Məhkəmə qərarları › İş №1(102)-1882/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1882/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1882/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs nümayəndəsi "M.B.M” Vəkil Bürosunun vəkili Nümayəndə, Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il t arixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə) 23 noyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1982-ci ildə Laçın şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, məhkum olunmamış, Laçın rayonu, 28 Aprel küçəsi, ev 152-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-nin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəlinin 04 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Zərərçə kmiş şəxs mülki iddiasının ittiham həcmində təmin edilərək ziyanın ödənilməmiş hissəsi-96.000 manatın tutularaq zərərçəkmiş Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X5 və X2 ibarət tərkibdə) 7 aprel 2022-ci il tarixli qərarı ilə Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş tanışı "VİMAY” TİBB mərkəzinin həkim-cərrahı Şahid1 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkimcərrah işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 7.400 (yeddi min dörd yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 7.400 (yedd i min dörd yüz) manat məbləğində pulu istəyərək Şahid1 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanının yaxınlığında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 məxsus 7.400 (yeddi min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azə rbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə "VİMAY” TİBB mərkəzinin həkim-cərrahı işləməklə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.300 (on min üç yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi h ərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.300 (on min üç yüz) manat məbləğində pulu istəyərək Zərərçəkmiş şəxs razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının əvvəllərindən 30 dekabr 2020-ci il tarixədək olan müddətdə hissə-hissə olmaqla ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin inzibati binasında Zərərçəkmiş şəxs məxsus pul vəsaitini Mərkəzin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 10.300 (on min üç yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərini n) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkimradioloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid2 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq t ibb məntəqəsində həkim-radioloq işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.200 (on min iki yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə "VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.200 (on min iki yüz) manat məbləğində pulu istəyərək Şahid2 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid2 məxsus 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkimginekoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid4 özü barəsində formalaşdırdığı inam və etibardan sui- istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-ginekoloq işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 10.200 (on min iki yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə "VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 10.200 (on min iki yüz) manat məbləğində pulu istəyərək Şahid4 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən " VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid4 məxsus 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal ray onu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə sürücü vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid12 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində sürücü işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 6.800 (altı min səkkiz yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu istəyərək Şahid12 razılığını almaq la onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 5 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin inzibati binasında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə Şahid12 məxsus 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid12 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təs ərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkimkosmetoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid3 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-kosmetoloq işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 6.400 (altı min dörd yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə "VİMAY” Tibb Mərkəzinin cinayətdən xəbərsiz olan mühasibi Şahid5 vasitəsil ə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.400 (altı min dörd yüz) manat məbləğində pulu istəyərək Şahid3 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 6 oktyabr 2020-ci il və 8 oktyabr 2020-ci il tarixlərdə hissə-hissə olmaqla ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin inzibati binasında Mərkəzin mühasibi Şahid5 vasitəsilə alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid3 məxsus 6.400 (altı min dörd yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüş vət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə həkim-stomatoloq vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid7 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində həkim-stomatoloq işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışları olan vəzifəli şəxslərin vasitəsilə 5.000 (beş min) manat mü qabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 5.000 (beş min) manat məbləğində pulu istəyərək Şahid7 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2020-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən "Araz” marketin qarşısında sonuncudan alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid7 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirib təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid7 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla ö zü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin Bakı şəhəri, Yasamal rayonu ərazisində açacağı tibb məntəqəsinə yüksək əmək haqqı ilə sürücü vəzifəsinə işə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Şahid5 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona tezliklə fəaliyyətə başlayacaq tibb məntəqəsində qardaşı Şahid6 sürücü işinə düzəlməyi "BP Azərbaycan” şirkətində tanışlar ı olan vəzifəli şəxslərin vasitəsilə 6.800 (altı min səkkiz yüz) manat müqabilində "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə Şahid5 vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulu istəyərək Şahid5 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 15 dekabr 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin inzibati binasında Şahid5 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan suiistifadə etmə yolu ilə sonuncuya məxsus 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidmət i vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid6 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid5 təhrik etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində əlaqələrindən istifadə etməklə "BP Azərbaycan” şirkətində olan tanışları vasitəsilə stasionar xidmət göstərilməsi ilə əlaqədar tibbi avadanlıqların ucuz qiymətə alınmasında köməklik göstərə biləcəyinə dair fikir formalaşdırıb, özünə cinayətdən xəbərsiz Şahid1 vasitəsilə 2020-ci ilin oktyabr ayının əvvəllərində müraciət etmiş Zərərçəkmiş şəxs özü barəsində formalaşdırdığ ı inam və etibardan sui-istifadə edərək sonuncunun direktor olduğu "VİMAY” Tibb Mərkəzinə ambulans avtomobili, MRT aparatı və digər tibbi avadanlıqları dəyərindən ucuz qiymətə təşkil edəcəyini bildirməklə inandırıb aldadaraq 2020-ci ilin oktyabr ayının əvvəllərindən 2020-ci ilin dekabr ayının sonlarına kimi olan müddətdə hissə-hissə olmaqla ünvan 3 ünvanında yerləşən "VİMAY” Tibb Mərkəzinin binasında cəmi 109.200 (bir yüz doqquz min iki yüz) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 109.200 (bir yüz doqquz min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibar dan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə özünü "BP Azərbaycan” şirkətinin təsərrüfat işləri üzrə müdiri kimi təqdim etməklə özü barəsində şirkətin 300 nəfər işçisinə günorta yeməklərinin verilməsinin tenderdə qalib gəlmək yolu ilə düzəltmək imkanının olmasına dair fikir formalaşdırıb, özünə 2021-ci ilin fevral ayının əvvəllərində müraciət etmiş Şahid8 özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək ona "BP Azərbaycan” şirkətinin 300 nəfər işçisinə günorta yeməklərinin verilməsini şirkətdə tanışları olan vəzifəli şəxslərin vasitəsilə 26.000 (iyirmi altı min) manat müqabilində tenderdə qalib gəlmək yolu ilə "BP Azərbaycan” şirkətinin vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə gör ə özü vasitəsilə birbaşa yolla rüşvət qismində verilməsi üçün maddi nemət olan 26.000 (iyirmi altı min) manat məbləğində pulu istəyərək Şahid8 razılığını almaqla onunla sövdələşib, qeyd edilən məbləğdə pul vəsaitini 2021-ci ilin fevral ayında hissə-hissə olmaqla 18.500 manat məbləğində, habelə sonuncu dəfə 7.500 manat məbləğində olmaqla, ümumilikdə 26.000 manat məbləğində pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 56 ünvanında yerləşən Yasamal rayon icra hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid8 alıb şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus 26.000 (iyirmi altı min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə təkrarən xidməti vəz ifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid8 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitinin rüşvət qismində verilməsinə sonuncunu təhrik etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətin əlavənin dəlilləri: Kassasiya şikayətində göstərilir ki, məhkəmələr tərəfindən barəsində olan yüngülləşdirən hallar-ilk məhkumluğunun olması, himayəsində iki azyaşlı uşağının olması, səmimi peşmançılığı, gəncliyi nəzərə alınmamışdır. İki azyaşlı uşaqlarının anası da həbsdədir. Məhkum kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarının dəyişdirilərək, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum əlavə kassasiya şikayətində “Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarının tətbiq edilərək ona şamil edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin qismən təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya inst ansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyr inə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr t ərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə mübahisə edilən məsələlər məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və onun barəsində “Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında ola dəyişiliklərin tətbiq edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə olan əməlinə münasibətdə qeyd edir ki, şəxsin cinayət qaydasında cəzalandırılmasının əsaslı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə cəzalandırılmaya əsas olmuş halların araşdırılması, xüsusilə də cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olub-olmaması, şəxsin hərəkətlərinə cinayət qanunu normasının düzgün şamil edilib-edilməməsi məsələlərinə münasibət bildirilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-in 1.1 -ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığına görə Məhkum Cinayət Məcəlləsinini həmin maddəsi ilə təqsirli bilinib məhkum olunmasına və cəza təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric olunmalıdır. Bu m övqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblərinə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında verilən şərhlərə, habelə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəl lənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəlləni n 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi g örünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.” Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq a lınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır.” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndində qeyd edilir ki, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nət icəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissəsində dəyişdirilməlidir. K assasiya şikayətində mübahisələndirilən cəzaya dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cə zanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalət li cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakç ılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzif ələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza so sial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xa rakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüng ülləşdirən halları və ağırlaşdıran hal olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 178.3.2-ci maddəsinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, dəymiş ziyanın qismən- 5.200 manat Zərərçəkmiş şə xs ödəməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirib həm bu halları, həm də iş üzrə CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməməsini kifayət qədər nəzərə almışlar. Kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin m övcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən cəza və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismən əsaslı olduğun dan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarını dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 aprel 2022-ci il tarixli qərarından Məhkum Azərbaycan Respublikası CM-in 32.4, 312.2-ci maddəsi ilə təqsirləndirilməsinə və məhkum edilməsinə, həmin maddə ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində ona Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanıl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar