmək istəməsi barədə əvvəlcədən razılıq əldə etməsini ağlabatan hesab etməsə d ə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, Əhəd və Məhkum1ların bir müddətdir aralarında münaqişəli vəziyyət olan, özlərindən fiziki cəhətdən daha güclü olan, idmançı olduqlarını bildikləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gecə saatlarında insanların olmadığı əlverişli yerə əvvəlcədən silahlanaraq aparmaları onları əvvəlcədən qəsdən həyatdan məhrum etmək istədikləri barədə əsaslı şübhələr yaradır. Bununla belə, işə baxan apellyasiya məhkəmə kollegiyası Məhkum1 həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1, Məhkum2 isə Zərərçəkmiş şəxs1 bıçaqla yaraladıqdan sonra hər iki tərəfin kənar müdaxilə olmadan aralarındakı davanı başa çatdırması və asanlıqla hadisə yerindən uzaqlaşması, Əhəd və Məhkum1ların cinayət hadisəsi yerində zərərçəkmiş şəxsləri öldürmək üçün kifayət qədər imkanl arı olduğu halda bunu etmədiklərini, baş vermiş münaqişəni sakitləşdirmək üçün kənardan müdaxilə və ya zərərçəkmiş şəxslərə kömək olmadığını nəzərə alaraq, cinayəti törədərkən məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrum etmək niyyətlərinin olmadığı barədə yekun nəticəyə gəlmişdir. Lakin, apellyasiya məhkəmə kollegiyası diqqətdən qaçırmışdır ki, cinayət hadisəsi yerini birinci məhkum edilmiş şəxslər deyil, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhz bıçaqlandıqdan sonra tərk etmişlər. İdmançı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən döyülmüş vəziyyətdə olan Əhəd və Məhkum1ların isə həmin vaxt qəsdən adam öldürmə niyyətlərini başa çatdırmaq imkanlarının olubolmaması isə mübahisəlidir. Bundan başqa, apellyasiya məhkəmə kollegiyası Z ərərçəkmiş şəxs1 birbaşa cinayət hadisəsi nəticəsində deyil, təxminən 3 gündən sonra vəfat etməsini, onun ölümünə səbəbin aldığı xəsarətlər nəticəsində baş vermiş kəskin qanitirmə olmasını nəzərə alaraq məhkum edilmiş şəxslərin əməllərinin Zərərçəkmiş şəxs1 münasibətdə CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif edildiyini hesab etmişdir. Lakin, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 kəskin qanitirmə nəticəsində ölümü məhz həyat üçün vacib orqanlara kəsici-deşici alətlə yetirilmiş çoxsaylı xəsarətlər nəticəsində (xəstəxana işçiləri Rasifin bağırsaqlarının bədənindən çölə çıxdığını bildirmişlər) baş vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu işlər üzrə zərərçəkmiş şəxsin dərhal, yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifinə təsiri nəzərə alınarkən, cinay ətin üsulu və aləti, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayı, xarakteri və bədənin hansı nahiyəsinə yetirildiyi (həyat üçün mühüm orqanlara zərər yetirilməsi kimi hallar) mütləq mənada nəzərə alınmalıdır. Odur ki, göstərilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin məhkum edilmiş şəxslərin zərərçəkmiş şəxsləri qəsdən həyatdan məhrum etmək niyyətlərinin olmadığı, onların Zərərçəkmiş şəxs1 ölümünü birbaşa arzu etməməsi barədə gəldiyi nəticəni kifayət qədər araşdırılmayan, işin faktiki halları ilə uzlaşmayan və yalnız məhkum edilmiş şəxslərin özünümüdafiə xarakterli ifadələrinə və öz subyektiv mülahizələrinə əsaslanan nəticə hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığ ı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsas landırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə topla nmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən isə məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gə ldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-bir i ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə əsaslı sayıla bilər. Məhkəmə kollegiyasının qənaətincə, apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Mübahisəsizdir ki, bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda təsvir edilənlər, yəni ittiham tərəfinin kassasiya protestində və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətində qeyd edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışı cinayət-prosessual normalara, Ali Məhkəmənin Plenumunun qərarlarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işinə protestə və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayətinə əsasən təkrarən baxılmalıdır. Eyni zamanda, kassasiya məhkəmə kollegiyası cinayət əməlinin “xuliqanlıq niyyəti” ilə törədilməməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəyə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 12 dekabr tarixli 3 saylı qərarında Ali Məhkəmənin qəsdən adam öldürmə cinayətində xuliqanlıq niyyətinin təfsiri üzrə hüquqi mövqeyi ifadə edilmişdir. Belə ki, həmin Plenum qərarının 6-cı bəndinə görə “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıqca etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında, eləcə də “Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə isə, şəxsiyyət əleyhinə olan cinayətlərdə xuliqanlıq niyyətinin mahiyyəti odur ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyur, ona (onlara) aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirir, bu şəxslərə qarşı yönəlmiş hərəkətlərində ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozur, həmin qayda və normalara etinasızlıq göstərir. Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərildiyi kimi, “bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbs izliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Əgər təqsirkarın digər şəxsin sağlamlığına qəsdən zərər vurmasını, zərərçəkmişi qəsdən öldürməsini bu kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud təqsirkarın subyektiv qiymətləndirməsində ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışına görə qisas almaq istəyi şərtləndiribsə, əməl xuliqanlıq niyyəti ilə törədilmiş şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməməlidir. Qeyd olunan qərarlardakı xuliqanlıq niyyətinə verilmiş təfsiri baxılan iş üzrə məhkəmələrin müəyyən edilmiş saydıqları halla (münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi və buna görə ondan qisas almaq istəyindən törəməsi) müqayisə etdikdə, məhkəmələr in “xuliqanlıq niyyətinə” dair əməlin tövsifi üzrə gəldikləri nəticənin Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarına uyğun, qanuni və əsaslı olduğu müəyyən edilir. Kassasiya məhkəmə kollegiyası həmçinin Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə də qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir. Müdafiə tərəfinin kassasiya şikayətində Məhkum2 bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqd a; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Şahid14 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Kassasiya şikayətindən görünür ki, müdafiəçi, Məhkum2 ittihamda və məhkəmə qərarlarında göstərilən cinayət əməllərini törətmədiyini, o cümlədən bıçaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurmadığını, əksinə Zərərçəkmiş şəxs1 tərəfindən hücuma məruz qaldığını iddia etməklə, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq barəsində ittiham hökmünün çıxarılmasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi və özünün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Müdafiəçinin kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, Şahid14 əməlində cinayət tərkibinin olmamasına baxmayaraq barəsində ittiham hökmünün çıxarmasına dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Müdafiəçinin kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək ba rədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum Şahid14 müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən. kassasiya məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayətinə gəldikdə isə, müdafiəçi şikayətində Məhkum1 cinayət əməlinin düzgün tövsif olunmadığını mübahisəl əndirdiyini, kassasiya məhkəmə kollegiyası hazırkı qərar ilə məhkumun cinayət əməlinin tövsifinə tam qiymət verdiyini nəzərə alıb bu barədə həmin kassasiya şikayətinin dəlillərinə təkrarən münasibət bildirilməsinə lüzum görmür və hesab edir ki, yuxarıda gəstərilənlərə əsasən Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi əsası kimi Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddəsində göstərilən halları nəzərə alır. Həmin normalara əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Əzizov Azər Mirzə oğlu və Məhkum2 müdafiəçisi Abdullayev İkram Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protes ti, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti və nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 və Cinayət Məcəlləsinin 126.3 və 127.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarı kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi X9 və nümayəndəsi-vəkil Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti, nümayəndəsi-vəkil Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instans

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar